Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-4968/2024 26.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X6-Məmmədova Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, İddiaçı cavabdehlər Bakı 13 saylı Mediasiya Təşkilatına və Cavabdeh2 qarşı “müqavilənin və barışıq sazişinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı 13 saylı Mediasiya Təşkilatına və Cavabdeh2 qarşı “müqavilənin və barışıq sazişinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13 sentyabr 2022-ci il tarixli, MŞB/00094 nömrəli mediasiya xidmətinin göstərilməsi barədə müqavilənin və 13 sentyabr 2022-cı ıl tarixli, MŞB/13-00094 nömrəli Barışıq sazişinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh2 ilə 29 iyul 2019-cu il tarixdə Sumqayıt “ASAN xidmət” mərkəzində nikahı rəsmiləşdirməklə ailə qurmuşdurlar. Birgə nikahlarından 21 may 2020-ci il tarixdə X3 adlı övlad anadan olmuşdur. Bir müddət mehriban yaşasalar da sonradan münasibətləri pozulmuşdur. Buna görə də tərəflər aralarında olan nikahın pozulması, uşaq və aliment tələblə bağlı Bakı 13 saylı Mediasiya Təşkilatına müraciət etmişdilər. 13 sentyabr 2022-ci il tarixdə mediasiya prosesində iştirak etmişlər və aralarında olan nikahın pozulması, uşaq və aliment mübahisəsinin ilə bağlı aralarında 13 sentyabr 2024-cü il tarixli № MŞB/13-00094 nömrəli Barışıq sazişi imzalanmışdır və 13 sentyabr 2022-ci il tarixli, MŞB/00094 nömrəli mediasiya xidmətinin göstərilməsi barədə müqavilə imzalanmışdır. Bundan sonra iddiaçı Cavabdeh2 qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh2 arasında 25 iyul 2019-cu il tarixdə Sumqayıt Asan Xidmət Mərkəzində bağlanmış nikahın pozulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsi (hakim P.Hacıyev) iddiaçı X1 Cavabdeh2 qarşı “nikahın pozulması” tələbinə dair iddiası üzrə mülki işə 02 noyabr 2023-cü il tarixdə baxaraq iddianın təmin edilməsi, İddiaçı ilə Cavabdeh2 arasında 25 iyul 2019-cu il tarixdə Sumqayıt “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsində bağlanmış 2090 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahdan olan uşaqları 21 may 2020-ci il təvəllüdlü X2 İddiaçı alınaraq Cavabdeh2 verilməsi və cavabdehin yanında saxlanılması, 21 may 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay üçün 220 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh2 qızma verilməsi, aliment tutulmasının əvvəli 21 may 2020-ci il təvəllüdlü X2 İddiaçı alınaraq Cavabdeh2 verildiyi vaxtdan hesablanması, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməsi, İddiaçı 46,40 (qırx altı manat, 40 qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İddiaçı Şəki Rayon Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli, e-2(075)-292/2023 saylı qətnaməsindən narazı qalaraq apellyasiya şikayəti vermişdir və hazırda həmin mülki iş Şəki Apelyasiya Məhkəməsinin icraatındadır. Nikah pozularkən birgə nikahdan anadan olmuş övladı 21 may 2020-ci il təvəllüdlü X2 iddiaçının himəyisində saxlanılması barədə barışıq sazişi olmasına baxmayaraq həmin mülki işə Şəki Rayon Məhkəməsində baxılarkən Cavabdeh2 birgə nikahdan olan övladı cavabdehin yanında qalmasını tələb etdiyindən iddiaçı mediasiya prosesləri nəticəsində onunla Cavabdeh2 arasında bağlanmış 13 sentyabr 2022-ci il tarixli, MŞB/13-00094 nömrəli barışıq sazişinin “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1 -ci maddəsi ilə müəyyən olunmuş müddətdə Cavabdeh2 tərəfindən könüllü icra edilməyən 1.1-ci bəndlərinin məcburi icrası edilməsi üçün həmin barışıq sazişinin 1.1-ci bəndlərinin təsdiq edilməsi və ödədiyi dövlət rüsumunun Cavabdeh2 tutularaq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli 2(075)-819/2023 nömrəli qətnaməsi ilə (hakim Pərviz Hacıyev) ərizəçi İddiaçı mediasiya prosesləri nəticəsində onunla Cavabdeh2 arasında bağlanmış 13 sentyabr 2022-cı il tarixli, MŞB/13- 00094 nömrəli barışıq sazişinin “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34 1 -ci maddəsi ilə müəyyən olunmuş müddətdə Cavabdeh2 tərəfindən könüllü icra edilməyən 1.1-ci bəndlərinin məcburi icrası edilməsi üçün həmin barışıq sazişinin 1.1-ci bəndlərinin təsdiq edilməsi tələbinə dair ərizəsinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun ərizəçinin özünə aid edilməsi qət edilmişdir. İddiaçı Şəki Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli 2(075)- 819/2023 nömrəli qətnaməsindən narazı qalaraq apellyasiya şikayəti verərək Şəki Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli 2(075)-819/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin 31 may 2023-cü il tarixli, 2(107)-622/2023 saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Şəki Rayon Məhkəməsinin 10 mart 2023cü il tarixli 2(075)-819/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı Şəki Apellyasiya Məhkəməsinin 31 may 2023-cü il tarixli, 2(107)- 622/2023 saylı qətnaməsindən narazı qalaraq kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin 31 may 2023-cü il tarixli, 2(107)-622/2023 saylı qətnaməsinin ləğv edilərək ərizənin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli, 2(102)- 3840/2023 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2023-cü il tarixli, 2(107)-622/2023 saylı qətnaməsinin ləğv edilməsi və ış yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 2(107)-266/2024 saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Şəki Rayon Məhkəməsinin 10 mart 2023cü il tarixli 2(075)-819/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı Şəki Apellyasiya Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 2(107)- 266/2024 saylı, qətnaməsindən narazı qalaraq kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin 31 may 2023-cü il tarixli, 2(107)-622/2023 saylı qətnaməsinin ləğv edilərək ərizənin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 avqust 2024-cü il tarixli, 2(102)- 2174/2024 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin 27 fevral 2024-cü ıl tarixli, 2(107)-266/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qeyd edilən işə hər üç məhkəmə instansiyalarında işə baxılarkən məhkəmələr ərizəni təmin etməyərkən mediasiya prosesində “Mediasiya Haqqında Azərbaycan Respublikası” Qanunun 26-cı maddəsinin tələblərinin pozulmasını qeyd etmişlər. “Mediasiya Haqqında Azərbaycan Respublikası” Qanunun 26.3-cü maddəsinə deyilir ki, uşağın maraqlarına toxunan ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediator müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyini alır. Göründüyü kimi artıq qanuni qüvvəsini almış və yuxarı instansiya məhkəmələri tərəfindən də dəyişdirilmədən saxlanılmış məhkəmə qətnaməsi ilə təsdiq edilmişdir ki, mediasiya prosesi “Mediasiya Haqqında Azərbaycan Respublikası” Qanunun tələbləri pozulmaqla keçirilmiş və buna görə də mediasiya prosesin nəticəsində imzalanmış sənədlər yəni 13 sentyabr 2022-cı ıl tarixli, MŞB/00094 nömrəli mediasiya xidmətinin göstərilməsi barədə müqavilə və 13 sentyabr 2022-ci il tarixli, MŞB/13-00094 nömrəli Barışıq sazişi etibarsız hesab edilməlidir. Buna görə də iddiaçı hazırkı iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəməyə elektron kabinet vasitəsilə ərizə təqdim edərək, məhkəmə iclasının onun iştirak olmadan keçirilməsini və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan: Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(075)-819/2023 saylı qətnaməsinə əsasən ərizəçi İddiaçı mediasiya prosesləri nəticəsində onunla X5 arasında bağlanmış 13 sentyabr 2022-ci il tarixli, MŞB/13-00094 nömrəli barışıq sazişinin “Mediasiya haqqında” Azərbaycan Respublikası qanunun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə Cavabdeh2 könüllü icra edilməyən 1.1-ci bəndlərinin məcburi icrası edilməsi üçün həmin barışıq sazişinin 1.1 -ci bəndlərinin təsdiq edilməsi tələbinə dair ərizəsinin təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(107)-622/2023 saylı qətnaməsinə əsasən Şəki rayon Məhkəməsinin 2(075)-819/2023 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-3840/2023 saylı qərarına əsasən kassasiya şikayətini təmin edilərək, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-622/2023 nömrəli, 31 may 2023-cü il tarixli qətnaməsi ləğv edilməsi və iş yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(075)-292/2023 saylı qətnaməsinə əsasən iddia təmin edilərək, X4 ilə Cavabdeh2 arasında 25 iyul 2019-cu il tarixdə “Sumqayıt “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsində bağlanmış 2090 nömrəli nikahın pozulması; tərəflərin birgə nikahdan olan uşaqları 21 may 2020-ci il təvəllüdlü Cumayzadə 3 Tural qızı İddiaçı alınaraq cavabdeh Cumayzadə Emin qızına verilməsi və cavabdehin yanında saxlanılması; 21 may 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay üçün 220 manat pul məbləğində aliment tutularaq Cavabdeh2 verilməsi; alimentin tutulmasının əvvəli 21 may 2020-ci il təvəllüdlü X7 İddiaçı alınaraq, Cavabdeh2 zızına verildiyi vaxtdan hesablanması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(107)-266/2024 saylı qətnaməsinə əsasən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Şəki Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli 2(075)-819/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(012)-2174/2024 saylı qərarına əsasən ərizəçi İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-266/2024 nömrəli iş üzrə 27 fevral 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərara almışdır. Həmin qərardan görünür ki, “...Apellyasiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, 13 sentyabr 2022-ci il tarixli Barışıq sazişinin tərəflərin birgə nikahlarından 21 may 2020ci il tarixdə doğulmuş Damla Cumayzadə adlı uşağın ərizəçinin yanında saxlanmasına dair 1.1-ci bəndi “Mediasiya haqqında” Qanunun 26.3-cü maddəsinin tələblərinə zidd olmuş, bü məsələni həll edən mediator tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyini almamışdır. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur...” Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı cavabdehlər Bakı 13 saylı Mediasiya Təşkilatına və Cavabdeh2 qarşı “müqavilənin və barışıq sazişinin etibarsız hesab edilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(075)-819/2023 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən ərizəçi İddiaçı mediasiya prosesləri nəticəsində onunla X5 arasında bağlanmış 13 sentyabr 2022-ci il tarixli, MŞB/13-00094 nömrəli barışıq sazişinin “Mediasiya haqqında” Azərbaycan Respublikası qanunun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə Cavabdeh2 könüllü icra edilməyən 1.1-ci bəndlərinin məcburi icrası edilməsi üçün həmin barışıq sazişinin 1.1 -ci bəndlərinin təsdiq edilməsi tələbinə dair ərizəsinin təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə barışıq sazişinin etibarsızlığı məsələsinə hüquqi qiymət verildiyindən mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa iş üzrə icraata xitam verilir. Məhkəmə qeyd edir ki, iddiaçıya izah olunmalıdır ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM- in 261.0.2, 262-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddiaçı cavabdehlər Bakı 13 saylı Mediasiya Təşkilatına və Cavabdeh2 qarşı “müqavilənin və barışıq sazişinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işin icraatına Azərbaycan Respublikası MPM-in 261.0.2-ci maddəsinə əsasən xitam verilsin. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan on gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-4968/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-4968/2024
26.11.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver