Məhkəmə qərarları › İş №e-2(004)-4837/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4837/2025

10.10.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4837/2025 10.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X3rşı “əsassız borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X3rşı “əsassız borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” Publik Hüquqi şəxsi tərəfindən 13 iyun 2025-ci il tarixli 603145 nömrəli akt üzrə ünvan 1 ünvanında yerləşən 024898 nömrəli abonent kodu üzrə 2052 (iki min əlli iki) manat əsassız borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında yerləşən 024898 nömrəli abonent kodunu istifadə edir. Cavabdeh “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” X4 özləri tərəfindən qanunsuz və əsassız olaraq 13 iyun 2025-ci il tarixli 603145 nömrəli akt tərtib edilmişdir və ünvan 1 ünvanında yerləşən 024898 nömrəli abonent kodu üzrə 2052 (iki min əlli iki) manat əsassız borc hesablanmışdır. Qeyd etmişdir ki, “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” X4 işciləri tərəfindən qanusuzluqlara yol verilmişdir. Belə ki, həmin borcun heç bir əsası yoxdur, borc məbləği əsassız olaraq yazılmışdır. Məhkəməyə müraciət edərək, cavabdeh “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” Publik Hüquqi şəxsi tərəfindən ünvan 2 ünvanında yerləşən 024898 nömrəli abonent kodu üzrə 2052 (iki min əlli iki) manat əsassız borcun silinməsi barədə qətnamə qəbul edilməsinin xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbinə etiraz edərək, iddia əsassız olduğundan iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan müqaviləyə əsasən abonent kodu 024989 olan Zığ qəsəbəsi, bahar bağları, ev 43a ünvanında yerləşən mənzilin sahibi İddiaçı ilə 47778564 saylı müqavilə xx.xx.2023-cü il tarixdə bağlanmışdır. - Azərbaycan Respublikası Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7 603145 saylı, xx.xx.2025-ci il tarixli akta əsasən 13 iyun 2025-ci il tarixdə Bahar qəsəbəsi ünvanında yerləşən İddiaçı iştirakı ilə obyektin su təchizatı və kanalizasiya sisteminə baxış keçirilmiş və araşdırma nəticəsində məlum olmuşdur ki, yuxarıda qeyd olunan obyektdə su sayğacından keçməyən d-20 -lik boru xətti vasitəsilə sudan qanunsuz istifadə olunur. Video çəkiliş qeydə alınmışdır. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X4 çıxarışından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ Bağ massivi 43a- 40a/234a-231a, 45a-42a/236a-233a və 49a-46a/240a-237a saylı bağ sahəsi xx.xx.2015-ci il tarixdən ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydə alınmışdır. - Kodu 024989 olan abonentin katından görünür ki, 47778564 nömrəli müqavilə üzrə 2032 (iki min otuz iki) manat məbləğində borc hesablanmışdır. Həmin abonent kartından görünür ki, İSS-20M-2 markalı, 24077779 nömrəli sayğac xx.xx.2024-cü il tarixdə quraşdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahat verərək bildirmişdir ki, o, həmin ərazidə nəzarətçidir. Abonentlə daimi olaraq əlaqədə olur. Daha sonra dəfələrlə abonentlə əlaqə saxlamağa, ünvanına getsələr də, qapını açan olmamışdır. Tərəflərindən baxış keçirilən zaman evin arxa tərəfindən su xəttinin çəkildiyini müəyyən etmişlər. Su xətti torpağın altında gizlədilmişdir, qazaraq müəyyən etmişlər. Ona verilən suallara cavab olaraq bildirdi ki, akt tərtib olunan zaman abonent orada yox idi, sonradan gəlmişdir. Abonent evin içinə baxış keçirməklərinə, daxil olmalarına icazə verməmişdir. Məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixdə mübahisəli bağ sahəsinə yerli baxış keçirilərək müəyyən edilmişdir ki, ünvan 3 ünvanında iddiaçıya məxsus ferma mövcuddur. Fermanın ön tərəfdən girişdə - hasardan daxildə sayğac quraşdırılmışdır. Sayğaca qoşulmuş su borusundan su gəlir. Su kranını bağlanan zaman suyun axını dayanır. Fermanın arxa hissəsində cavabdeh tərəfin təqdim etdiyi videogörüntüdə cavabdeh tərəfindən aşkar edildiyi qeyd edilən su sayğacından keçməyən d-20 metrlik boru xətti nəzarətçilər tərəfindən ləğv edilmişdir. Yerli baxış zamanı iştirak etmiş şahid- Yadigar Mustafaev fermanın onun tərəfindən istifadə edildiyini bildirdi. Eyni zamanda izahatında qeyd etdi ki, 2024-cü ildə özü cavabdeh təşkilata müraciət edərək ferma kimi fəaliyyət göstərməyə başladığından əhali qrupundan qeyri-əhali qrupuna keçmək istədiyi, hasarın arxa hissəsində çəkilmiş boru xəttinin zəif su xətti olduğundan ləğv edilməsini, boru xəttinin və onun üzərində olan sayğacın da yerinin dəyişidirilərək hasarın ön tərəfinə çəkilməsini xahiş etmişdir. Cavabdeh təşkilatın işçiləri tərəfindən boru xəttinin və sayğacın yeri dəyişdirilmişdir. Əvvəlki borcu xətti isə hasarın içəri tərəfindən “Azərsu” işçiləri tərəfindən plomblanmışdır. Göründüyü kim həmin xəttin üzərindəki plombda da hər hansı bir dəyişiklik, müdaxilə olmamışdır. İş materiallarında olan videogörüntü və fotoşəkillərlə də bu hal müəyyən olunur. Şahid əlavə olaraq bildirir ki, akt tərtib edilən zaman aşam saat 9 radələri olduğundan o, həmin fermada olmamış, nəzarətçilərə səhər hasarın daxilindən baxış keçirilməsini mümkünlüyü bildirilmişdir. Səhər yenidən baxış keçirilsə də, boru xəttinin plomblanması görünsə də artıq akt tərtib edilmişdir. Yerli baxışda nəzarətçi X1 və boru xəttinin dəyişdirildiyi dövrdə o çalışmadığını, əraziyə baxış zamanı xətt aşkar olunduğundan, içəriyə baxış keçirilib boru xəttinin plomblanmasının görülməsi mümkün olmadığından akt tərtib edildiyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinin tələbinə görə, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 136.4-ci maddəsinəə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə və sudan istifadə qaydalarının 2.1.9.2-ci yarımbəndinə əsasən istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirlər görməlidir. “Sudan istifadə Qaydaları”na 4 nömrəli əlavəyə əsasən, Sudan xammal kimi istifadə edən müəssisələrdə xammal sudan istifadə müddəti 4 saat qəbul edilir. 2. Qrunt suyundan istifadə etməklə, tullantı sularının kanalizasiya şəbəkəsinə axıdılma müddəti 4 saat qəbul edilir. 3. Su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi olaraq ötən 1 (bir) il müddətindən yuxarıdakı cədvələ əsasən hesablanır. Həmin Qanunun 61-ci maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. “Sudan istifadə” qaydaları istehlakçıların hüquqlarına həsr olunmuş 5.1.5-ci maddəsinə əsasən, verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək hüququ var. Həmin Qaydaların 3.5-ci maddəsinə əsasən axıdılmış tullantı sularının miqdarı təyin edilərkən istifadə olunmuş quyu, yeraltı qrunt və gətirmə sular da nəzərə alınır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən, istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Su Məcəlləsinin 98-ci maddəsinə əsasən, xüsusi mülkiyyətdə olan su obyektlərinə sudan istifadə haqqı mülkiyyətçilərlə su istehlakçıları arasında bağlanmış müqavilə əsasında müəyyən olunur. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin 1-ci bəndinə əsasən, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Su təchizatı və tullantı suları” haqqında qanunun 59.3-cü maddəsinə əsasən, su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna və müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il tarixli, 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə” Qaydalarının 2-ci bəndinə əsasən istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək) su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. Həmin Qaydaların 4.1.3-cü bəndinə görə isə verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı və ya cavabdeh) lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Hazırki iddia tələbi üzrə sübutetmə yükünün (borcun qanuniliyinə səbəb olan halların əsaslandırılması) cavabdehin üzərində olmasına baxmayaraq cavabdeh tərəfindən aktiv sübutetmə fəaliyyəti təmin-təşkil edilməmiş, müvafiq borc məbləğinin əsaslı olmasını təsdiq edən sübut, sənəd və ya materiallar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır və iddiaçının Su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulması aşkar edilməmişdir. Belə ki, ünvan 4 ünvanı üzrə qanunsuz qoşulma olmamış, boru xəttinin yeri dəyişdirilmiş, əvvəlki boru xətti cavabdeh təşkilat tərəfindən plomblanmış, plonmba hər hansı müdaxilə olunmamış, boru xəttinin yeri dəyişdirilmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı məxsus ünvan 1 ünvanı üzrə iddiaçının adına olan (Abonent kodu: 024898) hesaba hesablanmış 2052 (iki min əlli iki) manat məbləğində borcun silinməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4 üzərinə qoyulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus ünvan 4 ünvanı üzrə iddiaçının adına olan (Abonent kodu: 024898) hesaba hesablanmış 2052 (iki min əlli iki) manat məbləğində borcun silinməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4 üzərinə qoyulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar