Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4951/2025 06.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “kommunal xidmət haqqı borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “kommunal xidmət haqqı borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh kommunal xidmətlərə görə 736.12 (yeddi yüz otuz altı manat on iki qəpik) manat, dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manatın, ümumilikdə 766.12 (yeddi yüz altmış altı manat on iki qəpik) məbləğində borcun tutularaq İddiaçı Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, bina sakinlərinin iştirakı ilə birlikdə 2024-cü il tarixdə İddiaçı yaradılaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2024-cü il tarixdən qeydə alınmış və Əliyev X1. İddiaçı Ümumi Yığıncağının qərarına əsasən bina sakinlərinə yəni mənzil mülkiyyətçilərinə göstərilən kommunal xidmətlər üçün hər kvadrat metr üçün 0.55 (əlli beş) qəpik müəyyən edilmişdir və bina sakinləri kommunal xidmətlərə görə hər ay mütəmadi olaraq ödənişlər ödəyir. Cavabdeh məxsus Bakı şəhəri, Yasamal rayonu, Nəriman ünvan 1 ünvanında 191.20 kvadratmetr xüsusi mülkiyyət yaşayış sahəsi vardır və həmin mənzilin mülkiyyətçidir. Lakin 2024-cü ilin dekabr ayından 2025-ci ilin iyulayına qədər İddiaçınə kommunal xidmət haqlarını ödəməkdən yayınaraq heç bir ödəniş etməmişdir. Cavabdehə məxsus mənzilin kvadratına uyğun olaraq hər ay üçün müəyyən edilmiş xidmət haqqı 105.16 (bir yüz beş manat on altı qəpik) manat təşkil etdiyindən, ümumilikdə 7 ay üçün 736.12 (yeddi yüz otuz altı manat on iki qəpik) manat məbləğində borc yaranmışdır. Cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq kommunal xidmət haqqını ödəməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək, iddiaçı ilə aralarında kommunal xidmətlərə görə müqavilə olmadığını bildirərək, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan 1 dekabr 2024-cü il tarixli İddiaçı (MMMC) İdarə Heyətinin iclasının protokoluna əsasən 1. Yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarının hər m2 üçün 55 qəpik həcmində, eləcə də gəlir-xərclər smetasının (əlavə olunur) təsdiq olunması ilə bağlı təkliflər cəmiyyət iştirakçılarının umumi yığıncağına təqdim edilməsi qərara alınmışdır. İş materiallarında olan 1 dekabr 2024-cü il tarixli İddiaçı (MMMC) Ümumi Yığıncağının iclasının protokoluna əsasən 1. Bakı şəhəri, Yasamal rayonu, 466-cı məhəllə, Nəriman Nərimanov prospekti, 206 ünvanında yerləşən çoxmənzilli binada yaşayış sahəsinin saxlanılması və təmirinə görə haqqın miqdarı hər m2 üçün 55 qəpik həcmində müəyyən edilməsi, 2025-ci il üzrə gəlir-xərclər smetası (əlavə olunur) təsdiq edilməsi; 2. Yaşayış sahəsinin saxlanılması və təmirinə görə haqqın miqdarı, həmçinin 2025-ci il üzrə gəlir-xərclər smetası barədə mənzil (sahə) mülkiyyətçiləri çoxmənzilli binadakı elan lövhələri vasitəsilə məlumatlandırılması qərara alınmışdır. İş materiallarında olan İddiaçı maliyyə arayışına əsasən Cavabdeh məxsus Bakı şəhəri, Yasamal rayonu, Nəriman ünvan 1 ünvanında 191.20 kvadratmetr xüsusi mülkiyyət yaşayış sahəsi vardır və həmin mənzilin mülkiyyətçidir. Lakin 2024-cü ilin dekabr ayından 2025-ci ilin iyul ayına qədər İddiaçınə kommunal xidmət haqlarını ödəməkdən yayınaraq heç bir ödəniş etməmişdir. Cavabdehə məxsus mənzilin kvadratına uyğun olaraq hər ay üçün müəyyən edilmiş xidmət haqqı 105.16 (bir yüz beş manat on altı qəpik) manat təşkil etdiyindən, ümumilikdə 7 ay üçün 736.12 (yeddi yüz otuz altı manat on iki qəpik) rrıanat məbləğində borc yaranmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Nəriman ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət kimi Cavabdeh adına xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi qeyrikommersiya qurumlarının dövlət reyestrindən xx.xx.2024-cü il tarixdə verilmiş 3165/2-14- 4630/2024 nömrəli çıxarışa əsasən İddiaçı mənzil mülkiyətçilərinin müştərək cəmiyyəti xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır, fəaliyyət ərazisi ünvan 5-dır, qanuni təmsilçisi Qanuni nümayəndədur. İş materiallarında olan İddiaçı MMMC tərəfindən Cavabdeh ünvanlanmış bildirişə əsasən bina sakinlərinin iştirakı ilə birlikdə 2024-cü il tarixdə İddiaçı yaradılaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2024-cü il tarixdən qeydə alınmış və Əliyev X1. İddiaçı Ümumi Yığıncağının qərarına əsasən bina sakinlərinə yəni mənzil mülkiyyətçilərinə göstərilən kommunal xidmətlər üçün hər kvadrat metr üçün 0.55 (əlli beş) qəpik müəyyən edilmişdir. Mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Nəriman ünvan 1 (Daşınmaz əmlakın ümumi sahəsi-191.20 kvadratmetrlə) üçün yaşayış sahəsinə və kommunal xidmətlərə görə 2024-cü ilin dekabr ayından İddiaçınə heç bir ödəniş olunmamışdır. Mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Nəriman ünvan 1 (Daşınmaz əmlakın ümumi sahəsi- 191.20 kvadratmetrlə) üçün yaşayış sahəsinə və kommunal xidmətlərə görə 2024-cü ilin dekabr ayından İddiaçınə olan borcu 2024-cü ilin dekabr ayından 2025-ci ilin may ayı daxil olmaqla 6 ay üçün ümumilikdə 630.96 (altı yüz otuz manat doxsan altı qəpik) manat məbləğindədir. İddiaçınə 630.96 (altı yüz otuz manat doxsan altı qəpik) manat məbləğində yaranmış borcu 10 gün müddətində ödəməyi xahiş olunmuş, əks təqdirdə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvafiq məhkəməsinə müraciət olunacağı bildirilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 6.0.10-cu maddəsinə əsasən mənzil qanunvericiliyi kommunal xidmətlərin göstərilməsi ilə bağlı münasibətləri tənzimləyir. 6.0.11-ci maddəsinə əsasən mənzil qanunvericiliyi yaşayış sahəsinə və kommunal xidmətlərə görə xidmət haqlarının müəyyən edilməsi və ödənilməsi ilə bağlı münasibətləri tənzimləyir. 29.3-cü maddəsinə əsasən qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır. 38.1-ci maddəsinə əsasən çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. 45.5-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qəbul etdiyi qərarların icrası həmin binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburidir. 119.1-ci maddəsinə əsasən çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. 122.3-cü maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 136.2-ci maddəsinə əsasən çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: 136.2.1. çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; 136.2.2. kommunal xidmətlərə görə haqq. 137.1-ci maddəsinə əsasən çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir. 137.6-cı maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı halda, idarəedici təşkilat tərəfindən idarə olunan çoxmənzilli binanın sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları həmin idarəedici təşkilata ödəyirlər. 137.7-ci maddəsinə əsasən bilavasitə mülkiyyətçilər tərəfindən idarə olunan çoxmənzilli binanın yaşayış sahələrinin mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq ödəyirlər. 137.8-ci maddəsinə əsasən yaşayış evlərinin mülkiyyətçiləri həmin evlərin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini çəkir, müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq kommunal xidmətlərə görə haqq ödəyirlər. 137.9-cu maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. 139.2-ci maddəsinə əsasən yaşayış sahəsinə mülkiyyət formasının, yaşayış sahəsindən istifadə əsaslarının dəyişməsi, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənziltikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılması və ləğv edilməsi kommunal xidmətlərə görə haqqın miqdarının dəyişdirilməsinə əsas deyildir. 140.1-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur. 141.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın aşağıdakı idarə edilməsi üsullarından birini seçməyə borcludur: 141.2.1. binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə; 141.2.2. mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə; 141.2.3. idarəedici təşkilat tərəfindən idarə edilmə. 141.3-ci maddəsinə əsasən çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. İdarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “V.Ələsgərovanm şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 29 dekabr 2015-ci il tarixli qərarına əsasən çoxmənzilli binanın idarə edilməsi səlahiyyəti binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti vasitəsilə həyata keçirilir. Çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onları ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsindən azad etmir. Özəl mülkiyyətdə olan çoxmənzilli binalarda mənzillərin mülkiyyətçiləri kommunal xidmətin təşkilində sərbəstdirlər və istədikləri təşkilatla müqavilə bağlamaqda azaddırlar. İcrası məcburi olan qərarlar, yalnız çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən Mənzil Məcəlləsində (126.9 və 44-47-ci maddələr) nəzərdə tutulan qaydada qərar qəbul edilməsi nəticəsində yarana bilər. Bu xüsusilə kommunal xidmət haqqının müəyyən edilməsinə aiddir. Binanın idarə edilməsi ilə bağlı tam səlahiyyət sahə mülkiyyətçilərinə məxsusdur və binanın idarə edilməsi üsulu mülkiyyətçilərin ümumi yığıncağının qərarı əsasında dəyişdirilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, 466-cı məhəllə, 206 ünvanında yerləşən çoxmənzilli yaşayış binasını idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək məqsədilə yaradılmış və xx.xx.2024-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. İddiaçı xx.xx.2024-cü il tarixli ümumi yığıncağının qərarına əsasən Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, 466-cı məhəllə, 206 ünvanında yerləşən çoxmənzilli binada yaşayış sahəsinin saxlanılması və təmirinə görə kommunal xidmət haqqı miqdarı hər m2 üçün 55 qəpik həcmində müəyyən edilmişdir. ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 191.20 kv.m olan 18 nömrəli mənzilin mülkiyyətçisi Cavabdeh 2024-cü ilin dekabr ayından kommunal ödənişləri həyata keçirməmiş və 7 ay üzrə 736,12 manat (0.55 qəpik *191.20 kv.m. *7 ay) borcu yaranmışdır. Hazırda iddiaçı "xxxx" MMMC kommunal xidmət haqqı olaraq hesablanmış 736,12 manat pul vəsaitinin Cavabdeh tutularaq ona ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh "xxxx" MMMC-yə kommunal xidmətlərə görə ödəniş etmədiyini bildirmişdir. Məhkəmə təqdim edilmiş sübutlara və yuxarıda sadalanan qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddiaçının ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə münasibətdə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, sadalanan qanunvericilik normalarını rəhbər tutaraq, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 736,12 manat və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pul tutularaq İddiaçınə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 736,12 (yeddi yüz otuz altı manat on iki qəpik) manat və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №e-2(004)-4951/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4951/2025
06.11.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver