Məhkəmə qərarları › İş №e-2(004)-4659/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4659/2025

05.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4659/2025 05.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi İmanzadə Ziya Yadigar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********06120 İPHONE 16 markalı telefon üçün 2836,88 (iki min səkkiz yüz otuz altı manat səksən səkkiz qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat altmış qəpik) manat rüsum, 283,69 (iki yüz səksən üç manat altmış doqquz qəpik) manat dəbbə pulu, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, Samsung TV üçün 1980 (min doqquz yüz səksən) manat ödənilməmiş hissə, 198 (yüz doxsan səkkiz) manat dəbbə pulu olmaqla, ümumilikdə 5322,17 (beş min üç yüz iyirmi iki manat on yeddi qəpik) manat pul, ödənilmiş 73,23 manat dövlət rüsumunun cavabdeh X1 alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-ci il tarixli müqavilələrə əsasən İMEİ KODU **********06120 İPHONE 16 markalı telefon, Samsung TV almış və nəticədə 5322,17 (beş min üç yüz iyirmi iki manat on yeddi qəpik) manat borc yaranmışdır. Cavabdeh tərəfindən yuxarıda qeyd edilən müqavilələrin şərtləri pozulmuşdur, müqavilə öhdəliklərinə əməl edilməmişdir. Cavabdehlə bağlanılmış həmin müqavilələrinin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il tarixli xx.xx.2024-cü il, xx.xx.2024-ci il tarixli müqavilələrə əsasən İMEİ KODU **********06120 İPHONE 16 markalı telefon, Samsung TV iddiaçı "xxxx" MMC Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində yuxarıda qeyd olunan müqavilələr ilə müəyyənləşdirilmiş pul məbləğini müvafiq şərtlərlə ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli 961805 nömrəli Müqavilənin 5.1-ci bəndinə əsasən, bu müqavilə imzalandığı andan qüvvəyə minir və 10 il müddətinə qüvvədədir. Müqavilə qüvvədə olduğu bütün müddət ərzində müştərinin bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə ABC-dən mal və (və ya) xidmət əldə etmək hüququ vardır. Həmin Müqavilənin 4.4-cü bəndinə əsasən, müştəri “Müqavilə”-nin şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımı qaydada icra etmədiyi hal(lar)da İddiaçı “mal”-ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tədbiq edə, “Müştəri”nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının riskli müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. Müqavilənin 4.5-ci bəndinə əsasən, müqavilənin 4.4 və 4.14-cü bəndlərinin icrası ilə əlaqədar əlavə ödənişlər tələb edilə bilər. İş materiallarında olan İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş 24 iyul 2025-ci il tarixli maliyyə cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, 2836,88 (iki min səkkiz yüz otuz altı manat səksən səkkiz qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat altmış qəpik) manat rüsum, 283,69 (iki yüz səksən üç manat altmış doqquz qəpik) manat dəbbə pulu, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, 1980 (min doqquz yüz səksən) manat ödənilməmiş hissə, 198 (yüz doxsan səkkiz) manat dəbbə pulu olmaqla, ümumilikdə 5322,17 (beş min üç yüz iyirmi iki manat on yeddi qəpik) manat məbləğində borcu vardır. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubu göndərilməklə cavabdehə pul məbləğinin ödənilməsi təklif edilmiş, lakin, müsbət nəticə əldə olunmamışdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Sözügedən iddia tələbinin qanuni əsası qismində tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqavilələrinin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 462 (dəbbə puluna münasibətdə), 600.4 (əsas öhdəliyə münasibətdə) maddələri çıxış edir. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İddia tələbinin faktiki və hüquqi halları ilə tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqavilələrinin şərtləri və MM-in 462, 600.4-cü maddələrinin dispozitiv şərtləri eynilik təşkil edir. İş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında yuxarıda qeyd edilən nisyə alqı-satqı müqavilələri bağlanmışdır. Cavabdeh İddiaçı qarşısında öhdəliklərini icra etməmişdir. Sözügedən xx.xx.2024-cü il tarixli 961805 nömrəli Müqavilənin 4.4, 4.5 və 5.1-ci və digər bəndləri “müqavilə azadlığı” prinsipinin kontekstindən etibarlı şərt hesab edilir, müqavilə üzrə tam və ya hissəvi (müvafiq bəndlər üzrə) etibarsızlıq xüsusatları müəyyən edilmir. Belə olan halda, İddiaçı Cavabdeh müvafiq pul məbləğinin ödənilməsini tələb etmək hüququ əsaslı və qanunidir. Məhkəmə araşdırması nəticəsində müəyyən olundu ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il tarixli xx.xx.2024-cü il, xx.xx.2024-ci il tarixli müqavilələrə əsasən İMEİ KODU **********06120 İPHONE 16 markalı telefon, Samsung TV-ni iddiaçı "xxxx" MMC Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində yuxarıda qeyd olunan müqavilələr ilə müəyyənləşdirilmiş pul məbləğini müvafiq şərtlərlə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən müqavilələrin şərtləri pozularaq öhdəliklərə əməl edilməmişdir. Nəticədə, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, 2836,88 (iki min səkkiz yüz otuz altı manat səksən səkkiz qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat altmış qəpik) manat rüsum, 283,69 (iki yüz səksən üç manat altmış doqquz qəpik) manat dəbbə pulu, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, 1980 (min doqquz yüz səksən) manat ödənilməmiş hissə, 198 (yüz doxsan səkkiz) manat dəbbə pulu olmaqla, ümumilikdə 5322,17 (beş min üç yüz iyirmi iki manat on yeddi qəpik) manat məbləğində borcu yaranmışdır. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Cavabdeh tərəfindən iddia tələbinin təkzib edilməsi ilə bağlı sənəd, sübut və ya material məhkəməyə təqdim edilməmiş, bu barədə aktiv sübutetmə (təkzibetmə) funksiyası həyata keçirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə ıştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 73,23 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, 2836,88 (iki min səkkiz yüz otuz altı manat səksən səkkiz qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat altmış qəpik) manat rüsum, 283,69 (iki yüz səksən üç manat altmış doqquz qəpik) manat dəbbə pulu, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, 1980 (min doqquz yüz səksən) manat ödənilməmiş hissə, 198 (yüz doxsan səkkiz) manat dəbbə pulu olmaqla, ümumilikdə 5322,17 (beş min üç yüz iyirmi iki manat on yeddi qəpik) manat məbləğində borc və ödənilmiş 73,23 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-230-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası təmin edilsin. Cavabdeh xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, 2836,88 (iki min səkkiz yüz otuz altı manat səksən səkkiz qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat altmış qəpik) manat rüsum, 283,69 (iki yüz səksən üç manat altmış doqquz qəpik) manat dəbbə pulu, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, 1980 (min doqquz yüz səksən) manat ödənilməmiş hissə, 198 (yüz doxsan səkkiz) manat dəbbə pulu olmaqla, ümumilikdə 5322,17 (beş min üç yüz iyirmi iki manat on yeddi qəpik) manat məbləğində borc və ödənilmiş 73,23 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar