Məhkəmə qərarları › İş №e-2(004)-4981/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4981/2025

26.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4981/2025 26.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən İmei kod **********44251 İphone 15 Pro, Apple Adapter, X1 2 il xidməti, Paket Apple xidməti, Playstation 5 almış və nəticədə 3920.15 (üç min doqquz yüz iyirmi manat on beş qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3934.88 (üç min doqquz yüz otuz dörd manat səksən səkkiz qəpik) manat (18 ay x 194.16 manat + 440 manat ilkin ödəniş) olan İmei kod **********44251 İphone 15 Pro, Apple Adapter, X1 2 il xidməti, Paket Apple xidməti ümumilikdə, 3296.85 (üç min iki yüz doxsan altı manat səksən beş qəpik) manat olmaqla ondan, 2975.68 (iki min doqquz yüz yetmiş beş manat altmış səkkiz qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat altmış qəpik) manat rüsum, 297.57 (iki yüz doxsan yeddi manat əlli yeddi qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1244.4 (min iki yüz qırx dörd manat qırx qəpik) manat (12 ay x 63.7 manat + 480 manat ilkin ödəniş) olan Playstation 5 üçün ümumilikdə, 623.30 (altı yüz iyirmi üç manat otuz qəpik) manat olmaqla ondan, 566.64 (beş yüz altmış altı manat altmış dörd qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 56.66 (əlli altı manat altmış altı qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1636.96 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 2975.68 (iki min doqquz yüz yetmiş beş manat altmış səkkiz qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat altmış qəpik) manat rüsum , 297.57 (iki yüz doxsan yeddi manat əlli yeddi qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 566.64 (beş yüz altmış altı manat altmış dörd qəpik) manat ödənilməmiş hissə, 56.66 (əlli altı manat altmış altı qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 3920.15 (üç min doqquz yüz iyirmi manat on beş qəpik) manat borc, ödənilmiş 59.21 (əlli doqquz manat iyirmi bir qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. İddiaçı MMC ilə Cavabdeh xx.xx.2024-cü il, xx.xx.2024-cü il nömrəli müqavilələr bağlamaqla İmei kod **********44251 İphone 15 Pro, Apple Adapter, X1 2 il xidməti, Paket Apple xidməti, Playstation 5 məhsulunu İddiaçı MMC Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində yuxarıda qeyd olunan müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.4-cü bəndinə əsasən, müştəri “Müqavilə”-nin şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımı qaydada icra etmədiyi hal(lar)da İddiaçı “mal”-ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tədbiq edə, məhdudiyyətin aradan qaldırılması üçün İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumu tələb edə bilər. “Müştəri”nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının riskli müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 2975.68 (iki min doqquz yüz yetmiş beş manat altmış səkkiz qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat altmış qəpik), 297.57 (iki yüz doxsan yeddi manat əlli yeddi qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 566.64 (beş yüz altmış altı manat altmış dörd qəpik) manat ödənilməmiş hissə, 56.66 (əlli altı manat altmış altı qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 3920.15 (üç min doqquz yüz iyirmi manat on beş qəpik) manat borcu vardır. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli yazılı bildiriş göndərilməklə cavabdehə pul məbləğinin ödənilməsi təklif edilmiş, lakin, müsbət nəticə əldə olunmamışdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Sözügedən iddia tələbinin qanuni əsası qismində tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqavilələrinin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 462 (cəriməyə münasibətdə) və 600.4-cü (əsas borca münasibətdə) maddələri çıxış edir. MM-in 462.1-ci maddəsinə əsasən,dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş materiallarından görünür ki, alıcı Cavabdeh satıcı ilə bağladığı yuxarıda qeyd olunan xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli müqavilələr üzrə öhdəliklərini yerinə yetirməmişdir. Belə olan halda, satıcının verilmiş əşyaların ödənilməsini tələb etmək hüququ vardır. İddia tələbinin faktiki və hüquqi halları ilə tərəflər arasında bağlanmış nisyə alqısatqı müqavilələrinin şərtləri və MM-in 462 (cəriməyə münasibətdə) və 600.4-cü (əsas borca münasibətdə) maddələrinin dispozitiv şərtləri eynilik təşkil edir. Məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı MMC ilə Cavabdeh xx.xx.2024-cü il və xx.xx.2024-cü il nömrəli müqavilələr bağlamaqla İmei kod **********44251 İphone 15 Pro, Apple Adapter, X1 2 il xidməti, Paket Apple xidməti, Playstation 5 məhsulunu İddiaçı MMC Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində yuxarıda qeyd olunan müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh üzərinə düşən müqavilə öhdəliklərinə əməl etməmişdir və Cavabdeh İddiaçı MMC-yə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 2975.68 (iki min doqquz yüz yetmış beş manat altmış səkkiz qəpik) manat ödənilməmiş hissə,İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyimi üç manat altmış qəpik), 297.57 (iki yüz doxsan yeddi manat əlli yeddi qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 566.64 (beş yüz altmış altı manat altmış dörd qəpik) manat ödənilməmiş hissə, 56.66 (əlli altı manat altmış altı qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 3920.15 (üç min doqquz yüz iyirmi manat on beş qəpik) manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1636.96 manat təşkil edir. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Cavabdeh tərəfindən iddia tələbinin təkzib edilməsi istiqamətində sənəd, sübut və ya materiallar məhkəməyə təqdim edilməmiş, aktiv sübutetmə (təkzibetmə) fəaliyyəti təşkil edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 59.21 (əlli doqquz manat iyirmi bir qəpik) manat məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 2975.68 (iki min doqquz yüz yetmiş beş manat altmış səkkiz qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyimi üç manat altmış qəpik), 297.57 (iki yüz doxsan yeddi manat əlli yeddi qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 566.64 (beş yüz altmış altı manat altmış dörd qəpik) manat ödənilməmiş hissə, 56.66 (əlli altı manat altmış altı qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 3920.15 (üç min doqquz yüz iyirmi manat on beş qəpik) manat borc, ödənilmiş 59.21 (əlli doqquz manat iyirmi bir qəpik) manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-230 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 2975.68 (iki min doqquz yüz yetmiş beş manat altmış səkkiz qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyimi üç manat altmış qəpik), 297.57 (iki yüz doxsan yeddi manat əlli yeddi qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 566.64 (beş yüz altmış altı manat altmış dörd qəpik) manat ödənilməmiş hissə, 56.66 (əlli altı manat altmış altı qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 3920.15 (üç min doqquz yüz iyirmi manat on beş qəpik) manat borc, ödənilmiş 59.21 (əlli doqquz manat iyirmi bir qəpik) manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar