Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4891/2024 16.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş (açar sözlər: alqı-satqı müqaviləsi) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Xəlil Ülkər Abdurahman qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiasına kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********22581 Samsung Galaxy A23 markalı telefon üçün 290.93(iki yüz doxsan manat doxsan üç qəp) manat ödənilməmiş hissə, 29.07(iyirmi doqquz manat yeddi qəp) manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********88308 XİAOMİ REDMİ NOTE 12 markalı telefon üçün 406.33(dörd yüz altı manat otuz üç qəp) manat ödənilməmiş hissə, 40.67(qırx manat altmış yeddi qəp) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən tozsoran Samsung üçün 134.85(yüz otuz dörd manat səksən beş qəp) manat ödənilməmiş hissə, 13.15(on üç manat on beş qəp) manat cərimə, ümumilikdə 915 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən, İmei kodu **********22581 Samsung Galaxy A23 markalı telefon, İmei kod **********88308 XİAOMİ REDMİ NOTE 12 markalı telefon, tozsoran Samsung almış və nəticədə 915 (doqquz yüz on beş manat) manat borc yaranmışdır.Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 875.52 (səkkiz yüz yetmiş beş manat əlli iki qəp) manat (18 ay x 48.64 manat + 0 manat ilkin ödəniş), İmei kodu **********22581 Samsung Galaxy A23 markalı telefon üçün ümumilikdə 320(üç yüz iyirmi) manat olmaqla ondan,290.93(iki yüz doxsan manat doxsan üç qəp) manat ödənilməmiş hissə,müştəriyə güzəşt olunaraq 29.07 (iyirmi doqquz manat yeddi qəp) manat cərimə miqdarında borc yaranmışdır. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən,alğı-satqı qiyməti 739.92(yeddi yüz otuz doqquz manat doxsan iki qəp) manat (12 ay x 61.66 manat + 0 manat ilkin ödəniş) İmei kod **********88308 XİAOMİ REDMİ NOTE 12 markalı telefon üçün ümumilikdə 447(dörd yüz qırx yeddi) manat olmaqla ondan, 406.33(dörd yüz altı manat otuz üç qəp) manat ödənilməmiş hissə, 40.67(qırx manat altmış yeddi qəp) manat cərimə borcu yaranmışdır. xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 270 (iki yüz yetmiş) manat (18 ay x 15 manat + 0 manat ilkin ödəniş) tozsoran Samsung üçün ümumilikdə 148(yüz qırx səkkiz) manat olmaqla ondan, 134,85(yüz otuz dörd manat səksən beş qəp) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 13.15(on üç manat on beş qəp) manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1053.34 manat təşkil edir.Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir.Cavabdehlə aralarında bağlanılmış xx.xx.2022-ci il, xx.xx.2023-cü il və xx.xx.2022-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır.Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir.
II. Məhkəmə baxışının hədləri:
3. Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
4. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 02994139 saylı alğı-satqı müqaviləsinə əsasən Samsung Galaxy A23 Ds 128gb-Orange markalı telefon iddiaçı tərəfindən cavabdehə nisyə satılmışdır.
5. Müqavilənin 2.6-cı bəndinə əsasən müştəri ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq peniya ödəyir.
6. xx.xx.2022-ci il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, iddiaçı tərəfindən 02994139 nömrəli müqavilə üzrə məhsul iddiaçı tərəfindən cavabdehə tam qüsursuz halda təhvil verilmişdir.
7. xx.xx.2022-ci il tarixli, 02994139 saylı alğı-satqı müqaviləsinə əlavəyə əsasən cavabdeh tərəfindən ilkin ödəniş olmadan alınan əşyanın dəyərinin hər ay 48.64 manat olmaqla 18 ay ərzində ödənilməsi nəzərdə tutulmuşdur.
8. Əlavənin 5-ci maddəsinə əsasən, müştəri ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, “ABC”-nin müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının və 87.55 manat cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir.
9. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 07822951 saylı alğı-satqı müqaviləsinə əsasən Samsung Vc18m2150sg/ev markalı tozsoran nisyə satılmışdır.
10. Müqavilənin 2.6-cı bəndinə əsasən müştəri ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq peniya ödəyir.
11. xx.xx.2022-ci il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, iddiaçı tərəfindən 07822951 nömrəli müqavilə üzrə məhsul iddiaçı tərəfindən cavabdehə tam qüsursuz halda təhvil verilmişdir.
12. xx.xx.2022-ci il tarixli, 07822951 saylı saylı alğı-satqı müqaviləsinə əlavəyə əsasən cavabdeh tərəfindən ilkin ödəniş olmadan alınan əşyanın dəyərinin hər ay 15 manat olmaqla 18 ay ərzində ödənilməsi nəzərdə tutulmuşdur.
13. Əlavənin 5-ci maddəsinə əsasən, müştəri ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, “ABC”-nin müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının və 27 manat cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir.
14. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 03234772 saylı alğı-satqı müqaviləsinə əsasən Xiaomi redmi note 12 6GB/128GB-onyx gray markalı telefon nisyə satılmışdır.
15. Müqavilənin 2.6-cı bəndinə əsasən müştəri ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq peniya ödəyir.
16. xx.xx.2023-cü il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, iddiaçı tərəfindən 03234772 nömrəli müqavilə üzrə məhsul iddiaçı tərəfindən cavabdehə tam qüsursuz halda təhvil verilmişdir.
17. xx.xx.2023-cü il tarixli, 03234772 saylı alğı-satqı müqaviləsinə əlavəyə əsasən cavabdeh tərəfindən ilkin ödəniş olmadan alınan əşyanın dəyərinin hər ay 61,66 manat olmaqla 12 ay ərzində ödənilməsi nəzərdə tutulmuşdur.
18. Əlavənin 5-ci maddəsinə əsasən, müştəri ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, “ABC”-nin müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının və 74 manat cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir.
19. İddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən cavabdeh tərəfindən öhdəliklərin icrasının gecikdirildiyini, odur ki, müqavilə əsasında alınmış əşyanın saz və korlanmamış vəziyyətdə geri qaytarılmasını tələb etmiş, əks təqdirdə 3 iş günü müddətində məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir.
20. İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 290,93 manat ödənilməmiş əsas borcu, 29,07 manat cərimə, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 134,85 manat ödənilməmiş əsas borc, 13,15 manat cərimə, xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsi üzrə 406,33 manat ödənilməmiş əsas borcu, 40,67 manat cərimə olmaqla, cəmi 832,11 manat əsas borc, 82,89 manat cərimə, ümumilikdə isə 915 manat borcu vardır.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.
22. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
23. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
24. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
25. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
26. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası , müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
27. Həmin Məcəllənin 600.4 və 600.5-ci maddələrinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.
28. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflər arasında nisyə alqısatqı müqavilələri bağlanmaqla həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
29. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də alqı-satqı müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onların həmin müqavilələr üzrə iddiaçıya ümumilikdə 832,11 manat məbləğində bоrcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən göstərilən borc tutularaq iddiaçıya ödənilməlidir.
30. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 29,07 manat, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 13,15 manat, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən isə 40.67 manat cərimə, ümumilikdə 82,89 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
31. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
32. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
33. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
34. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulunun miqdarı azaldılaraq 58 manat müəyyən edilməlidir.
35. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2022-ci il tarixli alğı-satqı müqavilələri üzrə 832,11 manat əsas, 58 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
37. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.
IV. Nəticə:
38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh 832,11 manat əsas, 58 manat cərimə borcu, ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 920,11 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Xəlil