Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-4899/2025 30.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “yeraltı avtomobil dayanacaqlarının naturada təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “yeraltı avtomobil dayanacaqlarının naturada təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15 aprel 2009-cu il tarixli “Z.F.İnşaat X1 X2”-lərinə əsasən haqqı tam həcmdə ödənilməklə aldığı Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi, ev 10C ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının zirzəmisində yerləşən 4, 5 və 6 saylı 3 (üç) ədəd yeraltı avtomobil dayanacaqlarının naturada İddiaçı təhvil verilməsi barədə Cavabdeh üzərinə öhdəliyin qoyulmasına və tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100,00 (bir yüz) manat məbləğində dövlət rüsumunun Cavabdehnə aid edilməsinə və ondan tutularaq iddiaçılar İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, İddiaçı xx.xx.2025-ci il tarixində ona ərizə ilə müraciət edərək, iddia tələbindən tam həcmdə imtina etdiyini bildirmiş və tərəfindən verilmiş iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Qeyd edilənləri nəzərə alaraq, 2(004)-4899/2025 nömrəli mülki işin icraatına xitam verilməsinə və İddiaçı iddia ərizəsinin qaytarılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Həmçinin İddiaçı ərizə yazaraq, Bakı şəhəri Yasamal Rayon Məhkəməsində 15 aprel 2009-cu il tarixli “Z.F.İnşaat X1 X2”-lərinə əsasən haqqı tam həcmdə ödənilməklə aldığı Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi, ev 10C ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının zirzəmisində yerləşən 4, 5 və 6 saylı 3 (üç) ədəd yeraltı avtomobil dayanacaqlarının naturada İddiaçı təhvil verilməsi barədə Cavabdeh üzərinə öhdəliyin qoyulmasına dair iddia ərizəsi verilmişdir. Hazırda həmin iddia tələbindən imtina etməyə qərar verdiyini, yuxarıda qeyd edilənləri nəzərə alaraq, Bakı şəhəri Yasamal Rayon Məhkəməsində onun iddia tələbi üzrə iddia ərizəsinin qanuna müvafiq olaraq geri qaytarılmasını təmin edilməsini xahiş etmişdir. İddia tələbindən imtina etməyinin hüquqi nəticələrinin ona izah olunduğunu bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının iddiadan imtina etməsi barədə ərizəni nəzərdən keçirərək hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkəti qəbul etmir. Belə halda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, iddiaçının iddiadan imtina etməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından həmin imtina məhkəmə tərəfindən qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 261.0.4, 262-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İş üzrə icraata xitam verilsin. xx.xx.2025-ci il tarixli, **********80 nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №e-2(004)-4899/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-4899/2025
30.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver