Məhkəmə qərarları › İş №e-2(004)-4998/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4998/2025

19.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4998/2025 19.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 331,42 (üç yüz otuz bir manat, qırx iki qəpik) manat əsas, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 (iyirmi üç manat, altmış qəpik) manat rüsum, 33,14 (otuz üç manat on dörd qəpik) manat cərimə; xx.xx.2024-ci il tarixli müqavilə 309,68 (üç yüz doqquz manat, altmış səkkiz qəpik) manat əsas borc, 30,97 (otuz manat doxsan yeddi qəpik) manat cərimə, ümumilikdə 728,81 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən İMEİ KODU **********86292 Samsung Galaxy A05 markalı telefon, Samsung Charger adapter, Plyonka İstehsali Xidməti, Paket M Xidməti, X5 3 il Xidməti Fen-Daraq Philips, Zəmanət + 3 il Xidməti almış və nəticədə 728,81 (yeddi yüz iyirmi səkkiz manat səksən bir qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 421,92 (dörd yüz iyirmi bir manat doxsan iki qəpik) manat (18 ay x 23,44 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KODU **********86292 Samsung Galaxy A05 markalı telefon, Samsung Charger adapter, Plyonka İstehsali Xidməti, Paket M Xidməti, X5 3 il Xidməti üçün ümumilikdə, 388,16 (üç yüz səksən səkkiz manat on altı qəpik) manat olmaqla ondan, 331,42 (üç yüz otuz bir manat qırx iki qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat altmış qəpik) manat rüsum, güzəşt olunaraq 33,14 (otuz üç manat on dörd qəpik) manat cərimə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 355,68 (üç yüz əlli beş manat altmış səkkiz qəpik) manat (18 ay x 19.76 manat + 0 manat ilkin ödəniş) olan Fen-Daraq Philips, Zəmanət + 3 il Xidməti üçün ümumilikdə, 340,65 (üç yüz qırx manat altmış beş qəpik) manat olmaqla ondan, 309,68 (üç yüz doqquz manat altmış səkkiz qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 30,97 (otuz manat doxsan yeddi qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 136,5 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhviltəslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə tərəfindən mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq Cavabdeh məhkəmə bildirişi göndərilmişdir. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq, tənha qadın olduğunu, öhdəliyində borclarının çox olduğu üçün borclarını ödəyə bilmədiyini bildirmişdir. Məhkəmədən aylıq ödənişin nisbətən azaldılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli, 09645939 saylı müqavilədən və müqaviləyə əlavədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında ümumilikdə dəyəri 421,96 (dörd yüz iyirmi bir manat doxsan altı qəpik) manat təşkil edən İMEİ KODU **********86292 Samsung Galaxy A05 markalı telefon, Samsung Charger adapter, Plyonka İstehsali Xidməti, Paket M Xidməti, X5 3 il Xidməti üçün malın alqısatqısına dair müqavilə bağlanılmışdır. xx.xx.2024-cü il tarixli əşyaların təhvil-təslim aktına əsasən, 09645939 nömrəli müqavilə üzrə İMEİ KODU **********86292 Samsung Galaxy A05 markalı telefon, Samsung Charger adapter, Plyonka İstehsali Xidməti, Paket M Xidməti, X5 3 il Xidməti üçün adlı mal tam qüsursuz halda Cavabdeh təhvil verilmiş, o isə aktı imza etməklə malları qəbul etmişdir. xx.xx.2024-cü il tarixli, 18192315 saylı müqavilədən və müqaviləyə əlavədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında ümumilikdə dəyəri 355,59 (üç yüz əlli beş manat əlli doqquz qəpik) manat təşkil edən Philips markalı Fen-Daraq (3 illik zəmanətlə) malın alğı-satqısına dair müqavilə bağlanılmışdır. xx.xx.2024-cü il tarixli əşyaların təhvil-təslim aktına əsasən, 09644138 nömrəli müqavilə üzrə Fen-Daraq Philips, Zəmanət + 3 il Xidməti adlı mal tam qüsursuz halda Cavabdeh təhvil verilmiş, o isə aktı imza etməklə malları qəbul etmişdir. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, X1 xx.xx.2024-cü il tarixli, 09645939 saylı müqavilə üzrə ödənilməmiş borcu 331,42(üç yüz otuz bir manat qırx iki qəpik) manat, xx.xx.2024-cü il tarixli, 18192315 saylı 2-ci müqavilə üzrə ödənilməmiş borcu 309,68 (üç yüz doqquz manat altmış səkkiz qəpik) manat təşkil edir. Cavabdehə ödənişləri gecikdirməklə müqavilə şərtlərini pozduğuna görə hər iki müqavilənin ödəniş cədvəlinin 2-ci bəndinə uyğun olaraq 1-ci müqavilə üzrə müştəriyə güzəşt olaraq 1-ci müqavilə üçün 33,14 (otuz üç manat on dörd qəpik) manat, 2-ci müqavilə üçün 30,97 (otuz manat doxsan yeddi qəpik) manat cərimə hesablanmışdır. xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh, nisyə alqı-satqı müqaviləsi əsasında satılmış, İMEİ KODU **********86292 Samsung Galaxy A05 markalı mobil telefonun açılıb-bağlanması xidmətinə görə, X2 23,60 manat pul ödənilmişdir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli “Hökümət ödəniş portalı” və ya “AsanPay” vasitəsilə ödənilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Yuxarıda qeyd edilən malların alqı-satqısına dair müqaviləyə əsasən satıcı (iddiaçı) müqavilə predmetini alıcıya (cavabdehə) verməyi, cavabdeh isə müqavilədə müəyyən edilən ödəmə cədvəli üzrə malların qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı malları alıcıya vermək vəzifəsini icra etsə də, alıcı həmin malların dəyərini ödəmək üzrə vəzifəsini icra etməmiş və xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, tərəf olduğu müqavilə üzrə cavabdehin 1-cü müqavilə üzrə 331,42(üç yüz otuz bir manat qırx iki qəpik) manat əsas borc, 33,14 (otuz üç manat on dörd qəpik) manat cərimə borcu, X3 rüsumu 23,60 (iyirmi üç manat altmış qəpik) manat, 2-ci müqavilə üzrə 309,68 (üç yüz doqquz manat altmış səkkiz qəpik) manat əsas borc, 30,97 (otuz manat doxsan yeddi qəpik) cərimə borcu olmaqla, ümumilikdə 728,81 (yeddi yüz iyirmi səkkiz manat səksən bir qəpik) manat borcu yaranmışdır. Mülki Məcəllənin (bundan sonra - MM) 567-ci, 568.1-ci və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. MM-nin 601.1-ci və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilə üzrə iddiaçı cavabdehdən əşyanın ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. MM-nin 462.1-ci, 462.3-cü və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə, iddianın cərimənin ödənilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Məhkəmə, tərəflər arasında bağlanmış müqavilələr üzrə üzrə hesablanmış 33,14 manat və 30,97 məbləğində cərimələrin tənasübsüz yüksək olmasını nəzərə alaraq, həmin müqavilələr üzrə hesablanmış cərimənin məbləğinin azaldılaraq, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 5 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 5 manat məbləğində müəyyən edilməsini ədalətli və ağlabatan sayır. Məhkəmə, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilə üzrə 05 manat məbləğində cərimənin müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 331,42 (üç yüz otuz bir manat qırx iki qəpik) manat əsas borc, 05 (beş) manat cərimə borcu, İnnovativ Layihələr Mərkəzinə rüsum kimi ödənilmiş 23,60 (iyirmi üç manat altmış qəpik) manat məbləğində pul, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 309,68 (üç yüz doqquz manat altmış səkkiz qəpik) manat əsas borc, 05 (beş) manat cərimə borcu olmaqla ümumilikdə 674,70 (altı yüz yetmiş dörd manat yetmiş qəpik) manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 331,42 (üç yüz otuz bir manat qırx iki qəpik) manat əsas borc, 05 (beş) manat cərimə borcu, İnnovativ Layihələr Mərkəzinə rüsum kimi ödənilmiş 23,60 (iyirmi üç manat altmış qəpik) manat məbləğində pul, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 309,68 (üç yüz doqquz manat altmış səkkiz qəpik) manat əsas borc, 05 (beş) manat cərimə borcu olmaqla ümumilikdə 674,70 (altı yüz yetmiş dörd manat yetmiş qəpik) manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat pul tutularaq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar