Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4610/2024 04.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, satıcı İddiaçı ilə alıcı Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli C9790287/21nömrəli Nisyə satış müqaviləsinə əsasən 1400 manat dəyərində, 100 manat ilkin ödəniş olmaqla, 1 ədəd Jack A4F (tikiş maşını) məhsulu 12 ay müddətinə, hər ay 108.33 manat ödənilməklə nisyə satılmışdır. Həmin müqаviləsinin şərtləri borclu tərəfindən əməl еdilməmiş, öhdəliyi vахtındа və lаzımi qаydаdа (hər ay 108.33 manat) icrа еtməyərək nəticədə onun kreditor qarşısında öhdəliyi yaranmışdır. Eyni zamanda, xx.xx.2021-ci il tarixli C9790287/21 nömrəli Nisyə satış müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq həmin tarixdə Cavabdeh2 ilə Zaminlik müqaviləsi bağlanmışdır. Həm əsas borclu, həm də zamin tərəfindən müqavilə öhdəliklərinə əməl edilmir. Hazırda xx.xx.2021-ci il tarixli C9790287/21 nömrəli müqavilə üzrə ödənilməmiş borc 910 (doqquz yüz on) manat təşkil edir. Sözügedən xx.xx.2021-ci il tarixli C9790287/21nömrəli Nisyə satış müqaviləsinin 2.4.4-cü bəndinə müvafiq olaraq, “Alıcı” razılaşdırılmış dəyərini razılaşdırılmış müddətdə ödəmədikdə ödənilməyən məbləğə günlük 1%(bir faiz) cərimə ödəyəcəyini öz üzərinizə götürmüsdür. Müqavilə üzrə hesablanan cərimə məbləği gecikdirilmiş günlərə görə yüksək olmasına baxmayaraq İddiaçı ağlabatan məbləği müəyyən etmişdir. Cavabdeh1 xx.xx.2021-ci il tarixli C9790287/21 nömrəli müqavilə üzrə ödənilməmiş borca (910 manat) görə 90 (doxsan) manat cərimə məbləği tələb olunur. Göstərilənlərə əsasən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 910 (doqquz yüz on) manat əsas, 90 (doxsan) manat cərimə borcu olmaqla ümumilikdə 1000 (min) manat məbləğində borc və 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu alınaraq iddiaçı X2 ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Satıcı İddiaçı ilə alıcı Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli C9790287/21nömrəli Nisyə satış müqaviləsinə əsasən müəyyən edilir ki, 1400 manat dəyərində, 100 manat ilkin ödəniş olmaqla, 1 ədəd Jack A4F (tikiş maşını) məhsulu 12 ay müddətinə, hər ay 108.33 manat ödənilməklə nisyə satılmışdır. xx.xx.2021-ci il tarixli Zaminlik müqaviləsinə əsasən müəyyən edilir ki, əsas öhdəliyin təmin tədbiri qismində Cavabdeh2 ilə X3 arasında Zaminlik müqaviləsi bağlanmışdır. İş materialarına alqı-satqı predmeti olan əşya üzrə ödəniş cədvəli və təhvil-təslim aktı əlavə edilmişdir. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən yazılı bildiriş göndərilməklə cavabdehə pul məbləğinin ödənilməsi təklif edilmiş, lakin, müsbət nəticə əldə olunmamışdır. Məhkəmə tərəfindən müəyyən olundu ki, satıcı İddiaçı ilə alıcı Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli C9790287/21nömrəli Nisyə satış müqaviləsinə əsasən 1400 manat dəyərində, 100 manat ilkin ödəniş olmaqla, 1 ədəd Jack A4F (tikiş maşını) məhsulu 12 ay müddətinə, hər ay 108.33 manat ödənilməklə nisyə satılmışdır. Həmin müqаviləsinin şərtləri borclu tərəfindən əməl еdilməmiş, öhdəliyi vахtındа və lаzımi qаydаdа (hər ay 108.33 manat) icrа еtməyərək nəticədə onun kreditor qarşısında öhdəliyi yaranmışdır. Eyni zamanda, xx.xx.2021-ci il tarixli C9790287/21 nömrəli Nisyə satış müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq həmin tarixdə Cavabdeh2 ilə Zaminlik müqaviləsi bağlanmışdır. Həm əsas borclu, həm də zamin tərəfindən müqavilə öhdəliklərinə əməl edilmir. Hazırda xx.xx.2021-ci il tarixli C9790287/21 nömrəli müqavilə üzrə ödənilməmiş borc 910 (doqquz yüz on) manat təşkil edir. Sözügedən xx.xx.2021-ci il tarixli C9790287/21nömrəli Nisyə satış müqaviləsinin 2.4.4-cü bəndinə müvafiq olaraq, “Alıcı” razılaşdırılmış dəyərini razılaşdırılmış müddətdə ödəmədikdə ödənilməyən məbləğə günlük 1%(bir faiz) cərimə ödəyəcəyini öz üzərinizə götürmüsdür. Müqavilə üzrə hesablanan cərimə məbləği gecikdirilmiş günlərə görə yüksək olmasına baxmayaraq İddiaçı ağlabatan məbləği müəyyən etmişdir. Cavabdeh1 xx.xx.2021-ci il tarixli C9790287/21 nömrəli müqavilə üzrə ödənilməmiş borca (910 manat) görə 90 (doxsan) manat cərimə məbləği tələb olunur. Məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin olunmalıdır. Sözügedən iddia tələbinin qanuni əsası qismində tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin və zaminlik müqaviləsinin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 462 (cəriməyə münasibətdə), 472 (zaminliyə münasibətdə) və 600.4-cü (əsas borca münasibətdə) maddələri çıxış edir. MM-in 462.1-ci maddəsinə əsasən,dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. MM-in 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. MM-in 472.3-cü maddəsinə əsasən, birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş materiallarından görünür ki, Alıcı Cavabdeh1 və Zamin Cavabdeh2 Satıcı ilə bağlanılan yuxarıda qeyd olunan nisyə alqı-satqı müqaviləsi və zaminlik müqaviləsi üzrə müqavilə öhdəliklərini yerinə yetirməmişlər. Belə olan halda, satıcının verilmiş əşyaların ödənilməsini əsas borclu və zamindən tələb etmək hüququ vardır. İddia tələbinin faktiki və hüquqi halları ilə tərəflər arasında bağlanmış nisyə alqısatqı müqaviləsinin və zaminlik müqaviləsinin şərtləri və MM-in 462 (cəriməyə münasibətdə), 472 (zaminliyə münasibətdə) və 600.4-cü (əsas borca münasibətdə) maddələrinin dispozitiv şərtləri eynilik təşkil edir. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 910 (doqquz yüz on) manat əsas, 90 (doxsan) manat cərimə borcu olmaqla ümumilikdə 1000 (min) manat məbləğində borc və 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu alınaraq iddiaçı X2 ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-230 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 910 (doqquz yüz on) manat əsas, 90 (doxsan) manat cərimə borcu olmaqla ümumilikdə 1000 (min) manat məbləğində borc və 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu alınaraq iddiaçı X2 ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-4610/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4610/2024
04.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver