Məhkəmə qərarları › İş №e-2(004)-4898/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-4898/2023

25.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-4898/2023 25.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızı İddiaçı Cavabdeh MTK-ya qarşı kirayə haqqının ödənilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4500 manat kirayə haqqının və 65 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 25 iyul 2018-ci il tarixdə müqavilə bağlanmış, müqaviləyə əsasən İddiaçı 1125 nömrəli reyestr kitabının 101922 nömrəli vərəqində xx.xx.2010-cu il tarixdə **********74-05101-093020 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş MA seriyalı ******* nömrəli Çıxarış ilə öz mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 64, 4 kv.m olan (faktiki sahəsi 77 kv.m) ibarət olan yaşayış sahəsini sökülmək üçün Cavabdeh MMC-yə təhvil verməyi, bu Müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada tikinti şirkəti tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli, hündürmərtəbəli yaşayış evində onun üçün nəzərdə tutulmuş mənzili qəbul etməyi üzərinə götürmüşdür. Müqavilənin 1.2-ci bəndinə əsasən tikintini icra edən şirkətin iddiaçıya kirayə haqqı olaraq 500 manat ödəniş edilməsi öhdəliyi vardır. Lakin, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər olan müddət ərzində ödənilməli olan kirayə haqqı ödənilməmişdir. Grand Plaza MTK-ya yuxarıda qeyd edilən kirayə haqqının ödənilməsi ilə əlaqədar dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcun ödənilməsindən imtina edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 150. İddia ərizəsinə əlavə edilən sənədlər 150.1. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: ...150.1.6. müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir)... Maddə 151. İddia ərizəsinin mümkünlüyü 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 152. İddia ərizəsinin qaytarılması 152.1.6. Müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2018-ci il tarixli müqavilədən görünür ki, həmin müqavilə Cavabdeh MMC ilə bağlanmışdır. İddiaçı Cavabdeh MTK-nın Cavabdeh MMCnin hüquqi varisi olmasına dair iddia ərizəsinə hər hansı bir sübut əlavə etməmişdir. Bundan əlavə, iddia ərizəsinə əlavə edilmiş İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış 25 iyul 2018-ci il tarixli müqavilənin 7.1-ci bəndinə əsasən bu Müqavilədən və ya onunla əlaqədar yaranan bütün mübahisələr Tərəflər" arasında danışıqların aparılması yolu ilə həll edilir. İddiaçı tərəfindən Cavabdeh MTK-ya ünvanlanan kirayə haqqının ödənilməsinə dair pretenziya məktubu məhkəməyə təqdim edilsə də, həmin məktubun cavabdeh tərəfindən alınmasına dair hər hansı bir sübut təqdim edilməmişdir . Göründüyü kimi, iddiaçı tərəfindən mübahisənin məhkəməyəqədər həlli qaydasına əməl edilməmişdir. Odur ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya izah edilməlidir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Maddə 114. Dövlət rüsumunun qaytarılması 114.1.3. Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa... 114.2. ...... Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu 5.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır: 5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə… Məhkəmə hesab edir ki, iddia ərizəsi qaytarıldığından iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İş üzrə xx.xx.2023-cü il tarixdə ödənilmiş 65 (altmış beş) manat məbləğində dövlət rüsumu (qəbz nömrəsi: **********) Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı geri qaytarılsın. Qərardad dövlət rüsumunun qaytarılması üçün əsasdır. Qərardadın icrası Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elekron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə şikayət verilə bilər. Hakim Təhminə Xəlilova İş № 2(004)-4898/2023 MƏHKƏMƏDƏN KƏNAR AYRİCA PROSESSUAL HƏRƏKƏT BARƏDƏ PROTOKOL Yasamal rayon məhkəməsi Hakim Xəlilova Təhminə Cəmil qızı İddiaçı Cavabdeh MTK-ya qarşı kirayə haqqının ödənilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri yazılı icraat qaydasında nəzərdən keçirərək iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul etdim. Prosessual hərəkət saat 14:00-da başladı. Prosessual hərəkət saat 14:20-də başa çatdı. Protokol xx.xx.2023-cü il tarixdə tərtib edilib. Hakim Təhminə Xəlilova AZƏRBAYCAN RESPUBLİKASİ BAKİ ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ AZ 1138, Bakı şəhəri, Mikayıl Müşviq küçəsi 1 H Tel: (012) 510-74-99 www.yasamalcourt.gov.az Faks: (012) 537-22-76 Elektron ünvan İş № 2(004)-4898/2023 xx.xx.2023-cü il Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə (AZ1001 Bakı şəhəri İstiqlaliyyət küçəsi 18) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-4898/2023 saylı qərardadı icra olunması üçün Sizə göndərilir. Qoşma: qərardad, ödəniş qəbzinin surəti Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar