Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4991/2022 10.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Zeynalova (Dadaşova) Gülnara Xanlar qızının müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X8 cəlb edilməklə cavabdeh Bakı şəhəri 53 saylı dövlət notariat ofisinə qarşı “mirası qəbul etmək üçün müddətin uzadılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Zeynalova (Dadaşova) Gülnara Xanlar qızı cavabdeh Bakı şəhəri 53 saylı dövlət notariat ofisinə qarşı “mirası qəbul etmək üçün müddətin uzadılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3 qalmış mirasın iddiaçı Zeynalova (Dadaşova) Gülnara Xanlar qızı tərəfindən qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahat verərək bildirir ki, iddiaçının anası X9 30 noyabr 2021-ci il tarixdə vəfat etmişdir. Mərhumun mülkiyyətində Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Azadlıq prospekti əmlak olmuşdur. Anasının iddiaçıdan başqa vərəsələri olan 2 qardaşı vardır. Özü ailə quran vaxtdan Rusiya Federasiyasının Moskva şəhərində yaşayır, Rusiya Federasiyasının vətəndaşıdır. Anasından qalan mirasın qəbulu ilə bağlı qardaşları notariata müraciət etmişlər. Bir qardaşı digər qardaşının xeyrinə öz payından imtina etmişdir. İddiaçı isə ölkələrarası uçuşlar müvəqqəti dayandırıldığından Rusiya Federasiyasından vaxtında gələ bilmədiyindən mirasın qəbulu ilə bağlı qanunda qeyd edilən 6 aylıq müddəti ötürmüşdür. Belə ki, həmin müddət 2022-ci ilin may ayında başa çatmışdır. İddiaçı isə 2022-ci ilin iyul ayında Azərbaycana gələ bilmişdir. Gəldikdən sonra xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 53 saylı Notariat Ofisinə müraciət etmişdir. Bakı şəhəri 53 saylı Notariat Ofisi notariat ofisinə yazılı ərizə təqdim etmişdir. Lakin, 53 saylı notariat ofisinin həmin tarixli, 3340 saylı məktubunda Mülki Məcəllənin 1246-cı maddəsinə istinad edilərək vərəsənin vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində qəbul edə bilməsini əsas gətirilmiş, miras açıldıqdan altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmədiyi qeyd edilmişdir. Cavabdeh Bakı şəhəri 53 saylı dövlət notariat ofisi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmiş və bunun səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.1970-ci il tarixdə verilmiş AZ № ******* nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X6 xx.xx.1970-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X2, anası X7r. İş materiallarında olan Bakı şəhəri Səadət Sarayı tərəfindən xx.xx.1990-cı il tarixdə verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətinə əsasən X11 ilə X6 rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Nikah bağlandıqdan sonra ərə Dadaşov, arvada Dadaşova soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DƏDRX-in Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, ev 165, 27 saylı mənzil xx.xx.2020-ci il tarixdə X4 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Səbail rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İİ № 209086 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X9 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan X8 tərəfindən notarial qaydada yazılmış xx.xx.2022-ci il tarixli ərizənin surətinə əsasən o, xx.xx.2021-ci il tarixdə vəfat etmiş anası X3 qalmış miras əmlakı qəbul etdiyini və ondan başqa İddiaçı və Nümayəndə digər vərəsələr olduğunu bildirmişdir. İş materiallarında olan Nümayəndə tərəfindən notarial qaydada yazılmış xx.xx.2022ci il tarixli ərizənin surətinə əsasən o, xx.xx.2021-ci il tarixdə vəfat etmiş anası X3 qalmış mirasın ona çatası pay hissəsindən imtina etmişdir. İş materiallarında olan Zeynalova (Dadaşova) Gülnara Xanlar qızı tərəfindən notarial qaydada yazılmış xx.xx.2022-ci il tarixli ərizənin surətinə əsasən o, xx.xx.2021-ci il tarixdə vəfat etmiş anası X3 qalmış miras əmlakı qəbul etdiyini bildirmişdir. İş materiallarında olan İddiaçı adına olan aviabiletlərin surətindən müəyyən olunur ki, İddiaçı qızı xx.xx.2022-ci il tarixdə Aeroflot şirkətindən Moskva-Bakı marşrutu üzrə SU- 1854 reysinə xx.xx.2022-ci il tarixə bilet almışdır. İş materiallarında olan Aeroflot şirkətinin xx.xx.2022-ci il tarixli e-poçt vasitəsilə müraciətinə əsasən Moskva-Bakı marşrutu üzrə SU-1854 saylı, xx.xx.2022-ci il tarixli reys ləğv edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhəri 53 saylı Notariat Ofisi tərəfindən verilmiş 3340 nömrəli, xx.xx.2022-ci il tarixli məktubun surətinə əsasən İddiaçı xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3 qalmış mirası əmlakın qəbuluna dair notariat ofisinə təqdim etdiyi xx.xx.2022-ci il tarixli müraciətinə cavab olaraq bildirilmişdir ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldıqdan altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, iddiaçının anası X9 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. X1 xx.xx.2022-ci il tarixdə mirasın qəbul edilməsi ilə bağlı müraciət etmişdir. Vərəsələrdən Zeynalova (Dadaşova) Gülnara Xanlar qızı isə Rusiya Federasiyası ərazisində yaşayır. İddiaçı xx.xx.2022-ci il tarixdə Moskva-Bakı marşrutu üzrə xx.xx.2022-ci il tarixli reys təxirə salındığından Azərbaycana gələ bilməmişdir. Ölkəyə gəldikdən sonra xx.xx.2022-ci il tarixdə notariat ofisinə müraciət etmiş, lakin ona mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürüldüyü bildirilmişdir. Hazırda iddiaçı mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin uzadılmasını xahiş edir. Məhkəmə qeyd edir ki, iddia əsaslıdır. Belə ki, işin halları ilə iddiaçının Rusiya Federasiyasında yaşadığı və xx.xx.2022-ci il tarixdə Moskva-Bakı reysi üzrə xx.xx.2022-ci il tarixdə aviabilet aldığı, lakin reysin xx.xx.2022-ci il tarixdə ləğv edildiyi sübut olunur. Göründüyü kimi, iddiaçı ölkəyə gəlmək üçün müəyyən hərəkətləri etsə də, ondan asılı olmayan səbəblərdən bu mümkün olmamışdır. Ölkəyə gəldikdən sonra isə ərizə ilə notariat ofisinə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddət iddiaçı tərəfindən üzrlü səbəbdən ötürülmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir. Məhkəm mirasın xx.xx.2021-ci il tarixdə açılmasını, 6 aylıq müddətin xx.xx.2022-ci il tarixdə tamam olmasını, iddiaçının həmin 6 ay ərzində Bakıya gəlmək üçün cəhd etməsini, lakin ondan asılı olmayan səbəbdən gələ bilməməsini və xx.xx.2022-ci il tarixdə mirası qəbul etmək üçün ərizə verməsini nəzərə alaraq hesab edir ki, mirası qəbul etmək üçün müddət 3 ay müddətinə uzadılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, iddia qismən təmin edilməli, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3 qalmış miras əmlakın iddiaçı Zeynalova (Dadaşova) Gülnara Xanlar qızı tərəfindən qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddət 3 (üç) ay müddətinə uzadılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3 qalmış miras əmlakın iddiaçı Zeynalova (Dadaşova) Gülnara Xanlar qızı tərəfindən qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddət 3 (üç) ay müddətinə uzadılsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Günay Axundova
Məhkəmə qərarları › İş №e-2(004)-4991/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4991/2022
10.11.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver