Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4779/2025 12.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMC ilə bağlanmış xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli müqavilələrə əsasən İmei Kod **********65621 X3 13, X2 2 il xidməti, İmei Kod **********88706 Xiaomi Redmi 13 markalı mobil telefon almış və nəticədə 940.98 (doqquz yüz qırx manat doxsan səkkiz qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 666 (altı yüz altmış altı manat) manat (18 ay x 32 manat + 90 manat ilkin ödəniş) olan İmei Kod **********65621 X3 13, X2 2 il xidməti, üçün ümumilikdə 561.44 (beş yüz altmış bir manat qırx dörd qəpik) manat olmaqla ondan, 510.4 (beş yüz on manat qırx qəpik) manat ödənilməmiş hissə, 51.04 (əlli bir manat dörd qəpik) manat cərimə, xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 418.04 (dörd yüz on səkkiz manat dörd qəpik) manat (12 ay x 31.67 manat + 38 manat ilkin ödəniş) olan İMEİ Kod **********88706 Xiaomi Redmi 13 markalı mobil telefon üçün ümumilikdə, 379.54 (üç yüz yetmiş doqquz manat əlli dörd qəpik) manat olmaqla ondan, 345.04 (üç yüz qırx beş manat dörd qəpik) manat ödənilməmiş hissə, 34.50 (otuz dörd manat əlli qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 228.6 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2025-ci il və xx.xx.2025-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Göstərilənlərə əsasən, Cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 510.4 (beş yüz on manat qırx qəpik) manat ödənilməmiş hissə, 51.04 (əlli bir manat dörd qəpik) manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, 345.04 (üç yüz qırx beş manat dörd qəpik) manat ödənilməmiş hissə, 34.50 (otuz dörd manat əlli qəpik) manat cərimə, ümumilikdə 940.98 (doqquz yüz qırx manat doxsan səkkiz qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. İddiaçı MMC ilə Cavabdeh xx.xx.2025-ci il, xx.xx.2025-ci il nömrəli müqavilələr bağlamaqla İmei Kod **********65621 X3 13, X2 2 il xidməti, İmei Kod **********88706 Xiaomi Redmi 13 markalı mobil telefonu İddiaçı MMC Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində yuxarıda qeyd olunan müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, 510.4 (beş yüz on manat qırx qəpik) manat ödənilməmiş hissə, 51.04 (əlli bir manat dörd qəpik), xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, 345.04 (üç yüz qırx beş manat dörd qəpik) manat ödənilməmiş hissə, 34.50 (otuz dörd manat əlli qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 940.98 (doqquz yüz qırx manat doxsan səkkiz qəpik) manat borcu vardır. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli yazılı bildiriş göndərilməklə cavabdehə pul məbləğinin ödənilməsi təklif edilmiş, lakin, müsbət nəticə əldə olunmamışdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Sözügedən iddia tələbinin qanuni əsası qismində tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqavilələrinin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 462 (cəriməyə münasibətdə) və 600.4-cü (əsas borca münasibətdə) maddələri çıxış edir. MM-in 462.1-ci maddəsinə əsasən,dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş materiallarından görünür ki, Alıcı Cavabdeh Satıcı ilə bağladığı yuxarıda qeyd olunan xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli müqavilələr üzrə öhdəliklərini yerinə yetirməmişdir. Belə olan halda, satıcının verilmiş əşyaların ödənilməsini tələb etmək hüququ vardır. İddia tələbinin faktiki və hüquqi halları ilə tərəflər arasında bağlanmış nisyə alqısatqı müqavilələrinin şərtləri və MM-in 462 (cəriməyə münasibətdə) və 600.4-cü (əsas borca münasibətdə) maddələrinin dispozitiv şərtləri eynilik təşkil edir. Məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli müqavilələrə əsasən İmei Kod **********65621 X3 13, X2 2 il xidməti, İmei Kod **********88706 Xiaomi Redmi 13 markalı mobil telefon almış və nəticədə 940.98 (doqquz yüz qırx manat doxsan səkkiz qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 666 (altı yüz altmış altı manat) manat (18 ay x 32 manat + 90 manat ilkin ödəniş) olan İmei Kod **********65621 X3 13, X2 2 il xidməti, üçün ümumilikdə 561.44 (beş yüz altmış bir manat qırx dörd qəpik) manat olmaqla ondan, 510.4 (beş yüz on manat qırx qəpik) manat ödənilməmiş hissə, 51.04 (əlli bir manat dörd qəpik) manat cərimə, xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 418.04 (dörd yüz on səkkiz manat dörd qəpik) manat (12 ay x 31.67 manat + 38 manat ilkin ödəniş) olan İMEİ Kod **********88706 Xiaomi Redmi 13 markalı mobil telefon üçün ümumilikdə, 379.54 (üç yüz yetmiş doqquz manat əlli dörd qəpik) manat olmaqla ondan, 345.04 (üç yüz qırx beş manat dörd qəpik) manat ödənilməmiş hissə, 34.50 (otuz dörd manat əlli qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 228.6 manat təşkil edir. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Cavabdeh tərəfindən iddia tələbinin təkzib edilməsi istiqamətində sənəd, sübut və ya materiallar məhkəməyə təqdim edilməmiş, aktiv sübutetmə (təkzibetmə) fəaliyyəti təşkil edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 510.4 (beş yüz on manat qırx qəpik) manat ödənilməmiş hissə, 51.04 (əlli bir manat dörd qəpik) manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, 345.04 (üç yüz qırx beş manat dörd qəpik) manat ödənilməmiş hissə, 34.50 (otuz dörd manat əlli qəpik) manat cərimə, ümumilikdə 940.98 (doqquz yüz qırx manat doxsan səkkiz qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-230 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 510.4 (beş yüz on manat qırx qəpik) manat ödənilməmiş hissə, 51.04 (əlli bir manat dörd qəpik) manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, 345.04 (üç yüz qırx beş manat dörd qəpik) manat ödənilməmiş hissə, 34.50 (otuz dörd manat əlli qəpik) manat cərimə, ümumilikdə 940.98 (doqquz yüz qırx manat doxsan səkkiz qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-4779/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4779/2025
12.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver