Məhkəmə qərarları › İş №e-2(004)-4865/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4865/2024

07.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4865/2024 07.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “pul tələbi”-nə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1464,1 manat ödənilməmiş hissə, 146,9 manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqavilə üzrə 511,07 manat ödənilməmiş hissə, 51,93 manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqavilə üzrə 505,92 manat ödənilməmiş hissə, 50,08 manat cərimə pulu; xx.xx.2023-cü il tarixli müqavilə üzrə 446,09 manat ödənilməmiş hissə, 44,91 manat cərimə pulu; xx.xx.2023-cü il tarixli müqavilə üzrə 334,34 manat ödənilməmiş hissə, 33,66 manat cərimə pulu; xx.xx.2023-cü il tarixli müqavilə üzrə 231,64 manat ödənilməmiş hissə, 23,36 manat cərimə pulu; xx.xx.2023-cü il tarixli müqavilə üzrə 149,37 manat ödənilməmiş hissə, 14,63 manat cərimə pulu; xx.xx.2023-cü il tarixli müqavilə üzrə 75 manat ödənilməmiş hissə, 7 manat cərimə olmaqla, ümumilikdə 8 müqavilə üzrə 4090 manat borc və 60,90 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən, Play Station 5, Daikin kondisioner, Playsatation 5, PS5 oyun pultu, Orient qol saatı, İmei kod **********61589 X1 12 markalı telefon, Avtomobil akkumlyatoru Varta, Versace Eros ətir, Panasonic ev telefonu almış və nəticədə 4090 manat borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3620,7 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023cü il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Müvafiq bildiriş cavabdehə rəsmi qaydada göndərilsə də o, iddiaçının tələbinə dair əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284- 1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, satıcı dəyəri 1553,94 manat olan Play Station 5-i alıcıya satmış, alıcı isə müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə nəzərdə tutulmuş qaydada əşyanın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, satıcı dəyəri 1730,99 manat olan Daikin kondisioneri alıcıya satmış, alıcı isə müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə nəzərdə tutulmuş qaydada əşyanın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, satıcı dəyəri 1672,92 manat olan Playsatation 5, PS5 oyun pultunu alıcıya satmış, alıcı isə müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə nəzərdə tutulmuş qaydada əşyanın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, satıcı dəyəri 850,5 manat olan Orient qol saatını alıcıya satmış, alıcı isə müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə nəzərdə tutulmuş qaydada əşyanın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, satıcı dəyəri 609,96 manat olan İmei kod **********61589 X1 12 markalı telefonu alıcıya satmış, alıcı isə müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə nəzərdə tutulmuş qaydada əşyanın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, satıcı dəyəri 525,96 manat olan Avtomobil akkumlyatoru Varta alıcıya satmış, alıcı isə müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə nəzərdə tutulmuş qaydada əşyanın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, satıcı dəyəri 243,96 manat olan Versace Eros ətirini alıcıya satmış, alıcı isə müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə nəzərdə tutulmuş qaydada əşyanın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, satıcı dəyəri 150 manat olan Panasonic ev telefonu alıcıya satmış, alıcı isə müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə nəzərdə tutulmuş qaydada əşyanın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən Play Station 5 üçün 1464,1 manat ödənilməmiş hissə, 146,9 manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən Daikin kondisioner üçün 511,07 manat ödənilməmiş hissə, 51,93 manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən Playsatation 5, PS5 oyun pultu üçün 505,92 manat ödənilməmiş hissə, 50,08 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləsinə Orient qol saatı üçün 446,09 manat ödənilməmiş hissə, 44,91 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən İmei kod **********61589 X1 12 markalı telefon üçün 334,34 manat ödənilməmiş hissə, 33,66 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən Avtomobil akkumlyatoru Varta üçün 231,64 manat ödənilməmiş hissə, 23,36 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən Versace Eros ətri üçün 149,37 manat ödənilməmiş hissə, 14,63 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən Panasonic ev telefonu üçün 75 manat ödənilməmiş hissə, 7 manat cərimə olmaqla, ümumilikdə 8 müqavilə üzrə cəmi, 4090 manat borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2023-cü il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023cü il, xx.xx.2023-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktlarından görünür ki, alıcı müvafiq müqavilələr üzrə əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh xx.xx.2023-cü il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli müqavilələr üzrə "xxxx" MMC-yə olan borcunu 3 iş günü ərzində ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 60,90 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Yuxarıda qeyd edilən malın alqı-satqısına dair müqavilələrə əsasən satıcı (iddiaçı) müqavilə predmetini alıcıya (cavabdehə) verməyi, cavabdeh isə müqavilədə müəyyən edilən ödəmə cədvəli üzrə malın qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı malı alıcıya vermək vəzifəsini icra etsə də, alıcı həmin malı ödəmək üzrə vəzifəsini icra etməmiş və xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMCyə xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən Play Station 5 üçün 1464,1 manat ödənilməmiş hissə, 146,9 manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən Daikin kondisioner üçün 511,07 manat ödənilməmiş hissə, 51,93 manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən Playsatation 5, PS5 oyun pultu üçün 505,92 manat ödənilməmiş hissə, 50,08 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləsinə Orient qol saatı üçün 446,09 manat ödənilməmiş hissə, 44,91 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən İmei kod **********61589 X1 12 markalı telefon üçün 334,34 manat ödənilməmiş hissə, 33,66 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən Avtomobil akkumlyatoru Varta üçün 231,64 manat ödənilməmiş hissə, 23,36 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən Versace Eros ətri üçün 149,37 manat ödənilməmiş hissə, 14,63 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən Panasonic ev telefonu üçün 75 manat ödənilməmiş hissə, 7 manat cərimə olmaqla, ümumilikdə 8 müqavilə üzrə cəmi, 4090 manat borcu yaranmışdır. Mülki Məcəllənin (bundan sonra - MM) 567-ci, 568.1-ci və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. MM-nin 601.1-ci və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilə üzrə iddiaçı cavabdehdən əşyanın ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. MM-nin 462.1-ci, 462.3-cü və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir və əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 146,9 manat məbləğində, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 51,93 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 50,08 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 44,91 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 33,66 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 23,36 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 14,63 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 7 manat dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir. Mülki Prosessual Məcllənin (bundan sonra - MPM) 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 60,90 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 1464,1 (min dörd yüz altmış dörd manat on qəpik) manat, cərimə borcu üzrə 146,9 (yüz qırx altı manat doxsan qəpik) manat; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 511,07 (beş yüz on bir manat yeddi qəpik) manat, cərimə borcu üzrə 51,93 (əlli bir manat doxsan üç qəpik) manat; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 505,92 (beş yüz beş manat doxsan iki qəpik) manat, cərimə borcu üzrə 50,08 (əlli manat səkkiz qəpik) manat; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 446,09 (dörd yüz qırx altı manat doqquz qəpik) manat, cərimə borcu üzrə 44,91 (qırx dörd manat doxsan bir qəpik) manat; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 334,34 (üç yüz otuz dörd manat otuz dörd qəpik) manat, cərimə borcu üzrə 33,66 (otuz üç manat altmış altı qəpik) manat, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 231,64 (iki yüz otuz bir manat altmış dörd qəpik) manat, cərimə borcu üzrə 23,36 (iyirmi üç manat otuz altı qəpik) manat, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 149,37 (yüz qırx doqquz manat otuz yeddi qəpik) manat, cərimə borcu üzrə 14,63 (on dörd manat altmış üç qəpik) manat, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 75 (yetmiş beş) manat, cərimə borcu üzrə 7 (yeddi) manat olmaqla, ümumilikdə səkkiz müqavilə üzrə 4090 (dörd min doxsan) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 60,90 (altmış manat doxsan qəpik) manat pul tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 1464,1 (bir min dörd yüz altmış dörd manat on qəpik) manat, cərimə borcu üzrə 146,9 (bir yüz qırx altı manat doxsan qəpik) manat; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 511,07 (beş yüz on bir manat yeddi qəpik) manat, cərimə borcu üzrə 51,93 (əlli bir manat doxsan üç qəpik) manat; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 505,92 (beş yüz beş manat doxsan iki qəpik) manat, cərimə borcu üzrə 50,08 (əlli manat səkkiz qəpik) manat; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 446,09 (dörd yüz qırx altı manat doqquz qəpik) manat, cərimə borcu üzrə 44,91 (qırx dörd manat doxsan bir qəpik) manat; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 334,34 (üç yüz otuz dörd manat otuz dörd qəpik) manat, cərimə borcu üzrə 33,66 (otuz üç manat altmış altı qəpik) manat; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 231,64 (iki yüz otuz bir manat altmış dörd qəpik) manat, cərimə borcu üzrə 23,36 (iyirmi üç manat otuz altı qəpik) manat; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 149,37 (bir yüz qırx doqquz manat otuz yeddi qəpik) manat, cərimə borcu üzrə 14,63 (on dörd manat altmış üç qəpik) manat; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 75 (yetmiş beş) manat, cərimə borcu üzrə 7 (yeddi) manat olmaqla, ümumilikdə səkkiz müqavilə üzrə 4090 (dörd min doxsan) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 60,90 (altmış manat doxsan qəpik) manat pul tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar