Məhkəmə qərarları › İş №e-2(004)-4848/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4848/2023

17.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4848/2023 17.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə yazılı icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqavilə üzrə X1 2 Lite üçün 104,55 (yüz dörd manat 55 qəpik) manat ödənilməmiş hissə, 10,45 (on manat 45 qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********33440 X2 11 markalı telefon üçün 366,92 (üç yüz altmış altı manat 92 qəpik) manat ödənilməmiş hissə, 36,08 (otuz altı manat 08 qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********25625 X2 11 markalı telefon üçün 514,54 (beş yüz on dörd manat 54 qəpik) manat ödənilməmiş hissə, 51,46 (əlli bir manat 46 qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə İMEi kodu **********63380 İphone 13 Pro Max markalı telefon üçün 2765,9 (iki min yeddi yüz altmış beş manat 90 qəpik) manat ödənilməmiş hissə, 276,1 (iki yüz yetmiş altı manat 10 qəpik) manat cərimə, ümumlikdə 4126 manat borc, 61,26 manat dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə tərəfindən rəsmi qaydada qeydiyyatda olduğu ünvan üzrə və eləcə də, qeydiyyatda olduğu ünvan üzrə mənzil kommunal təsərrüfatı birliyi vasitəsi ilə bildiriş göndərilmişdir. Məhkəmə iş materillarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, Cavabdeh ilə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixdə bağlanmış müqaviləyə əsasən, iddiaçı cavabdehə ödəniş qrafikinə əsasən alqı-satqı qiyməti 171 (bir yüz yetmiş bir) manata X1 2 Lite nisyə satmışdır. Alıcı həmin məbləği hər ay 9,5 manat ödəmək şərti ilə 18 ay müddətinə (ilkin ödəniş 0 manat olmaqla) ödəməyi öz üzərinə götürmüşdür. Eyni zamanda Cavabdeh ilə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixdə bağlanmış müqaviləyə əsasən, iddiaçı cavabdehə ödəniş qrafikinə əsasən alqı-satqı qiyməti 550,08 (beş yüz əlli manat 08 qəpik) manata İMEİ kodu **********33440 X2 11 markalı telefon nisyə satmışdır. Alıcı həmin məbləği hər ay 30,56 manat ödəmək şərti ilə 18 ay müddətinə (ilkin ödəniş 0 manat olmaqla) ödəməyi öz üzərinə götürmüşdür. Eyni zamanda Cavabdeh ilə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixdə bağlanmış müqaviləyə əsasən, iddiaçı cavabdehə ödəniş qrafikinə əsasən alqı-satqı qiyməti 645,95 (altı yüz qırx beş manat 95 qəpik) manata İMEİ kodu **********25625 X2 11 markalı telefon nisyə satmışdır. Alıcı həmin məbləği hər ay 34,41 manat ödəmək şərti ilə 18 ay müddətinə (ilkin ödəniş 26,57 manat olmaqla) ödəməyi öz üzərinə götürmüşdür. Eyni zamanda Cavabdeh ilə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixdə bağlanmış müqaviləyə əsasən, iddiaçı cavabdehə ödəniş qrafikinə əsasən alqı-satqı qiyməti 3941,9 (üç min doqquz yüz qırx bir manat 90 qəpik) manata İMEi kodu **********63380 İphone 13 Pro Max markalı telefon nisyə satmışdır. Alıcı həmin məbləği hər ay 173,05 manat ödəmək şərti ilə 18 ay müddətinə (ilkin ödəniş 827 manat olmaqla) ödəməyi öz üzərinə götürmüşdür. Cavabdehin müqavilələr üzrə cəmi ödədiyi məbləğ 1764 manat təşkil edir. Cavabdehə borcun ödənilməsinə dair dəfələrlə şifahi xəbərdarlıq edilmiş, həmçinin poçt vasitəsi ilə ona rəsmi qaydada xəbərdarlıq məktubu göndərilmişdir. Lakin cavabdeh xəbərdarlıqlara məhəl qoymaraq müqavilə üzrə yaranmış borcunu ödəməkdən yayınmışdır. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə Azərbaycan Respublikasının MM-nin 567, 600.1, 601.1, 404.1, 386.1, 385.1, 600.4, 442, 445.1 və 462.1-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 104,55 (yüz dörd manat 55 qəpik) manat əsas, 10,45 (on manat 45 qəpik) manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 366,92 (üç yüz altmış altı manat 92 qəpik) manat əsas, 36,08 (otuz altı manat 08 qəpik) manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 514,54 (beş yüz on dörd manat 54 qəpik) əsas, 51,46 (əlli bir manat 46 qəpik) cərimə, xx.xx.2022ci il tarixli müqaviləyə əsasən 2765,9 (iki min yeddi yüz altmış beş manat 90 qəpik) manat əsas, 276,1 (iki yüz yetmiş altı manat 10 qəpik) manat cərimə borcu, cəmi 4126 (dörd min bir yüz iyirmi altı) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 61,26 (altmış bir manat 26 qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 104,55 (yüz dörd manat 55 qəpik) manat əsas, 10,45 (on manat 45 qəpik) manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 366,92 (üç yüz altmış altı manat 92 qəpik) manat əsas, 36,08 (otuz altı manat 08 qəpik) manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 514,54 (beş yüz on dörd manat 54 qəpik) əsas, 51,46 (əlli bir manat 46 qəpik) cərimə, xx.xx.2022ci il tarixli müqaviləyə əsasən 2765,9 (iki min yeddi yüz altmış beş manat 90 qəpik) manat əsas, 276,1 (iki yüz yetmiş altı manat 10 qəpik) manat cərimə borcu, cəmi 4126 (dörd min bir yüz iyirmi altı) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İş üzrə ödənilmiş 61,26 (altmış bir manat 26 qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar