Məhkəmə qərarları › İş №e-2(004)-4782/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4782/2023

05.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4782/2023 05.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi”-nə dair kiçik iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında sadələşdirilmiş qaydada baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “pul tələbi”-nə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, ACER komputer, Window 11 Home, X1&Student 2021 üçün 2646 (iki min altı yüz qırx altı) manat ödənilməmiş hissə, 264 (iki yüz altmış dörd) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei Kodu **********70142 olan Samsung Galaxy A53 markalı telefon, Samsung 25W Charger üçün 1200,62 (bir min iki yüz manat altmış iki qəp) manat ödənilməmiş hissə, 120,38 (yüz iyirmi manat otuz səkkiz qəp) manat cərimə olmaqla, ümumilikdə 4231 manat borc və 62,31 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verldikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 429.1.3, 442, 445, 600-ci maddələrini, MPM 119.1-ci maddəsini nəzərə alaraq müəyyən etdi: Belə ki, məhkəmə araşdırmasında müəyyən edilmişdir ki, cavabdehlə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh ilkin ödənişsiz, 12 ay müddətinə aylıq 220,5 manat ödəmək şərti ilə, alqı-satqı qiyməti 2646,02 manat olan ACER komputer, Window 11 Home, X1&Student 2021, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh ilkin ödənişsiz, 18 ay müddətinə aylıq 83,39 manat ödəmək şərti ilə, alqı-satqı qiyməti 1501,05 manat olan İmei Kodu **********70142 olan Samsung Galaxy A53 markalı telefon, Samsung 25W Charger verilmişdir. Cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixli müqavilə üzrə 2646 (iki min altı yüz qırx altı) manat ödənilməmiş hissə, 264 (iki yüz altmış dörd) manat cərimə; xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1200,62 (bir min iki yüz manat altmış iki qəp) manat ödənilməmiş hissə, 120,38 (yüz iyirmi manat otuz səkkiz qəp) manat cərimə olmaqla, ümumilikdə 4231 (dörd min iki yüz otuz bir) manat borcu vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Belə ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia tələbində göstərilən cərimə pulunun xx.xx.2022-ci il tarixli müqavilə üzrə 264 manat məbləğində deyil, 10 manat məbləğində, həmçinin xx.xx.2022-ci il tarixli müqavilə üzrə 120,38 manat məbləğində deyil, 10 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq sayır. Ona görə də məhkəmə belə hesab edir ki, iddia tələbi qismən qanuni və əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən ACER komputer, Window 11 Home, X1&Student 2021 üçün 2646 (iki min altı yüz qırx altı) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İmei Kodu **********70142 olan Samsung Galaxy A53 markalı telefon, Samsung 25W Charger üçün 1200,62 (bir min iki yüz manat altmış iki qəp) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə olmaqla, ümumilikdə 3866,62 (üç min səkkiz yüz altmış altı manat altmış iki qəpik) manat məbləğində pul vəsaiti alınaraq "xxxx" MMC-yə ödənilməlidir. İddia tələbi qismən - 3866,62 manat məbləğində təmin edildiyindən məhkəmə hesab edir ki, dövlət rüsumu da tələbin təmin olunmuş hissəsinə mütənasib olaraq 62,31 manat məbləğində deyil, 58,66 manat məbləğində cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidi. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmədə tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən ACER komputer, Window 11 Home, X1&Student 2021 üçün 2646 (iki min altı yüz qırx altı) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İmei Kodu **********70142 olan Samsung Galaxy A53 markalı telefon, Samsung 25W Charger üçün 1200,62 (bir min iki yüz manat altmış iki qəp) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə olmaqla, ümumilikdə 3866,62 (üç min səkkiz yüz altmış altı manat altmış iki qəpik) manat məbləğində pul vəsaiti və 58,66 (əlli səkkiz manat altmış altı qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar