Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-4635/2023 06.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Əkbərli Günel Bəkir qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinə yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M : İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilən sənədlərdən müəyyən olunur ki, cavabdehlə mübahisənin məhkəməyə qədər nizama salınması qaydasına riayət edilməsinə dair mötəbər sənəd əlavə olunmamışdır. İddia ərizəsinə əlavə edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ******* saylı alğı-satqı müqaviləsinin 11-ci bəndində tərəflərin bu müqavilə üzrə mübahisələrinin onları razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunması nəzərdə tutulmuşdur. Lakin hazırda İddiaçı MMC mübahisənin məhkəməyə qədər nizama salınması ilə bağlı ilkin olaraq cavabdehə müraciət etmədən birbaşa olaraq məhkəməyə müraciət etmişdir. Həmçinin qeyd olunur ki, iddiaçı iddia ərizəsinə cavabdehlə mübahisənin məhkəməyə qədər nizama salınmasına dair sübut qismində xx.xx.2021-ci il tarixli bildirişi əlavə etmişdir. Hansı ki, həmin bildiriş alqı-satqı müqaviləsi ilə eyni tarixli olmaqla, görünür ki, həmin tarixdə də pretenziya qaydası ilə bağlı bildirişə imza edilmişdir. Dolayısı ilə belə qənaətə gəlmək olur ki, tərəflər arasında hələ müqavilə üzrə borcla bağlı mübahisə yaranmadan daha öncə pretenziya ilə bağlı bildirişə imza edilmişdir. Bu hal isə pretenziya institutunun mahiyyətinə tamamilə ziddir. Belə ki, pretenziyanın əsas məqsədlərində biri yaranmış mübahisə ilə bağlı tərəflərin danışıqlar aparıb məhkəməyə qədər razılıq əldə edə bilmək imkanının olmasıdır. Hazırki halda isə cavabdehə iddiaçı tərəfindən belə bir şərait yaradılmamış və yaranan borcla bağlı danışıqlar aparılmamışdır. Göstərilənlərə əsasən hesab edirəm ki, hazırda iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli bildiriş mübahisənin pretenziya qaydasında həll edilə bilməməsinə dair sübut kimi qiymətləndirilə bilməz. Ona görə də, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsin əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə qeyd edir ki, iddia ərizəsi geri qaytarıldığından ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 114, 152-ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M : İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ vardır. xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 30 (otuz manat) manat məbləğində dövlət rüsumu İddiaçı MMC-yə (İddiaçı MMC, VÖEN **********, bank "xxxx" ASC VÖEN **********, kod 506247, Müxbir hesab AZ46NABZ********************, S.W.İ.F.T. UBAZAZ22) qaytarılsın. Qərardaddan təqdim edildiyi gündən on gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №e-2(004)-4635/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-4635/2023
06.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver