Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4972/2022 25.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X11 oğlunun katibliyi İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərmaş Alyans MMC-nin Cavabdeh qarşı müqavilənin ləğvi və pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərmaş Alyans MMC Cavabdeh qarşı müqavilənin ləğvi və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərmaş Alyans MMC ilə bağlanmış 09 iyun 2021-ci il tarixli ALY-515 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, Cavabdeh 09 iyun 2021-ci il tarixli ALY-515 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 05 iyul 2022-ci il tarixə 759,4 manat gecikdirilmiş əsas, 443,55 manat gecikdirilmiş mükafat, 345,38 manat dəbbə pulu, ümumilikdə 1548,33 manat borc və ödənilmiş 35,89 manat dövlət rüsumunun Azərmaş Alyans MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, ALY-515 saylı lizinq verən Azərmaş Alyans MMC ilə lizinq alan X6 arasında bağlanmış X4 əsasən müəyyən olunur ki, lizinq verən lizinq alanın sifarış etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən əmlakı (bundan sonra Lizinq obyekti adlandırılacaq) muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2021-cİ il tarixli, ALY-515 saylı X4 1 nömrəli əlavəyə əsasən müəyyən olunur ki, əldə olunan əmlak “Changan Alsvin” markalı minik maşındır, dəyəri 20,600 AZN təşkil edir. İş materiallarında olan 09 iyun 2021-ci il tarixli təhvil-təslim aktına əsasən müəyyən olunur ki, “Changan Alsvin” markalı minik maşınını X3 təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, ALY-515 saylı Azərmaş Alyans MMC ilə öhdəlikləri ötürən X6 və öhdəlikləri qəbul edən” X8 arasında bağlanmış öhdəliklərin ötürülməsi müqaviləsinə əsasən müəyyən olunur ki, Azərmaş Alyans MMC-nin öhdəlikləri ötürən arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ALY-515 saylı daxili lizinq müqaviləsi (bundan sonra Lizinq Müqaviləsi adlandırılacaq) üzrə öhdəlikləri ötürən "xxxx" MMC qarşısında götürdüyü bütün öhdəlikləri “öhdəlikləri qəbul edən”-ə ötürür, “öhdəlikləri qəbul edən” isə bu öhdəlikləri “öhdəlikləri ötürən”-ə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul edir və bu öhdəlikləri lizinq müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada Azərmaş Alyans MMC-nin qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürür. İş materiallarında olan 10 sentyabr 2021-ci il tarixli təhvil-təslim aktına əsasən müəyyən olunur ki, X2 istifadəsində olan və Azərmaş Alyans MMC-nin mülkiyyətində olan “Changan Alsvin” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil X7 təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, ALY-515 saylı Azərmaş Alyans MMC ilə “öhdəlikləri ötürən” X8 və “öhdəlikləri qəbul edən” Cavabdeh arasında bağlanmış öhdəliklərin ötürülməsi müqaviləsinə əsasən müəyyən olunur ki, Azərmaş Alyans MMC-nin öhdəlikləri ötürən arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ALY-515 saylı daxili lizinq müqaviləsi (bundan sonra Lizinq Müqaviləsi adlandırılacaq) üzrə öhdəlikləri ötürən "xxxx" MMC qarşısında götürdüyü bütün öhdəlikləri “öhdəlikləri qəbul edən”-ə ötürür, “öhdəlikləri qəbul edən” isə bu öhdəlikləri “öhdəlikləri ötürən”-ə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul edir və bu öhdəlikləri lizinq müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada Azərmaş Alyans MMC-nin qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, ALY-515 saylı “Daxili Lizinq“ müqaviləsinə dəyişiklər edilməsinə dair xx.xx.2021-ci il tarixli, 1 nömrəli razılaşmaya əsasən müəyyən olunur ki, tərəflər razılaşırlar ki, xx.xx.2021-ci il tarixli, ALY-515 saylı “Daxili Lizinq” müqaviləsi üzrə hər hansı səbəbdən öhdəlik 3-cü şəxslərə ötürülərsə, bağlanacaq yeni “Daxili Lizinq” və ya “Öhdəliklərin ötürülməsi” müqaviləsi üçün Lizinq alan Lizinq verənə 100 manat məbləğində xidmət haqqı ödəməlidir. Lizinq alan Lizinq obyektindən istifadəni Lizinq verən tərəfindən verilmiş etibarnamələr əsasında həyata keçirir. Bu zaman etibarnamələr Lizinq alana heç bir xidmət haqqı ödənilmədən verilir. Lizinq alanın müraciəti əsasında etibar edilən şəxslərin siyahısı yalnız Lizinq verənin razılığı ilə 100 manat xidmət haqqı ödənilməklə dəyişdirilə bilər. Adı siyahıya qeyd edilən şəxs tərəfindən ona verilən hər etibarnamə üçün 5 manat məbləğində xidmət haqqı Lizinq verənə ödənilir. İş materiallarında olan öhdəliklərin ötürülməsi müqaviləsinə əlavələr edilməsi haqqında xx.xx.2021-ci il tarixli, 2 nömrəli razılaşmaya əsasən müəyyən olunur ki, bu saziş qüvvəyə mindiyi tarixdən etibarən Lizinq obyekti olan Changan Alsvin markalı, 90PY476 dövlət qeydiyyat nişanlı avtomobil Lizinq alana (öhdəlikləri qəbul edənə) təhvil verildikdən sonra avtomobil təhvil verilənədək və həmçinin Lizinq alanın (öhdəlikləri qəbul edənin) istifadəsində olduğu bütün müddət ərzində avtomobildən istifadə nəticəsində törədilmiş inzibati xətaya görə tətbiq ediləcək inzibati cərimələri (MMX, radar və s.) ödəməyi Lizinq alan (öhdəlikləri qəbul edən) öz üzərinə götürür. İş materiallarında olan ALY-515 saylı X4 3 saylı Əlavəyə əsasən müəyyən olunur ki, Cavabdeh illik 22% hesablanmaqla 36 ay müddətinə sonuncu ay 603,19 manat olmaqla, hər ay 603,41 manat, ümumilikdə 26523 manat məbləğində pulu Azərmaş Alyans MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 18 noyabr 2021-ci il tarixli təhvil-təslim aktına əsasən müəyyən olunur ki, X5 istifadəsində olan və Azərmaş Alyans MMC-nin mülkiyyətində olan “Changan Alsvin” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan AE № 131014 seriya nömrəli nəqliyyat vasitəsinin şəhadətnaməsinin surətinə əsasən müəyyən olunur ki, Changan Alsvin markalı, 90PY476 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Azərmaş Alyans MMC-dir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 691 nömrəli maliyyə arayışına əsasən Cavabdeh 09 iyun 2021-ci il tarixli ALY-515 saylı “Daxili Lizinq” müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə 759,4 manat əsas, 443,55 manat mükafat borcu və 345,38 manat cərimə borcu olmaqla, cəmi 1548,33 manat borcu vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli pretenziyadan görünür ki, Azərmaş Alyans MMC tərəfindən Cavabdeh müqavilənin ləğvi tələbinə dair xəbərdar edilmişdir. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, lizinq verən mülkiyyətində olan “Changan Alsvin” markalı minik maşınını daxili lizinq müqaviləsi əsasında lizinq alan X3 vermiş, qeyd edilən nəqliyyat vasitəsi “Öhdəliklərin ötürülməsi” müqaviləsinə əsasən X7, daha sonra isə Cavabdeh verilmişdir. Cavabdeh illik 22% hesablanmaqla 36 ay müddətinə sonuncu ay 603,19 manat olmaqla, hər ay 603,41 manat, ümumilikdə 26523 manat məbləğində pulu Azərmaş Alyans MMC-yə ödəməyi öhdəsinə götürmüşdür, lakin müqavilə üzrə öhdəliklərini yerinə yetirməyərək müqavilə ilə müəyyənləşdirilmiş məbləği ödəməmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, iddia tələbi əsaslı hesab edilərək təmin edilməli, İddiaçı MMC ilə bağlanmış 09 iyun 2021-ci il tarixli ALY-515 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilməli, Cavabdeh 09 iyun 2021-ci il tarixli ALY-515 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 05 iyul 2022-ci il tarixə 759.4 manat gecikdirilmiş əsas, 443.55 manat gecikdirilmiş mükafat, 345.38 manat dəbbə pulu, ümumilikdə 1548.33 manat borc İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Məhkəmə Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən hesab edir ki, ödənilmiş 35.89 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. Həmin Məcəllənin 748-1.12-ci maddəsinə əsasən Lizinq verənin lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; . lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: Həmin Məcəllənin 748-11-ci maddəsinə əsasən lizinq ödənişlərinin ümumi məbləğinə lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər; lizinq verənin mükafatının məbləği; lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ; lizinq verənin əlavə xidmətlərinin haqqı daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı MMC ilə bağlanmış 09 iyun 2021-ci il tarixli ALY-515 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilsin. Cavabdeh 09 iyun 2021-ci il tarixli ALY-515 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 05 iyul 2022-ci il tarixə 759.4 manat gecikdirilmiş əsas, 443.55 manat gecikdirilmiş mükafat, 345.38 manat dəbbə pulu, ümumilikdə 1548.33 manat borc və ödənilmiş 35.89 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №e-2(004)-4972/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4972/2022
25.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver