Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4793/2023 06.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli, 261268 nömrəli müqavilə üzrə qranit qazan dəsti üçün 290 (iki yüz doxsan) manat ödənilməmiş hissə, xx.xx.2021-ci il tarixli, 261656 nömrəli müqavilə üzrə şirəçəkən üçün 200 (iki yüz) manat ödənilməmiş hissə, xx.xx.2021-ci il tarixli, 261655 nömrəli müqavilə üzrə 210 (iki yüz on) manat ödənilməmiş hissə, hər üç müqavilə üzrə müəyyən edilmiş 434 manat cərimə olmaqla, ümumilikdə 1134 (min yüz otuz dörd) manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinin tələblərinə uyğun olaraq tərəf olduqları mülki işə, iddianın məbləği beş min manatdan az olduğundan sadələşdirilmiş icraat qaydasında baxılacağı barədə cavabdehə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surəti əlavə edilməklə rəsmi bildirişlər göndərilmişdir. Ona iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə təqdim etməsi xahiş edilmişdir. Cavabdeh məhkəmə bildirişi və ona əlavə edilmiş sənədlər lazımı qaydada göndərilmiş, lakin o, qanunla nəzərdə tutulmuş vaxt ərzində hər hansı əsaslandırılmış etirazın dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 284-5-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli, 261268 nömrəli alğı-satqı müqaviləsinə əsasən satıcı ("xxxx" MMC) qara rəngli qranit qazan dəsti əmlakını alıcıya verməyi, alıcı isə onu qəbul edib, qiymətini satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 261268 saylı alğı-satqı müqaviləsinin tərkib hissəsi olan ödəmə cədvəlindən görünür ki, Cavabdeh qara rəngli qranit qazan dəsti üçün ilkin ay 40 manat ödəniş edərək, ilk 2 ay ərzində hər ay 40 manat, sonrakı 06 ayda 35 manat olmaqla, cəmi 290 manat ödəməyi öz öhdəsinə götürmüşdür. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli, 261656 nömrəli alğı-satqı müqaviləsinə əsasən satıcı ("xxxx" MMC) bir ədəd şirəçəkəni alıcıya verməyi, alıcı isə onu qəbul edib, qiymətini satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 261656 saylı alğı-satqı müqaviləsinin tərkib hissəsi olan ödəmə cədvəlindən görünür ki, Cavabdeh bir ədəd şirəçəkən üçün 9 ay ərzində ilkin ay- 25 manat ödəniş edərək, hər ay 25 manat olmaqla, cəmi 200 manat ödəməyi öz öhdəsinə götürmüşdür. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli, 261655 nömrəli alğı-satqı müqaviləsinə əsasən satıcı ("xxxx" MMC) bir ədəd mikrodalğalı sobanı alıcıya verməyi, alıcı isə onu qəbul edib, qiymətini satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 261655 saylı alğı-satqı müqaviləsinin tərkib hissəsi olan ödəmə cədvəlindən görünür ki, Cavabdeh bir ədəd mikrodalğalı soba üçün ilkin ay- 30 manat ödəniş edərək, ilk 2 ay 30 manat, sonrakı 6 ay hər ay 25 manat olmaqla, cəmi 210 manat ödəməyi öz öhdəsinə götürmüşdür. İşə əlavə edilmiş xx.xx.2023-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2021-ci il tarixli, 261268 saylı alğı-satqı müqaviləsi üzrə 290 manat qalıq borcu, 210 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli, 261656 nömrəli müqaviləsi üzrə 200 manat qalıq borcu, 291 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli, 261655 nömrəli alğı-satqı müqaviləsi üzrə 210 manat əsas borc, 291 manat cərimə borcu, cərimə borclarına edilmiş 50% güzəşt olmaqla, cəmi 1134 manat borcu vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 31,34 (otuz bir manat otuz dörd qəpik) manat ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satğı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satğı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 600.4 və 600.5-ci maddələrinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satğı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Göründüyü kimi, tərəflər arasında nisyə alğı-satğı müqaviləsi bağlanmaqla həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, nisyə aldığı əşyaların dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəməmişdir. Cərimənin əsas borca münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq 27 mart 2021-ci il tarixli müqavilə üzrə 25 manat, xx.xx.2021-ci il tarixli, 261655 nömrəli müqavilə üzrə 20 manat, xx.xx.2021-ci il tarixli, 261656 nömrəli müqavilə üzrə 15 manat məbləğində cərimə məbləğləri müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Beləliklə, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli, 261268 saylı nisyə alğı-satğı müqaviləsi üzrə 290 (iki yüz doxsan) manat ödənilməmiş hissə, 25 (iyirmi beş) manat cərimə, xx.xx.2021-ci il tarixli, 261656 saylı alğı-satqı müqaviləsi üzrə 200 (iki yüz) manat ödənilməmiş hissə, 15 (on beş) manat cərimə, xx.xx.2021-ci il tarixli, 261655 saylı alğı-satqı müqaviləsi üzrə 210 (iki yüz on) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə olmaqla, cəmi 760 (yeddi yüz altmış) manat məbləğində borc İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, iddia qismən təmin olunduğundan, ödənilmiş dövlət rüsumunun əvəzi olan 31,34 (otuz bir manat otuz dörd qəpik) manat pulun 30 (otuz) manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284-6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, 261268 saylı nisyə alğı-satğı müqaviləsi üzrə 290 (iki yüz doxsan) manat ödənilməmiş hissə, 25 (iyirmi beş) manat cərimə, xx.xx.2021-ci il tarixli, 261656 saylı alğı-satqı müqaviləsi üzrə 200 (iki yüz) manat ödənilməmiş hissə, 15 (on beş) manat cərimə, xx.xx.2021-ci il tarixli, 261655 saylı alğı-satqı müqaviləsi üzrə 210 (iki yüz on) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə olmaqla, cəmi 760 (yeddi yüz altmış) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 31,34 (otuz bir manat otuz dörd qəpik) manat pulun 30 (otuz) manat hissəsi olmaqla, ümumilikdə 790 (yeddi yüz doxsan) manat məbləğində pul tutularaq İddiaçı MMC-nə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-4793/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4793/2023
06.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver