Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-4720/2021 07.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakim Məmmədov Ayaz Süleyman oğlu, İddiaçı Cavabdeh Açıq Səhdar Cəmiyyətinə qarşı "aktın ləğv edilməsi və borcun silinməsi tələbinə dair" iddia ərizəsi üzrə mülki iş üzrə Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ M: İddiaçı Cavabdeh Açıq Səhdar Cəmiyyətinə qarşı "aktın ləğv edilməsi və borcun silinməsi tələbinə dair" iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Nəsimi Sukanal İdarəsi tərəfindən tərtib edilmiş 08.06.2021-ci il tarixli 007228 saylı aktının ləğv edilməsi və akt əsasında hesablanmış 4104 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi məhkəməyə 06.07.2021-ci il tarixdə daxil olmuşdur. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia tələbi üzrə mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar kommersiya mübahisələrinə aid olduğuna görə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər aidiyyətı üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən, o cümlədən elektron məhkəmə informasiya sistemindən edilmiş çıxarışdan göründüyü kimi, İddiaçı vergi ödəyicisi olmaqla, fərdi sahibkar statusu əldə edən fiziki şəxs, cavabdeh isə hüquqi şəxsdir. Belə ki, İddiaçı hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti iiə məşğuldur (VÖEN **********) və mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar ünvan 1 ünvanında fəaliyyət göstərən avtoyuma məntəqəsində sudan istifadə qaydalarının pozulması nəticəsində cavabdeh təşkilat tərəfindən tərtib edilmiş aktın və onun əsasında yaranmış borcun mübahisələndirilməsi ilə bağlıdır. Bütün bunlar isə mübahisənin aşkar şəkildə kommersiya fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğunu göstərir. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 30-cu maddəsinə əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 32.5-ci maddəsinə görə isə aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 26.1, 31.1, 32.3, 32.4 və 32.5-ci, 263-269-cu maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh Açıq Səhdar Cəmiyyətinə qarşı "aktın ləğv edilməsi və borcun silinməsi tələbinə dair" mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(004)-4720/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-4720/2021
07.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver