Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4640/2024 04.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı «kreditin, faiz borcunun, cərimə borcunun və ödənilmiş dövlət rüsumunun ödənilməsi» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı «kreditin, faiz borcunun, cərimə borcunun və ödənilmiş dövlət rüsumunun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixli 10120410 saylı Nisyə satış müqaviləsinə əsasən İddiaçı MMC Cavabdeh 1820 (bir min səkkiz yüziyirmi) manat dəyəri olan “Tufan M50” markalı motosiklı nisyə satmağı, cavabdeh isə satılmış əşyaya görə 500(beş yüz) manat ilkin ödəniş edərək motosiklı qəbul edib, bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən (Əlavə 1) müəyyənləşdirilmiş müddətə və qaydada faizsiz hissə-hissə ödəmək şərtilə 1320 (bir min üç yüz iyirmi) manat məbləğində pul məbləğini ödəməyi öhdəsinə götürür. Cavabdeh Hüseynov X2 müaviləsinə Əlavə №1də (ödəniş cədvəli üzrə) mütəmadı olaraq hər ay ödəniş etməli olduğu halda, ödənişləri aparmamış, müqavilə şərtlərinə tam əməl etməmiş, Nisyə satış müqavilə obyektini mülkiyyətçiyə qaytarmaqdan yayınmışdır ki, bununla da müqavilə şərtlərinin 2.4.3 və 2.4.4 bəndini pozmuşdur. Bununla əlaqədər cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq o, Nisyə satış müqavilə obyektini geri qaytarmaqdan imtina etmişdir. Hazırda öhdəliklərini tam icra etməyən Cavabdeh iddiaçıya iddia qaldırılan günə 749 (yeddi yüz qırx doqquz) manat əsas borcu, 500 (beş yüz) manat penya borcu olmaqla ümumilikdə 1249 (bir min iki yüz qırx doqquz) manat borcu qalmaqdadır. Ona dəfələrlə müraciət edilməsinə baxmayaraq o, müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir. Əlavə olaraq, Cavabdeh xx.xx.2020-ci il tarixli 10120410 saylı Nisyə satış müqaviləsi üzrə son ödənişini xx.xx.2021-ci il tarixdə 110 (bir yüz on) manat, ümumilikdə 1071 (bir min yetmiş bir) manat ödəniş etmişdir. İddiaçı MMC 2017-ci il tarixdən Nisyə satış üzrə fəaliyyət göstərir. Azərbaycan Respublikasında yarandıqdan bu günə qədər özünə məxsus işguzar nüfüz və təsərrüfat imici əldə etmişdir. Yuxarıda qeyd olunanlardan da görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdən başlayaraq İddiaçı MMC-nə maddi ziyan vuraraq, onun yarandığı vaxtdan bu günə qədər şəffaf sahibkarlıq fəaliyyəti nəticəsində qazanmış olduğu təsərrüfat imicinə, işgüzar nüfuzuna xələl gətirən, və nəticə etibarı ilə iddiaçını birbaşa və dolayı şəkildə maddi və mənəvi ziyan çəkməyə məruz qoymuşdur. Göstərilənlərə əsasən, Cavabdeh 749 (yeddi yüz qırx doqquz) manat əsas borc, 500 (beş yüz) manat penya borcu, Azərbaycan Respublikasının Mərkəzi Bankın uçot dərəcəsinə əsasən 2021-2022-2023-2024-ci illər üçün 230 (iki yüz otuz) manat olmaqla, ümumilikdə 1479 (bir min dörd yüz yetmiş doqquz) manat pul, həmçinin iddia qaldırılması üçün ödənilmiş 35 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 10120410 saylı Nisyə satış müqaviləsinə əsasən müəyyən edilir ki, İddiaçı MMC Cavabdeh 1820 (bir min səkkiz yüziyirmi) manat dəyəri olan “Tufan M50” markalı motosiklı nisyə satmağı, cavabdeh isə satılmış əşyaya görə 500 (beş yüz) manat ilkin ödəniş edərək motosiklı qəbul edib, bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən (Əlavə 1) müəyyənləşdirilmiş müddətə və qaydada faizsiz hissə-hissə ödəmək şərtilə 1320 (bir min üç yüz iyirmi) manat məbləğində pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2020-ci il tarixli 10120410 saylı Nisyə satış müqaviləsinə əsasən Cavabdeh 749 (yeddi yüz qırx doqquz) manat əsas borc, 500 (beş yüz) manat penya borcu vardır. İş materiallarında olan İddiaçı MMC-nin X1 ünvanladığı bildirişdən görünür ki, Cavabdeh borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixli 10120410 saylı Nisyə satış müqaviləsinə əsasən İddiaçı MMC Cavabdeh 1820 (bir min səkkiz yüziyirmi) manat dəyəri olan “Tufan M50” markalı motosiklı nisyə satmağı, cavabdeh isə satılmış əşyaya görə 500(beş yüz) manat ilkin ödəniş edərək motosiklı qəbul edib, bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən (Əlavə 1) müəyyənləşdirilmiş müddətə və qaydada faizsiz hissə-hissə ödəmək şərtilə 1320 (bir min üç yüz iyirmi) manat məbləğində pul məbləğini ödəməyi öhdəsinə götürür. Cavabdeh Hüseynov X2 müaviləsinə Əlavə №1-də (ödəniş cədvəli üzrə) mütəmadı olaraq hər ay ödəniş etməli olduğu halda, ödənişləri aparmamış, müqavilə şərtlərinə tam əməl etməmiş, Nisyə satış müqavilə obyektini mülkiyyətçiyə qaytarmaqdan yayınmışdır ki, bununla da müqavilə şərtlərinin 2.4.3 və 2.4.4 bəndini pozmuşdur. Bununla əlaqədər cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq o, Nisyə satış müqavilə obyektini geri qaytarmaqdan imtina etmişdir. Hazırda öhdəliklərini tam icra etməyən Cavabdeh iddiaçıya iddia qaldırılan günə 749 (yeddi yüz qırx doqquz) manat əsas borcu, 500 (beş yüz) manat penya borcu olmaqla ümumilikdə 1249 (bir min iki yüz qırx doqquz) manat borcu qalmaqdadır. Ona dəfələrlə müraciət edilməsinə baxmayaraq o, müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Sözügedən iddia tələbinin qanuni əsası qismində tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin şərtləri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 600.4 (nisyə alqı-satqı müqaviləsinə münasibətdə), 445.7 (gecikdirilmiş faiz borcuna münasibətdə), 462 (cəriməyə münasibətdə), 467-ci (cərimə məbləğinin məhkəmə tərəfindən azaldılmasına münasibətdə) maddələri çıxış edir. MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. MM-in 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Beləliklə, iş materiallarından görünür ki, nisyə alqı-satqı müqaviləsi üzrə Alıcı Cavabdeh “Satıcı” İddiaçı MMC qarşısında öhdəliklərini yerinə yetirməməklə müqavilə şərtlərini pozmuşdur. Belə ki, Alıcı Cavabdeh Satıcı İddiaçı MMC ilə bağladığı yuxarıda qeyd olunan nisyə alqı-satqı müqaviləsi üzrə müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Belə olan halda, satıcının verilmiş əşyaların ödənilməsini tələb etmək hüququ vardır. Nəticə etibarilə, MM-in 600.4, 445.7, 462 və 467-ci maddələrinin dispozisiya şərtləri sözügedən iddia tələbinin hüquqi və faktiki əsasları eynilik təşkil edir. Məhkəmə MM-in 467-ci maddəsinə əsasən, cərimə pulunu 500 (beş yüz) manat məbləğində deyil, 70 (yetmiş) manat məbləğində tutmağı məqsədə müvafiq hesab edir. Belə ki, 500 (beş yüz) manat məbləğdə cərimə pulunun tutulması əsaslı, qanuni və ədalətli hesab edilə bilməz. Nəzərə almaq lazımdır ki, iddia ərizəsi üzrə tələb restrukturizasiya olunmuş kreditdən doğmuşdur və iddia ərizəsi üzrə cərimə borcu əsas borcdan yüksək məbləğdə təşkil edir. Cərimə borcunun həddən artıq yüksək məbləğdə müəyyən edilməsi yolverilməzdir. Məhkəmə qeyd edir ki, məhkəmə qətnaməsinin icra perspektivi nəzərə alınmalıdır. Cavabdehin üzərinə əsas borca yaxın məbləğdə cərimə borcunun tətbiq edilməsi qətnamənin icrası perspektivini şübhə altına salır. Cərimə pulunun 70 (yetmiş) manatdan aşağı məbləğdə müəyyən edilməsi bazar iqtisadiyyatının təşviq edilməsi, mövcud iqtisadi şərtlər, biznes maraqları nəzərə alınmaqla iddiaçı nöqteyi-nəzərdən, cərimə pulunun 70 (yetmiş) manatdan yuxarı məbləğdə müəyyən edilməsi cavabdeh nöqteyi-nəzərdən məqsədə müvafiq hesab edilmir. Nəzərə almaq lazımdır ki, ümumi öhdəliyin böyük hissəsi cavabdeh tərəfindən icra olunmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, MM-in 445.7-ci maddəsinin tələbləri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqe nəzərə alınmaqla gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği əsaslı və yolveriləndir. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Cavabdeh tərəfindən iddia tələbinin təkzib edilməsi istiqamətində sənəd, sübut və ya materiallar məhkəməyə təqdim edilməmiş, aktiv sübutetmə (təkzibetmə) fəaliyyəti təşkil edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə ıştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 35 (otuz beş) manat məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 749 (yeddi yüz qırx doqquz) manat əsas, 70 (yetmiş) manat cərimə, 230 (iki yüz otuz) manat faiz borcu olmaqla, ümumilikdə 1049 (min qırx doqquz) manat məbləğində pul və ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumu alınaraq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «kreditin, faiz borcunun, cərimə borcunun və ödənilmiş dövlət rüsumunun ödənilməsi» tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 749 (yeddi yüz qırx doqquz) manat əsas, 70 (yetmiş) manat cərimə, 230 (iki yüz otuz) manat faiz borcu olmaqla, ümumilikdə 1049 (min qırx doqquz) manat məbləğində pul və ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumu alınaraq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-4640/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4640/2024
04.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver