Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4770/2025 19.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi İmanzadə Ziya Yadigar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən İ-Phone 16 Pro, Apple adapter, X1 3 il xidməti, paket XXXL xidməti üçün 4741.92 (dörd min yeddi yüz qırx bir manat doxsan ikiqəpik) manat ödənilməmiş hissə, 474.19 (dörd yüz yetmiş dörd manat on doqquz qəpik) manat dəbbə pulu olmaqla ümumilikdə, 5216.11 (beş min iki yüz on altı manat on bir qəpik) manat borc və 72.17 (yetmiş iki manat on yeddi qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh o oğlundan alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli ********** nömrəli müqaviləyə əsasən, İ-Phone 16 Pro, Apple adapter, X1 3 il xidməti, paket XXXL xidməti almış və nəticədə 5216.11 (beş min iki yüz on altı manat on bir qəpik) manat öhdəliyi yaranmışdır. Cavabdeh tərəfindən yuxarıda qeyd edilən müqavilənin şərtləri pozulmuşdur. Cavabdehlə bağlanılmış həmin müqaviləinin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2025-ci il tarixli ********** nömrəli müqaviləyə əsasən, İ-Phone 16 Pro, Apple adapter, X1 3 il xidməti, paket XXXL xidmətini iddiaçı "xxxx" MMC Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində yuxarıda qeyd olunan müqavilələr ilə müəyyənləşdirilmiş pul məbləğini müvafiq şərtlərlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş 25 iyul 2025-ci il tarixli maliyyə cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2025-ci il tarixli ********** nömrəli nömrəli müqavilə üzrə 4741.92 (dörd min yeddi yüz qırx bir manat doxsan ikiqəpik) manat ödənilməmiş hissə, 474.19 (dörd yüz yetmiş dörd manat on doqquz qəpik) manat dəbbə pulu olmaqla ümumilikdə, 5216.11 (beş min iki yüz on altı manat on bir qəpik) manat məbləğində borcu vardır. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubu göndərilməklə cavabdehə pul məbləğinin ödənilməsi təklif edilmiş, lakin, müsbət nəticə əldə olunmamışdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Sözügedən iddia tələbinin qanuni əsası qismində tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 462 (dəbbə puluna münasibətdə) və 600.4 (əsas öhdəliyə münasibətdə) və 655.1-ci (əsas öhdəliyə münasibətdə) maddələri çıxış edir. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İddia tələbinin faktiki və hüquqi halları ilə tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin şərtləri və MM-in 462, 600.4-cü maddələrinin dispozitiv şərtləri eynilik təşkil edir. İş materiallarından görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli ********** nömrəli müqaviləyə əsasən, İ-Phone 16 Pro, Apple adapter, X1 3 il xidməti, paket XXXL xidməti almışdır. Cavabdeh tərəfindən yuxarıda qeyd edilən müqavilənin şərtləri pozulmuşdur. Cavabdehlə bağlanılmış həmin müqaviləinin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdeh İddiaçı qarşısında öhdəliklərini icra etməmiş, müqavilə öhdəliklərini pozmuşdur. Nəticədə, Cavabdeh xx.xx.2025-ci il tarixli ********** nömrəli nömrəli müqavilə üzrə 4741.92 (dörd min yeddi yüz qırx bir manat doxsan ikiqəpik) manat ödənilməmiş hissə, 474.19 (dörd yüz yetmiş dörd manat on doqquz qəpik) manat dəbbə pulu olmaqla ümumilikdə, 5216.11 (beş min iki yüz on altı manat on bir qəpik) manat məbləğində borcu vardır. Belə olan halda, İddiaçı Cavabdeh müvafiq pul məbləğinin ödənilməsini tələb etmək hüququ əsaslı və qanunidir. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Cavabdeh tərəfindən iddia tələbinin təkzib edilməsi ilə bağlı sənəd, sübut və ya material məhkəməyə təqdim edilməmiş, bu barədə aktiv sübutetmə (təkzibetmə) funksiyası həyata keçirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə ıştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 72.17 (yetmiş iki manat on yeddi qəpik) manat cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən İMEİ Kod **********80811 İphone 16 Pro, Apple Adapter, X1 3 il xidməti, Paket XXXL xidməti üçün 4741.92 (dörd min yeddi yüz qırx bir manat doxsan iki qəpik) manat ödənilməmiş hissə, 474.19 (dörd yüz yetmiş dörd manat on doqquz qəpik) manat dəbbə pulu olmaqla, ümumilikdə 5216.11 (beş min iki yüz on altı manat on bir qəpik) manat borc və dövlət rüsumu qismində ödənilmiş 72.17 (yetmiş iki manat on yeddi qəpik) manat tutularaq İddiaçınə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-230-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən İMEİ Kod **********80811 İphone 16 Pro, Apple Adapter, X1 3 il xidməti, Paket XXXL xidməti üçün 4741.92 (dörd min yeddi yüz qırx bir manat doxsan iki qəpik) manat ödənilməmiş hissə, 474.19 (dörd yüz yetmiş dörd manat on doqquz qəpik) manat dəbbə pulu olmaqla, ümumilikdə 5216.11 (beş min iki yüz on altı manat on bir qəpik) manat borc və dövlət rüsumu qismində ödənilmiş 72.17 (yetmiş iki manat on yeddi qəpik) manat tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-4770/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4770/2025
19.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver