Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-495/2024 28.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz qızının sədrliyi, X4 qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MTK arasında xx.xx.2018-ci il tarixdə 0901 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin predmeti ondan ibarətdir ki, Cavabdeh MTK (satıcı) inşa etdiyi ona məxsus olan, ünvan 1 ünvanında yerləşən 3 otaqlı, tam yəni ümumi sahəsi 125,64 kvadratmetr olan 125.640,00 (bir yüz iyirmi beş min altı yüz qırx) manat dəyərində mənzili iddiaçının mülkiyyətinə verməli, iddiaçı isə qarşılığında həmin mənzilin dəyərinin 50.256,00 (əlli min iki yüz əlli altı) manat ilkin ödənişi həyata keçirməli, qalan 75.384,00(yetmiş beş min üç yüz səksən dörd)manat həcmində pulu müqavilənin imzalandığı gündən 36 ay ərzində müqaviləyə edilən aylıq ödəniş qrafiki üzrə bərabər hissələrə bölməklə ödəməlidir. Müqavilə üzrə mənzilin hər kvadrat metrinin qiyməti ƏDV daxil olmaqla 1.000 (bir min) manat təşkil edir. Tərəflər arasında bağlanmış Müqaviləyə əsasənmənzilin pay dəyəri tam olaraq vaxtlıvaxtında iddiaçı tərəfindən ödənilmiş və müqavilə üzrə öhdəliklər tam şəkildə yerinə yetirilmişdir. Lakin mənzilə iddiaçı çıxarış alan zaman ona məlum olmuşdur ki, cavabdehə tam ödəniş etməsinə baxmayaraq öhdəliyə uyğun olaraq mənzil ona təhvil verilməmiş, mənzilin isə ümumi sahəsinin 107,50 kv.metr təşkil edir. Halbuki, həmin müqavilənin 1.7-ci bəndinə əsasən göstərilən mənzilin tam sahəsinin 125,64 kvadratmetr olduğu göstərilmişdir. Göründüyü kimi, iddiaçı müqavilənin tələblərini tam olaraq icra etsədə cavabdeh müqavilənin 1.7-ci bəndini kobud şəkildə pozaraq müqavilədə nəzərdə tutulmuş ölçüdən az sahədən ibarət mənzili ona təhvil vermişdir. Bundan əlavə müqavilənin 1.8-ci bəndində mənzilin yaşayış sahəsinin 64,23 kvadratmetr olduğu göstərildiyi halda ƏMDKnin yanında DƏDRX 1 saylı Bakı Ərizi İdarəsi tərəfindən təqdim olunmuş texniki pasportda mənzilin yaşayış sahəsinin 57,2 kvadratmetr olduğu müəyyən edilmişdir. İddiaçı qeyd olunan məsələni aydınlaşdırmağa çalışmış, lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməkdən yayınmışdır. İddiaçı nümayəndəsi və vəkili X2 məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh tərəf məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Nümayəndə yazılı ərizə təqdim edərək iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan Çıxarışa əsasən müəyyən edilir ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 58, M20, m3 ünvanında yerləşən mənzil İddiaçı mülkiyyətindədir. Mənzilin sahəsi 107.50 kv.m. təşkil edir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli 0901 nömrəli Pordat müqaviləsinə əsasən müəyyən edilir ki, müqavilə tərəfləri sifarişçi İddiaçı və podratçı Cavabdeh MTKdır. Məhkəmə həmin müqaviləni podrat müqaviləsi kimi qiymətləndirir, podrat münasibətləri üzrə hüquq normalarını müqaviləyə tətbiq etməyi əsaslı hesab edir. Müqavilənin 2.1-ci bəndinə görə, iddiaçı mənzilin sahəsinin hər kvadrat metri üçün 1000 manat (ƏDV daxil) olmaqla, dəyərini 125.640 manat məbləği ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə mənzilin sahəsinin hesablanması üzrə xüsusi şərtlər müəyyən edilməmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Akta əsasən müəyyən edilir ki, mübahisə predmeti olan mənzil Sifarişçiyə həmin tarixdə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyinə əsasən müəyyən edilir ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 58, M20, m3 ünvanında yerləşən mənzilin müvafiq azaltma əmsalları tətbiq edilmədən sahəsi 111.3 kv.m. təşkil edir, faktiki sahəsi ilə müqavilə şərtləri əsasında sahəsi arasında 14,34 kv.m. (125.64-111.3=14.34) fərq vardır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq norması və tərəflər arasında bağlanmış yuxarıda qeyd olunan xx.xx.2018-ci il tarixli 0901 nömrəli Podrat müqaviləsinin şərtləri çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 776.1-ci maddəsinə əsasən, sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Həmin Məcəllənin 762.2-ci maddəsinə əsasən, podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Həmin Məcəllənin 762.3-cü maddəsinə əsasən, podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Beləliklə müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh MTK arasında xx.xx.2018-ci il tarixdə 0901 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin predmeti ondan ibarətdir ki, Cavabdeh MTK (satıcı) inşa etdiyi ona məxsus olan, ünvan 1 ünvanında yerləşən 3 otaqlı, tam yəni ümumi sahəsi 125,64 kvadratmetr olan 125.640,00 (bir yüz iyirmi beş min altı yüz qırx) manat dəyərində mənzili iddiaçının mülkiyyətinə verməli, iddiaçı isə qarşılığında həmin mənzilin dəyərinin 50.256,00 (əlli min iki yüz əlli altı) manat ilkin ödənişi həyata keçirməli, qalan 75.384,00(yetmiş beş min üç yüz səksən dörd)manat həcmində pulu müqavilənin imzalandığı gündən 36 ay ərzində müqaviləyə edilən aylıq ödəniş qrafiki üzrə bərabər hissələrə bölməklə ödəməlidir. Müqavilə üzrə mənzilin hər kvadrat metrinin qiyməti ƏDV daxil olmaqla 1.000 (bir min) manat təşkil edir. Tərəflər arasında bağlanmış Müqaviləyə əsasənmənzilin pay dəyəri tam olaraq vaxtlı-vaxtında iddiaçı tərəfindən ödənilmiş və müqavilə üzrə öhdəliklər tam şəkildə yerinə yetirilmişdir. Lakin mənzilə iddiaçı çıxarış alan zaman ona məlum olmuşdur ki, cavabdehə tam ödəniş etməsinə baxmayaraq öhdəliyə uyğun olaraq mənzil ona təhvil verilməmiş, mənzilin isə ümumi sahəsinin 111,30 kv.metr təşkil edir. Həmin müqavilənin 1.7-ci bəndinə əsasən göstərilən mənzilin tam sahəsinin 125,64 kvadratmetr olduğu göstərilmişdir. Göründüyü kimi, iddiaçı müqavilənin tələblərini tam olaraq icra etsədə cavabdeh müqavilənin şərtlərini pozaraq müqavilədə nəzərdə tutulmuş ölçüdən az sahədən ibarət mənzili ona təhvil vermişdir. Məhkəmə qeyd edir ki, müqavilə öhdəlikləri üzrə fərqin 14.34 kv.m. olması və hər kvadrat metri üçün 1000 manat təşkil etməsi nəzərə alınmaqla cavabdeh tərəfindən müqavilə öhdəliklərinə əməl edilməməsi nəticəsində iddiaçı tərəfindən cavabdehə 14434 manat əsassız pul vəsaiti ödənilmişdir. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyini əsaslı hesab edir. Bu səbəbdən, iddia tələbi qismən əsaslıdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı və ya cavabdeh) lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Məhkəmə hesab edir ki, iddia ərizəsində qeyd olunan xüsusatları təkzib edən sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Mülki iş üzrə ətraflı araşdırma aparılmasının təmin edilməsi, sübutların tam toplanması və tədqiq edilməsi məqsədilə 3 (üç) məhkəmə hazırlıq iclası və 1 (bir) məhkəmə baxış iclasının keçirilməsinə baxmayaraq, cavabdeh tərəfindən iddia tələbinin təkzib edilməsi istiqamətində sənəd, sübut və ya material məhkəməyə təqdim edilməmişdir. Nəzərə almaq lazımdır ki, hazırki mülki iş üzrə sübutetmə yükü cavabdehin üzərindədir. Cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsinə dair yazılı ərizə təqdim edilsə də, məhkəmə hesab edir ki, iddia tələbi üzrə 5 illik (podrat münasibətlərindən irəli gələn) iddia müddəti ötürülməmişdir. İddia müddətinin ötürülməsinin əsasları cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Belə ki, müəyyən edilir ki, sözügedən mənzil xx.xx.2020-ci il tarixdə Sifarişçiyə təhvil verilmişdir, iddia ərizəsi isə məhkəməyə xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. Deməli, iddia tələbi üzrə 5 illik iddia müddəti ötürülməmişdir. Məhkəmə cavabdehin müdafiə arqumentinə münasibətdə qeyd edir ki, hazırki mübahisəyə müqavilədən doğan 3 illik ümumi iddia müddəti deyil, xüsusi norma qismində MM-in 776.1-ci maddəsi çıxış etməlidir. Məhkəmə qərar qəbul edərkən Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyini əsas götürür. Məhkəmə iddiaçının təqdim etdiyi sübutlar əsasında mülki işə baxaraq qətnamə qəbul etməyi qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 145 (yüz qırx beş) manat dövlət rüsumunun 100 (yüz) manat hissəsi cavabdehə aid edilməlidir. İş üzrə aparılmış ekspertiza üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci Cavabdeh MTK-dan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halında qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh MTK-dan 14434 (on dörd min dörd yüz otuz dörd) manat pul vəsaiti və ödənilmiş 145 (yüz qırx beş) manat dövlət rüsumunun 100 (yüz) manat hissəsi tutularaq İddiaçı xeyrinə ödənilməlidir . Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh MTK-dan 14434 (on dörd min dörd yüz otuz dörd) manat pul vəsaiti və ödənilmiş 145 (yüz qırx beş) manat dövlət rüsumunun 100 (yüz) manat hissəsi tutularaq İddiaçı xeyrinə ödənilsin. İş üzrə aparılmış ekspertiza üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci Cavabdeh MTK-dan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-495/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-495/2024
28.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver