Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4859/2024 05.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli 03273980 nömrəli müqaviləyə əsasən, İmei kodu **********60702 olan İphone 14 Pro Max markalı telefon üçün 3597.96 (üç min beş yüz doxsan yeddi manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, 1076.04 (min yetmiş altı manat dörd qəpik) manat dəbbə pulu, xx.xx.2023-cü il tarixli 03273936 nömrəli müqaviləyə əsasən, İmei kodu **********88721 olan İphone 14 Pro Max markalı telefon üçün 3401 (üç min dörd yüz bir) manat ödənilməmiş hissə, 1076 (min yetmiş altı) manat dəbbə pulu olmaqla ümumilikdə 9151 (doqquz min yüz əlli bir) manat pul və 111.51 (yüz on bir manat əlli bir qəpik) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli 03273980 nömrəli və xx.xx.2023-cü il tarixli 03273936 nömrəli müqavilələrə əsasən, İmei kodu **********60702 olan İphone 14 Pro Max və İmei kodu **********88721 olan İphone 14 Pro Max markalı telefon almış və nəticədə 9151 (doqquz yüz əlli bir) manat öhdəliyi yaranmışdır. Cavabdeh tərəfindən müqavilələrin şərtləri pozularaq xx.xx.2023-cü il tarixli 03273980 nömrəli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3797.96 ( üç min yeddi yüz doxsan yeddi manat doxsan altı qəpik) manat (12 ay x 299.83 manat + 200 manat ilkin ödəniş) olan İphone 14 Pro Max markalı telefon üçün 3597.96 (üç min beş yüz doxsan yeddi manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, 1076.04 (min yetmiş altı manat dörd qəpik) manat dəbbə pulu olmaqla ümumilikdə 4674 (dörd min altı yüz yetmiş dörd) manat, xx.xx.2023-cü il tarixli 03273936 nömrəli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3918 (üç min doqquz yüz on səkkiz) manat (12 ay x 326.5 manat + 0 manat ilkin ödəniş) olan İphone 14 Pro Max markalı telefon üçün 3401 (üç min dörd yüz bir) manat ödənilməmiş hissə, 1076 (min yetmiş altı) manat dəbbə borcu olmaqla ümumilikdə, 4477 (dörd min dörd yüz yetmiş yeddi) manat yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 717 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində Müştəri mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, “ABC” “müştəri” – nin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. Cavabdehlə bağlanılmış həmin müqavilələrinin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2023cü il tarixli 03273980 nömrəli müqavilədən görünür ki, İmei kodu **********60702 olan İphone 14 Pro Max markalı telefonu iddiaçı "xxxx" MMC Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində yuxarıda qeyd olunan 1-ci müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini müvafiq şərtlərlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2023cü il tarixli 03273936 nömrəli müqavilədən görünür ki, İmei kodu **********88721 olan İphone 14 Pro Max markalı telefonu iddiaçı "xxxx" MMC Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində yuxarıda qeyd olunan 2-ci müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş 13 avqust 2024-cü il tarixli maliyyə cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2023-cü il tarixli 03273980 nömrəli müqaviləyə əsasən 3597.96 (üç min beş yüz doxsan yeddi manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, 1076.04 (min yetmiş altı manat dörd qəpik) manat dəbbə pulu olmaqla ümumilikdə 4674 (dörd min altı yüz yetmiş dörd) manat, xx.xx.2023-cü il tarixli 03273936 nömrəli müqaviləyə əsasən 3401 (üç min dörd yüz bir) manat ödənilməmiş hissə, 1076 (min yetmiş altı) manat dəbbə pulu olmaqla ümumilikdə, 4477 (dörd min dörd yüz yetmiş yeddi) manat, yekun olaraq 9151 (doqquz min yüz əlli bir) manat məbləğində borcu vardır. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu göndərilməklə cavabdehə pul məbləğinin ödənilməsi təklif edilmiş, lakin, müsbət nəticə əldə olunmamışdır. Məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli 03273980 nömrəli və xx.xx.2023-cü il tarixli 03273936 nömrəli müqavilələrə əsasən, İmei kodu **********60702 olan İphone 14 Pro Max və İmei kodu **********88721 olan İphone 14 Pro Max markalı telefon almış və nəticədə 9151 (doqquz yüz əlli bir) manat öhdəliyi yaranmışdır. Cavabdeh tərəfindən müqavilələrin şərtləri pozularaq öhdəliklərə əməl edilməmişdir. Cavabdehlə bağlanılmış həmin müqavilələrinin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Sözügedən iddia tələbinin qanuni əsası qismində tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqavilələrinin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 462 (dəbbə puluna münasibətdə), 467 (dəbbə pulunun məbləğinin məhkəmə tərəfindən azaldılmasına münasibətdə) 600.4 (əsas öhdəliyə münasibətdə) və 655.1-ci (əsas öhdəliyə münasibətdə) maddələri çıxış edir. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İddia tələbinin faktiki və hüquqi halları ilə tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqavilələrinin şərtləri və MM-in 462, 467, 600.4-cü maddələrinin dispozitiv şərtləri eynilik təşkil edir. İş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında yuxarıda qeyd edilən nisyə alqı-satqı müqavilələri bağlanmışdır. Cavabdeh İddiaçı qarşısında öhdəliklərini icra etməmişdir. Belə olan halda, İddiaçı Cavabdeh müvafiq pul məbləğinin ödənilməsini tələb etmək hüququ əsaslı və qanunidir. Məhkəmə MM-in 467-ci maddəsinə əsasən, müqavilələr üzrə cərimə pullarını həm xx.xx.2023-cü il tarixli 03273980 nömrəli, həm də xx.xx.2023-cü il tarixli 03273936 nömrəli müqavilə üzrə əsas öhdəliyin 10%-nə qədər həddə, yən 300 (üç yüz) manat həddində müəyyən etməyi məqsədəmüvafiq hesab edir. Məhkəmə mülki münasibətlərin sabitliyinin, inkişafının təmin edilməsi məqsədilə mülki hüquq subyektlərinin qanunvericiliyə, iradə sərbəstliyi əsasında bağladıqları müqavilə öhdəliklərinə hörmət ruhunda tərbiyələndirilməsini zəruri hesab edir. Cərimə pullarının iddia ərizəsində göstərilən həddə müəyyən edilməsi ədalətli hesa edilər bilməz. Cərimə pullarının məhkəmənin qeyd etdiyi məbləğlərdən aşağı məbləğdə müəyyən edilməsi bazar iqtisadiyyatının təşviq edilməsi, mövcud iqtisadi şərtlər, biznes maraqları nəzərə alınmaqla iddiaçı nöqteyi-nəzərdən, yuxarı məbləğlərdə müəyyənləşdirilməsi isə ümumi öhdəliyin həcmi, əhəmiyyəti nəzərə alınmaqla cavabdeh nöqteyi-nəzərdən məqsədə müvafiq hesab edilmir. Məhkəmə qərar qəbul edərkən mövcud məhkəmə təcrübəsini nəzərə alır. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Cavabdeh tərəfindən iddia tələbinin təkzib edilməsi ilə bağlı sənəd, sübut və ya material məhkəməyə təqdim edilməmiş, bu barədə aktiv sübutetmə (təkzibetmə) funksiyası həyata keçirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə ıştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 111.51 (yüz on bir manat əlli bir qəpik) manat dövlət rüsumunun 90 (doxsan) manat hissəsi cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2023-cü il tarixli 03273980 nömrəli müqaviləyə əsasən 3597.96 (üç min beş yüz doxsan yeddi manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, 300 (üç yüz) manat dəbbə pulu olmaqla ümumilikdə 3897.96 (üç min səkkiz yüz doxsan yeddi manay doxsan altı qəpik) manat, xx.xx.2023-cü il tarixli 03273936 nömrəli müqaviləyə əsasən 3401 (üç min dörd yüz bir) manat ödənilməmiş hissə, 300 (üç yüz) manat dəbbə pulu olmaqla ümumilikdə, 3701 (üç min yeddi yüz bir) manat olmaqla, yekun olaraq 7598,96 (yeddi min beş yüz doxsan səkkiz manat doxsan altı qəpik) manat məbləğində borcu və ödənilmiş 111.51 (yüz on bir manat əlli bir qəpik) manat dövlət rüsumunun 90 (doxsan) manat hissəsi alınaraq İddiaçınə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-230 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli 03273980 nömrəli müqaviləyə əsasən 3597.96 (üç min beş yüz doxsan yeddi manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, 300 (üç yüz) manat dəbbə pulu olmaqla ümumilikdə 3897.96 (üç min səkkiz yüz doxsan yeddi manay doxsan altı qəpik) manat, xx.xx.2023-cü il tarixli 03273936 nömrəli müqaviləyə əsasən 3401 (üç min dörd yüz bir) manat ödənilməmiş hissə, 300 (üç yüz) manat dəbbə pulu olmaqla ümumilikdə, 3701 (üç min yeddi yüz bir) manat, yekun olaraq 7598,96 (yeddi min beş yüz doxsan səkkiz manat doxsan altı qəpik) manat məbləğində borcu və ödənilmiş 111.51 (yüz on bir manat əlli bir qəpik) manat dövlət rüsumunun 90 (doxsan) manat hissəsi alınaraq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-4859/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4859/2024
05.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver