Məhkəmə qərarları › İş №e-2(004)-4627/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4627/2022

21.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4627/2022 21.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbi”-nə dair kiçik iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında sadələşdirilmiş qaydada baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul tələbi”-nə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Gorenje kondisioner, Samsung Soyuducu, Philips Tozsoran üçün 400 manat ödənilməmiş hissə, 40 manat cərimə, Samsung TV üçün 1812 manat ödənilməmiş hissə, 181 manat cərimə, Samsung TV üçün 1471 manat ödənilməmiş hissə və 147 manat cərimə, ümumilikdə 4051 manat borc və 60.51 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verldikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş, lakin Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 429.1.3., 442, 445, 468, 600-ci maddələrini, MPM 119.1-ci maddəsini nəzərə alaraq müəyyən etdi: Belə ki, məhkəmə araşdırmasında müəyyən edilmişdir ki, xx.xx.2018-ci il tarixli, 00193765 nömrəli müqaviləyə əsasən iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh alqı-satqı qiyməti 3585 manat (18 ay x 198 manat + 21 manat ilkin ödəniş) olan Gorenje kondisioner, Samsung soyuducu, Philips Tozsoran verilmişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərin icrasını gecikdirmiş, “ödəniş cədvəlində” nəzərdə tutulan vaxt və qaydaya əməl etməmişdir, nəticədə Gorenje kondisioner, Samsung soyuducu, Philips Tozsoran üçün 400 manat ödənilməmiş hissə, 40 manat cərimə, ümumilikdə 440 manat miqdarında borc yaranmışdır. Eyni zamanda, xx.xx.2018-ci il tarixli, 00436390 nömrəli müqaviləyə əsasən alqı-satqı qiyməti 3002 manat (19 ay x 158 manat + 0 manat ilkin ödəniş) olan Samsung TV üçün 1812 manat ödənilməmiş hissə, 181 manat cərimə, ümumilikdə 1993 borc yaranmışdır. Həmçinin, xx.xx.2019-cu il tarixli, 00697236 nömrəli müqaviləyə əsasən alqı-satqı qiyməti 1854 manat (18 ay x 103 manat + 0 manat ilkin ödəniş) olan Samsung TV üçün 1471 manat ödənilməmiş hissə, 147 manat cərimə, ümumilikdə 1618 manat borc yaranmışdır. xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh cəmi 4051 manat borcu vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Ona görə də məhkəmə belə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, Cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə üzrə 400 manat ödənilməmiş hissə, 40 manat cərimə, ümumilikdə 440 manat borc, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 1812 manat ödənilməmiş hissə, 181 manat cərimə, ümumilikdə 1993 borc, xx.xx.2019-cu il tarixili müqavilə üzrə 1471 manat ödənilməmiş hissə, 147 manat cərimə, ümumilikdə 1618 manat, cəmi 4051 manat borc tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. İddiaçı "xxxx" MMC tərəfindən ödənilmiş 60.51 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmədə tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli, 00193765 nömrəli müqaviləyə əsasən 400 (dörd yüz) manat ödənilməmiş hissə, 40 (qırx) manat cərimə, xx.xx.2018-ci il tarixli, 00436390 nömrəli müqaviləyə əsasən 1812 (min səkkiz yüz on iki) manat ödənilməmiş hissə, 181 (yüz səksən bir) manat cərimə, xx.xx.2019-cu il tarixli, 00697236 nömrəli müqaviləyə əsasən 1471 (min dörd yüz yetmiş bir) manat ödənilməmiş hissə, 147 (yüz qırx yeddi) manat cərimə, ümumilikdə 4051 (dörd min əlli bir) manat borc və 60.51 (altmış manat əlli bir qəpik) manat dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar