Məhkəmə qərarları › İş №e-2(004)-4818/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4818/2022

26.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4818/2022 26.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbinə” dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “pul tələbinə” dair dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********69091 Nokia 2720 Flip markalı tablet üçün 135 (yüz otuz beş) manat ödənilməmiş hissə, 13 (on üç) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Acer Komputer üçün 1224.8 (min iki yüz iyirmi dörd manat səksən qəpik) manat ödənilməmiş hissə, 122.2 (yüz iyirmi iki manat iyirmi qəpik) manat cərimə, ümumilikdə 1495 (min dörd yüz doxsan beş) manat borcun, 34.95 (otuz dörd manat doxsan beş qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" MMC kiçik iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********69091 Nokia 2720 Flip markalı tablet, Acer Komputer almış və nəticədə 1495 (min dörd yüz doxsan beş) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 226 (iki yüz iyirmi altı) manat (12 ay x 15 manat + 46 manat ilkin ödəniş), İmei kodu **********69091 Nokia 2720 Flip markalı tablet üçün ümumilikdə, 148 (yüz qırx səkkiz) manat olmaqla ondan, 135 (yüz otuz beş) manat ödənilməmiş hissə, güzəşt olunaraq 13 (on üç) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1470.8 (min dörd yüz yetmiş, səksən qəp) manat (12 ay x 110.4 manat + 146 manat ilkin ödəniş) Acer Komputer üçün ümumilikdə, 1347 (min üç yüz qırx yeddi) manat olmaqla ondan, 1224.8 (min iki yüz iyirmi dörd, səksən qəp) manat ödənilməmiş hissə, güzəşt olunaraq 122.2 (yüz iyirmi iki, iyirmi qəp) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 337 manat təşkil edir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının ərizəsinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli 22184476 nömrəli müqavilədən görünür ki, müqavilə əsasında Cavabdeh "xxxx" MMC-dən İmei kodu **********69091 Nokia 2720 Flip markalı tablet almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 226 (iki yüz iyirmi altı) manat (12 ay x 15 manat + 46 manat ilkin ödəniş) olan İmei kodu **********69091 Nokia 2720 Flip markalı tablet üçün ümumilikdə 148 (yüz qırx səkkiz) manat olmaqla ondan, 135 (yüz otuz beş) manat ödənilməmiş hissə, güzəşt olunaraq 13 (on üç) manat cərimə borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli 22430724 nömrəli müqavilədən görünür ki, müqavilə əsasında Cavabdeh "xxxx" MMC-dən Acer Komputer nisyə almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1470.8 (min dörd yüz yetmiş manat səksən qəpik) manat (12 ay x 110.4 manat + 146 manat ilkin ödəniş) olan Acer markalı Komputer üçün ümumilikdə 1347 (min üç yüz qırx yeddi) manat olmaqla ondan, 1224.8 (min iki yüz iyirmi dörd manat səksən qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 122.2 (yüz iyirmi iki manat iyirmi qəpik) manat cərimə borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, qısa zaman ərzində ödəniş etməyəcəyi təqdirdə iddiaçı məhkəmədə mülki iddia qaldıracağı barədə Cavabdeh xəbərdar etmişdir. İş materiallarında olan "xxxx" tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2021-ci il tarixli 22184476 müqavilə üzrə Cavabdeh cəmi borcu 148 (yüz qırx səkkiz) manat olmaqla, ondan 135 (yüz otuz beş) manat ödənilməmiş hissə, 13 (on üç) manat cərimə borcu vardır. xx.xx.2021-ci il tarixli 22430724 müqavilə üzrə Cavabdeh cəmi borcu 1347 (min üç yüz qırx yeddi) manat olmaqla ondan, 1224.8 (min iki yüz iyirmi dörd manat səksən qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 122.2 (yüz iyirmi iki manat iyirmi qəpik) manat cərimə borcu vardır. 22 avqust 2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı olan "xxxx" MMC müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 34.95 (otuz dörd manat doxsan beş qəpik) manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, müəyyən olundu ki, xx.xx.2021-ci il tarixli 22184476 nömrəli müqavilə üzrə Cavabdeh 135 (yüz otuz beş) manat ödənilməmiş hissə, 13 (on üç) manat cərimə borcu yaranmışdır. xx.xx.2021-ci il tarixli 22430724 nömrəli müqavilə üzrə Cavabdeh 1224.8 (min iki yüz iyirmi dörd manat səksən qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 122.2 (yüz iyirmi iki manat iyirmi qəpik) manat cərimə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli 22184476 nömrəli müqavilə üzrə, 135 (yüz otuz beş) manat ödənilməmiş hissə, 13 (on üç) manat cərimə, xx.xx.2021-ci il tarixli 22430724 nömrəli müqavilə üzrə, 1224.8 (min iki yüz iyirmi dörd manat səksən qəpik) manat ödənilməmiş hissə, 122.2 (yüz iyirmi iki manat iyirmi qəpik) manat cərimə olmaqla, cəmi 1495 (min dörd yüz doxsan beş) manat borc, ödənilmiş 34.95 (otuz dörd manat doxsan beş qəpik) manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar