Məhkəmə qərarları › İş №e-2(004)-4871/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4871/2024

25.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4871/2024 25.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Satıcı/İddiaçı ilə Alıcı/Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli C9790216/21nömrəli Nisyə satış müqaviləsinə əsasən 2070 manat dəyərində, ilkin ödənişsiz, 1 ədəd Apple 11 128GB ağ rəngli məhsulu 12 ay müddətinə, hər ay 172.50 manat ödənilməklə nisyə satılmışdır. Həmin müqаviləsinin şərtləri borclu tərəfindən əməl еdilməmiş, öhdəliyi vахtındа və lаzımi qаydаdа icrа еtməyərək nəticədə onun kreditor qarşısında öhdəliyi yaranmışdır. Hazırda xx.xx.2021-ci il tarixli C9790216/21 nömrəli müqavilə üzrə ödənilməmiş borc 1351 (bir min üç yüz əlli bir) manat təşkil edir. Bundan başqa, Satıcı/İddiaçı ilə Alıcı/Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli C9790254/21nömrəli Nisyə satış müqaviləsinə əsasən 1250 manat dəyərində, ilkin ödənişsiz, 1 ədəd Xiaomi Poco F3 6/128 - məhsulu 12 ay müddətinə, hər ay 104.17 manat ödənilməklə nisyə satılmışdır. Həmin müqаviləsinin şərtləri borclu tərəfindən əməl еdilməmiş, öhdəliyi vахtındа və lаzımi qаydаdа icrа еtməyərək nəticədə onun kreditor qarşısında öhdəliyi yaranmışdır. Hazırda xx.xx.2021-ci il tarixli C9790254/21 nömrəli müqavilə üzrə ödənilməmiş borc 926 (doqquz yüz iyirmi altı) manat təşkil edir. Sözügedən xx.xx.2021-ci il tarixli C9790216/21 və xx.xx.2021-ci il tarixli C9790254/21 nömrəli Nisyə satış müqavilələrinin 2.4.4-cü bəndinə müvafiq olaraq, “Alıcı” razılaşdırılmış dəyərini razılaşdırılmış müddətdə ödəmədikdə ödənilməyən məbləğə günlük 1%(bir faiz) cərimə ödəyəcəyini öz üzərinizə götürmüsdür. Müqavilə üzrə hesablanan cərimə məbləği gecikdirilmiş günlərə görə yüksək olmasına baxmayaraq İddiaçı ağlabatan məbləği müəyyən etmişdir. Hazırda, Cavabdeh xx.xx.2021-ci il tarixli C9790216/21 nömrəli müqavilə üzrə 1351 (min üç yüz əlli bir) manat ödənilməmiş hissə, 135 (bir yüz otuz beş) manat cərimə borcu və xx.xx.2021-ci il tarixli C9790254/21 nömrəli müqavilə üzrə 926 (doqquz yüz iyirmi altı) manat ödənilməmiş hissə, 92 (doxsan iki) manat cərimə borcu yaranmışdır. Tərəflər məhkəmə iclasında iştirak etməmişdir. İş materiallarına əsasən müəyyən edilir ki, Satıcı/İddiaçı ilə Alıcı/Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli C9790216/21nömrəli Nisyə satış müqaviləsinə əsasən 2070 manat dəyərində, ilkin ödənişsiz, 1 ədəd Apple 11 128GB ağ rəngli məhsulu 12 ay müddətinə, hər ay 172.50 manat ödənilməklə nisyə satılmışdır. İş materiallarına əsasən müəyyən edilir ki, Satıcı/İddiaçı ilə Alıcı/Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli C9790254/21nömrəli Nisyə satış müqaviləsinə əsasən 1250 manat dəyərində, ilkin ödənişsiz, 1 ədəd Xiaomi Poco F3 6/128 - məhsulu 12 ay müddətinə, hər ay 104.17 manat ödənilməklə nisyə satılmışdır. "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə cədvəlindən görünür ki, Cavabdeh İddiaçı xx.xx.2021-ci il tarixli C9790216/21 nömrəli müqavilə üzrə 1351 (min üç yüz əlli bir) manat ödənilməmiş hissə, 135 (bir yüz otuz beş) manat cərimə borcu və xx.xx.2021-ci il tarixli C9790254/21 nömrəli müqavilə üzrə 926 (doqquz yüz iyirmi altı) manat ödənilməmiş hissə, 92 (doxsan iki) manat cərimə borcu vardır. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli yazılı bildiriş göndərilməklə cavabdehə pul məbləğinin ödənilməsi təklif edilmiş, lakin, müsbət nəticə əldə olunmamışdır. Məhkəmə tərəfindən müəyyən olundu ki, Satıcı/İddiaçı ilə Alıcı/Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli C9790216/21nömrəli Nisyə satış müqaviləsinə əsasən 2070 manat dəyərində, ilkin ödənişsiz, 1 ədəd Apple 11 128GB ağ rəngli məhsulu 12 ay müddətinə, hər ay 172.50 manat ödənilməklə nisyə satılmışdır. Həmin müqаviləsinin şərtləri borclu tərəfindən əməl еdilməmiş, öhdəliyi vахtındа və lаzımi qаydаdа icrа еtməyərək nəticədə onun kreditor qarşısında öhdəliyi yaranmışdır. Hazırda xx.xx.2021-ci il tarixli C9790216/21 nömrəli müqavilə üzrə ödənilməmiş borc 1351 (bir min üç yüz əlli bir) manat təşkil edir. Bundan başqa, Satıcı/İddiaçı ilə Alıcı/Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli C9790254/21nömrəli Nisyə satış müqaviləsinə əsasən 1250 manat dəyərində, ilkin ödənişsiz, 1 ədəd Xiaomi Poco F3 6/128 - məhsulu 12 ay müddətinə, hər ay 104.17 manat ödənilməklə nisyə satılmışdır. Həmin müqаviləsinin şərtləri borclu tərəfindən əməl еdilməmiş, öhdəliyi vахtındа və lаzımi qаydаdа icrа еtməyərək nəticədə onun kreditor qarşısında öhdəliyi yaranmışdır. Hazırda xx.xx.2021-ci il tarixli C9790254/21 nömrəli müqavilə üzrə ödənilməmiş borc 926 (doqquz yüz iyirmi altı) manat təşkil edir. Sözügedən xx.xx.2021-ci il tarixli C9790216/21 və xx.xx.2021-ci il tarixli C9790254/21 nömrəli Nisyə satış müqavilələrinin 2.4.4-cü bəndinə müvafiq olaraq, “Alıcı” razılaşdırılmış dəyərini razılaşdırılmış müddətdə ödəmədikdə ödənilməyən məbləğə günlük 1%(bir faiz) cərimə ödəyəcəyini öz üzərinizə götürmüsdür. Müqavilə üzrə hesablanan cərimə məbləği gecikdirilmiş günlərə görə yüksək olmasına baxmayaraq İddiaçı ağlabatan məbləği müəyyən etmişdir. Hazırda, Cavabdeh xx.xx.2021-ci il tarixli C9790216/21 nömrəli müqavilə üzrə 1351 (min üç yüz əlli bir) manat ödənilməmiş hissə, 135 (bir yüz otuz beş) manat cərimə borcu və xx.xx.2021-ci il tarixli C9790254/21 nömrəli müqavilə üzrə 926 (doqquz yüz iyirmi altı) manat ödənilməmiş hissə, 92 (doxsan iki) manat cərimə borcu yaranmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin olunmalıdır. Sözügedən iddia tələbinin qanuni əsası qismində tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 462 (cəriməyə münasibətdə) və 600.4-cü (əsas borca münasibətdə) maddələriçıxış edir. MM-in 462.1-ci maddəsinə əsasən,dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş materiallarından görünür ki, Alıcı Cavabdeh Satıcı İddiaçı ilə bağladığı yuxarıda qeyd olunan xx.xx.2021-ci il tarixli C9790216/21 nömrəli və xx.xx.2021-ci il tarixli C9790254/21 nömrəli müqavilə nisyə alqı-satqı müqaviləsi üzrə müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Belə olan halda, satıcının verilmiş əşyaların ödənilməsini tələb etmək hüququ vardır. İddia tələbinin faktiki və hüquqi halları ilə tərəflər arasında bağlanmış nisyə alqısatqı müqaviləsinin şərtləri və MM-in 462 (cəriməyə münasibətdə) və 600.4-cü (əsas borca münasibətdə) maddələrinin dispozitiv şərtləri eynilik təşkil edir. Azərbaycan Respublikası MM-in 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə qeyd edir ki, etibarsızlığın əsasları müqavilənin forması, məzmunu, iradə qüsurluluğu və subyekt tərkibi ilə bağlıdır. Mübahisə predmeti üzrə etibarsızlığa dair əsaslı hallar müəyyən edilməmişdir. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 45 (qırx beş) manat məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli C9790216/21 nömrəli müqavilə üzrə 1351 (min üç yüz əlli bir) manat ödənilməmiş hissə, 135 (bir yüz otuz beş) manat cərimə borcu və xx.xx.2021-ci il tarixli C9790254/21 nömrəli müqavilə üzrə 926 (doqquz yüz iyirmi altı) manat ödənilməmiş hissə, 92 (doxsan iki) manat cərimə borcu olmaqla ümumilikdə 2504 (iki min beş yüz dörd) manat məbləğində borc və 45 (qırx beş) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli C9790216/21 nömrəli müqavilə üzrə 1351 (min üç yüz əlli bir) manat ödənilməmiş hissə, 135 (bir yüz otuz beş) manat cərimə borcu və xx.xx.2021-ci il tarixli C9790254/21 nömrəli müqavilə üzrə 926 (doqquz yüz iyirmi altı) manat ödənilməmiş hissə, 92 (doxsan iki) manat cərimə borcu olmaqla ümumilikdə 2504 (iki min beş yüz dörd) manat məbləğində borc və 45 (qırx beş) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar