Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4734/2024 04.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq, 5000.00 manat zərər məbləğinin və ödənilmiş 70 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə tərəfindən rəsmi qaydada qeydiyyatda olduğu ünvan üzrə və eləcə də, qeydiyyatda olduğu ünvan üzrə mənzil kommunal təsərrüfatı birliyi vasitəsi ilə bildiriş göndərilmiş, cavabdeh tərəfindən iddiaya etiraz daxil olmuşdur. Məhkəmə iş materillarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, xx.xx.2021-ci il tarixdə, saat 07:40 radələrində Bakı şəhəri, X5 Kompleksinin yaxınlığında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, Cavabdeh idarə etdiyi “Hyundai Creta minik” markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobil, X2 idarə etdiyi “Mazda CX9 minik” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobillə və X1 idarə etdiyi “Jeep Compass minik” markalı **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonunculara maddi ziyan dəymişdir. “Hyundai Creta minik” markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər PXA ********** saylı icbari sığorta şəhadətnaməsi ilə avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır. xx.xx.2021-ci il tarixli qüsur aktına əsasən, “Jeep Compass minik” markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobilə 4090 manat məbləğində, xx.xx.2021-ci il tarixli qiymətləndirmə aktına əsasən “Mazda CX9 minik” markalı **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilə 4752 manat məbləğində dəymiş zərər müəyyən olunmuşdur. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında şəhadətnamə”-də üçüncü şəxsin əmlakına vurulan zərərə görə nəzərdə tutulmuş limit 5000.00 manat təşkil edir və həmin məbləğ zərər çəkmiş üçüncü şəxslərə dəymiş zərərdən azdır. Bu halda üçüncü şəxslərin əmlakına vurulan zərər qanunvericiliklə müəyyən edilmiş sığorta məbləğləri dairəsində mütənasib surətdə ödənilir. xx.xx.2022-ci il tarixli ödəniş sənədlərindən aydın görünür ki, zərərin məbləği olaraq 2312.83 manat sığorta ödənişi iddiaçı tərəfindən X1, həmçinin zərərin məbləği olaraq 2687.17 manat sığorta ödənişi X2 bank hesabına ödənilmişdir. Bakı şəhər DYPİ-nin xx.xx.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından və onun əsasında tərtib edilmiş YNH-nin təfərrüatları barədə arayışından göründüyü kimi, Nəsibova X3 Xətalar Məcəlləsinin 327.2-ci (yolayrıcını keçmə qaydalarının pozulması) və 327.6-cı (hadisə yerindən yayınma) maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş, barəsində 100 manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir. İş materiallarından aydın olur ki, Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı hadisə yerindən yayınmışdır. Cavabdeh məhkəməyə ərizə ilə bağlı etiraz ünvanlayaraq bildirmişdir ki, yüklədiyi yaşayış yerindən arayışdan görünür ki, o, hər zaman “Renessance Palas”da yaşamışdır. Poçtalyonun saxta yazdığı sənəddə guya o, götürüb qaytarmışdır ki, o, Moskva şəhərinə uçmuş, tamamilə həqiqətə uyğun deyil. Əlavə olaraq evinin altındaki parkingdə avtomobilini saxlamış, və ödəniş qəbzlərini 2019-cu ildən bugünə qədər bu portala yükləmişdir. Əlavə olaraq da, 2019-cu ildən bugünə qədər də hər ay evinin kommunalnılarını ödədiyi sənədləri də yükləmişdir. Parkingdə tərpənmədən dayanan şəxs olan o, soldan sürətlə üzərinə hücum edən məhz Sənay Hüseynli olmuşdur. X4 vurduqdan sonra avtomobili Şəfəq Dikensonun avtomobili ilə toqquşmuşdur. Burada polislər tərəfindən şərlənərək qəsdən cərimə yazılan və inzibati tənbeh edilən tərəf o, olmuşdur. Məsələ etibarı ilə həm maddi, həm mənəvi, həm də fiziki əziyyət çəkən o, 5000 manatı isə alan digər tərəf olmuşdur. Avtomobilindən indi əsər əlamət qalmayıb. Tamamilə bərbad vəziyyətdə qorxunc şəkildə övladını aparıb gətirir. "xxxx" ASC tərəfindən verilmiş iddia ərizəsinin qəbul edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh etiraz ərizəsini ünvanlasa da, etirazı əsaslandırmamış və etirazın əsasını təşkil edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, iş materillarında olan sənədlərdən görünür ki, Bakı şəhər DYPİ-nin xx.xx.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qüvvədədir və cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə Azərbaycan Respublikasının MM-nin 21, 936.2, 1096, 1097, 1108, 1114 və «İcbari Sığortalar Haqqında» Azərbaycan Respublikası Qanununun 23.1.6, 63.1, 63.2-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 5000,00 (beş min) manat məbləğində sığorta ödənişi tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iş üzrə ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 5000 (beş min) manat məbləğində sığorta ödənişi tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" ASCyə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №e-2(004)-4734/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4734/2024
04.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver