Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4712/2022 20.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbinə” dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********70182 Samsung galaxy A01 markalı telefon, X6, X5 üçün 259.6 (iki yüz əlli doqquz, altmış qəp) manat ödənilməmiş hissə, 25.4 (iyirmi beş, qırx qəp) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Trimmer Panasonic, X1, Earphones Panasonic üçün 46.6 (qırx altı manat altmış qəp) manat ödənilməmiş hissə, 4.4 (dörd manat qırx qəp) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********03812 X4 Amarkalı telefon üçün 347.6 (üç yüz qırx yeddi manat altmış qəp) manat ödənilməmiş hissə, 34.4 (otuz dörd, qırx qəp) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, X2 üçün 18 (on səkkiz) manat ödənilməmiş hissə, 1 (bir) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********42284 Nokia 106 Dual markalı telefon, X7 Baseus üçün 91.3 (doxsan bir manat otuz qəp) manat ödənilməmiş hissə, 9.7 (doqquz, yetmiş qəp) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, CASİO saat, Epilyator Philips üçün 57 (əlli yeddi) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Acer kompüter, Bag Lenovo, Mouse Logitech üçün 531.6 (beş yüz otuz bir manat altmış qəp) manat ödənilməmiş hissə, 53.4 (əlli üç, qırx qəp) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Xiaomi HAYLOU T15, Xiaomi Mi TV Stick üçün 195.5 (yüz doxsan beş manat əlli qəp) manat ödənilməmiş hissə, 19.5 (on doqquz manat əlli qəp) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Fen Rowenta, Trimmer Braun, TP- LİNK USB üçün 60.8 (altmış manat səksən qəp) manat ödənilməmiş hissə, 6.2 (altı manat iyirmi qəp) manat cərimə, ümumilikdə 1767 (min yeddi yüz altmış yeddi) manat borc və 37.67 (otuz yeddi manat altmış yeddi qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh ilə xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.20220-ci il, xx.xx.2021-ci il tarixlərindəki müqavilələrinə əsasən, İmei kodu **********70182 Samsung galaxy A01 markalı telefon, X6, X5, Trimmer Panasonic, X1, Earphones Panasonic, İmei kodu **********03812 X4 A markalı telefon, X2, İmei kodu **********42284 Nokia 106 Dual markalı telefon, X7 Baseus, CASİO saat, Epilyator Philips, Acer kompüter, Bag Lenovo, Mouse Logitech, Xiaomi HAYLOU T15, Xiaomi Mi TV Stick, Fen Rowenta, Trimmer Braun, TP-LİNK USalBmış və nəticədə 1767 (bir min yeddi yüz altmış yeddi) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 401.4 (dörd yüz bir, qırx qəp) manat (18 ay x 21.8 manat + 9 manat ilkin ödəniş) olan İmei kodu **********70182 Samsung galaxyA01 markalı telefon, X6, X3 285 (iki yüz səksən beş) manat olmaqla ondan, 259.6 (iki yüz əlli doqquz, altmış qəp) manat ödənilməmiş hissə, 25.4 (iyirmi beş, qırx qəp) manat cərimə pulu; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 219.6 (iki yüz on doqquz, altmış qəp) manat (18 ay x 12.2 manat + 0 manat ilkin ödəniş) olan Trimmer Panasonic, X1, Earphones Panasonicüçün 51 (əlli bir) manat olmaqla ondan 46.6 (qırx altı, altmış qəp) manat ödənilməmiş hissə, 4.4 (dörd, qırx qəp) manat cərimə pulu; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 568.8 (beş yüz altmış səkkiz, səksən qəp) (18 ay x 31.6 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********03812 X4 A markalı telefon üçün 382 (üç yüz səksən iki) manat olmaqla ondan 347.6 (üç yüz qırx yeddi, altmış qəp) manat ödənilməmiş hissə, 34.4 (otuz dörd, qırx qəp) manat cərimə pulu; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 54 (əlli dörd) manat (12 ay x 4.5 manat + 0 manat ilkin ödəniş) olan X2 üçün 19 (on doqquz) manat olmaqla ondan 18 (on səkkiz) manat ödənilməmiş hissə, 1 (bir) manat cərimə miqdarında borc yaranmışdır. xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 149.4 (yüz qırx doqquz, qırx qəp) manat (18 ay x 8.3 manat + 0 manat ilkin ödəniş) olan , İmei kodu **********42284 Nokia 106 Dual markalı telefon, X7 Baseusüçün 101 (yüz bir) manat olmaqla ondan 91.3 (doxsan bir, otuz qəp) manat ödənilməmiş hissə, 9.7 (doqquz, yetmiş qəp) manat cərimə miqdarında borc yaranmışdır. xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 171 (yüz yetmiş bir) manat (18 ay x 9.5 manat + 0 manat ilkin ödəniş) olan , CASİO saat, Epilyator Philipsüçün 62 (altmış iki) manat olmaqla ondan 57 (əlli yeddi) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə miqdarında borc yaranmışdır. xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 979.2 (doqquz yüz yetmiş doqquz, iyirmi qəp) manat (24 ay x 40.8 manat + 0 manat ilkin ödəniş) olan , Acer kompüter, Bag Lenovo, Mouse Logitech üçün 585 (beş yüz səksən beş) manat olmaqla ondan 531.6 (beş yüz otuz bir, altmış qəp) manat ödənilməmiş hissə, 53.4 (əlli üç, qırx qəp) manat cərimə miqdarında borc yaranmışdır. xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 268.2 (iki yüz altmış səkkiz, iyirmi qəp) manat (18 ay x 14.9 manat + 0 manat ilkin ödəniş) olan , Xiaomi HAYLOU T15, Xiaomi Mi TV Sticküçün 215 (iki yüz on beş) manat olmaqla ondan 195.5 (yüz doxsan beş, əlli qəp) manat ödənilməmiş hissə, 19.5 (on doqquz, əlli qəp) manat cərimə miqdarında borc yaranmışdır. xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 194.2 (yüz doxsan dörd, iyirmi qəp) manat (3 ay x 62.4 manat + 7 manat ilkin ödəniş) olan , Fen Rowenta, Trimmer Braun, TP-LİNK USBüçün 67 (altmış yeddi) manat olmaqla ondan 60.8 (altmış, səksən qəp) manat ödənilməmiş hissə, 6.2 (altı, iyirmi qəp) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1397.8 manat təşkil edir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının ərizəsinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli 22016602 nömrəli müqavilədən görünür ki, müqavilə əsasında Cavabdeh "xxxx" MMC-dən Samsung galaxy A01 markalı telefon, X6, X5 nisyə almışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli 20099924 nömrəli müqavilədən görünür ki, müqavilə əsasında Cavabdeh "xxxx" MMC-dən Trimmer Panasonic, X1, Earphones Panasonic nisyə almışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli 21247762 nömrəli müqavilədən görünür ki, müqavilə əsasında Cavabdeh "xxxx" MMC-dən İmei kodu **********03812 X4 A markalı telefon nisyə almışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli 21066904 nömrəli müqavilədən görünür ki, müqavilə əsasında Cavabdeh "xxxx" MMC-dən X2 nisyə almışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli 21212103 nömrəli müqavilədən görünür ki, müqavilə əsasında Cavabdeh "xxxx" MMC-dən İmei kodu **********42284 Nokia 106 Dual markalı telefon, X7 Baseus nisyə almışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli 20160185 nömrəli müqavilədən görünür ki, müqavilə əsasında Cavabdeh "xxxx" MMC-dən CASİO saat, Epilyator Philips nisyə almışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli 20335051 nömrəli müqavilədən görünür ki, müqavilə əsasında Cavabdeh "xxxx" MMC-dən Acer kompüter, Bag Lenovo, Mouse Logitech almışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli 22107909 nömrəli müqavilədən görünür ki, müqavilə əsasında Cavabdeh "xxxx" MMC-dən , Xiaomi HAYLOU T15, Xiaomi Mi TV Stick nisyə almışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli 22283196 nömrəli müqavilədən görünür ki, müqavilə əsasında Cavabdeh "xxxx" MMC-dən Fen Rowenta, Trimmer Braun, TP-LİNK USB nisyə almışdır. İş materiallarına əlavə olunmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, qısa zaman ərzində ödəniş etməyəcəyi təqdirdə iddiaçı məhkəmədə mülki iddia qaldıracağı barədə Cavabdeh xəbərdar etmişdir. İş materiallarında olan "xxxx" tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2020-ci il tarixli 22016602 nömrəli müqavilə üzrə Cavabdeh cəmi borcu 285(iki yüz səksən beş) manat olmaqla ondan, 259.6 (iki yüz əlli doqquz, altmış qəp) manat ödənilməmiş hissə, güzəşt olunaraq 25.4 (iyirmi beş, qırx qəp) manat cərimə, xx.xx.2020-ci il tarixli 20099924 nömrəli müqavilə üzrə Cavabdeh cəmi borcu 51(əlli bir) manat olmaqla ondan, 46.6 (qırx altı, altmış qəp) manat ödənilməmiş hissə, 4.4 (dörd, qırx qəp) manat cərimə borcu, xx.xx.2020-ci il tarixli 21247762 nömrəli müqavilə üzrə Cavabdeh cəmi borcu 382(üç yüz səksən iki) manat olmaqla ondan, 347.6 (üç yüz qırx yeddi, altmış qəp) manat ödənilməmiş hissə, 34.4 (otuz dörd, qırx qəp) manat cərimə borcu, xx.xx.2020-ci il tarixli 21066904 nömrəli müqavilə üzrə Cavabdeh cəmi borcu 19 (on doqquz) manat olmaqla ondan, 18 (on səkkiz) manat ödənilməmiş hissə, 1 (bir) manat cərimə borcu, xx.xx.2020-ci il tarixli 21212103 nömrəli müqavilə üzrə Cavabdeh cəmi borcu 101(yüz bir) manat olmaqla ondan, 91.3 (doxsan bir, otuz qəp) manat ödənilməmiş hissə, 9.7 (doqquz, yetmiş qəp) manat cərimə borcu, xx.xx.2020-ci il tarixli 20160185 nömrəli müqavilə üzrə Cavabdeh cəmi borcu 62(altmış iki) manat olmaqla ondan, 57 (əlli yeddi) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə borcu, xx.xx.2020-ci il tarixli 20335051 nömrəli müqavilə üzrə Cavabdeh cəmi borcu 585(beş yüz səksən beş) manat olmaqla ondan, 531.6 (beş yüz otuz bir, altmış qəp) manat ödənilməmiş hissə, 53.4 (əlli üç, qırx qəp) manat cərimə borcu, xx.xx.2020-ci il tarixli 22107909 nömrəli müqavilə üzrə Cavabdeh cəmi borcu 215(iki yüz on beş) manat olmaqla ondan, 195.5 (yüz doxsan beş, əlli qəp) manat ödənilməmiş hissə, 19.5 (on doqquz, əlli qəp)manat cərimə borcu, xx.xx.2021-ci il tarixli 22283196 nömrəli müqavilə üzrə Cavabdeh cəmi borcu 67(altmış yeddi) manat olmaqla ondan, üçün 60.8 (altmış, səksən qəp) manat ödənilməmiş hissə, 6.2 (altı, iyirmi qəp) manat cərimə borcu vardır. Beləliklə, müəyyən olundu ki, xx.xx.2020-ci il tarixli 22016602, xx.xx.2020-ci il tarixli 20099924,xx.xx.2020-ci il tarixli 21247762, xx.xx.2020-ci il tarixli 21066904 , xx.xx.2020-ci il tarixli 21212103,xx.xx.2020-ci il tarixli 20160185, xx.xx.2020-ci il tarixli 20335051, xx.xx.2020-ci il tarixli 22107909, xx.xx.2021-ci il tarixli 22283196 nömrəli müqavilələr üzrə Cavabdeh cəmi borcu 1767(min yeddi yüz altmış yeddi)manat olmaqla ondan, 1608(min altı yüz səkkiz) manat ödənilməmiş hissə, güzəşt olunaraq 159(yüz əlli doqquz) manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli 22016602 nömrəli müqavilə üzrə 259,6 (iki yüz əlli doqquz manat altmış qəpik) manat ödənilməmiş hissə, 25,4 (iyirmi beş manat qırx qəpik) manat cərimə, xx.xx.2020-ci il tarixli 20099924 nömrəli müqavilə üzrə 46,6 (qırx altı manat altmış qəpik) manat ödənilməmiş hissə, 4,4 (dörd manat qırx qəpik) manat cərimə, xx.xx.2020-ci il tarixli 21247762 nömrəli müqavilə üzrə 347,6 (üç yüz qırx yeddi manat altmış qəpik) manat ödənilməmiş hissə, 34,4 (otuz dörd manat qırx qəpik) manat cərimə, xx.xx.2020-ci il tarixli 21066904 nömrəli müqavilə üzrə 18 (on səkkiz) manat ödənilməmiş hissə, 01 (bir) manat cərimə, xx.xx.2020-ci il tarixli 21212103 nömrəli müqavilə üzrə 91,3 (doxsan bir manat otuz qəpik) manat ödənilməmiş hissə, 09,70 (doqquz manat yetmiş qəpik) manat cərimə, xx.xx.2020-ci il tarixli 20160185 nömrəli müqavilə üzrə 57 (əlli yeddi) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə, xx.xx.2020-ci il tarixli 20335051 nömrəli müqavilə üzrə 531,6 (beş yüz otuz bir manat altmış qəpik) manat ödənilməmiş hissə, 53,4 (əlli üç manat qırx qəpik) manat cərimə, xx.xx.2020-ci il tarixli 22107909 nömrəli müqavilə üzrə 195.5 (yüz doxsan beş manat əlli qəpik) manat ödənilməmiş hissə, 19.5 (on doqquz manat əlli qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli 22283196 nömrəli müqavilə üzrə 60,8 (altmış manat səksən qəpik) manat ödənilməmiş hissə, 6.2 (altı manat iyirmi qəpik) manat cərimə olmaqla, cəmi 1767 (min yeddi yüz altmış yeddi) manat məbləğində pul və 37.67 (otuz yeddi manat altmış yeddi) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-4712/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4712/2022
20.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver