Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-472/2023 14.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyinin, X16 oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kompensasiya ödənilməklə mənzildən çıxarılma” tələinə dair ilkin iddia ərizəsi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kompensasiya ödənilməklə mənzildən çıxarılma” tələinə dair ilkin iddia ərizəsi və ilkin iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, Süleyman Tağızadə küçəsi, ev 51, 9 saylı mənzilə olan istifadə hüququna 10000 manat kompensasiya verilməklə xitam verilməsi, Cavabdeh1 və onun həyat yoldaşı Cavabdeh2 və onların yetkinlik yaşına çatmayan övladları 2009-cu il təvəllüdlü X12 , 2015-ci il təvəllüdlü X13 və 2019-cu il təvəlüdlü X14 ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Süleyman Tağızadə küçəsi, ev 51, 9 saylı mənzildən çıxarılması və mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Süleyman Tağızadə küçəsi, ev 51, 9 saylı mənzil ona məxsusdur və o həmin evin mülkiyyətçisidir. Cavabdeh1 onun qardaşıdır. Digər Cavabdeh2 qardaşının həyat yoldaşıdır. Cavabdeh1 həmin mənzildə pasport qeydiyyatında olsa da digər cavabdeh olan həyat yoldaşı həmin mənzildə qeydiyyatda deyildir. O, digər mənzildə qeydiyyatdadır. Cavabdehin başqa yaşayış yeri olsa da onun həmin mənzildən çıxarılma tələbini yerinə yetirmir və həmin mənzildən çıxmayacağını bildirir. Onu həmin mənzilə buraxmırlar. Mülkiyyət hüququ tamamilə məhdudlaşdırılmışdır. Qardaşı Cavabdeh1 həmin qeydiyyatda istifadə hüququna kompensasiya verilməsi yolu ilə xitam verilməsini və mənzildən çıxarılmasını istəyir. Digər Cavabdeh2 ümumiyyətlə onun mülkiyyətində olan mənzildə istifadə hüququ mövcud deyildir. O, həmin mənzildən çıxarılmalıdır. Eyni zamanda cavabdehlərin yetkinlik yaşına çatmayan övladları 2009-cu il təvəllüdlü X12 , 2015-ci il təvəllüdlü X13 və 2019-cu il təvəlüdlü X14 da onlarla birlikdə mənzildən çıxarılmalıdır. Həmin mənzil boşaldılaraq ona təhvil verilməlidir. Daha sonra ilkin iddia üzrə Cavabdeh1 ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kompensasiya ödənilməklə mənzildən çıxarılma” tələinə dair ilkin iddia ərizəsinə etiraz təqdim edərək iddianın əsassız olduğundan təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, mübahisəli evin bacısının adına keçirilməsi ilə bağlı onun razılığı olmayıb, bu məsələnin aydınlaşdırılması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestrinə sorğu ilə müraciət etmişdir. Çünki iddiaçı həmin dövrlərdə həmin orqanın əməkdaşı olmuşdur. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06 noyabr 2007-ci il tarixdə 41 saylı notariat kontorunda bağlanmış “bağışlanma müqaviləsi” üzrə imzanın anası X1 məxsusluğu yoxlanılmaqla həmin bağışlama müqaviləsinin və həmin müqaqvilənin hüquqi nəticələrinin etibarsız hesab edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 06 noyabr 2007-ci il tarixdə 41 saylı notariat kontorunda bağışlama müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən onun mərhum anası X2 mərhum atasından qalan miras evləri olan və onun da ailə üzvləri ilə birlikdə yaşadığı ünvan 1 ünvanında yerləşən mənzili bacısı İddiaçı bağışlamışdır. Onun isə bu vəziyyətdən bacısınının onun və arvadının cavabdeh qismində qoyularaq “mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi” barədə iddia tələbi ilə məhkəməyə müraciət edənədək xəbəri olmamışdır. Çünki onun iş rejiminin növbətçilik sistemi ilə olduğu üçün bacısına miras mənzillə bağlı sənədlərin rəsmiləşməsi işi ilə məşğul olması üçün ona etibarnamə vermişdir. Bacısı həmin vaxtlar Azərbaycan Respublikasının Əmlak Məsələləri Daövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində işləmişdir. Bacısı məhkəməyə müraciət edənədək mənzilin yarı hissəsinin bacısına yarı hissəsinin isə ona məxsus olduğunu hesab etmişdir. Lakin bacısı məhkəməyə müraciət etdikdən sonra iddia ərizəsinə əlavə olunmuş bağışlama müqaviləsini gördükdə belə bir müqavilənin varlığını bilmişdir. Lakin həmin müqavilədəki anasının imzası onda şübhə doğurmuşdur. Daha sonra qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı Cavabdeh1 iddiasına iddia müddətini tətbiq edərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1 izahatında bildirmişdir ki, iddia ərizəsində qeyd edilən mənzil iddiaçının mülkiyyətindədir. Bununla bağlı bağışlama müqaviləsini də təqdim edilib. Cavabdeh1 iddiaçının qardaşıdır, digər Cavabdeh2 isə qardaşının yoldaşıdır. Hal-hazırda həmin mənzildə deyil, başqa bir mənzildə qeydiyyatdadır. İddiaçı hal-hazırda həmin mənzildə yaşamır, həmin mənzilə buraxılmır. Qardaşı Cavabdeh1 həmin mənzilə qeydiyyatda olduğundan onun mənzildən istifadə hüququna müvafiq kompensasiya verilməklə xitam verilməsini məhkəmədən xahiş edir. Cavabdeh2 isə ümumiyyətlə həmin mənzildə qeydiyyatda olmadığından və onun istifadə hüququ mövcud olmadığından onun və yetkinlik yaşına çatmayan övladları 2009-cu il təvəllüdlü X12, 2015-ci il təvəllüdlü X13 və 2019-cu il təvəllüdlü X14 ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Süleyman Tağızadə küç., ev 51, 9 saylı mənzildən çıxarılması və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş edirlər. Əlavə olaraq vəkil qeyd etmişdir ki, cavabdeh tərəfindən qaldırılmış iddia işi uzatmaq məqsədi daşıyır. Hətta anası yataq xəstəsi belə olsa notariusun yataq xəstələri üçün də müqavilənin təsdiq edilməsinin qanunvericiliklə müəyyən edilmiş bir qaydası var. Qarşılıqlı iddia birbaşa məhkəmənin uzadılması üçün verilmiş iddiadır. Məhkəmə iddiaları birləşdirərək süründürməçiliyin qarşısını almışdır. Qarşı tərəf ilk məhkəmə iclasında bağışlama müqaviləsi barədə məlumatlı olduğunu bildirmişdi. Onlar hesab edirlər ki, iddia müddəti ötürülüb. Bununla bağlı ərizə də təqdim etmişlər. Təmsil etdiyi şəxs iddia tələbində göstərilən kompensasiyanın miqdarının 10000 manat miqdarında müəyyən edilməklə ilkin iddia tələbinin təmin edilməsini qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 izahatında bildirmişdir ki, o, müqaviləyə imza atmış, lakin bilməmişdir ki, nəyə imza atır. O dənizdə işləmişdir. Bacısı ona demişdir ki, bura imza at. Çıxarışı görəndən sonra bilmişdir ki, ev bacısının adına keçib. 2008-ci ildə bilmişdir ki, ev bacısının adına keçib. Anası yataq xəstəsi olmuşdur, imza ata bilmirdi. Yoldaşı da evdə idi, iki nəfər gəlmişdir, necə imza atdırdıqlarını bilməmişdir. O, qaşığı belə tuta bilmirdi. Bağışlama müqaviləsi barədə məlumatlı olmamış, sadəcə razılıq vermişdir ki, ev bacısının adına keçsin. Əvvəlki məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirmişdir ki, ötən məhkəmə iclasından sonra iddiaçının vəkili ilə barışıq barədə danışıqlar aparsalar da ortaq bir məxrəcə gəlinə bilməmişdir. Əksinə iddiaçı tərəf dəqiqləşmə barədə ərizə təqdim edərək, kompensasiyanın miqdarını artırmışdır. Təmsil etdiyi tərəf də öz növbəsində iş materiallarında olan bağışlama müqqaviləsinin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Təmsil etdiyi şəxs hesab edir ki, həmin müqavilədə olan imzalar onun anasına məxsus deyil və saxtalaşdırılıb. Çünki təmsil etdiyi şəxs hesab edir ki, onun anası vəfat etməmişdən qabaqkı son 1 ildə yataq xəstəsi olmuşdur və anasına təmsil etdiyi şəxs və onun ailəsi baxmışdır. Anası da ölən anadək əmlakı cavabdehə deyil, məhz iddiaçıya bağışlaması haqqında heç bir şey deməyib. Bu məsələlər tərəflərin anası mərhum X2 tərəfindən 41 saylı Notariat Kontorunda bağlanılmış bağışlama müqaviləsi əsasında ortaya çıxıb. Həmin müqavilə əsasında evin sənədləri İddiaçı adına rəsmiləşdirilmişdir. İlk proseslərdə belə düşünürdülər ki, bacı və qardaş arasında razılıq əldə olunar, çünki tərəf həmin mülkün bacı və qardaş arasında yarı paylara bölünməsinə razı olmuşdur. Lakin onlar bununla bağlı razılıq əldə edə bilməmişlər. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 digər məhkəmə işi üzrə müqavilə elektron sistemə yerləşdiriləndə müqavilə ilə tanış olmuş və iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O bacısına etibarnamə verəndə belə hesab etmişdir ki, bacısı anasının vərəsəlik məsələsini həll edəcək, əmlak ümumi paylı mülkiyyət kimi bölünəcək. Həmçinin Cavabdeh1 anasının vəfatından əvvəl və sonra da ailəsi ilə birlikdə həmin mənzildə yaşayıb, təmir xərcləri qoyub, anasının ölümünə qədər ona qulluq edib. Heç vaxt anasından eşitməyib ki, anası evi ona yox, bacısına bağışlayacaq. Eyni zamanda bildirmək istəyir ki, mərhum Süleymanova Lətifə xəstəliyindən qabağa qədər ağır yataq xəstəsi olub, hətta bağışlama müqaviləsi imzalanan dövrlərdə yeməyə ona oğlu və gəlini yardım edirmiş. Onlar bağışlama müqaviləsi ilə tanış olanda müqavilədəki imzanın anasına aid olmadığı qənaətinə gəliblər. Eyni zamanda da iddiaçı həmin bağışlama müqaviləsindən cavabdeh ona Yasamal Rayon Məhkəməsində iddia qaldırana qədər məlumatı olmayıb. Həmin vaxta qədər iddiaçı hesab edib ki, bacısı vərəsəlik işi ilə bağlı məsələləri həll edir və onlar bərabər şəkildə vərəsədilər. Həmin evdə anası rəhmətə gedəndən əvvəl də, sonra da Cavabdeh1 öz ailəsi ilə birlikdə yaşayıb. Yalnız cavabdeh iddia qaldıran zaman elektron məhkəmə sistemi ilə iş materiallarına əlavə olunmuş sənədlərin arasında bağışlama müqaviləsini görüb və hesab edir ki, həmin imza anasına məxsus imza deyil. Bu səbəbdən onlar müqavilənin etibarsız hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etmişlər. İş materiallarında olan ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Süleyman Tağızadə küçəsində istifadədə olan 0,032 ha torpaq sahəsində yerləşən 51 nömrəli, 2 mərtəbəli binada 43,8 kv.m ümumi, 24 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 9 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X7 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2008-ci il tarixdə 161 nömrəli reyestr kitabının 16369 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhər Yasamal Rayon İcra Hkaimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyi 43 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli, 218 saylı Arayışdan görünür ki, X15 ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatda olmaqla yaşayır. Onunla birlikdə həmin mənzildə atası X10, qızı X8, qardaşı Cavabdeh1, qardaşı oğlanları X12, X13, X14 daimi qeydiyyatdadırlar. İş materiallarında olan 107109 nömrəli Qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, S.Tağızadə küçəsindəki 51 nömrəli yaşayış evinin 9 saylı mənzili xx.xx.1997-ci il tarixdə X3 adına qeydiyyatdan keçrilmişdir. İş materiallarında olan X2 ilə X15 arasında bağlanmış Bakı şəhəri 41 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2007-ci il tarixli 4Ə-789 reyestr nömrəli bağışlama müqaviləsindən görünür ki, X2 Bakı şəhəri, Yasamal rayonu, Süleyman Tağızadə küçəsi, ev 51-də yerləşən ona məxsus iki otaqdan ibarət ümumi sahəsi 43,80 kv.m, yaşayış sahəsi 24 kv.m olan 9 saylı mənzilini qızı X9 bağışlamışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə ünvanladığı 01.2.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Süleyman Tağızadə küçəsi, ev 51, 9 saylı mənzil ilkin olaraq xx.xx.1997-ci il tarixdə X4 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 12 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.1997-ci il tarixli 3M-A-5/850 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən xx.xx.1997-ci il tarixdə X3 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 41 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2007-ci il tarixli 4Ə-789 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən X7 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş materiallarında olan “X5” MMC-nin xx.xx.2023-cü il tarixli, 05 nömrəli mütəxəssis rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən, 43,8 kv.m ümumi, 24 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 9 saylı mənzilin hazırki orta bazar qiyməti ilə təqribi dəyəri 69000 manat, hazırki dövr üçün aylıq kirayə haqqı 270 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan AZ-İ 161374 saylı Ölüm haqqında Şəhadətnamədən görünür ki, X2 xx.xx.2007-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2007-ci il tarixdə 1475 nömrə ilə qeyd edilmişdir. Məhkəmə iclasda iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, qaqrşılıqlı iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1.2-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri 12 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.1997-ci il tarixli 3M-A-5/850 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən xx.xx.1997-ci il tarixdə X3 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 41 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2007ci il tarixli 4Ə-789 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən X7 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş materiallarında olan X2 ilə X15 arasında bağlanmış Bakı şəhəri 41 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2007-ci il tarixli 4Ə-789 reyestr nömrəli bağışlama müqaviləsindən görünür ki, X2 Bakı şəhəri, Yasamal rayonu, Süleyman Tağızadə küçəsi, ev 51-də yerləşən ona məxsus iki otaqdan ibarət ümumi sahəsi 43,80 kv.m, yaşayış sahəsi 24 kv.m olan 9 saylı mənzilini qızı X9 bağışlamışdır. İş materiallarında olan ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Süleyman Tağızadə küçəsində istifadədə olan 0,032 ha torpaq sahəsində yerləşən 51 nömrəli, 2 mərtəbəli binada 43,8 kv.m ümumi, 24 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 9 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X7 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2008-ci il tarixdə 161 nömrəli reyestr kitabının 16369 nömrəli vərəqində qeydiyyata alınmış və X7 mülkiyyətindədir. Bundan əlavə məhkəmə iclasında müəyyən olunmuşdur ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və yetkinlik yaşına çatmayan övladları X12, X13 və X14 mübahisəli mənzildə qeydiyyatda olmaqla yaşayırlar və mübahisəli mənzil üzərində istifadə hüquqları vardır. Bu onun yeganə yaşayış yeridir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh tərəf 10000 manat pul kompensasiyası müqabilində ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 müvafiq mənzilə dair istifadə hüququna xitam verilməsi və cavabdehin həmin mənzildən məhkəmə qaydasında çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 təklifi qəbul etməmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli qərarına əsasən birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Həmin Plenum qərarında qeyd olunmuşdur ki, mülki qanunvericilikdə kompensasiya maddi və mənəvi xüsusiyyət daşıyır və mülki hüquq münasibətlərində bir neçə formada çıxış edir: • mülki-hüquq öhdəliklərinin pozulması nəticəsində zərəri naturada qaytarmaq imkanı olmadıqda həmin zərərin əvəzinin ödənilməsi; • sifarişçinin öhdəliyi yerinə yetirənin təqsiri nəticəsində həmin öhdəliyin icrasına marağının itirildiyi halda; • qanunvericiliklə nəzərdə tutulan digər hallarda “əmlak itkilərinin” pulla əvəzinin ödənilməsi və s.; • mənəvi zərərin ödənilməsi; • habelə qanunvericiliklə nəzərdə tutulan əmlak, qeyri-əmlak, əmək və digər münasibətlərdə dəymiş zərərin əvəzinin ödənilməsi. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan mənzildən istifadə hüququna müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsini də müəyyən qədər əmlak itkilərinə aid etmək olar. Belə ki, kompensasiya verilməsi yolu ilə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi bir tərəfdən mülkiyyət hüququnun qorunmasına yönəlir, digər tərəfdən isə əmlakdan istifadə hüququnun itirilməsi ilə nəticələnir. Bu baxımdan Qanunverici Mülki Məcəllənin 228.2-ci maddəsində istifadə hüququna xitam verilməsi zamanı kompensasiyanın bazar qiymətinə uyğun ödənilməsini müəyyən etmişdir. Beləliklə, birinci instansiya məhkəməsi bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən mülkiyyətçinin həmin məbləgin ödənilməsi barədə razılığını nəzərə almalıdır. Bu halda mülkiyyətçi məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş bazar qiymətinə uyğun kompensasiya məbləgi ilə razılaşa və ya razılaşmaya, öz iddiasından imtina edə, yaxud onun iddiası təmin olunmadığı təqdirdə yuxarı instansiya məhkəmələrinə şikayət verə bilər. Bundan əlavə R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, “...Mülki Məcəllənin 228.2ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır”. Mülki Məcəllənin qeyd olunan normlarından və Konstitusiya Məhkəməsi Plenumunun qərarlarından aydın olur ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Bu məsələnin həlli istifadəçi və ya məhkəmənin mülahizəsindən asılı deyil. Eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin, istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin. Yuxarıda göstərilən normaları rəhbər tutaraq məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçı tərəfindən ilkin iddia üzrə cavabdehə təklif edilən 10000 manat məbləğində pul vəsaiti ilə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verilməsi üçün kifayət edir. Odur ki, məhkəmə hesab edir ki, qeyd edilən məbləğ mövcud bazar qiymətinə uyğun müəyyən olunmuşdur və iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan “X5” MMC-nin xx.xx.2023-cü il tarixli, 05 nömrəli mütəxəssis rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən, 43,8 kv.m ümumi, 24 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 9 saylı mənzilin hazırki orta bazar qiyməti ilə təqribi dəyəri 69000 manat, hazırki dövr üçün aylıq kirayə haqqı 270 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Bundan əlavə məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi qanuni və əsaslı hesab edilmədiyindən təmin edilməməlidir. Belə ki, qarşlılıqlı iddia ərizəsi ilə iddiaçı Cavabdeh1 06 noyabr 2007-ci il tarixdə 41 saylı notariat kontorunda bağlanmış “bağışlanma müqaviləsi” üzrə imzanın anası X1 məxsusluğu yoxlanılmaqla həmin bağışlama müqaviləsinin və həmin müqaqvilənin hüquqi nəticələrinin etibarsız hesab edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin mübahisələndirilən əqd təsdiq edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Buna görə də qeyd edilən müqavilənin etibarsız hesab edilməsi üçün məhkəmə iclasında əsaslar müəyyən edilməmişdir. Beləliklə, qarşılıqlı iddia üzrə iddiaçı iddia tələbində mübahisəli əmlakın anası tərəfindən bacısına bağışlanması zamanı anasının iradə ifadəsinin olmamasını, müqavilədəki imzanın anasına məxsus olmamasını göstərməsinə baxmayaq həmin hallar məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Həmçinin ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatda evin bacısının adına keçməsinə razı olduğunu bildirmişdir. Bundan əlavə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı Cavabdeh1 iddiasına iddia müddəti ötürüldüyündən iddia müddətini tətbiq edərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında qeyd etmişdir ki, hansısa sənədə imza atmış və evin bacısının adına keçməsinə razılıq vermişdir. Buradan da müəyyən olunur ki, Cavabdeh1 bağışlama müqaviləsi barədə məlumatlı olmasına baxmayaraq yalnız xx.xx.2023-cü il tarixdə bağışlama müqaviləsinin etibarsızlığı ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və bu zaman iddia müddətini ötürmüşdür. Beləliklə məhkəmə iddiaçının mövcud iddia tələbi ilə qanunvericiliklə müəyyən olunmuş kəsici müddətlər daxilində məhkəməyə müraciət etmək imkanını araşdıraraq hesab edir ki, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı tərəfindən müddət ötürülmüşdür. Odur ki, məhkəmə hesab edir ki, ilkin iddia ərizəsi təmin edilməli, Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, Süleyman Tağızadə küçəsi, ev 51 ünvanında yerləşən 9 saylı mənzil üzərində istifadə hüququna 10000 (on min) manat kompensasiya ödənilməklə xitam verilməli, Cavabdeh1, onun həyat yoldaşı Cavabdeh2 və onların yetkinlik yaşına çatmayan övladları X12, X13 və X14 həmin mənzildən çıxarılmalı və mənzil boşaldılaraq İddiaçı təhvil verilməli, qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İlkin iddia ərizəsi təmin edilsin. Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, Süleyman Tağızadə küçəsi, ev 51 ünvanında yerləşən 9 saylı mənzil üzərində istifadə hüququna 10000 (on min) manat kompensasiya ödənilməklə xitam verilsin, Cavabdeh1, onun həyat yoldaşı Cavabdeh2 və onların yetkinlik yaşına çatmayan övladları X12, X13 və X14 mənzildən çıxarılsın və mənzil boşaldılaraq İddiaçı təhvil verilsin. Qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №e-2(004)-472/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-472/2023
14.06.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver