Məhkəmə qərarları › İş №e-2(004)-5063/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5063/2025

24.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5063/2025 24.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********03961 İPhone 14, Paket XL xidməti, X2 2 il xidməti, Apple Adapter almış və nəticədə 1727.12 (bir min yeddi yüziyirmi yeddi manat on iki qəpik) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 2454.94 (iki min dörd yüz əlli dörd manat doxsan dörd qəpik) manat (yəni 18 ay x 130.83 manat + 100 manat ilkin ödəniş) olan İmei kod **********03961 İPhone 14, Paket XL xidməti, X2 2 il xidməti, Apple Adapter üçün ondan 1570.11 (bir min beş üz yetmiş manat on bir qəpik) manat ödənilməmiş hissə, 157.01 (yüz əlli yeddi manat bir qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1727.12 (bir min yeddi yüz iyirmi yeddi manat on iki qəpik) manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 884.83 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində Müştəri mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********03961 İPhone 14, Paket XL xidməti, X2 2 il xidməti, Apple Adapter üçün 1570.11 (bir min beş üz yetmiş manat on bir qəpik) manat əsas, 157.01 (yüz əlli yeddi manat bir qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1727.12 (min yeddi yüz iyirmi yeddi manat on iki qəpik) manat borc və ödənilmiş 37.28 (otuz yeddi manat iyirmi səkkiz qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2024cü il tarixli 13985636 nömrəli müqavilədən görünür ki, İmei kod **********03961 İPhone 14, Paket XL xidməti, X2 2 il xidməti, Apple Adapter üçün İddiaçı MMC Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində yuxarıda qeyd olunan müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2024-cü il tarixli 13985636 nömrəli müqavilə üzrə 1570.11 (bir min beş üz yetmiş manat on bir qəpik) manat ödənilməmiş hissə, 157.01 (yüz əlli yeddi manat bir qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1570.11 (bir min beş üz yetmiş manat on bir qəpik) manat borcu vardır. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli yazılı bildiriş göndərilməklə cavabdehə pul məbləğinin ödənilməsi təklif edilmiş, lakin, müsbət nəticə əldə olunmamışdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Sözügedən iddia tələbinin qanuni əsası qismində tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 462 (cəriməyə münasibətdə) və 600.4-cü (əsas borca münasibətdə) maddələri çıxış edir. MM-in 462.1-ci maddəsinə əsasən,dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş materiallarından görünür ki, Alıcı Cavabdeh Satıcı ilə bağladığı yuxarıda qeyd olunan xx.xx.2024-cü il tarixli 13985636 nömrəli müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Sözügedən müqavilə “müqavilə azadlığı” prinsipinin kontekstindən etibarlı müqavilə hesab edilir, müqavilə üzrə tam və ya hissəvi (müvafiq bəndlər üzrə) etibarsızlıq xüsusatları müəyyən edilmir. Belə olan halda, satıcının verilmiş əşyaların ödənilməsini tələb etmək hüququ vardır. İddia tələbinin faktiki və hüquqi halları ilə tərəflər arasında bağlanmış nisyə alqısatqı müqaviləsinin şərtləri və MM-in 462 (cəriməyə münasibətdə) və 600.4-cü (əsas borca münasibətdə) maddələrinin dispozitiv şərtləri eynilik təşkil edir. Məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********03961 İPhone 14, Paket XL xidməti, X2 2 il xidməti, Apple Adapter almış və nəticədə 1727.12 (bir min yeddi yüziyirmi yeddi manat on iki qəpik) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 2454.94 (iki min dörd yüz əlli dörd manat doxsan dörd qəpik) manat (yəni 18 ay x 130.83 manat + 100 manat ilkin ödəniş) olan İmei kod **********03961 İPhone 14, Paket XL xidməti, X2 2 il xidməti, Apple Adapter üçün ondan 1570.11 (bir min beş üz yetmiş manat on bir qəpik) manat ödənilməmiş hissə, 157.01 (yüz əlli yeddi manat bir qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1727.12 (bir min yeddi yüz iyirmi yeddi manat on iki qəpik) manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 884.83 manat təşkil edir. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Cavabdeh tərəfindən iddia tələbinin təkzib edilməsi istiqamətində sənəd, sübut və ya materiallar məhkəməyə təqdim edilməmiş, aktiv sübutetmə (təkzibetmə) fəaliyyəti təşkil edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 37.28 (otuz yeddi manat iyirmi səkkiz qəpik) manat məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli 13985636 nömrəli müqaviləyə əsasən 1570.11 (bir min beş üz yetmiş manat on bir qəpik) manat ödənilməmiş hissə, 157.01 (yüz əlli yeddi manat bir qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1727.12 (bir min yeddi yüz iyirmi yeddi manat on iki qəpik) manat borc və ödənilmiş 37.28 (otuz yeddi manat iyirmi səkkiz qəpik) manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-230 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli 13985636 nömrəli müqaviləyə əsasən 1570.11 (bir min beş üz yetmiş manat on bir qəpik) manat ödənilməmiş hissə, 157.01 (yüz əlli yeddi manat bir qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1727.12 (bir min yeddi yüz iyirmi yeddi manat on iki qəpik) manat borc və ödənilmiş 37.28 (otuz yeddi manat iyirmi səkkiz qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar