Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-4962/2025 11.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 MMC-yə qarşı müqavilə üzrə öhdəliyin icra olunması və dövlət reyestrindən çıxarışın alınması üçün zəruri sənədlərin təqdim edilməsi tələbinə dair mülki iş üzrə iddiasına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 MMC-yə qarşı müqavilə üzrə öhdəliyin icra olunması və dövlət reyestrindən çıxarışın alınması üçün zəruri sənədlərin təqdim edilməsi tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC ilə bağladığı xx.xx.2010-cu il tarixli mənzil satışı müqavilənin şərtləri tərəfindən yerinə yetirilmiş hesab edilməsi və faktiki mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küç., məhəllə 533, 16 mərtəbəli binada 3 otaqlı mənzilə (yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küç. 169, M6, mən.7) mülkiyyət hüququnun rəsmiləşdirilməsi üçün Cavabdeh2 tərəfindən zəruri sənədlərin təqdim olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlərin nümayəndəsi və eyni zamanda vəkili Anar Abdullayev xx.xx.2025-ci il tarixdə AZEMİS elektron kabinet vasitəsilə məhkəməyə işlərin bir icraatda baxılması üçün birləşdirilməsi haqqında vəsatət verərək bildirmişdir ki, birgə iddiaçılar Cavabdeh2 MMC və "xxxx" MMC cavabdeh İddiaçı qarşı alqı-satqı müqaviləsi uzrə yaranmış borcun və gecikməyə görə faizlərin tutulması tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir (İş No e-2(004)-4740/2025 hakim Aydan Oruclu). Digər tərəfdən, iddiaçı (eyni zamanda digər işdə cavabdeh) İddiaçı cavabdehlər Cavabdeh2 MMC və "xxxx" MMC-yə qarşı əks iddia xarakteri daşıyan iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, həmin müraciət əsasında isə e-2(004)-4962/2025 saylı iş uzrə məhkəmə icraatı başlanılmışdır. Onun iddiası müqavilə üzrə öhdəliyin icrası və çıxarışın verilməsi üçün zəruri sənədlərin təqdim edilməsinə yönəlmişdir. Beləliklə, hər iki iş eyni tərəflərin iştirakı ilə, eyni predmet və eyni hüquqi münasibətlərdən — alqı-satqı müqaviləsindən irəli gəlmişdir və bır iş üzrə tərəf iddiaçı digər iş üzrə cavabdeh kimi çıxış edir. Bu da göstərir ki, işlər arasında huquqı bağlılıq mövcuddur və onların ayrı-ayrılıqda baxılması eyni sübutların təkrar araşdırılmasına, ziddiyyətli qətnamələrin qəbul olunmasına və nəticə etibarilə ədalət mühakiməsinin səmərəliliyinə zərər vurmasına səbəb ola bilər. e-2(004)-4740/2025 nömrəli işin digər işdən (e-2(004)-4962/2025) əvvəl məhkəmənin icraatına daxil olmasını nəzərə alaraq hesab edir ki, e-2(004)-4962/2025 nömrəli iş e-2(004)-4740/2025 nömrəli işlə birlikdə baxılması uçun həmin işə birləşdirilməlidir. Göstərilənləri nəzərə alaraq, məhkəmədən iddiaçı X1 cavabdehlər Cavabdeh2 MMC və "xxxx" MMC-yə qarşı müqavilə uzrə öhdəliyin icrası və çıxarışın verilməsi üçün zəruri sənədlərin təqdim edilməsi tələbinə dair e-2(004)-4962/2025 saylı mülki işi məhkəmənin digər hakimi Aydan Oruclunun icraatında olan iddiaçılar Cavabdeh2 MMC və "xxxx" MMC-nin cavabdeh İddiaçı qarşı alqı-satqı müqaviləsi üzrə yaranmış borcun və gecikməyə görə faizlərin tutulması tələbinə e-2(004)-4740/2025 nömrəli işlə birlikdə baxılması üçün həmin işə birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbini müdafiə edərək, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Eyni zamanda cavabdehlərin vəsatətinə etiraz edərək, onun təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə cavabdehlərin nümayəndəsi və eyni zamanda vəkili Anar Abdullayevin vəsatətini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, mübahisə predmeti eyni mənzil olduğundan, eləcə də hər iki tələb bir-biri ilə əlaqəli olduğundan, hər iki işlərin bir icraatda baxılması tərəflər arasında olan mübahisələrin daha tez və obyektiv həllinə xidmət etdiyi üçün hazırkı mülki işlər bir icraatda birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. İş materiallarında olan iddiaçılar Cavabdeh2 MMC-nin və "xxxx" MMC-nin cavabdeh İddiaçı qarşı alqı-satqı müqaviləsi üzrə yaranmış borcun və gecikməyə görə faizlərin tutulması tələbinə dair iddia ərizəsinə əsasən cavabdeh İddiaçıların xeyrinə xx.xx.2010-cu il tarixli müqavilə üzrə ödənilməmiş 155582 manat borcun və borcun qaytarılmasının gecikdirilməsi ilə bağlı illik 5% hesabla 11020 manatın, cəmi 166602 (yüz altmış altı min altı yüz iki) manat məbləğində pulun və ödənilmiş 457 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4740/2025 saylı, 04 avqust 2025-ci il tarixli qərardadına əsasən iddiaçılar Cavabdeh2 MMC-nin və "xxxx" MMC-nin cavabdeh İddiaçı qarşı alqı-satqı müqaviləsi üzrə yaranmış borcun və gecikməyə görə faizlərin tutulması tələbinə dair mülki iş üzrə iddia ərizəsi icraata qəbul edilmişdir. İş materiallarından göründüyü kimi, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 MMC-yə qarşı müqavilə üzrə öhdəliyin icra olunması və dövlət reyestrindən çıxarışın alınması üçün zəruri sənədlərin təqdim edilməsi tələbinə dair 2(004)-4962/2025 saylı və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan iddiaçılar Cavabdeh2 MMC-nin və "xxxx" MMC-nin cavabdeh İddiaçı qarşı alqı-satqı müqaviləsi üzrə yaranmış borcun və gecikməyə görə faizlərin tutulması tələbinə dair 2(004)-4740/2025 saylı mülki işlər bir-biri ilə əlaqəli olduğundan, hər iki işlərin bir icraatda baxılması tərəflər arasında olan mübahisələrin daha tez və obyektiv həllinə xidmət etdiyi üçün hazırkı mülki işlər bir icraatda birləşdirilməli və mülki işə 2(004)-4740/2025 nömrə verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 169.3, 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 MMC-yə qarşı müqavilə üzrə öhdəliyin icra olunması və dövlət reyestrindən çıxarışın alınması üçün zəruri sənədlərin təqdim edilməsi tələbinə dair 2(004)-4962/2025 nömrəli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan iddiaçılar Cavabdeh2 MMC-nin və "xxxx" MMC-nin cavabdeh İddiaçı qarşı alqı-satqı müqaviləsi üzrə yaranmış borcun və gecikməyə görə faizlərin tutulması tələbinə dair 2(004)-4740/2025 saylı mülki işlər bir icraatda birləşdirilsin və mülki işə 2(004)-4740/2025 nömrə verilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-4962/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-4962/2025
11.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver