Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4954/2022 14.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçının vəkili və nümayəndəsi Vəkil Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, əsas borc olaraq ödəniş gününə Azərbaycan Respublikasının Mərkəzi Bankının məzənnəsi nəzərə alınaraq 8500 avro əsas, əsas borca hesablanmış 2486,25 avro məbləğində dəbbə pulu olmaqla, cəmi 10986,25 avro məbləğində vəsaitin və 147 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2019cu il tarixdə müqavilə bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı şəxsi istehlak məqsədləri üçün cavabdehə 20 000 avro dəyərində parket sifariş etmiş, cavabdeh həmin parketi 3 ay ərzində çatdırılması öhdəliyini öz üzərinə götürmüş, iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə müqavilənin qiymətinin 10 000 avro məbləğində hissəsi cavabdehə ödənilmişdir. Bu hal müqavilə və xx.xx.2019-cu il tarixli ******* saylı qaiməfaktura ilə də təsdiq edilmişdir. Lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmiş və malı iddiaçıya təhvil verməmişdir. Nərimanov Rayon Polis İdarəsində iddiaçının şikayəti nəticəsində aparılan araşdırma zamanı müəyyən olmuşdur ki, cavabdeh borcdan 1500 avro ödəmiş, 8500 avro ödənilməmiş borc qalmışdır. Cavabdeh müqavilənin şərtlərini yerinə yetirmədiyinə görə Mülki Məcəllənin 439.3-cü maddəsinə əsasən müqavilə üzrə ödənilmiş 8500 avro məbləğinin iddiaçıya geri qaytarılacağı günədək ödəniş gününə Mərkəzi Bankın uçot dərəcəsini 7.75 faiz olması nəzərə alınmaqla və üzərinə 2 faiz əlavə edilməklə, cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixinə ödənilmiş 8500 avro məbləğinin geri qaytarılmamasına görə illik 828,75 avro olmaqla qaytarılmadığı, 3 illik müddətə görə 2486,25 avro məbəğində cərimə ödəməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat vermişdir. Məhkəmə tərəfindən iddia tələblərinin dəqiqləşdirilməsi təklif edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi cavabdehdən məhz 2486,25 avro faizin deyil, dəbbə pulunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı əsas borc hissəsində qəbul etmiş, dəbbə tələbi hissəsində qəbul etməmiş və müqavilə şərtlərinin ondan asılı olmayan səbəblərdən pandemiya ilə bağlı hal-hazıradək icra edilmədiyini bildirmişdir. Cavabdeh iddianın əsas borc hissəsində təmin olunmasına etiraz etməmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Beləliklə təqdim olunmuş sübutlarla cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməməsi və müqavilə üzrə malın iddiaçıya təhvil verilməməsi, müqavilə üzrə 8500 avro borclu qalması öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə hesab edir ki, iddia əsas borc tələbi hissəsində təmin edilməli və cavabdehdən 8500 avro pul tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə dəbbə tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu yalnız müqavilə ilə müəyyənləşdirildiyi balda Tərəflər arasında bağlanmış müqavilədən isə görünür ki, müqavilə ilə tərəflərin öhdəliklərinin yerinə yetirilməməsinə görə dəbbənin tutulması nəzərdə tutulmamışdır. Odur ki, məhkəmə hesab edir ki, iddia 2486,25 avro dəbbə pulu tələbi hissəsində təmin edilə bilməz və rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən 113,70 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 8500 (səkkiz min beş yüz) avro borc (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının Azərbaycan manatına nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə), 113,70 (yüz on üç manat yetmiş qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №e-2(004)-4954/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4954/2022
14.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver