Məhkəmə qərarları › İş №e-2(004)-5058/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5058/2023

26.12.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5058/2023 26.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 19 saylı Dövlət Notariat ofisinə (1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı "vərəsəlik şəhadətnamələrinin və onların əsasın verilmiş çıxarışların ləğvi" tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Məmmədova (Abbasova) Pərvin Süleyman qızı cavabdeh Bakı şəhəri 19 saylı Dövlət Notariat ofisinə (1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “vərəsəlik şəhadətnamələrinin və onların əsasında verilmiş çıxarışların ləğvi” iddia ərizəsi ilə məhkəmə müraciət edərək, İRƏM: xx.xx.2021-ci il tarixdə verilmiş 2V-479 nömrəli və xx.xx.2023-cü il tarixdə verilmiş 2V-254 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamlər və həmin şəhadətnamələrin hüquqi nəticələrinin, o cümlədən həmin şəhadətnamələr əsasında aparılmış bütün sənədləşmə, qeydiyyat və əqdlər, həmçinin, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0.0354 ha torpaq sahəsi üzrə xx.xx.2022 qeydiyyat tarixi və ********** qeydiyyat nömrəsi ilə 1/4 hissədə Abasova Pərvin S üleyman qızının, xx.xx.2022 qeydiyyat tarixi və ********** qeydiyyat nömrəsi ilə 1/4 hissədə X13, xx.xx.2022 qeydiyyat tarixi və ********** qeydiyyat nömrəsi ilə 1/4 hissədə X7 adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmazəmlakın dövlət reyestrindən verilmiş çıxarışların ləğv e barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, AZ-İİ-393551 №-li Nikah haqqında şəhadətnamnin surətindən (vərəsəlik işi, vərəq 10) göründüyü kimi: xx.xx.1968-ci il tarixdə Bakı şəhərində anadan olmuş X19 ilə xx.xx.1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş X10 xx.xx.2020-ci il tarixdə nikahlarını bağlamış, nikah bağlandıqdan sonra ərə – Məmmədov, arvada– Məmmədovasoyadları verilmişdir. **********06 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan (vərəsəlik işi, vərəq 3) göründüyü kimi: Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0.0354 ha torpaq sahəsi xx.xx.2020 qeydiyyat tarixi və ********** qeydiyyat nömrəsi ilə, paylı tam olmaqla X1 dövlət qeydiyyatına alınmışdır. Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ-104779 №-li Ölüm haqqında şəhadətnamnin (vərəsəlik işi, vərəq 9) surətindən göründüyü kimi: xx.xx.1968-ci il tarixdə Bakı şəhərində anadan olmuş X19 xx.xx.2020-ci il tarixdə dünyasını dəyişmişdir. V-86 nömrəli vərəsəlik işi üzrəxx.xx.2021-ci il tarixdə verilmiş 2V-479 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən (vərəsəlik işi, vərəq 1) göründüyü kimi: xx.xx.2020-ci il tarixdə dünyasını dəyişmiş X14 vərəsəsi ünvan 1 ünvaninda qeydiyyatda olan X4r (AZE 14197168, FİN xxxxxxx, d/t: xx.xx.1975) və o, ƏMDK-nin yanında DƏDRXnın Bakı şəhər ərazi idarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə X15 verilmiş reyestr nömrəli **********6, ********** qeydiyyat nömrəli Dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ünvanda yerləşən ümumi sahəsi 0.0354 ha torpaq sahəsindən ibarət miras əmlakdan ¼ hissədə pay almalıdır. V-86/2020 nömrəli vərəsəlik işi üzrə xx.xx.2022-cü il tarixdə verilmiş 2V-254 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən (vərəsəlik işi, vərəq 2) göründüyü kimi: xx.xx.2020-ci il tarixdə dünyasını dəyişmiş X14 vərəsələri Baki şəhəri, ünvan 3 ünvaninda qeydiyyatda olan X20 (AA1962664, FİN:7Q8SUHX, d/t:xx.xx.2005) və Baki şəhəri, ünvan 3 ünvaninda qeydiyyatda olan X11r (AZE 12669066, FİN 7Q8SREN, d/t: xx.xx.2010) və nların hər biri, ƏMDK-nin yanında DƏDRX-nın Bakı şəhər ərazi idarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə X15 verilmiş reyestr nömrəli **********6, ********** qeydiyyat nömrəli Dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ünvanda yerləşən ümumi sahəsi 0.0354 hatorpaq sahəsindən ibarət miras əmlakdan ¼ hissədə pay almalıdır. **********06 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan göründüyü kimi: Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0.0354 ha torpaq sahəsi xx.xx.2022 qeydiyyat tarixi və ********** qeydiyyat nömrəsi ilə 1/4 hissədə Abasova Pərvin S üleyman qızının, xx.xx.2022 qeydiyyat tarixi və ********** qeydiyyat nömrəsi ilə 1/4 hissədə X13, xx.xx.2022 qeydiyyat tarixi və ********** qeydiyyat nömrəsi ilə 1/4 hissədə X7 adına dövlət qeydiyyatına alınmışdır. İddia ərizəsinə əlavə olunmuş vərəsəlik hüququ haqqında Şəhadətnamələrdən göründüyü kimi, dörd sayda vərəsələr arasında ¼ hissələrlə bölünmüş Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0.0354 ha torpaq sahəsi, miras qoyanX14 Məmmədov Pərvin S üleyman qızı ilə xx.xx.2020-ci il tarixdə nikahları bağlandıqdan sonra, yəni xx.xx.2020-ci il tarixdə mərhumun adına dövlət qeydiyyatına alınmışdır. Halbuki, qeyd olunan miras əmlakın yarısı miras qoyanın arvadına ayırıldıqdan sonra dörd nəfər vərəsələr arasındaeyni paylarla bölünməliydi. Qeyd olunanlara əsasən hesab edirəm ki, xx.xx.2021-ci il tarixdə verilmiş 2V-479 nömrəli və xx.xx.2023-cü il tarixdə verilmiş 2V- 254 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamlər qanunvericiliyin tələbləri pozulmaqla tərtib edildiyindən və həmin şəhadətnamələrin hüquqi nəticələrinin, o cümlədən həmin şəhadətnamələr əsasında aparılmış bütün sənədləşmə, qeydiyyat və əqdlər, həmçinin, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0.0354 ha torpaq sahəsi üzrə xx.xx.2022 qeydiyyat tarixi və ********** qeydiyyat nömrəsi ilə 1/4 hissədə Abasova Pərvin S üleyman qızının, xx.xx.2022 qeydiyyat tarixi və ********** qeydiyyat nömrəsi ilə 1/4 hissədə X13, xx.xx.2022 qeydiyyat tarixi və ********** qeydiyyat nömrəsi ilə 1/4 hissədə X7 adına dövlət qeydiyyatı və bu qeydiyyatın nəticəsində Hüquqların dövlət qeydiyyatı haqqında daşınmazəmlakın dövlət reyestrindən verilmiş müvafiq çıxarışlar ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası, Bakı şəhəri yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən 794 nömrəli aktla qeydə alınmış AZ-İİ seriyalı, 104779 nömrəli ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X19 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. 23 dekabr 2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin sürətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X14 vərəsələri Bakı, 7 MKR S.S.Axundov küç ünvanında qeydiyyatda olan X10 (AZE14197168 xx.xx.2017) sənədi RPİ FİN:xxxxxxx. d/t:xx.xx.1975) və o miras əmlakdan ¼ hissədə pay almalıdır. Yerdə qalan ¾ hissə açıq saxlanılır. 5 avqust 2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin sürətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X14 vərəsələri: Вakı şəhəri, ünvan 5 ünvanında qeydiyyatda olan X20 (АА1962664, xx.xx.2021 - Asan 3, FİN:7Q8SUHX, d/t:21 .10.2005) ünvan 6 ünvanında qeydiyyatda olan X12r (AZE12669066, xx.xx.2016 - Asan3-2, FİN:7Q8SREN, d/t:xx.xx.2010) və onlaпn hər biri miras amlakdan ¼ miras almalıdır. Yerdə qalan 1/4 hissə açıq saxlanılır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin çıxarışının sürətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində 0.0354 hektar torpaq sahəsi qeydiyyat nömrəsi ********** olan X14 (1/4 hissəsi açıq qalır), qeydiyyat nömrəsi ********** olan X2 (1/4 hissə), qeydiyyat nömrəsi ********** olan X13 (1/4 hissə), qeydiyyat nömrəsi ********** olan X7 (1/4 hissə) adına qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 2-21-2-20/2-42672/**********742672 saylı “qeyd olunan əmlakla bağlı sənəd sürətinin təqdim edilməsi haqqında” məktubundan görünür ki, Bakı şəhəri 2 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli 40-79 reyestr nömrəli daşınmaz emlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixdə X14 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 19 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 2V-479 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən sözügedən torpaq sahəsinin 1/4 hissəsi X3 adına, Bakı şəhəri 19 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 2V-254 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən sözügedən torpaq sahəsinin 1/4 hissəsi X7, 1/4 hissəsi X13 adına qeydiyyatdan keçmişdir, hazırda mülkiyyətlərindədir, 1/4 hissə X14 adında açıq saxlanılmışdır. Həmin məktuba əlavə edilmiş 16 mart 2020-ci il tarixli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin sürətindən görünür ki, “satıcı” X21 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən torpaq sahəsinin (tam hissə 0.1354 ha) ümumi sahəsindən 0.0354 ha olan hissəni “alıcı” X14 mülkiyyətinə verir, “alıcı” X19 həmin hissəni 10.000 manata alır. Azərbaycan Respublikası Konstitusiyasının 29.5-ci maddəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyan) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1162-ci maddəsinə əsasən, sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsində və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsində müəyyən edilmiş ər-arvadın birgə (ümumi) mülkiyyətinin əldə olunmasının hüquqi əsaslarından fərqli olaraq, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1 və 5-ci maddələrinə əsasən özəlləşdirilən mənzillər əvəzsiz əldə edildiyindən və ər və ya arvad həmin mənzilin onlardan birinin adına özəlləşdirilməsinə (mülkiyyətinə verilməsinə) könüllü razılıq verdiyindən həmin mənzil ər-arvadın birgə (ümumi) mülkiyyəti sayıla bilməz. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı Abbasova (Məmmədova) X6 Fuad Nadir oğlu ilə xx.xx.2020-ci il tarixdə nikaha daxil olmuşdur. X19 16 mart 2020-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən ümumi sahəsi 0.0354 ha olan torpaq sahəsi almış və həmin əmlak tam tülkiyyət hüququ üzrə X14 adına daşınmaz əmlakın dövlət reyestrində 940 nömrəli reyestr kitabının 89302 nömrəli vərəqində xx.xx.2020-ci il tarixində qeydiyyata alınmışdır. Həmin əmlak birgə nikah dövründə əldə olunmuş əmlak kimi qiymətləndirilməlidir. X19 xx.xx.2020-ci il tarixdə vəfat etmiş, qeyd olunan daşınmaz əmlak ondan miras qalmışdır. Miras qoyanın birinci növbəli vərəsələri X8, övladları X20 və X11r. X20, X16 və X8 notariat ofisinə ərizə ilə müraciət edərək, onlara miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsini xahiş etmişdirlər. 23 dekabr 2021-ci il tarixdə Bakı şəhəri 19 saylı Notariat ofisi tərəfindən X5 miras əmlak - Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən ümumi sahəsi 0.0354 ha olan torpaq sahəsindən ¼ hissədə pay almasına dair Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, 5 avqust 2022-ci il tarixdə isə miras əmlak - Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən ümumi sahəsi 0.0354 ha olan torpaq sahəsindən ¼ hissədə X13, ¼ hissədə X9 pay almasına dair Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Yerdə qalan 1/4 hissə açıq saxlanılmışdır. Həmin şəhadətnamələr əsasında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində 0.0354 hektar torpaq sahəsi X2 (1/4 hissə), X13 (1/4 hissə), X7 (1/4 hissə) adına qeydiyyata alınmışdır, yerdə qalan 1/4 hissəsi X14 adında açıq qalır. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri 19 saylı Dövlət Notariat ofisi tərəfindən verilmiş Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0.0354 ha torpaq sahəsi üzərində X3 ¼ hissədə payının müəyyən edilməsinə dair 2V-479 saylı, 23 dekabr 2021-ci il tarixli, X13 ¼ hissədə, X7 ¼ hissədə paylarının müəyyən edilməsinə dair 2V-254 saylı 05 avqust 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr və həmin şəhadətnamələr əsasında verilmiş **********06 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli və **********06 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli çıxarışlar ləğv edilməlidir. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0.0354 ha torpaq sahəsi üzərində X3 5/8 hissədə, X13 1/8 hissədə, X7 1/8 hissədə payları müyyən edilməli və həmin əmlaklara dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 307-311-ci və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: İddia tələbi təmin edilsin. Bakı şəhəri 19 saylı Dövlət Notariat ofisi tərəfindən verilmiş Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0.0354 ha torpaq sahəsi üzərində X3 ¼ hissədə payının müəyyən edilməsinə dair 2V-479 saylı, 23 dekabr 2021-ci il tarixli, X13 ¼ hissədə, X7 ¼ hissədə paylarının müəyyən edilməsinə dair 2V-254 saylı 05 avqust 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr və həmin şəhadətnamələr əsasında verilmiş **********06 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli və **********06 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli çıxarışlar ləğv edilsin. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0.0354 ha torpaq sahəsi üzərində X3 5/8 hissədə, X13 1/8 hissədə, X7 1/8 hissədə payları müyyən edilsin və həmin əmlaklara dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar