Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4783/2023 20.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında sadələşdirilmiş qaydada baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********68498 SAMSUNG GALAXY A7 markalı telefon üçün 346,89 manat ödənilməmiş hissə, 34,11 manat cərimə borcu və xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İmei kod **********55011 SAMSUNG GALAXY S10 markalı telefon üçün 874,05 manat ödənilməmiş hissə, 87,95 manat cərimə borcu; cəmi 1343 manat və 33,43 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçıya ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinin tələblərinə uyğun olaraq tərəf olduqları mülki işə, iddianın məbləği beş min manatdan az olduğundan sadələşdirilmiş icraat qaydasında baxılacağı barədə cavabdehə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surəti əlavə edilməklə rəsmi bildirişlər göndərilmişdir. Ona iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə təqdim etməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138-139-cu maddələrinin tələblərinə əsasən MPM-in 47-ci maddəsində nəzərdə tutulmuş prossesual hüquq və vəzifələri izah edilmişdir. İş materiallarında olan “Poçt göndərişinin izlənməsi haqqında” məlumatdan görünür ki, məhkəmə bildirişi Cavabdeh qeydiyyatda olduğu ünvana xx.xx.2023-cü il tarixdə çatdırılmış, lakin cavabdeh həmin ünvanda yaşamadığından bildirişi qəbul etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 442, 445, 468, 741-ci maddələrini, MPM 119.1-ci maddəsini nəzərə alaraq, məhkəmə araşdırılmasında müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********68498 SAMSUNG GALAXY A7 markalı telefon üçün ilkin ödənişsiz 24 ay müddətinə hər ay 54 manat ödəniş etmək şərti ilə 1345 manata və xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İmei kod **********55011 SAMSUNG GALAXY S10 markalı telefon üçün ilkin ödənişsiz 18 ay müddətinə hər ay 125 manat ödəniş etmək şərti ilə 2310 manata Cavabdeh satmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********68498 SAMSUNG GALAXY A7 markalı telefon üçün 346,89 manat ödənilməmiş hissə, 34,11 manat cərimə borcu və xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İmei kod **********55011 SAMSUNG GALAXY S10 markalı telefon üçün 874,05 manat ödənilməmiş hissə, 87,95 manat cərimə borcu; cəmi 1343 manat borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2434,06 manat təşkil edir. Göründüyü kimi, cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir.Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır.Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Ona görə də, məhkəmə belə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, Cavabdeh xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********68498 SAMSUNG GALAXY A7 markalı telefon üçün 346,89 manat ödənilməmiş hissə, 34,11 manat cərimə borc və xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İmei kod **********55011 SAMSUNG GALAXY S10 markalı telefon üçün 874,05 manat ödənilməmiş hissə, 87,95 manat cərimə borcu; cəmi 1343 manat borc və 33,43 manat ödənilmiş dövlət rüsumu alınaraq, iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********68498 SAMSUNG GALAXY A7 markalı telefon üçün 346,89 manat ödənilməmiş hissə, 34,11 manat cərimə borc və xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İmei kod **********55011 SAMSUNG GALAXY S10 markalı telefon üçün 874,05 manat ödənilməmiş hissə, 87,95 manat cərimə borcu; cəmi 1343 ( bir min üç yüz qırx üç) manat borc və 33,43 (otuz üç manat 43 qəpik) manat ödənilmiş dövlət rüsumu alınaraq, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(004)-4783/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4783/2023
20.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver