Məhkəmə qərarları › İş №e-2(004)-4942/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4942/2024

11.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4942/2024 11.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbi dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMC ilə xx.xx.2022-ci il, xx.xx.2023-cü il və xx.xx.2022-ci il tarixli müqavilələr bağlamaqla X2 13 kompüter, kombi demir dokum atron, kombı pusk, Samsung Galaxy A53 markalı telefon, Samsung 25w charger alaraq 4643 (dörd min altı yüz qırx üç) manat öhdəliyi yaranmışdır. Cavabdeh tərəfindən müqavilələrin şərtləri pozularaq xx.xx.2022-ci il tarixli müqavilə üzrə alqı-satqı qiyməti 4503.04 (dörd min beş yüz üç manat dörd qəpik) manat olan X2 13 kompüter üçün 2227.89 (iki min iki yüz iyirmi yeddi manat səksən doqquz qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 222.11 (iki yüz iyirmi iki manat on bir qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 2450 (iki min dörd yüz əlli) manat , xx.xx.2023cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1793.04 (min yeddi yüz doxsan üç manat dörd qəpik) manat olan kombi demir dokum atron, kombı pusk üçün 1667.83 (min altı yüz altmış yeddi manat səksən üç qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 166.17 (yüz altmış altı manat on yeddi qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1834 (min səkkiz yüz otuz dörd) manat, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 1270.98 (min iki yüz yetmiş manat doxsan səkkiz qəpik) manat olan İMEİ kodu **********78151 Samsung Galaxy A53 markalı telefon, Samsung 25w charger üçün 326.1 (üç yüz iyirmi altı manat on qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 32.9 (otuz iki manat doxsan qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 359 (üç yüz əlli doqquz) manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3345.24 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində Müştəri mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, X2 13 kompüter üçün 2227.89 (iki min iki yüz iyirmi yeddi manat səksən doqquz qəpik) manat ödənilməmiş hissə, 222.11 (iki yüz iyirmi iki manat on bir qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, kombi demir dokum atron, kombı pusk üçün 1667.83 (min altı yüz altmış yeddi manat səksən üç qəpik) manat ödənilməmiş hissə, 166.17 (yüz altmış altı manat on yeddi qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********78151 Samsung Galaxy A53 markalı telefon,Samsung 25w charger üçün 326.1 (üç yüz iyirmi altı manat on qəpik) manat ödənilməmiş hissə, 32.9 (otuz iki manat doxsan qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 4643 (dörd min altı yüz qırx üç) manat borc və ödənilmiş 66.43 (altmış altı manat qırx üç qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli ******* nömrəli müqavilədən görünür ki, X2 13 kompüteri İddiaçı MMC Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində yuxarıda qeyd olunan 1-ci müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2023-cü il tarixli ******* nömrəli müqavilədən görünür ki, kombi demir dokum atron, kombı pusku İddiaçı MMC Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində yuxarıda qeyd olunan 2-ci müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli 02972792 nömrəli müqavilədən görünür ki, İMEİ kodu **********78151 Samsung Galaxy A53 markalı telefon, Samsung 25w chargeri İddiaçı MMC Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində yuxarıda qeyd olunan 3-cü müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2022-ci il tarixli müqavilə üzrə X2 13 kompüter üçün 2227.89 (iki min iki yüz iyirmi yeddi manat səksən doqquz qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 222.11 (iki yüz iyirmi iki manat on bir qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 2450 (iki min dörd yüz əlli) manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə kombi demir dokum atron, kombı pusk üçün 1667.83 (min altı yüz altmış yeddi manat səksən üç qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 166.17 (yüz altmış altı manat on yeddi qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1834 (min səkkiz yüz otuz dörd) manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********78151 Samsung Galaxy A53 markalı telefon, Samsung 25w charger üçün 326.1 (üç yüz iyirmi altı manat on qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 32.9 (otuz iki manat doxsan qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 359 (üç yüz əlli doqquz) manat borcu vardır. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli yazılı bildiriş göndərilməklə cavabdehə pul məbləğinin ödənilməsi təklif edilmiş, lakin, müsbət nəticə əldə olunmamışdır. Məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh İddiaçı MMC ilə xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli 02972792 nömrəli müqavilələr bağlamaqla X2 13 kompüter, kombi demir dokum atron, kombı pusk, Samsung Galaxy A53 markalı telefon, Samsung 25w charger almış, lakin müqavilə öhdəliklərinə əməl etməyərək ümumilikdə 4643 (dörd min altı yüz qırx üç) manat öhdəliyi yaranmışdır. Məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin olunmalıdır. Sözügedən iddia tələbinin qanuni əsası qismində tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 462 (cəriməyə münasibətdə) və 600.4-cü (əsas borca münasibətdə) maddələri çıxış edir. MM-in 462.1-ci maddəsinə əsasən,dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş materiallarından görünür ki, Alıcı Cavabdeh Satıcı ilə bağladığı yuxarıda qeyd olunan xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli 02972792 nömrəli nisyə alqı-satqı müqavilələri üzrə müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Belə olan halda, satıcının verilmiş əşyaların ödənilməsini tələb etmək hüququ vardır. İddia tələbinin faktiki və hüquqi halları ilə tərəflər arasında bağlanmış nisyə alqısatqı müqaviləsinin şərtləri və MM-in 462 (cəriməyə münasibətdə) və 600.4-cü (əsas borca münasibətdə) maddələrinin dispozitiv şərtləri eynilik təşkil edir. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Cavabdeh tərəfindən iddia tələbinin təkzib edilməsi istiqamətində sənəd, sübut və ya materiallar məhkəməyə təqdim edilməmiş, aktiv sübutetmə (təkzibetmə) fəaliyyəti təşkil edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 66.43 (altmış altı manat qırx üç qəpik) manat məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli, ******* nömrəli müqavilə üzrə , 2227.89 (iki min iki yüz iyirmi yeddi manat səksən doqquz qəpik) manat ödənilməmiş hissə, 222.11 (iki yüz iyirmi iki manat on bir qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli, ******* nömrəli müqavilə üzrə 1667.83 (min altı yüz altmış yeddi manat səksən üç qəpik) manat ödənilməmiş hissə, 166.17 (yüz altmış altı manat on yeddi qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli, 02972792 nömrəli müqavilə üzrə, 326.1 (üç yüz iyirmi altı manat on qəpik) manat ödənilməmiş hissə, 32.9 (otuz iki manat doxsan qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 4643 (dörd min altı yüz qırx üç) manat borc və 66.43 (altmış altı manat qırx üç qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-230 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, ******* nömrəli müqavilə üzrə , 2227.89 (iki min iki yüz iyirmi yeddi manat səksən doqquz qəpik) manat ödənilməmiş hissə, 222.11 (iki yüz iyirmi iki manat on bir qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli, ******* nömrəli müqavilə üzrə 1667.83 (min altı yüz altmış yeddi manat səksən üç qəpik) manat ödənilməmiş hissə, 166.17 (yüz altmış altı manat on yeddi qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli, 02972792 nömrəli müqavilə üzrə, 326.1 (üç yüz iyirmi altı manat on qəpik) manat ödənilməmiş hissə, 32.9 (otuz iki manat doxsan qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 4643 (dörd min altı yüz qırx üç) manat borc və 66.43 (altmış altı manat qırx üç qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar