Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4938/2022 03.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbinə” dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Soyuducu LG üçün 1346.6 (bir min üç yüz qırx altı manat altmış qəpik) manat ödənilməmiş hissə, 134.4 (yüz otuz dörd manat qırx qəpik) manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Blender Braun üçün 389.4 (üç yüz səksən doqquz manat qırx qəpik) manat ödənilməmiş hissə, 38.6 (otuz səkkiz manat altmış qəpik) manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Paltaryuyan LG üçün 1272.6 (bir min iki yüz yetmiş iki manat altmış qəpik) manat ödənilməmiş hissə, 127.4 (yüz iyirmi yeddi manat qırx qəpik) manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********51148 XİAOMİ REDMİ 9 markalı telefon üçün 490.68 (dörd yüz doxsan manat altmış səkkiz qəpik) manat ödənilməmiş hissə, 49.32 (qırx doqquz manat otuz iki qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Ümumilikdə 3849 (üç min səkkiz yüz qırx doqquz) manat borc və 58.49 (əlli səkkiz manat qırx doqquz qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh ooğlundan alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" MMC kiçik iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixlərindəki müqavilələrinə əsasən, Soyuducu LG, Blender Braun, Paltaryuyan LG, İmei kodu **********51148 XİAOMİ REDMİ 9 markalı telefon almış və nəticədə 3849 (üç min səkkiz yüz qırx doqquz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1625 (bir min altı yüz iyirmi beş) manat (18 ay x 90 manat + 5 manat ilkin ödəniş) olan Soyuducu LG üçün 1481 (bir min dörd yüz səksən bir) manat olmaqla ondan, 1346.6 (bir min üç yüz qırx altı, altmış qəpik) manat ödənilməmiş hissə, 134.4 (yüz otuz dörd, qırx qəpik) manat cərimə pulu. xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 424.8 (dörd yüz iyirmi dörd, səksən qəpik) manat (24 ay x 17.7 manat + 0 manat ilkin ödəniş) olan Blender Braun üçün 428 (dörd yüz iyirmi səkkiz) manat olmaqla ondan, 389.4 (üç yüz səksən doqquz, qırx qəpik) manat ödənilməmiş hissə, 38.6 (otuz səkkiz, altmış qəpik) manat cərimə pulu. xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1454.4 (bir min dörd yüz əlli dörd, qırx qəpik) (24 ay x 60.6 manat + 0 manat ilkin ödəniş) olan Paltaryuyan LG üçün 1400 (bir min dörd yüz) manat olmaqla ondan 1272.6 (bir min iki yüz yetmiş iki, altmış qəpik) manat ödənilməmiş hissə, 127.4 (yüz iyirmi yeddi, qırx qəpik) manat cərimə pulu.xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 490.68 (dörd yüz doxsan, altmış səkkiz) manat (18 ay x 27.26 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********51148 XİAOMİ REDMİ 9 markalı telefon üçün 490.68 (dörd yüz doxsan, altmış səkkiz qəpik) manat olmaqla ondan 490.68 (dörd yüz doxsan, altmış səkkiz qəpik) manat ödənilməmiş hissə, 49.32 (qırx doqquz, otuz iki qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 495.6(dörd yüz doxsan beş manat altmış qəpik) manat təşkil edir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının ərizəsinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iş üzrə toplanmış materialları ədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli 23093155 nömrəli müqavilədən görünür ki, müqavilə əsasında Cavabdeh "xxxx" MMC-dən Soyuducu LG, xx.xx.2021-ci il tarixli 23171152 nömrəli müqavilədən görünür ki, müqavilə əsasında Cavabdeh "xxxx" MMC-dən Blender Braun, xx.xx.2021-ci il tarixli 23073141 nömrəli müqavilədən görünür ki, müqavilə əsasında Cavabdeh "xxxx" MMC-dən Paltaryuyan LG və xx.xx.2021-ci il tarixli 039542 nömrəli müqavilədən görünür ki, müqavilə əsasında Cavabdeh "xxxx" MMC-dən İmei kodu **********51148 XİAOMİ REDMİ 9 markalı telefon almışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1625 (bir min altı yüz iyirmi beş) manat (18 ay x 90 manat + 5 manat ilkin ödəniş) olan Soyuducu LG üçün ondan, 1346.6 (bir min üç yüz qırx altı manat, altmış qəpik) manat ödənilməmiş hissə, 134.4 (yüz otuz dörd manat, qırx qəpik) manat cərimə pulu, alqı-satqı qiyməti 424.8 (dörd yüz iyirmi dörd manat, səksən qəpik) manat (24 ay x 17.7 manat + 0 manat ilkin ödəniş) olan Blender Braun üçün ondan, 389.4 (üç yüz səksən doqquz, qırx qəpik) manat ödənilməmiş hissə, 38.6 (otuz səkkiz manat, altmış qəpik) manat cərimə pulu, alqı-satqı qiyməti 1454.4 (bir min dörd yüz əlli dörd manat, qırx qəpik) (24 ay x 60.6 manat + 0 manat ilkin ödəniş) olan Paltaryuyan LG üçün 1272.6 (bir min iki yüz yetmiş iki, altmış qəpik) manat ödənilməmiş hissə, 127.4 (yüz iyirmi yeddi, qırx qəpik) manat cərimə pulu, alqı-satqı qiyməti 490.68 (dörd yüz doxsan, altmış səkkiz) manat (18 ay x 27.26 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********51148 XİAOMİ REDMİ 9 markalı telefon üçün 490.68 (dörd yüz doxsan, altmış səkkiz qəpik) manat ödənilməmiş hissə, 49.32 (qırx doqquz, otuz iki qəpik) manat cərimə miqdarında borc yaranmışdır. İş materiallarına əlavə olunmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, qısa zaman ərzində ödəniş etməyəcəyi təqdirdə iddiaçı məhkəmədə mülki iddia qaldıracağı barədə Cavabdeh xəbərdar etmişdir. İş materiallarında olan "xxxx" tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2021-ci il tarixli müqavilə üzrə Cavabdeh 1346.6 (bir min üç yüz qırx altı manat, altmış qəpik) manat ödənilməmiş hissə, 134.4 (yüz otuz dörd manat, qırx qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 389.4 (üç yüz səksən doqquz manat, qırx qəpik) manat ödənilməmiş hissə, 38.6 (otuz səkkiz manat, altmış qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1272.6 (bir min iki yüz yetmiş iki manat, altmış qəpik) manat ödənilməmiş hissə, 127.4 (yüz iyirmi yeddi manat, qırx qəpik) manat cərimə, xx.xx.2021-ci tarixli müqavilə üzrə 490.68 (dörd yüz doxsan manat, altmış səkkiz qəpik) manat ödənilməmiş hissə, 49.32 (qırx doqquz manat, otuz iki qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Ümumilikdə 3849 (üç min səkkiz yüz qırx doqquz) manat borcu vardır. Beləliklə, müəyyən olundu ki, xx.xx.2021-ci il tarixli 23093155 nömrəli müqavilə üzrə Cavabdeh 1346.6 (bir min üç yüz qırx altı manat, altmış qəpik) manat ödənilməmiş hissə, 134.4 (yüz otuz dörd manat, qırx qəpik) cərimə, xx.xx.2021-ci il tarixli 23171152 nömrəli müqavilə üzrə 389.4 (üç yüz səksən doqquz manat, qırx qəpik) manat ödənilməmiş hissə, 38.6 (otuz səkkiz manat, altmış qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli ******* nömrəli müqavilə üzrə 1272.6 (bir min iki yüz yetmiş iki manat, altmış qəpik) manat ödənilməmiş hissə, 127.4 (yüz iyirmi yeddi manat, qırx qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli 039542 nömrəli müqavilə 490.68 (dörd yüz doxsan manat, altmış səkkiz qəpik) manat ödənilməmiş hissə, 49.32 (qırx doqquz manat, otuz iki qəpik) manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli 23093155 nömrəli müqavilə üzrə 1346.6 (bir min üç yüz qırx altı manat, altmış qəpik) manat ödənilməmiş hissə, 134.4 (yüz otuz dörd manat, qırx qəpik) cərimə, xx.xx.2021-ci il tarixli 23171152 nömrəli müqavilə üzrə 389.4 (üç yüz səksən doqquz manat, qırx qəpik) manat ödənilməmiş hissə, 38.6 (otuz səkkiz manat, altmış qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli ******* nömrəli müqavilə üzrə 1272.6 (bir min iki yüz yetmiş iki manat, altmış qəpik) manat ödənilməmiş hissə, 127.4 (yüz iyirmi yeddi manat, qırx qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli 039542 nömrəli müqavilə 490.68 (dörd yüz doxsan manat, altmış səkkiz qəpik) manat ödənilməmiş hissə, 49.32 (qırx doqquz manat, otuz iki qəpik) manat cərimə olmaqla, cəmi 3849 (üç min səkkiz yüz qırx doqquz) manat borc və ödənilmiş 58.49 (əlli səkkiz manat qırx doqquz qəpik) manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-4938/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4938/2022
03.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver