Məhkəmə qərarları › İş №e-2(004)-5101/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5101/2022

19.10.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5101/2022 19.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Qasımova Aytən Elçin qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “aktın ləğv edilməsi və əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-nə aktın ləğv edilməsi və əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 09 dekabr 2021-ci il tarixində ''Azərsu'' ASC-in Suraxanı rayon Sukanal idarəsinin əməkdaşları Vəliyev Elman və Həsənov Fərid tərəfindən ünvan 2 ünvanında yerləşən iddiaçıya məxsus həyət evində su təchizatı və kanalizasiya sisteminə keçirilmiş baxış nəticəsində əsassız olaraq tərtib edilmiş 085286 nömrəli aktın ləğv edilməsi və iddiaçı barəsində müəyyənləşdirilmiş 223.67 manat borcu ödəmək məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, 09 dekabr 2021-ci il tarixində ''Azərsu'' ASC-in Suraxanı rayon Sukanal İdarəsinin əməkdaşları Vəliyev Elman və Həsənov Fərid tərəfindən ünvan 2 ünvanında yerləşən ona məxsus həyət evində su təchizatı və kanalizasiya sisteminə baxış keçirilmiş və 085286 nömrəli akt tərtib edilmişdir. Tərtib edilmiş aktda əsassız olaraq sayğacdan kənar su xəttinin olması qeyd edilmişdir. Halbuki bu məsələ ilə bağlı gələn 3 nəfər əməkdaş (2- sinin adı çəkilir və sadəcə 1-i imzalayıb) özü də şahid olmuşdur ki, burada hansısa qanunsuzluq yoxdur və aktın tərtib olunmaması üçün ev sahibinə onlara pul verməsini təklif etmişdir. Ümumiyyətlə, axan suyun çəkildiyi video yazı isə yalnız borunun içindəki su olub və çox qısa müddətdən sonra dayanıb. Aktın özü isə biz 1 həftədən də uzun olan müddətdən sonra göndərilib. Məsələ ilə bağlı tərəfindən xx.xx.2021-ci il tarixində "xxxx" ASC-yə elektron qaydada müraciət yönləndirilmiş və faktiki cəhətdən aktın həqiqətə uyğun olmadığı əsaslandırılmışdır. Müvafiq qurum tərəfindən müraciətinə baxılmış və daha sonra daxil olan cavablar onları qane etməmişdir. Telefon danışıqlarınız zamanı isə ona dəfələrlə mənfi cavab bildirilərək məsələnin yenidən araşdırılmasından imtina olunmuş və məhkəməyə müraciət etməmiz barədə təkid olunmuşdur. Məhkəmə hazırlıq iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 09 dekabr 2021-ci il tarixli 085286 nömrəli akt əsasında yazılmış 223,67 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi X2 iddia tələbini iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, nəzarətçilər tərəfindən baxış keçirilən zaman videoçəkiliş aparılmış, həyətdəki rezin borudan sayğacın qolu bağlı olduğu halda su axıntısı baş verdiyi görülmüşdür. Hesablanmış borc isə AR NK “Sudan istifadə qaydaları”-na əsasən 4 nəfər ailə üzvü olduqlarına hər ailə üzvü üçün 5 kubdan hesablanmış, daha sonra alınan rəqəm 1 ildəki ayların sayına, yəni 12-yə vurularaq müəyyən edilmişdir. İddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Cavabdeh ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli 01/4/01-7/6/18 saylı məktubda qeyd olunur ki, X3 İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixində sözügedən ünvanın su təchizatı xəttinə baxış keçirilən zaman sayğacdan kənar xəttdən qeyri-qanuni istifadə halı aşkarlanmış və faktla bağlı olaraq 085286 nömrəli dəymiş ziyan aktı tərtib edilmişdir. Bu səbəbdən də sudan qanunsuz istifadəyə görə 240 m3 sərfiyyat hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Cavabdeh ASC-nin 18 X4 təmiri və ya dəyişdirilməsi barədə aktdan görünür ki, ünvan 2 ünvanında mexaniki su sayğacı işləmədiyindən xx.xx.2022-ci il tarixdə dəyişdirilmişdir. İş materiallarında olan Cavabdeh ASC-nin Suraxanı SKİ-nin nümayəndləri mühəndis Vəliyev Elman və nəzarətçi Həsənov Fərid tərəfindən tərtib edilmiş 09 dekabr 2021-ci il tarixli 085286 nömrəli aktda qeyd olunur ki, istehlakçı İddiaçı məxsus Bakı şəhəri Suraxanı rayonu, H.Allahverdiyev küçəsi, 65 saylı ünvanda abonentin sayğacdan kənar xətti aşkarlanmışdır. “Aktın doğruluğunu təsdiq edirlər” hissəsində hər iki nümayəndənin adı qeyd edilsə də, yalnız mühəndis Vəliyev Elman tərəfindən imzalanmışdır. İş materiallarında olan ''Azərsu'' ASC-in Suraxanı rayon Sukanal İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunur ki, İddiaçı məxsus fərdi yaşayış evində sudan qeyri-qanuni istifadə halı aşkarlanmışdır. Həmin ünvanda video görüntü qeydə alınmış və qanunsuz hərəkətlə bağlı akt tərtib edilmişdir. İş materiallarında olan elektron müraciət elektron xidmətinin müraciət blankından müəyyən olunur ki, İddiaçı xx.xx.2021-ci il tarixdə Sabunçu Sukanal İdarəsinə, xx.xx.2022-ci il tarixdə Suraxanı Sukanal İdarəsinə və X3 İdarəsinə və xx.xx.2022-ci il tarixdə sədrə müraciət etmişdir. İş materiallarında Kodu **********005 olan İddiaçı adına olan abonentin saldosundan görünür ki, ünvan 2 ünvanı üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il üzrə 223.67 manat məbləğində cərimə hesablanmışdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, 09 dekabr 2021-ci il tarixində ''Azərsu'' ASC-in Suraxanı rayon Sukanal İdarəsinin əməkdaşları tərəfindən ünvan 2 ünvanında yerləşən İddiaçı məxsus həyət evində su təchizatı və kanalizasiya sisteminə baxış keçirilmiş və əsassız olaraq sayğacdan kənar su xəttinin olması səbəbi ilə 085286 nömrəli akt tərtib edilmiş və 223.67 manat cərimə məbləği hesablanmışdır. Aktın tərtib edilməsində ''Azərsu'' ASC-in Suraxanı rayon Sukanal idarəsinin əməkdaşları Elman Vəliyev və Fərid Həsənovun adları qeyd olunsa da təkcə Elman Vəliyev tərəfindən imzalanmışdır. Həmin akt tərtib olunarkən istehlakçı İddiaçı iştirakı təmin edilməmişdir. Əgər istehlakçı bundan imtina etmiş olsaydı belə, onun aktı imzalamaqdan imtina etməsi barədə də hər hansı qeyd göstərilməmişdir. Göründüyü kimi tərtib olunan akt qüsurlu şəkildə tərtib edilmişdir. Eyni zamanda, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən sayğacdan kənar xəttin çəkilməsi mövcud sübutlarla öz təsdiqini tapmamışdır. Odur ki, Bakı şəhəri, Suraxanı rayonu, H.Allahverdiyev küçəsi ev 65 (Abonent kodu: **********005) ünvanına İddiaçı adına əsassız hesablanmış 223.67 (iki yüz iyirmi üç manat altmış yeddi qəpik) manat borcun silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinin tələbinə görə, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 136.4-ci maddəsinəə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə və sudan istifadə qaydalarının 2.1.9.2-ci yarımbəndinə əsasən istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirlər görməlidir. Həmin Qanunun 61-ci maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. “Sudan istifadə” qaydaları istehlakçıların hüquqlarına həsr olunmuş 5.1.5-ci maddəsinə əsasən, verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək hüququ var. Həmin Qaydaların 3.5-ci maddəsinə əsasən axıdılmış tullantı sularının miqdarı təyin edilərkən istifadə olunmuş quyu, yeraltı qrunt və gətirmə sular da nəzərə alınır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri, Suraxanı rayonu, H.Allahverdiyev küçəsi ev 65 (Abonent kodu: **********005) ünvanına İddiaçı adına hesablanmış 223.67 (iki yüz iyirmi üç manat altmış yeddi qəpik) manat borcun silinməsi Cavabdeh ASC-yə həvalə edilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, H.Allahverdiyev küçəsi ev 65 (Abonent kodu: **********005) ünvanına İddiaçı adına hesablanmış 223.67 (iki yüz iyirmi üç manat altmış yeddi qəpik) manat borcun silinməsi Cavabdeh ASC-yə həvalə edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar