Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4698/2025 01.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kommunal xidmət haqqı borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “kommunal xidmət haqqı borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1128,27 (bir min yüz iyirmi səkkiz manat iyirmi yeddi qəpik) manat əsas borc məbləğinin, vəkil xidməti olaraq ödənilmiş 400 (dörd yüz) manat məbləğindəki pul vəsaitinin və 32 (otuz iki) manat məbləğindəki dövlət rüsumunun əvəzinin tutularaq İddiaçınə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, sahə mülkiyyətçilərinin qərarı ilə, İddiaçı qeydiyyata alınmışdır. Yeni yaranan Cəmiyyətin nizamnaməsinə əsasən yaşayış binasını birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək hüququ İddiaçınə həvalə olunub. Buna baxmayaraq, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, H. Zərdabi küçəsi 204A, 2 saylı mənzilin mülkiyyətçisi kimi İddiaçınə ümumilikdə 1128,27 ( bir min yüz iyirmi səkkiz manat iyirmi yeddi qəpik) manat məbləğində borcu vardır və cavabdeh ona edilən xəbərdarlıqlara baxmayaraq həmin borcu ödəməmişdir. Mövcud qanunvericilikdə müəyyən edilmiş qaydalara uyğun olaraq borcun ödənilməsini cavabdehdən xahiş etsələr də, cavabdeh tərəf borcunu ödəməkdən yayınıb. Bu baxımdan məhkəməyə müraciət etmək məcburiyyətində qaldıqları üçün, vəkil xidməti olaraq 400 (dörd yüz) manat və dövlət rüsumu olaraq 32 (otuz iki) manat pul vəsaiti ödəmişlər. İddia tələbində qeyd edilən 1128,27 ( bir min yüz iyirmi səkkiz manat iyirmi yeddi qəpik) manat məbləğindəki əsas borc məbləği, vəkil xidməti olaraq ödənilmiş 400 (dörd yüz) manat məbləğindəki pul vəsaiti və 32 (otuz iki) manat məbləğindəki dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Tələbin güzəştinə dair, Y-71-003/2024 saylı, 01 yanvar 2024-cü il tarixli müqaviləyə əsasən, ünvan 1 ünvanında qeydiyyatda olan X1 öz tələblərini İddiaçınə güzəşt etmişdir. Həmçinin, həmin müqavilənin şərtlərindən görünür ki, “Mülkiyyətçi” müqavilə əsasında idarə etdiyi Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr. 92A və 204A ünvanında yerləşən çoxmənzilli binada yerləşən mənzillərin və qeyri-yaşayış sahələrinin (bundan sonra Əmlak) idarə edilməsi ilə bağlı 01 yanvar 2024-cü il tarixədək yaranmış bütün tələb və hüquqlarını (o cümlədən gələcəkdə yarana biləcək tələb və hüquqlarını) və səlahiyyətlərini əvəzsiz olaraq “İdarə edən”ə güzəşt edir, “İdarə edən” isə güzəşti qəbul etməsinə razılığını bildirir. Həmçinin həmin müqavilənin məzmunundan görünür ki, “İdarə edən” edən öz növbəsində "xxxx" Mənzil Tikinti Kooperativi ilə, ünvan 1 ünvanında qeydiyyatda olan X1 arasında bağlanmış “çox mənzilli binanın idarə edilməsi haqqında müqavilədən irəli gələn və "xxxx" Mənzil Tikinti Kooperativinin inşa etdiyi Bakı şəhəri,Yasamal rayonu, H.Zərdabi pr.92A və 204A ünvanında yerləşən çoxmənzilli binadakı “Əmlak”- in idarə edilməsi ilə bağlı tələblərə və hüquqlara aid bütün sənədləri və həmin tələblərdən və hüquqlardan istifadə üçün zəruri olan bütün məlumatları ondan qəbul edib hazırkı müqavilə ilə razılaşdırılmış şərtlər əsasında idarə edilməsini həyata keçirməyi öhdəsinə götürür. Həmçinin, həmin müqavilənin 1 saylı əlavəsindən görünür ki, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, H. Zərdabi küçəsi 204A, 2 saylı mənzilin mülkiyyətçisi kimi İddiaçınə 01 yanvar 2024-cü il tarixədək 838,38 (səkkiz yüz otuz səkkiz manat otuz səkkiz qəpik) manat borcu vardır. Həmçinin, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, H. Zərdabi küçəsi 204A, 2 saylı mənzilin mülkiyyətçisi kimi İddiaçınə 01 yanvar 2024-cü il tarixdən, 01 oktyabr 2024-cü il tarixədək 390,26 (üç yüz doxsan manat iyirmi altı qəpik) manat borcu vardır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, H. Zərdabi küçəsi 204A, 2 saylı mənzilin mülkiyyətçisi kimi İddiaçınə ümumilikdə 1128,27 ( bir min yüz iyirmi səkkiz manat iyirmi yeddi qəpik) manat məbləğində borcu vardır. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1472 (bir min dörd yüz yetmiş iki) manat əsas borc məbləğinin, vəkil xidməti olaraq ödənilmiş 400 (dörd yüz) manat məbləğindəki pul vəsaitinin və 35 (otuz beş) manat məbləğindəki dövlət rüsumunun əvəzinin tutularaq İddiaçınə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1 dekabr 2025-ci il tarixinə kimi (dekabr ayı daxil deyil) ümumilikdə 1579 (bir min beş yüz yetmiş doqquz) manat məbləğində borcu yarandığını, bu səbəbdən Cavabdeh 1579 (bir min beş yüz yetmiş doqquz) manat əsas borc məbləğinin, vəkil xidməti olaraq ödənilmiş 400 (dörd yüz) manat məbləğindəki pul vəsaitinin və 41 (qırx bir) manat məbləğindəki dövlət rüsumunun əvəzinin tutularaq İddiaçınə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 3166-ci məhəllə, ev 92 A, mənzil 649 (yeni qaydalarla: AZ1122, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, giriş 159, M15, m1) ünvanında yerləşən ümumi sahəsi 99.10 kv.metr olan mənzil tam hissədə xx.xx.2021-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə Cavabdeh adına qeydiyyata alınmışdır. İş materiallarında olan “Mülkiyyətçi” "xxxx" Mənzil Tikinti Kooperativi ilə “İdarə edən” X1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli çoxmənzilli evin idarə edilməsi haqqında müqaviləyə əsasən hazırki müqaviləyə əsasən “Mülkiyyətçi” inşa etdiyi Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr., 92a ünvanında yerləşən çoxmənzilli evlərin (bundan sonra Əmlak) idarə edilməsi ilə bağlı bütün səlahiyyətləri əvəzsiz olaraq “İdarə edən”ə verməyi, “İdarə edən” isə öz növbəsində “Mülkiyyətçi”nin inşa etdiyi çoxmənzilli evi ondan qəbul edib hazırki müqavilə ilə razılaşdırılmış şərtlər əsasında idarə edilməsini həyata keçirməyi öhdəsinə götürür. İş materiallarında olan “Mülkiyyətçi” X1 ilə “İdarə edən” İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli tələbin güzəştinə dair müqaviləyə əsasən bu müqavilə “Mülkiyyətçi” ilə “İdarə edən” arasında aşağıda göstərilən tələbin və hüquqların “Mülkiyyətçi” tərəfindən “İdarə edən”ə güzəşt edilməsinin hüquqi əsaslarını və tərəflərin hüquq və vəzifələrini müəyyən edir: • Hazırkı müqaviləyə əsasən “Mülkiyyətçi” müqavilə əsasında idarə etdiyi Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr. 92A və 204A ünvanmda yerləşən çoxmənzilli binada yerləşən mənzillərin və qeyri-yaşayış sahələrinin (bundan sonra Əmlak) idarə edilməsi ilə bağlı 01 yanvar 2024-cü il tarixədək yaranmış bütün tələb və hüquqlarını (o cümlədən gələcəkdə yarana biləcək tələb və hüquqlarını) və səlahiyyətlərini əvəzsiz olaraq “İdarə edən”ə güzəşt edir, “İdarə edən” isə güzəşti qəbul etməsinə razılığını bildirir. • “İdarə edən” edən öz növbəsində "xxxx" Mənzil Tikinti Kooperativi ilə, ünvan 1 ünvanında qeydiyyatda olan X1 arasında bağlanmış “çox mənzilli binanm idarə edilməsi haqqında müqavilədən irəli gələn və "xxxx" Mənzil Tikinti Kooperativinin inşa etdiyi Bakı şəhəri,Yasamal rayonu, H.Zərdabi pr.92A və 204A ünvanında yerləşən çoxmənzilli binadakı “Əmlak”- in idarə edilməsi ilə bağlı tələblərə və hüquqlara aid bütün sənədləri və həmin tələblərdən və hüquqlardan istifadə üçün zəruri olan bütün məlumatları ondan qəbul edib hazırkı müqavilə ilə razılaşdırılmış şərtlər əsasında idarə edilməsini həyata keçirməyi öhdəsinə götürür. İş materiallarında olan İddiaçı təsis yığıncağının 06 yanvar 2025-ci il tarixli Qərarına əsasən Bakı şəhəri,Yasamal rayonu, H.Zərdabi pr.92A və 204A ünvanında yerləşən çoxmənzilli binada yerləşən mənzillərin və qeyri-yaşayış sahələrinin (bundan sonra Yaşayış binası) idarə edilməsi ilə bağlı çoxmənzilli binanın ümumi əmlakının saxlanması, təmiri və kommunal xidmətlərin göstərilməsi üzrə mənzillərin hər kvadrat metri üçün müəyyən edilmiş 0,30 (otuz qəpik) AZN məbləğindəki qiymət dəyişdirilməsin və bu xidmətlərin göstərilməsi üzrə, mənzillərin hər kvadrat metri üçün 0,30 (otuz qəpik) AZN məbləğində müəyyən edilməsi və Bakı şəhəri,Yasamal rayonu, H.Zərdabi pr.92A və 204A ünvanında yerləşən çoxmənzilli binada yerləşən mənzillərin və qeyri-yaşayış sahələrinin (bundan sonra Yaşayış binası) idarə edilməsi ilə bağlı çoxmənzilli binanın ümumi əmlakının saxlanması, təmiri və kommunal xidmətlərin göstərilməsi üzrə sahə mülkiyyətçilərini çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqlan və bu xidmətlərin göstərilməsi üzrə sakinlərlə müqavilə bağlanılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeyrikommersiya Qurumlarının Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mənzil mülkiyətçilərinin müştərək cəmiyyəti 28 dekabr 2023-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan maliyyə arayışına əsasən Cavabdeh Bakı şəhəri, Yasamal rayonu. Zərdabı küçəsi, 3166-cı məhəllə, ev 92 A, 649 saylı mənzilin mülkiyyətçisi kimi İddiaçınə 01 dekabr 2025-ci il tarixinə kimi (dekabr ayı daxil deyil) ümumilikdə 1579 (bir min beş yüz yetmiş doqquz) manat məbləğində borcu vardır. Borcun yaranması əsası: • Sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq hər kvadrat metr üçün ödəniş və haqların miqdarı: 0.30 (otuz qəpik) azn, 1 ay üçün: 100,7 x 0,30=30.21 AZN • Mənzilin sahəsi: 100.7 kvadrat metr • 838,38 AZN - tələbin güzəştinə dair müqaviləyə 1 saylı əlavə. 78-ci sıra • 694,83 AZN- İddiaçı fəaliyyəti dövrü 01 yanvar 2024-cü il tarixdən 01 dekabr 2025-ci il tarixədək. • Damofon-videomüşahidə sistemi üzrə aylıq xidmət haqqı: 2 manat: 23 ay üzrə 40 manat borc yaranıb • Ümumi borcun hesablanması-838,38+ 69483+46= 1579,21. İş materiallarında olan İddiaçı MMMC-nin xx.xx.2025-ci il tarixli arayışına əsasən kommunal xidmətlərə görə sakinlər tərəfindən ödənilən hər kvadrat metr üçün hesablanmış O.3O manat (30 qəpik) pul vəsaiti dəhlizlər, pilləkan qəfəsi və pilləkan boşluğu, binanın girişi və digər ümumi sahələr,lift kabinaları, lift şaxtası və liftin matorxanası,binanın fasadı və dam örtüyü, havalandırma şaxtaları və bacalan,ümumi sahələrdə olan pəncərələr, küçə qapıları və binanın ümumi sahələrində yerləşən pəncərələr, yanğın pilləkənləri, yanğın söndürmə sistemi və vasitələri, bina daxili kanalizasiya, su və onların şaxtaları, su anbarı və nasosxanası, generator, elektrik təchizatı məntəqəsi, binanın həyəti, uşaqlar üçün əyləncə atraksionları, binanın fasiləsiz olaraq elektrik enerjisi ilə təmin edilməsi üçün elektrik təchizatı məntəqəsinə qulluğun təmin edilməsi, binanın fasiləsiz olaraq su ilə təmin edilməsi üçün su nasoslarına qulluğun təmin edilməsi, binanı su ilə təchiz edən nasosların və liftlərin generator vasitəsi ilə fasiləsiz olaraq elektrik enerjisi ilə təchiz edilməsinin təmin edilməsi, binanın rabitə və televiziya xidməti ilə təmin edilməsi, binanın fasiləsiz nəzarət xidməti ilə təmin edilməsi, məişət tullantılarının daşınması, binanın ümumi sahələrinin (dəhlizlər, pilləkanlar, binanın girişi, liftin daxili və sair), həyətinin və ətrafının təmizliyinin təmin edilməsi, liftlərə texniki xidmət göstərilməsi və liftlərin işlək vəziyyətdə saxlanılması, yaşayış binasının, onun yerləşdiyi inzibati ərazinin və mərtəbələrin girişlərinin işıqlandırılması, illik torpaq haqqının ödənilməsi, liftlərin, su nasoslarının və binanın işıqlandırılmasının elektrik enetjisi haqlarının "xxxx" ASC-yə ödənilməsi, işçilərin əmək haqqlarının ödənilməsinə və əvvəlcədən nəzərdə tutulmayan digər məslələrin (poçt, nəqliyyat və sair) həllinə görə xərclənir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, **********6 nömrəli qəbzə əsasən X3 tərəfindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Nümayəndə2 400 (dörd yüz) manat pul ödənilmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 194.1-ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. 194.2-ci maddəsinə əsasən tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 6.0.10-cu maddəsinə əsasən mənzil qanunvericiliyi kommunal xidmətlərin göstərilməsi ilə bağlı münasibətləri tənzimləyir. 6.0.11-ci maddəsinə əsasən mənzil qanunvericiliyi yaşayış sahəsinə və kommunal xidmətlərə görə xidmət haqlarının müəyyən edilməsi və ödənilməsi ilə bağlı münasibətləri tənzimləyir. 29.3-cü maddəsinə əsasən qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır. 38.1-ci maddəsinə əsasən çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. 45.5-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qəbul etdiyi qərarların icrası həmin binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburidir. 119.1-ci maddəsinə əsasən çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. 119.6-cı maddəsinə əsasən mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti dövlət qeydiyyatından keçdiyi andan hüquqi şəxs hesab edilir. 120.1-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin yaradılması haqqında qərar çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən onların ümumi yığıncağında qəbul edilir. Bu qərar onun lehinə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi səslərinin sayının əlli faizindən çoxuna malik olan sahə mülkiyyətçiləri səs verdikdə qəbul edilmiş hesab edilir. 120.6-cı maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin dövlət qeydiyyatı hüquqi şəxslərin qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq həyata keçirilir. 122.3-cü maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 137.1-ci maddəsinə əsasən çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir. 137.6-cı maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı halda, idarəedici təşkilat tərəfindən idarə olunan çoxmənzilli binanın sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları həmin idarəedici təşkilata ödəyirlər. 137.7-ci maddəsinə əsasən bilavasitə mülkiyyətçilər tərəfindən idarə olunan çoxmənzilli binanın yaşayış sahələrinin mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq ödəyirlər. 137.8-ci maddəsinə əsasən yaşayış evlərinin mülkiyyətçiləri həmin evlərin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini çəkir, müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq kommunal xidmətlərə görə haqq ödəyirlər. 137.9-cu maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. 137.10-ci maddəsinə əsasən mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. 139.2-ci maddəsinə əsasən yaşayış sahəsinə mülkiyyət formasının, yaşayış sahəsindən istifadə əsaslarının dəyişməsi, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənziltikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılması və ləğv edilməsi kommunal xidmətlərə görə haqqın miqdarının dəyişdirilməsinə əsas deyildir. 140.1-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur. 141.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın aşağıdakı idarə edilməsi üsullarından birini seçməyə borcludur: 141.2.1. binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə; 141.2.2. mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə; 141.2.3. idarəedici təşkilat tərəfindən idarə edilmə. 141.3-ci maddəsinə əsasən çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. İdarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “R.Məhərrəmovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 yanvar 2020-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 22 sentyabr 2020-ci il tarixli qərarına əsasən mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq şəkildə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü tələb etmir. Belə ki, Mənzil Məcəlləsinin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Bununla belə çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onu ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “V.Ələsgərovanm şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 29 dekabr 2015-ci il tarixli qərarına əsasən çoxmənzilli binanın idarə edilməsi səlahiyyəti binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti vasitəsilə həyata keçirilir. Çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onları ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsindən azad etmir. Özəl mülkiyyətdə olan çoxmənzilli binalarda mənzillərin mülkiyyətçiləri kommunal xidmətin təşkilində sərbəstdirlər və istədikləri təşkilatla müqavilə bağlamaqda azaddırlar. İcrası məcburi olan qərarlar, yalnız çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən Mənzil Məcəlləsində (126.9 və 44-47-ci maddələr) nəzərdə tutulan qaydada qərar qəbul edilməsi nəticəsində yarana bilər. Bu xüsusilə kommunal xidmət haqqının müəyyən edilməsinə aiddir.Binanın idarə edilməsi ilə bağlı tam səlahiyyət sahə mülkiyyətçilərinə məxsusdur və binanın idarə edilməsi üsulu mülkiyyətçilərin ümumi yığıncağının qərarı əsasında dəyişdirilə bilər. Məhkəmə araşdırma zamanı müəyyən olundu ki, “Mülkiyyətçi” "xxxx" Mənzil Tikinti Kooperativi ilə “İdarə edən” X1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli çoxmənzilli evin idarə edilməsi haqqında müqavilə əsasən “Mülkiyyətçi” inşa etdiyi Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr., 92a ünvanında yerləşən çoxmənzilli evlərin idarə edilməsi ilə bağlı bütün səlahiyyətləri əvəzsiz olaraq “İdarə edən”ə verməyi, “İdarə edən” isə öz növbəsində “Mülkiyyətçi”nin inşa etdiyi çoxmənzilli evi ondan qəbul edib hazırki müqavilə ilə razılaşdırılmış şərtlər əsasında idarə edilməsini həyata keçirməyi öhdəsinə götürmüşdür. Bundan sonra “Mülkiyyətçi” X1 ilə “İdarə edən” İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli tələbin güzəştinə dair müqaviləyə əsasən “Mülkiyyətçi” müqavilə əsasında idarə etdiyi Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr. 92A və 204A ünvanmda yerləşən çoxmənzilli binada yerləşən mənzillərin və qeyri-yaşayış sahələrinin idarə edilməsi ilə bağlı 01 yanvar 2024-cü il tarixədək yaranmış bütün tələb və hüquqlarını (o cümlədən gələcəkdə yarana biləcək tələb və hüquqlarını) və səlahiyyətlərini əvəzsiz olaraq “İdarə edən”ə güzəşt edir, “İdarə edən” isə güzəşti qəbul etməsinə razılığını bildirmiş və “İdarə edən” edən öz növbəsində "xxxx" Mənzil Tikinti Kooperativi ilə X1 arasında bağlanmış “çox mənzilli binanın idarə edilməsi haqqında müqavilədən irəli gələn və "xxxx" Mənzil Tikinti Kooperativinin inşa etdiyi Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr.92A və 204A ünvanında yerləşən çoxmənzilli binadakı “Əmlak”- ın idarə edilməsi ilə bağlı tələblərə və hüquqlara aid bütün sənədləri və həmin tələblərdən və hüquqlardan istifadə üçün zəruri olan bütün məlumatları ondan qəbul edib hazırkı müqavilə ilə razılaşdırılmış şərtlər əsasında idarə edilməsini həyata keçirməyi öhdəsinə götürmüşdür. İddiaçı 28 dekabr 2023cü il tarixdə dövlət qeydiyyatına alınmış, ona Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatı haqqında şəhadətnamə və dövlət reyestrindən çıxarış verilmişdir. Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 7 ünvanında yerləşən yaşayış binasının sahə mülkiyyətçilərinin xx.xx.2025-ci il tarixli təsis yığıncağının qərarına əsasən Bakı şəhəri,Yasamal rayonu, H.Zərdabi pr.92A və 204A ünvanında yerləşən çoxmənzilli binada yerləşən mənzillərin və qeyri-yaşayış sahələrinin idarə edilməsi ilə bağlı çoxmənzilli binanın ümumi əmlakının saxlanması, təmiri və kommunal xidmətlərin göstərilməsi üzrə mənzillərin hər kvadrat metri üçün müəyyən edilmiş 0,30 (otuz qəpik) AZN məbləğindəki qiymətin dəyişdirilməməsi və bu xidmətlərin göstərilməsi üzrə, mənzillərin hər kvadrat metri üçün 0,30 (otuz qəpik) AZN məbləğində müəyyən edilmişdir. Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 9 (yeni qaydalarla: AZ 1122, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, giriş 169, M15, m1) ünvanında yerləşən ümumi sahəsi 99.10 kv.m olan 649 nömrəli mənzilin mülkiyyətçisi Cavabdeh kommunal ödənişləri lazımi qaydada həyata keçirməmişdir. Hazırda iddiaçı "xxxx" MMMC Cavabdeh tələbin güzəştinə dair müqaviləyə əsasən yaranmış 838.38 manat əsas borc, İddiaçı MMMC-nin fəaliyyəti dövründə cavabdehə məxsus mənzilin müqavilədə göstərilən ümumi sahəsinə uyğun olaraq 1 dekabr tarixinə kimi hesablanmış 694.83 manat (100.7 kv.m * 0.30 manat = 30.21 manat, 30.21 manat * 23 ay = 694.83 manat), damofon-vediomüşahidə sistemi üzrə ödənilməli 46 manat (2 manat * 23 ay) olmaqla, ümumilikdə 1579 manat kommunal xidmət haqqı borcu, vəkil xidməti olaraq ödənilmiş 400 manat və dövlət rüsumu olaraq ödənilmiş 41 manat məbləğində pulun tutularaq İddiaçınə ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı MMMC xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin olaraq Cavabdeh ona məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 9 ünvanında yerləşən 649 nömrəli mənzilin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ümumi sahəsini 99.10 kv.m-dən hesablamaqla ödənilməmiş kommunal xidmət haqqı borcunu tələb etmiş, daha sonra məhkəmə baxışında xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcmini artıraraq cavabdehə məxsus mənzilin müqavilədə göstərilən ümumi sahəsinə (100.7 kv.m) uyğun olaraq 1 dekabr tarixinə kimi hesablanmış ödənilməmiş kommunal xidmət haqqı borcununun cavabdehdən tutulmasını tələb etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Göründüyü kimi, kommunal xidmət haqqının cavabdehə məxsus mənzilin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ümumi sahəsi ilə deyil, müqavilədə göstərilən ümumi sahəsinə görə hesablanması üçün əsas məhkəmə baxışı gedişində əmələ gəlməmiş və iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıra bilməmişdir. Lakin kommunal xidmət haqqı tələbinin artırılaraq 1 dekabr tarixinə kimi hesablanması əsası məhkəmə baxışı gedişində əmələ gəlmiş əsasdır. Belə ki, kommunal xidmət haqqının ödənilməsi davam edən münasibətdir və iddiaçının məhkəmə baxışında iddia tələbini artıraraq kommunal xidmət haqqının 1 dekabr tarixinə kimi hesablanaraq ödənilməsini tələb etməsi və məhkəmənin bunu qəbul etməsi tərəflər arasında eyni hüquq münasibətlərindən irəli gələn tələblər üzrə ayrı-ayrı məhkəmə çəkişmələrinin yaranmasının qarşısını alır, həmçinin prosessual qənaət prinsipinə əməl edilməklə, məhkəmə müdafiəsinin səmərəliyini təmin edir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı fəaliyyət dövrü ərzində, yəni 01 yanvar 2024-cü il tarixdən 01 dekabr 2025-ci il tarixinədək hesablanmaqla Cavabdeh 729.79 manat ((99.10 kv.m * 0.30 = 29.73 manat, 29.73 manat * 23 ay = 683.79 manat) + 46 (2 manat * 23 ay = 46 manat) = 729.79 manat) və tələbin güzəştinə dair müqavilənin 1 saylı Əlavəsinin 78-ci bəndinə əsasən Cavabdeh adına hesablanmış 838.38 manat olmaqla, cəmi 1568.17 manat məbləğində kommunal xidmət haqqı borcu tutularaq İddiaçınə ödənilməlidir. Məhkəmə iddiaçının məhkəmə xərcləri ilə əlaqədar pul tələblərinə münasibətdə hesab edir ki, iddia qismən təmin edildiyindən iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 41 manat məbləğində dövlət rüsumunun 35.69 manatı və vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 400 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, sadalanan qanunvericilik normalarını rəhbər tutaraq, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1568.17 manat kommunal xidmət haqqı borcu, vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 400 manat və dövlət rüsumu olaraq ödənilmiş 35.69 manat məbləğində pul tutularaq İddiaçınə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1568.17 (bir min beş yüz altmış səkkiz manat on yeddi qəpik) manat kommunal xidmət haqqı borcu, vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 400 (dörd yüz) manat və dövlət rüsumu olaraq ödənilmiş 35.69 (otuz beş manat altmış doqquz qəpik) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №e-2(004)-4698/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4698/2025
01.12.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver