Məhkəmə qərarları › İş №e-2(004)-4830/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4830/2023

06.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4830/2023 06.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlu İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2021-ci il tarixindəki müqaviləyə əsasən İMEİ KODU **********75054 SAMSUNG GALAXY A52 markalı telefon,yaddaş kartı üçün 146 (bir yüz qırx altı) manat ödənilməmiş hissə, 14 (on dörd) manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən GREE kondisioner üçün 308 (üç yüz səkkiz) manat ödənilməmiş hissə, 30 (otuz) manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 2 ədəd MATRAS-STANDART, LOFT-GENC-CARPAYİ, LOFT-GENC TUMBA, BEAUTY-GENC-CALİSMA MASASİ, BEAUTY-GENC-CARPAYİ, BEAUTY-GENC DOLAB, BEAUTY-GENC-TERMO, BEAUTY- GENC-TUMBA üçün 866.4 (səkkiz yüz altımış altı manat qırx qəpik) manat ödənilməmiş hissə, 86.6 (səksən altı manat altımış qəpik) manat cərimə pulu; xx.xx.2022 İMEİ KOD **********63168 SAMSUNG GALAXY A53 markalı telefon SAMSUNG adapter, 2 ədəd VİNİL ŞƏFFAF üçün 1254.24 (bir min iki yüz əlli dörd manat iyirmi dörd qəpik) manat ödənilməmiş hissə 125.76 (yüz iyirmi beş manat yetmiş altı qəpik) manat cərimə olmaqla ümumilikdə, hər dörd müqavilə üzrə 2831 manat borc, 48.31 manat dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən, İMEİ KOD **********75054 SAMSUNG GALAXY A52 markalı telefon, yaddaş kartı, GREE kondisioner, 2 ədəd MATRAS-STANDART, LOFT-GENC-CARPAYİ, LOFT-GENC-TUMBA, BEAUTY-GENC-CALİSMA MASASİ, BEAUTY-GENC-CARPAYİ, BEAUTY-GENC-DOLAB, BEAUTY-GENC-TERMO, BEAUTY- GENC-TUMBA, İMEİ KOD **********63168 SAMSUNG GALAXY A53 markalı telefon, SAMSUNG adapter, 2 ədəd VİNİL ŞƏFFAF almış və nəticədə 2831 (iki min səkkiz yüz otuz bir) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1314 (min üç yüz on dörd) manat (18 ay x 73 manat + 0 manat ilkin ödəniş) İMEİ KOD **********75054 SAMSUNG GALAXY A52 markalı telefon, yaddaş kartı üçün ümumilikdə, 160 manat olmaqla ondan, 146 manat ödənilməmiş hissə, güzəşt olaraq 14 manat cərimə; xx.xx.2021-ci il müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1056 (bir min əlli altı) manat (24 ay x 44 manat + 0 manat ilkin ödəniş) GREE kondisioner üçün ümumilikdə 338 manat olmaqla ondan, 308 manat ödəilməmiş hissə , güzəşt olaraq 30 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2478 (iki min dörd yüz yetmiş səkkiz) manat (20 ay x 123.9 manat + 0 manat ilkin ödəniş) 2 ədəd MATRAS-STANDART, LOFT-GENC-CARPAYİ, LOFT-GENC- TUMBA, BEAUTY-GENC-CALİSMA MASASİ, BEAUTY-GENC-CARPAYİ, BEAUTY-GENC-DOLAB, BEAUTY-GENC-TERMO, BEAUTY-GENC-TUMBA üçün ümumilikdə 953 manat olmaqla ondan, 886.4 manat ödənilməmiş hissə, güzəşt olaraq 86.6 manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1411.02 (bir min dörd yüz on bir manat iki qəpik) manat (18 ay x 73.39 manat + 0 manat ilkin ödəniş) İMEİ KOD **********63168 SAMSUNG GALAXY A53 markalı telefon, SAMSUNG adapter, 2 ədəd VİNİL ŞƏFFAF üçün ümumilikdə 1380 manat olmaqla ondan, 1254.24 manat ödənilməmiş hissə, güzəşt olaraq 125.76 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3684,38 manat təşkil edir. Müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Müvafiq bildiriş cavabdehə rəsmi qaydada göndərilsə də o, iddiaçının tələbinə dair əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Belə ki, iddiaçı ilə Cavabdeh Tahir qızı arasında xx.xx.2021-ci il tarixli müqavilə üzrə ümumilikdə dəyəri 1314 manat təşkil edən İMEİ KOD **********75054 SAMSUNG GALAXY A52 markalı telefon , yaddaş kartı , xx.xx.2021-ci il tarixli müqavilə üzrə ümumilikdə dəyəri 1056 manat təşkil edən GREE kondisioner , xx.xx.2021-ci il tarixli müqavilə üzrə ümumilikdə dəyəri 2478 manat təşkil edən 2 ədəd MATRAS-STANDART, LOFT-GENC-CARPAYİ, LOFT-GENC-TUMBA, BEAUTY- GENC-CALİSMA MASASİ, BEAUTY-GENC-CARPAYİ, BEAUTY-GENC-DOLAB, BEAUTY-GENC- TERMO, BEAUTY-GENC-TUMBA, xx.xx.2022-ci il tarixli müqavilə üzrə ümumilikdə dəyəri 1411.02 manat təşkil edən İMEİ KOD **********63168 SAMSUNG GALAY A53 markalı telefon, SAMSUNG adapter, 2 ədəd VİNİL ŞƏFFAFın alqı-satqısına dair müqavilələr bağlanılmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 23143335 nömrəli, xx.xx.2021-ci il tarixli 23177996 nömrəli, xx.xx.2021-ci il tarixli 23257734 nömrəli və xx.xx.2022-ci il tarixli 03212405 nömrəli əlavə ödəniş cədvəllərinin 2 bəndinə əsasən “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İddiaçının cərimə borcu üzrə tələb etdiyi məbləğ xx.xx.2021-cu il tarixli, 23143335 saylı müqavilə üzrə 14 manat, xx.xx.2021-ci il tarixli 23177996 nömrəli müqavilə üzrə 30 manat, xx.xx.2021-ci il tarixli 23257734 saylı müqavilə üzrə 86.6 manat, xx.xx.2022-cu il tarixli 03212405 saylı müqavilə üzrə 125.76 manat təşkil edir. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən 23143335 nömrəli alqı-satqı müqaviləsi üzrə İMEİ KOD **********75054 SAMSUNG GALAXY A52 markalı telefon ,yaddaş kartı tam qüsursuz halda təhvil verilmişdir. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən 23177996 nömrəli alqı-satqı müqaviləsi üzrə GREE kondisioner tam qüsursuz halda təhvil verilmişdir. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən 23257734 nömrəli alqı-satqı müqaviləsi üzrə 2 ədəd MATRAS-STANDART, LOFT-GENC-CARPAYİ, LOFT-GENC-TUMBA, BEAUTY-GENC- CALİSMA MASASİ, BEAUTY-GENC-CARPAYİ, BEAUTY-GENC-DOLAB, BEAUTY-GENC- TERMO, BEAUTY-GENC-TUMBA tam qüsursuz halda təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən 03212405 nömrəli alqı-satqı müqaviləsi üzrə İMEİ KOD **********63168 SAMSUNG GALAXY A53 markalı telefon, SAMSUNG adapter, 2 ədəd VİNİL ŞƏFFAF tam qüsursuz halda təhvil verilmişdir. xx.xx.2023-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Ödəniş qəbzindən (№**********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 48.31 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, yuxarıda qeyd edilən malın alqı-satqısına dair müqavilələrə əsasən satıcı (iddiaçı) müqavilə predmetini alıcıya (cavabdehə) verməyi, cavabdeh isə müqavilədə müəyyən edilən ödəmə cədvəli üzrə malın qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı malı alıcıya vermək vəzifəsini icra etsə də, alıcı həmin malı ödəmək üzrə vəzifəsini icra etməmiş və 05 sentyabr 2023cü il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən onun tərəf olduğu xx.xx.2021-ci il tarixli, 23143335 saylı müqavilə üzrə iddiaçıya 146 manat əsas borc, 14 manat cərimə borcu, 160 cəmi manat; xx.xx.2021-ci il tarixli 23177996 nömrəli müqavilə üzrə iddiaçıya 308 manat əsas borc, 30 manat cərimə borcu, cəmi 338 manat; xx.xx.2021-ci il tarixli 23257734 nömrəli müqavilə üzrə iddiaçıya 866.4 manat əsas borc, 86.6 manat cərimə borcu, cəmi 953 manat və xx.xx.2022-ci il tarixli 03212405 nömrəli müqavilə üzrə iddiaçıya 1254.24 manat əsas borc, 125.76 manat cərimə borcu, cəmi 1380 manat olmaqla, ümumilikdə dörd müqavilə üzrə 2831 manat borcu yaranmışdır. Mülki Məcəllənin (bundan sonra - MM) 567-ci, 568.1-ci və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. MM-nin 601.1-ci və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MMnin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilələr üzrə iddiaçı cavabdehdən əşyaların ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilələr üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. MM-nin 462.1-ci, 462.3-cü və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə, iddianın cərimənin ödənilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Məhkəmə, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 23143335 nömrəli müqavilə üzrə hesablanmış 14 manat cərimənin tənasübsüz yüksək olmasını nəzərə alaraq, həmin müqavilə üzrə hesablanmış cərimənin məbləğinin azaldılmasını və cərimənin 10 manat məbləğində müəyyən edilməsini; xx.xx.2021-ci il tarixli, 23177996 nömrəli müqavilə üzrə hesablanmış 30 manat cərimənin tənasübsüz yüksək olmasını nəzərə alaraq, həmin müqavilə üzrə hesablanmış cərimənin məbləğinin azaldılmasını və cərimənin 15 manat məbləğində müəyyən edilməsini; xx.xx.2021-ci il tarixli, 23257734 nömrəli müqavilə üzrə hesablanmış 86,6 manat cərimənin tənasübsüz yüksək olmasını nəzərə alaraq, həmin müqavilə üzrə hesablanmış cərimənin məbləğinin azaldılmasını və cərimənin 40 manat məbləğində müəyyən edilməsini; xx.xx.2022-ci il tarixli, 03212405 nömrəli müqavilə üzrə hesablanmış 125,76 manat cərimənin tənasübsüz yüksək olmasını nəzərə alaraq, həmin müqavilə üzrə hesablanmış cərimənin məbləğinin azaldılmasını və cərimənin 50 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli, 23143335 nömrəli müqavilə əsasında əsas borc üzrə 146 manat, cərimə borcu üzrə 10 manat; xx.xx.2021-ci il tarixli 23177996 nömrəli müqavilə əsasında əsas borc üzrə 308 manat, cərimə borcu üzrə 15 manat; xx.xx.2021-ci il tarixli 23257734 nömrəli müqavilə əsasında əsas borc üzrə 866.4 manat, cərimə borcu üzrə 40 manat və xx.xx.2022-ci il tarixli 03212405 nömrəli müqavilə əsasında əsas borc üzrə 1254.24 manat, cərimə borcu üzrə 50 manat olmaqla, ümumilikdə hər dörd müqavilə üzrə 2689.64 manat borc və dövlət rüsumu kimi ödənilmiş 48.31 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, 23143335 nömrəli müqavilə əsasında əsas borc üzrə 146 (bir yüz qırx altı) manat, cərimə borcu üzrə 10 (on) manat; xx.xx.2021-ci il tarixli 23177996 nömrəli müqavilə əsasında əsas borc üzrə 308 (üç yüz səkkiz) manat, cərimə borcu üzrə 15 (on beş) manat; xx.xx.2021-ci il tarixli 23257734 nömrəli müqavilə əsasında əsas borc üzrə 866.4 (səkkiz yüz altımış altı manat qırx qəpik) manat, cərimə borcu üzrə 40 (qırx) manat və xx.xx.2022-ci il tarixli 03212405 nömrəli müqavilə əsasında əsas borc üzrə 1254.24 (bir min iki yüz əlli dörd manat iyirmi dörd qəpik) manat, cərimə borcu üzrə 50 (əlli) manat olmaqla, ümumilikdə hər dörd müqavilə üzrə 2689.64 (iki min altı yüz səksən doqquz manat altımış dörd qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 48.31 (qırx səkkiz manat otuz bir qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar