Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4886/2022 30.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqavilə və xx.xx.2021-ci il tarixli 1 saylı Əlavəyə əsasən Kombi Ariston, Seksiya Hoffmann üçün 2063.8 manat ödənilməmiş hissə, 206 manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********06972 olan Samsung Galaxy A50 markalı telefon üçün 192 manat ödənilməmiş hissə, 19 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********67660 olan Xiaomi Redmi 8A markalı telefon üçün 94.5 manat ödənilməmiş hissə, 9 manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Playstation 4 Sony, DS4 oyun pultu üçün 79 manat ödənilməmiş hissə, 7.1 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********46589 olan Huavei Y5 Lite markalı telefon, Samsung Led TV üçün 682.6 manat ödənilməmiş hissə, 68 manat cərimə; ümumilikdə, 3421 manat borcun və 54.21 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh məhkəmə tərəfindən rəsmi qaydada qeydiyyatda olduğu ünvan üzrə və eləcə də, qeydiyyatda olduğu ünvan üzrə mənzil kommunal təsərrüfatı birliyi vasitəsi ilə bildiriş göndərilmiş, lakin bildirişin cavabdehə çatdırılması mümkün olmamışdır. Məhkəmə iş materillarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, Cavabdeh ilə "xxxx" MMC arasında xx.xx.2019-cu il tarixdə bağlanmış müqavilə və xx.xx.2021-ci il tarixli 1 saylı Əlavəyə əsasən, iddiaçı cavabdehə ödəniş qrafikinə əsasən alqı-satqı qiyməti 2252.8 manata Kombi Ariston, Seksiya Hoffmannı nisyə satmışdır. Alıcı həmin məbləği hər ay 102.4 manat (ilkin ödəniş 102.4 manat) ödəmək şərti ilə 21 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. xx.xx.2019-cu il tarixdə bağlanmış müqaviləyə əsasən, iddiaçı cavabdehə ödəniş qrafikinə əsasən alqı-satqı qiyməti 768 manata əsasən İMEİ kodu **********06972 olan Samsung Galaxy A50 markalı telefon nisyə satmışdır. Alıcı həmin məbləği hər ay 64 manat ödəmək şərti ilə 12 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. xx.xx.2020-ci il tarixdə bağlanmış müqaviləyə əsasən, iddiaçı cavabdehə ödəniş qrafikinə əsasən alqı-satqı qiyməti 325.8 manata İMEİ kodu **********67660 olan Xiaomi Redmi 8A markalı telefonu nisyə satmışdır. Alıcı həmin məbləği hər ay 25.9 manat (ilkin ödəniş 15 manat) ödəmək şərti ilə 12 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. xx.xx.2019-cu il tarixdə bağlanmış müqaviləyə əsasən, iddiaçı cavabdehə ödəniş qrafikinə əsasən alqı-satqı qiyməti 1091 manata Playstation 4 Sony, DS4 oyun pultuu nisyə satmışdır. Alıcı həmin məbləği hər ay 85 manat (ilkin ödəniş 71 manat) ödəmək şərti ilə 12 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. xx.xx.2020ci il tarixdə bağlanmış müqaviləyə əsasən, iddiaçı cavabdehə ödəniş qrafikinə əsasən alqı-satqı qiyməti 1293 manata İMEİ kodu **********46589 olan Huavei Y5 Lite markalı telefon, Samsung Led TV-ni nisyə satmışdır. Alıcı həmin məbləği hər ay 60 manat ödəmək şərti ilə (ilkin ödəniş 68.5 manat) 18 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, xx.xx.2020-ci il tarixində İMEİ KOD **********46589 HUAWEİ Y5 LİTE markalı telefondan imtina etmiş və məhsul 242.2 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2020-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 368.2 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 242.2 manat, ümumilikdə, 610.4 manat təşkil edir. Digər 3 müqavilə üzrə üçün isə cəmi ödədiyi məbləğ 2008.3 manat təşkil edir. Cavabdehə borcun ödənilməsinə dair dəfələrlə şifahi xəbərdarlıq edilmiş, həmçinin poçt vasitəsi ilə ona rəsmi qaydada xəbərdarlıq məktubu göndərilmişdir. Lakin cavabdeh xəbərdarlıqlara məhəl qoymaraq müqavilə üzrə yaranmış borcunu ödəməkdən yayınmışdır. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə Azərbaycan Respublikasının MM-nin 567, 600.1, 601.1, 404.1, 386.1, 385.1, 600.4, 442, 445.1-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 2063 (iki min altmış üç) manat 80 (səksən) qəpik əsas borc, 206 (iki yüz altı) manat qəpik cərimə borcu; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 192 (bir yüz doxsan iki) manat əsas borc, 19 (on doqquz) manat cərimə borcu; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 94 (doxsan dörd) manat 50 (əlli) qəpik əsas borc, 9 (doqquz) manat cərimə borcu; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 79 (yetmiş doqquz) manat əsas borc, 7 (yeddi) manat 10 (on) qəpik cərimə borcu; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 682 (altı yüz səksən iki) manat 60 (altmış) qəpik əsas borc, 68 (altmış səkkiz) manat cərimə borcu; cəmi 3421 (üç min dörd yüz iyirmi bir) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 54 (əlli dörd) manat 21 (iyirmi bir) qəpik dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Cəfər Zirəddin oğlundan xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 2063 (iki min altmış üç) manat 80 (səksən) qəpik əsas borc, 206 (iki yüz altı) manat qəpik cərimə borcu; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 192 (bir yüz doxsan iki) manat əsas borc, 19 (on doqquz) manat cərimə borcu; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 94 (doxsan dörd) manat 50 (əlli) qəpik əsas borc, 9 (doqquz) manat cərimə borcu; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 79 (yetmiş doqquz) manat əsas borc, 7 (yeddi) manat 10 (on) qəpik cərimə borcu; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 682 (altı yüz səksən iki) manat 60 (altmış) qəpik əsas borc, 68 (altmış səkkiz) manat cərimə borcu; cəmi 3421 (üç min dörd yüz iyirmi bir) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İş üzrə ödənilmiş 54 (əlli dörd) manat 21 (iyirmi bir) qəpik dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №e-2(004)-4886/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4886/2022
30.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver