Məhkəmə qərarları › İş №e-2(004)-4617/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4617/2023

25.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4617/2023 25.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbi dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMC ilə xx.xx.2022-ci il tarixli 04092533 nömrəli müqavilə bağlamaqla İ-phone 14 Pro markalı mobil telefon və xx.xx.2022-ci il tarixli 04092546 nömrəli müqavilə bağlamaqla Samsung Galaxy A33 markalı telefon alaraq 4926 (dörd min doqquz yüz iyirmi altı) manat öhdəliyi yaranmışdır. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli 04092533 nömrəli müqavilənin şərtləri pozularaq alqı-satqı qiyməti 3622,95 manat olan İ-phone 14 Pro markalı mobil telefon üçün ümumilikdə 3985 (üç min doqquz yüz səksən beş) manat olmaqla onun 3622,95 (üç min altı yüz iyirmi iki manat doxsan beş qəpik) manat ödənilməmiş hissə, 362,05 (üç yüz altmış iki manat beş qəpik) manat isə cərimə borcu, xx.xx.2022-ci il tarixli 04092546 nömrəli müqavilənin şərtləri pozularaq alqı-satqı qiyməti 855,96 manat olan Samsung Galaxy A 33 markalı mobil telefon üçün ümumilikdə 941 (doqquz yüz qırx bir) manat olmaqla onun 855,96 (səkkiz yüz əlli beş manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, 85,04 (səksən beş manat dörd qəpik) manat isə cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 0 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində Müştəri mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən, xx.xx.2022-ci il tarixli 04092533 nömrəli müqaviləyə əsasən alqı-satqı qiyməti 3622,95 manat olan İ-phone 14 Pro markalı mobil telefon üçün 3622,95 (üç min altı yüz iyirmi iki manat doxsan beş qəpik) manat ödənilməmiş hissə, 362,05 (üç yüz altmış iki manat beş qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 3985 (üç min doqquz yüz səksən beş) manat, xx.xx.2022-ci il tarixli 04092546 nömrəli müqaviləyə əsasən alqı-satqı qiyməti 855,96 manat olan Samsung Galaxy A 33 markalı mobil telefon üçün 855,96 (səkkiz yüz əlli beş manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, 85,04 (səksən beş manat dörd qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 941 (doqquz yüz qırx bir) manat məbləğində borc və 69,26 (altmış doqquz manat iyirmi altı qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli 04092533 nömrəli müqavilədən görünür ki, İ-phone 14 Pro markalı mobil telefonu iddiaçı "xxxx" MMC Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində yuxarıda qeyd olunan 1-ci müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli 04092546 nömrəli müqavilədən görünür ki, Samsung Galaxy A 33 markalı mobil telefonu iddiaçı "xxxx" MMC Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində yuxarıda qeyd olunan 1-ci müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2022-ci il tarixli 04092533 nömrəli müqavilə üzrə 3622,95 (üç min altı yüz iyirmi iki manat doxsan beş qəpik) manat ödənilməmiş hissə, 362,05 (üç yüz altmış iki manat beş qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 3985 (üç min doqquz yüz səksən beş) manat borcu vardır. İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2022-ci il tarixli 04092546 nömrəli müqavilə üzrə 855,96 (səkkiz yüz əlli beş manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, 85,04 (səksən beş manat dörd qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 941 (doqquz yüz qırx bir) manat borcu vardır. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli yazılı bildiriş göndərilməklə cavabdehə pul məbləğinin ödənilməsi təklif edilmiş, lakin, müsbət nəticə əldə olunmamışdır. Məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh İddiaçı MMC-dən xx.xx.2022-ci il tarixli 04092533 nömrəli müqaviləyə əsasən İ-phone 14 Pro markalı mobil telefon almış və nəticədə müqavilə öhdəliklərinə əməl etməyərək 3622,95 (üç min altı yüz iyirmi iki manat doxsan beş qəpik) manat ödənilməmiş hissə, 362,05 (üç yüz altmış iki manat beş qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 3985 (üç min doqquz yüz səksən beş) manat məbləğində, xx.xx.2022-ci il tarixli 04092546 nömrəli müqaviləyə əsasən Samsung Galaxy A 33 markalı mobil telefon almış və nəticədə müqavilə öhdəliklərinə əməl etməyərək 855,96 (səkkiz yüz əlli beş manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, 85,04 (səksən beş manat dörd qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 941 (doqquz yüz qırx bir) manat məbləğində borcu yaranmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin olunmalıdır. Sözügedən iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 462 (cəriməyə münasibətdə) və 600.4-cü (əsas borca münasibətdə) maddələriçıxış edir. MM-in 462.1-ci maddəsinə əsasən,dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş materiallarından görünür ki, Alıcı Cavabdeh Satıcı ilə bağladığı yuxarıda qeyd olunan xx.xx.2022-ci il tarixli 04092533 nömrəli və xx.xx.2022-ci il tarixli 04092546 nömrəli nisyə alqı-satqı müqavilələri üzrə müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Belə olan halda, satıcının verilmiş əşyaların ödənilməsini tələb etmək hüququ vardır. İddia tələbinin faktiki və hüquqi halları ilə MM-in 462 (cəriməyə münasibətdə) və 600.4-cü (əsas borca münasibətdə) maddələrinin dispozitiv şərtləri eynilik təşkil edir. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 69,26 (altmış doqquz manat iyirmi altı qəpik) manat məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli 04092533 nömrəli müqavilə üzrə 3622,95 (üç min altı yüz iyirmi iki manat doxsan beş qəpik) manat ödənilməmiş hissə, 362,05 (üç yüz altmış iki manat beş qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 3985 (üç min doqquz yüz səksən beş) manat, xx.xx.2022-ci il tarixli 04092546 nömrəli müqavilə üzrə 855,96 (səkkiz yüz əlli beş manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, 85,04 (səksən beş manat dörd qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 941 (doqquz yüz qırx bir) manat olmaqla hər iki müqavilə üzrə ümumilikdə 4926 (dörd min doqquz yüz iyirmi altı) manat məbləğində borc və 69,26 (altmış doqquz manat iyirmi altı qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-230 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli 04092533 nömrəli müqavilə üzrə 3622,95 (üç min altı yüz iyirmi iki manat doxsan beş qəpik) manat ödənilməmiş hissə, 362,05 (üç yüz altmış iki manat beş qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 3985 (üç min doqquz yüz səksən beş) manat, xx.xx.2022-ci il tarixli 04092546 nömrəli müqavilə üzrə 855,96 (səkkiz yüz əlli beş manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, 85,04 (səksən beş manat dörd qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 941 (doqquz yüz qırx bir) manat olmaqla hər iki müqavilə üzrə ümumilikdə 4926 (dörd min doqquz yüz iyirmi altı) manat məbləğində borc və 69,26 (altmış doqquz manat iyirmi altı qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar