Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4977/2024 29.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" Şirkətinin Cavabdeh qarşı "pul" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Şirkəti Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı “İddiaçınin xeyrinə 6256 (altı min iki yüz əlli altı) ABŞ dolları əsas borc və 244 (iki yüz qırx dörd) ABŞ dolları cərimə -cəmi: 6500 ABŞ dollar (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyənləşdirdiyi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manat ilə) və 124 manat dövlət rüsumunun tutularaq, ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə D/AZ-№ 12 saylı, 21 dekabr 2018-ci il tarixli kontrakta əsasən ona 10256 ABŞ dolları məbləğində ********* saylı spesifikasiyada göstərilən mallar göndərilmişdir. Cavabdeh tərəfindən ilkin olaraq 2000 ABŞ dolları avans, daha sonra xx.xx.2019-cu ildə 500 ABŞ dollar,xx.xx.2019-500 ABŞ dollar,xx.xx.2019-500 ABŞ dollar,sonuncu dəfə xx.xx.2021-500 ABŞ dollar ödəmişdir. Ümumilikdə 10256 ABŞ dolları məbləğində malların dəyəri cəmi 6000 ABŞ dolları cavabdeh tərəfindən ödənilmişdir. Kontraktın 2.1-ci bəndinə əsasən malların göndərildiyi son tarixdən 60 gün ərzində, bütün ödənişlər ödənilməliydi. Cavabdeh malları almağına baxmayaraq 6256 ABŞ dolları borcunu bü günədək ödəməmişdir. Kontrakta əsasən X2 öz üzərinə götürdüyü öhdəlikləri tam olaraq yerinə yetirməkdən yayınır. Bu haqda X1 dəfələrlə zəng olunsa da, şifahi bildirilsə də buna məhəl qoymamışdır. Hər dəfə qızı və kürəkəni ilə əlaqə qurulmuşdur. 05 avqust 2022-ci il tarixdə pretenziya məktubu kürəkəni vasitəsilə çatdırılmışdır. Tərəflər arasında 15 oktyabr 2021-ci il tarixli, D/Az-15/10 №li üzləşdirmə aktı imzalanmışdır. Həmin üzləşdirmə aktında cavabdehin onun iddiaçıya 6256 ABŞ dolları borclu olduğu bir daha öz təsdiqini tapır. Tərəflər arasında imzalanan 15 oktyabr 2021-ci il tarixli, D/Az-15/10 №li üzləşdirmə aktına əsasən 180002609saylı spesifikasiyadakı göstərilən 15980 ABŞ dolları məbləğində mallar faktiki olaraq 10256 ABŞ dolları məbləgində lazımi qaydada qablaşdırılmış, sənədləşdirilmiş və istehsal defekti olmayan (qüsursuz) keyfiyyət göstəriciləri standartlara uyğun şəkildə cavabdehə təhvil verilərək onun tərəfindən qəbul edilmişdir. Cavabdehə 02 avqust 2022-ci il tarixli 2022-cü il tarixli pretenziya məktubu cavabdehin kürəkəni Abbasov Rüfət adlı şəxsə 05 avqust 2022ci il tarixdə şəxsən təqdim edilmişdir və onun tərəfindən imza edilərək qəbul edilmişdir. Cavabdehə 20 gün ərzində borcunu ödəmək xahiş olunmuşdur. Əks halda məhkəməyə müraciət olunacağı göstərilmişdir. Lakin cavabdeh bu günədək müxtəlif bəhanələr gətiriərək borcunu ödəmir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəməyə ərizə təqdim edərək, iddia tələbini qəbul etdiyini və iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq olunan: "xxxx" Şirkəti ilə Cavabdeh arasında bağlanmış D/AZ-№ 12 saylı, 21 dekabr 2018-ci il tarixli kontrakta əsasən satıcı ********* saylı spesifikasiyada göstərilən malları alıcıya göndərməyi, alıcı isə malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" Şirkəti tərəfindən tərtib edilmiş 15 oktyabr 2021-ci il tarixli Üzləşdirmə aktından görünür ki, Cavabdeh Şirkətə ********* saylı spesifikasiyada göstərilən mallara görə 6256 ABŞ dolları borcunun olduğunu imzası ilə təsdiq etmişdir. "xxxx" Şirkəti tərəfindən verilmiş 05 sentyabr 2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh 6256 (altı min iki yüz əlli altı) ABŞ dolları əsas borc və 244 (iki yüz qırx dörd) ABŞ dolları cərimə olmaqla, cəmi 6500 ABŞ dollar borcu vardır. xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, "xxxx" Şirkəti tərəfindən Cavabdeh alqı-satqı müqaviləsi üzrə öhdəliklərini vaxtında və tam icra etməsi barədə xəbərdarlıq məktubu göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4 maddəsinə əsasən,əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış D/AZ- № 12 saylı, 21 dekabr 2018-ci il tarixli kontrakta əsasən iddiaçı ********* saylı spesifikasiyada göstərilən malları alıcıya göndərmiş, cavabdeh isə malların dəyərini ödəməyi öhdəsinə götürsə də, öhdəliyini lazımi qaydada və vaxtında icra etməmişdir. Nəticə etibarilə, cavabdehin 6256 (altı min iki yüz əlli altı) ABŞ dolları məbləğində əsas borc və 244 (iki yüz qırx dörd) ABŞ dolları məbləğində cərimə borcu yaranmışdır. Məhkəmə onu da qeyd edir ki, cavabdeh məhkəmə prosesində iddianın etiraf edilməsinə dair ərizə verərək, iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh 6256 (altı min iki yüz əlli altı) ABŞ dolları əsas borc və 244 (iki yüz qırx dörd) ABŞ dolları cərimə olmaqla, cəmi 6500 (altı min beş yüz) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyənləşdirdiyi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manat ilə) məbləğində pul və 124 (yüz iyirmi dörd) manat dövlət rüsumu tutularaq, iddiaçı “İddiaçınin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 6256 (altı min iki yüz əlli altı) ABŞ dolları əsas borc və 244 (iki yüz qırx dörd) ABŞ dolları cərimə olmaqla, cəmi 6500 (altı min beş yüz) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyənləşdirdiyi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manat ilə) məbləğində pul və 124 (yüz iyirmi dörd) manat dövlət rüsumu tutularaq, iddiaçı “İddiaçınin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-4977/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4977/2024
29.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver