Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4766/2022 23.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqavilə və xx.xx.2021-ci il tarixli 1 saylı Əlavəyə əsasən Apple Airpods pro, Apple Airpods pro üçün 1404.7 manat ödənilməmiş hissə, 140 manat cərimə; xx.xx.2020-ci il tarixli müqavilə və xx.xx.2021-ci il tarixli 1 saylı Əlavəyə əsasən İMEİ kodu **********19171 olan Samsung Galaxy A51 markalı telefon üçün 739.46 manat ödənilməmiş hissə, 73 manat cərimə; xx.xx.2019-ci il tarixli müqavilə və xx.xx.2021ci il tarixli 1 saylı Əlavəyə əsasən Modem TP-Link, İMEİ kodu **********045282 olan Samsung Galaxy A7 markalı telefon üçün 67.79 manat ödənilməmiş hissə, 6 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********48642 olan Samsung Galaxy A50 markalı telefon üçün 49.47 manat ödənilməmiş hissə, 4 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********86987 olan Samsung Galaxy A51 markalı telefon üçün 509 manat ödənilməmiş hissə, 50.58 manat cərimə; ümumilikdə, 3044 manat borcun və 50.44 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh məhkəmə tərəfindən rəsmi qaydada qeydiyyatda olduğu ünvan üzrə və eləcə də, qeydiyyatda olduğu ünvan üzrə mənzil kommunal təsərrüfatı birliyi vasitəsi ilə bildiriş göndərilmiş, lakin bildirişin cavabdehə çatdırılması mümkün olmamışdır. Məhkəmə iş materillarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, Cavabdeh ilə "xxxx" MMC arasında xx.xx.2020-ci il tarixdə bağlanmış müqavilə və xx.xx.2021-ci il tarixli 1 saylı Əlavəyə əsasən, iddiaçı cavabdehə ödəniş qrafikinə əsasən alqı-satqı qiyməti 1573.6 manata 2 ədəd Apple Airpods pro qulaqcığı nisyə satmışdır. Alıcı həmin məbləği hər ay 56.2 manat (ilkin ödəniş 56.2 manat) ödəmək şərti ilə 27 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. xx.xx.2020-ci il tarixdə bağlanmış müqavilə və xx.xx.2021-ci il tarixli 1 saylı Əlavəyə əsasən, iddiaçı cavabdehə ödəniş qrafikinə əsasən alqı-satqı qiyməti 822 manata əsasən İMEİ kodu **********19171 olan Samsung Galaxy A51 markalı telefon nisyə satmışdır. Alıcı həmin məbləği hər ay 27.4 manat (ilkin ödəniş 27.4 manat) ödəmək şərti ilə 29 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. xx.xx.2019-cu il tarixdə bağlanmış müqavilə və xx.xx.2021-ci il tarixli 1 saylı Əlavəyə əsasən, iddiaçı cavabdehə ödəniş qrafikinə əsasən alqı-satqı qiyməti 136.2 manata Modem TP-Link, İMEİ kodu **********045282 olan Samsung Galaxy A7 markalı telefonu nisyə satmışdır. Alıcı həmin məbləği hər ay 22.7 manat (ilkin ödəniş 22.7 manat) ödəmək şərti ilə 5 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. xx.xx.2020-ci il tarixdə bağlanmış müqaviləyə əsasən, iddiaçı cavabdehə ödəniş qrafikinə əsasən alqı-satqı qiyməti 144 manata İMEİ kodu **********48642 olan Samsung Galaxy A50 markalı telefonu nisyə satmışdır. Alıcı həmin məbləği hər ay 24 manat (ilkin ödəniş 24 manat) ödəmək şərti ilə 5 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. xx.xx.2020-ci il tarixdə bağlanmış müqaviləyə əsasən, iddiaçı cavabdehə ödəniş qrafikinə əsasən alqı-satqı qiyməti 948.6 manata İMEİ kodu **********86987 olan Samsung Galaxy A51 markalı telefonu nisyə satmışdır. Alıcı həmin məbləği hər ay 52.7 manat ödəmək şərti ilə 18 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. Cavabdehin cəmi ödədiyi məbləğ 853.98 manat təşkil edir. Cavabdehə borcun ödənilməsinə dair dəfələrlə şifahi xəbərdarlıq edilmiş, həmçinin poçt vasitəsi ilə ona rəsmi qaydada xəbərdarlıq məktubu göndərilmişdir. Lakin cavabdeh xəbərdarlıqlara məhəl qoymaraq müqavilə üzrə yaranmış borcunu ödəməkdən yayınmışdır. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə Azərbaycan Respublikasının MM-nin 567, 600.1, 601.1, 404.1, 386.1, 385.1, 600.4, 442, 445.1-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 1404 (bir min dörd yüz dörd) manat 70 (yetmiş) qəpik əsas borc, 140 (bir yüz qırx) manat qəpik cərimə borcu; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 739 (yeddi yüz otuz doqquz) manat 46 (qırx altı) qəpik əsas borc, 73 (yetmiş üç) manat cərimə borcu; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 67 (altmış yeddi) manat 79 (yetmiş doqquz) qəpik əsas borc, 6 (altı) manat cərimə borcu; xx.xx.2020ci il tarixli müqaviləyə əsasən 49 (qırx doqquz) manat 47 (qırx yeddi) qəpik əsas borc, 4 (dörd) manat cərimə borcu; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 509 (beş yüz doqquz) manat əsas borc, 50 (əlli) manat 58 (əlli səkkiz) qəpik cərimə borcu; cəmi 3044 (üç min qırx dörd) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 50 (əlli) manat 44 (qırx dörd) qəpik dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 1404 (bir min dörd yüz dörd) manat 70 (yetmiş) qəpik əsas borc, 140 (bir yüz qırx) manat qəpik cərimə borcu; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 739 (yeddi yüz otuz doqquz) manat 46 (qırx altı) qəpik əsas borc, 73 (yetmiş üç) manat cərimə borcu; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 67 (altmış yeddi) manat 79 (yetmiş doqquz) qəpik əsas borc, 6 (altı) manat cərimə borcu; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 49 (qırx doqquz) manat 47 (qırx yeddi) qəpik əsas borc, 4 (dörd) manat cərimə borcu; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 509 (beş yüz doqquz) manat əsas borc, 50 (əlli) manat 58 (əlli səkkiz) qəpik cərimə borcu; cəmi 3044 (üç min qırx dörd) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İş üzrə ödənilmiş 50 (əlli) manat 44 (qırx dörd) qəpik dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №e-2(004)-4766/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4766/2022
23.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver