Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4588/2025 26.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən APPLE USB kabel, APPLE ADAPTER almış və nəticədə 127,05 (yüz iyirmi yeddi manat 05 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 77 (yetmiş yeddi) manat (6 ay x 10,5 manat + 14 manat ilkin ödəniş) olan APPLE USB kabelüçün ümumilikdə, 69,30 (daltmış doqquz manat, 30 qəpik) manat olmaqla ondan, 63 (altmış üç) manat ödənilməmiş hissə, güzəşt olunaraq 6,30 (altı manat, 30 qəpik) manat cərimə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 77 (yetmiş yeddi) manat (6 ay x 10,5 manat + 14 manat ilkin ödəniş) olan APPLE ADAPTER üçün ümumilikdə, 57,75 (əlli yeddi manat, 75 qəpik) manat olmaqla ondan, 52,5 (əlli iki manat, 50 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 5,25 (beş manat, 25 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 38,5 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhviltəslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Göstərilənlərə əsasən, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, APPLE USB kabel üçün 63 (altmış üç) manat ödənilməmiş hissə, 6,30 (altı manat otuz qəpik) manat cərimə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, APPLE ADAPTERüçün 52,5 (əlli iki manat əlli qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 5,25 (beş manat iyirmi beş qəpik) manat cərimə, ümumilikdə 127,05 (bir yüz iyirmi yeddi manat beş qəpik) borc 30 manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. İddiaçı MMC ilə Cavabdeh xx.xx.2024-cü il və xx.xx.2024-cü il nömrəli müqavilələr bağlamaqla APPLE USB kabel və APPLE Adapteri İddiaçı MMC Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində yuxarıda qeyd olunan müqavilələrlə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 63 (altmış üç) manat ödənilməmiş hissə, 6.30 (altı manat otuz qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 52.50 (əlli iki manat əlli qəpik) ödənilməmiş hissə, 5.25 (beş manat iyirmi beş qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 127.05 (bir yüz iyirmi yeddi manat beş qəpik) manat borcu vardır. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli yazılı bildiriş göndərilməklə cavabdehə pul məbləğinin ödənilməsi təklif edilmiş, lakin, müsbət nəticə əldə olunmamışdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Sözügedən iddia tələbinin qanuni əsası qismində tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqavilələrinin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 462 (cəriməyə münasibətdə) və 600.4-cü (əsas borca münasibətdə) maddələri çıxış edir. MM-in 462.1-ci maddəsinə əsasən,dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş materiallarından görünür ki, Alıcı Cavabdeh Satıcı ilə bağladığı yuxarıda qeyd olunan xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli müqavilələr üzrə öhdəliklərini yerinə yetirməmişdir. Belə olan halda, satıcının verilmiş əşyaların ödənilməsini tələb etmək hüququ vardır. İddia tələbinin faktiki və hüquqi halları ilə tərəflər arasında bağlanmış nisyə alqısatqı müqavilələrinin şərtləri və MM-in 462 (cəriməyə münasibətdə) və 600.4-cü (əsas borca münasibətdə) maddələrinin dispozitiv şərtləri eynilik təşkil edir. Məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı MMC ilə Cavabdeh xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən APPLE USB kabel, APPLE ADAPTER almış və nəticədə 127,05 (yüz iyirmi yeddi manat 05 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 77 (yetmiş yeddi) manat (6 ay x 10,5 manat + 14 manat ilkin ödəniş) olan APPLE USB kabe lüçün ümumilikdə, 69,30 (daltmış doqquz manat, 30 qəpik) manat olmaqla ondan, 63 (altmış üç) manat ödənilməmiş hissə, 6,30 (altı manat otuz qəpik) manat cərimə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 77 (yetmiş yeddi) manat (6 ay x 10,5 manat + 14 manat ilkin ödəniş) olan APPLE ADAPTER üçün ümumilikdə, 57,75 (əlli yeddi manat yetmiş beş qəpik) manat olmaqla ondan, 52,5 (əlli iki manat əlli qəpik) manat ödənilməmiş hissə, 5,25 (beş manat iyirmi beş qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 38,5 manat təşkil edir. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Cavabdeh tərəfindən iddia tələbinin təkzib edilməsi istiqamətində sənəd, sübut və ya materiallar məhkəməyə təqdim edilməmiş, aktiv sübutetmə (təkzibetmə) fəaliyyəti təşkil edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, APPLE USB kabel üçün 63 (altmış üç) manat ödənilməmiş hissə, 6,30 (altı manat otuz qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, APPLE ADAPTER üçün 52,50 (əlli iki manat əlli qəpik) manat ödənilməmiş hissə, 5,25 (beş manat iyirmi beş qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 127,05 (bir yüz iyirmi yeddi manat beş qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdeh manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-230 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, APPLE USB kabel üçün 63 (altmış üç) manat ödənilməmiş hissə, 6,30 (altı manat otuz qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, APPLE ADAPTER üçün 52,50 (əlli iki manat əlli qəpik) manat ödənilməmiş hissə, 5,25 (beş manat iyirmi beş qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 127,05 (bir yüz iyirmi yeddi manat beş qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-4588/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4588/2025
26.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver