Məhkəmə qərarları › İş №e-2(004)-4740/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-4740/2025

12.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-4740/2025 12.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi ilə, İddiaçılar “Gilan Satış” Məhdud Məsuliyətli Cəmiyyəti və İddiaçı1 Məhdud Məsuliyətli Cəmiyyətinin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə yaranmış borcun və faizlərin tutulması” tələbinə dair və həmin işə birləşdirilmiş iddiaçı Cavabdehlər “Gilan Satış” Məhdud Məsuliyətli Cəmiyyəti və İddiaçı1 Məhdud Məsuliyətli Cəmiyyətinə qarşı “müqavilə üzrə öhdəliyin icra olunması və dövlət reyestrindən çıxarışın alınması üçün zəruri sənədlərin təqdim edilməsi” tələbinə dair iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar “Gilan Satış” Məhdud Məsuliyətli Cəmiyyəti və İddiaçı1 Məhdud Məsuliyətli Cəmiyyəti Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə yaranmış borcun və faizlərin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçıların xeyrinə xx.xx.2010-cu il tarixli müqavilə üzrə ödənilməmiş 155582 manat borcun və borcun qaytarılmasının gecikdirilməsi ilə bağlı illik 5% hesabla 11020 manatın, cəmi 166602 (yüz altmış altı min altı yüz iki) manat məbləğində pulun və ödənilmiş 457 azn dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdehlər “Gilan Satış” Məhdud Məsuliyətli Cəmiyyəti və İddiaçı1 Məhdud Məsuliyətli Cəmiyyətinə qarşı “müqavilə üzrə öhdəliyin icra olunması və dövlət reyestrindən çıxarışın alınması üçün zəruri sənədlərin təqdim edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Gilan Satış” Məhdud Məsuliyətli Cəmiyyəti ilə bağladığı xx.xx.2010-cu il tarixli mənzil satışı müqavilənin şərtləri tərəfindən yerinə yetirilmiş hesab edilməsi və faktiki mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küç., məhəllə 533, 16 mərtəbəli binada 3 otaqlı mənzilə (Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 169, M6, mən.7) mülkiyyət hüququnun rəsmiləşdirilməsi üçün İddiaçı1 Məhdud Məsuliyətli Cəmiyyəti tərəfindən zəruri sənədlərin təqdim olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2010-cu il tarixli mənzil satışı müqaviləsinin şərtlərinin iddiaçı tərəfindən yerinə yetirilməsini təsdiq edərək faktiki mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küç, məhəllə 533, 16 mərtəbəli binada 3 otaqlı mənzilə (yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küç. 169, M 6, mən.7) mülkiyyət hüququnun rəsmiləşdirilməsi üçün "xxxx" MMC tərəfindən vergi arayışının, mənzilə dair təsisçilərin ümumi yığıncağın qərarının, MMC-nin təsis sənədlərinin, iddiaçı ilə bağlanmış ilkin müqavilənin təqdim olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə məhkəmənin hazırlıq iclası xx.xx.2026-cı il tarixə, saat 12:30-a təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh və həmin işə birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh iştirak etmiş, iddiaçı “Gilan Satış” Məhdud Məsuliyətli Cəmiyyəti iştirak etməmiş, İddiaçı1 Məhdud Məsuliyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə1 elektron kabinet vasitəsilə məhkəməyə ərizə verərək, bugünə təyin olunan hazırlıq iclasında üzürlü səbəbdən iştirak edə bilmədiyini, hazırki mülki işin hazırlıq iclasını keçirilmədən təxirə salınmasını xahiş etmişdir. İş üzrə məhkəmənin növbəti hazırlıq iclası xx.xx.2026-cı il tarixə, saat 12:00-a təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, tərəflər məhkəmə iclasına gəlmədikləri üçün işin araşdırılması və mahiyyəti üzrə düzgün həll edilməsi mümkün deyildir, ona görə də iddiaçılar “Gilan Satış” Məhdud Məsuliyətli Cəmiyyəti və İddiaçı1 Məhdud Məsuliyətli Cəmiyyətinin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə yaranmış borcun və faizlərin tutulması” tələbinə dair və həmin işə birləşdirilmiş iddiaçı Cavabdehlər “Gilan Satış” Məhdud Məsuliyətli Cəmiyyəti və İddiaçı1 Məhdud Məsuliyətli Cəmiyyətinə qarşı “müqavilə üzrə öhdəliyin icra olunması və dövlət reyestrindən çıxarışın alınması üçün zəruri sənədlərin təqdim edilməsi” tələbinə dair iddia ərizələri baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.6, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar “Gilan Satış” Məhdud Məsuliyətli Cəmiyyəti və İddiaçı1 Məhdud Məsuliyətli Cəmiyyətinin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə yaranmış borcun və faizlərin tutulması” tələbinə dair və həmin işə birləşdirilmiş iddiaçı Cavabdehlər “Gilan Satış” Məhdud Məsuliyətli Cəmiyyəti və İddiaçı1 Məhdud Məsuliyətli Cəmiyyətinə qarşı “müqavilə üzrə öhdəliyin icra olunması və dövlət reyestrindən çıxarışın alınması üçün zəruri sənədlərin təqdim edilməsi” tələbinə dair iddia ərizələri baxılmamış saxlanılsın. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 457 (dörd yüz əlli yeddi) manat məbləğində dövlət rüsumu İddiaçı1 Məhdud Məsuliyətli Cəmiyyətinə qaytarılsın. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar