Məhkəmə qərarları › İş №e-2(004)-5107/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5107/2025

09.12.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5107/2025 09.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi, İddiaçı "xxxx" MMMC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMMC-nin Cavabdeh qarşı "kommunal xidmətlərə görə yaranmış borcun ödənilməsi" tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMMC Cavabdeh qarşı "kommunal xidmətlərə görə yaranmış borcun ödənilməsi" tələbinə dair kiçik iddia ərizəsilə məhkəməyə müraciət edərək, Cavabdeh 3951 (üç min doqquz yüz əlli bir) manat məbləğində kommunal xidmətlərə görə borc məbləğinin və 60 manat məbləğində dövlət rüsumunun, cəmi 4011 (dörd min on bir) manat pulun tutularaq İddiaçınə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Yasamal-71 Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (bundan sonra - “Cəmiyyət” adlandırılacaq) müstəqil təsərrüfat subyekti olmaqla Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 92a ünvanında yerləşən yaşayış binasının sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən yaradılmışdır və öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının “Mülki Məcəllə”sinə, Azərbaycan Respublikasının “Mənzil Məcəlləsi”nə, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına və öz Nizamnaməsinə uyğun olaraq həyata keçirir. Cəmiyyət dövlət qeydiyyatına alınmaqla, ona dövlət reyestrindən çıxarış və qeyrikommersiya hüquqi şəxsin Şəhadətnaməsi verilib. Cəmiyyətin nizamnaməsinə əsasən yaşayış binasını birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək hüququ İddiaçınə həvalə olunub. Cəmiyyət idarəsi onun səlahiyyəti daxilində olan çoxmənzilli binalarda binaya və sakinlərə bir çox xidmətlər göstərir və bununla əlaqədar olaraq sakinlərin də razılığı ilə təyin edilmiş kommunal xidmət haqlarını yığımı hüququ da ona aiddir. Cavabdeh çoxmənzilli binanın sahə mülkiyyətçisi kimi ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədiyi üçün Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi 92A, 865 saylı mənzilin mülkiyyətçisi olaraq İddiaçınə ümumilikdə 3951 (üç min doqquz yüz əlli bir) manat məbləğində borcu yaranmışdır. Cavabdeh ona edilən xəbərdarlıqlara baxmayaraq həmin borcu bu günə qədər ödəməmişdir. Borcun ödənilməsini xahiş etsələr də, cavabdeh tərəf borcunu ödəməkdən yayınıb. Bu baxımdan pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Hesab edirlər ki, iddia tələbində qeyd edilən 3951 (üç min doqquz yüz əlli bir) manat məbləğindəki borc məbləği və 60 manat dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Cəmiyyətin nizamnaməsinin 3.3-cü bəndində qeyd edilib ki, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, cəmiyyət mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqlarının əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb edə bilər. Həmiçinin həmin nizamnamənin 3.4-cü bəndində qeyd edilir ki, cəmiyyətin çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən mütləq ödəniş və haqların, digər ümumi xərclərin ödənilməsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində vurulmuş zərərin əvəzinin tam ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, qeyd olunan ünvanda bir gün də olsun yaşamamışdır, özü İİ qrup müharibə əlildir, xəstədir. Bir qızı var, ondan başqa kimsəsi yoxdur. Ona köməklik göstərilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5107/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı "xxxx" MMMC-nin Cavabdeh qarşı "kommunal xidmətlərə görə yaranmış borcun ödənilməsi" tələbinə dair kiçik iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Məhəmmədov Samir iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim etmiş və iddia tələbinə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəməyə verdiyi izahatında bildirmişdir ki, mülkiyyətində olan mənzilə dair xx.xx.2009-cu ildə müqavilə bağlamış və mənzilin dəyərini tam ödədikdən sonra xx.xx.2012-ci ildə ona bu barədə maliyyə arayışı verilmişdir. Mənzili faktiki olaraq 2015-ci ildə təhvil almışdır. Lakin mənzili təmir etməmişdir və həmin mənzildə hazırki vaxtadək yaşayış yoxdur. Bundan başqa İİ qrup müharibə əlildir, iddia ərizəsində ondan tələb edilən borc məbləğini ödəyəcək qədər imkanı yoxdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunan: "xxxx" MMM ("Podratçı") ilə X11 ("Sifarişçi") arasında bağlanmış 246 nömrəli, xx.xx.2009-cu il tarixli çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqaviləyə əsasən, "Sifarişçi" bu müqaviləni əsas tutaraq sifariş edir, "Podratçı" Bakı şəhəri Yasamal rnu, Zərdabi 88 küçəsi, 3166-cı məhəllədə tikilməkdə olan yaşayış binasının 9 blokunda 2 mərtəbədə, 2 otaqlı 6 №-li mənzilin tikintisini öz öhdəsinə götürür. Müqavilənin Mənzilin hesablaşma sahəsi 103.51 m², müqavilənin qiyməti isə 76.597 (yetmiş altı min beş yüz doxsan yeddi) manat olmaqla dəyişməz olaraq qalır. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, müqavilə imzalanarkən, "Sifarişçi" müqavilənin ümumi dəyərinin 19.58%-ni, yəni 15.000 (on beş min) manat ödəməyi, müqavilə qiymətinin 80.42%-ni hər ay 2566 (iki min beş yüz altmış altı) manat olmaqla 24 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" X5 tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Zərdabi küçəsi 3166-cı məhəllədə tikilən 19 mərtəbəli yaşayış binasının 9 blok 2 mərtəbədəki 6 saylı mənzilin dəyərinin 19.58%-ni ödəmişdir və həmin mənzil o şəxsə məxsusdur. Qalıq borc: 61.597 manat təşkil edir. "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, H.Zərdabi pr. 92A ünvanında tikilən 19 mərtəbəli yaşayış binasının 9 blok 2 mərtəbədəki 6 saylı mənzilin dəyərinin 100%-ni ödəmişdir. Qalıq borcu yoxdur. "xxxx" Mənzil Tikinti Kooperativi (“Mülkiyyətçi”) ilə X7 (“İdarə edən”) arasında bağlanmış xx.xx.2016-cı il tarixli Çoxmənzilli evin idarə edilməsi haqqında müqaviləyə əsasən, "Mülkiyyətçi" inşa etdiyi Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr., 92a ünvanında yerləşən çoxmənzilli evlərin (bundan sonra Əmlak) idarə edilməsi ilə bağlı bütün səlahiyyətləri əvəzsiz olaraq "İdarə edən"ə verməyi, "İdarə edən" edən isə öz növbəsində "Mülkiyyətçi"nin inşa etdiyi çoxmənzilli evi ondan qəbul edib hazırkı müqavilə ilə razılaşdırılmış şərtlər əsasında idarə edilməsini həyata keçirməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X1 Reyestrindən çıxarışa əsasən "xxxx" MMMC sahə mülkiyyətçilərinin təsis yığıncağının xx.xx.2023-cü il və ümumi yığıncağın xx.xx.2023-cü il tarixli qərarları və digər sənədlər əsasında xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. X7 ("Mülkiyyətçi") ilə İddiaçı ("İdarə edən") arasında bağlanmış Y-71-003/2024 nömrəli, xx.xx.2024-cü il tarixli X10 müqaviləyə əsasən, "Mülkiyyətçi" müqavilə əsasında idarə etdiyi Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr. 92A və 204A ünvanında yerləşən çoxmənzilli binada yerləşən mənzillərin və qeyri-yaşayış sahələrinin (bundan sonra Əmlak) idarə edilməsi ilə bağlı 01 yanvar 2024-cü il tarixədək yaranmış bütün tələb və hüquqlarını (o cümlədən gələcəkdə yarana biləcək tələb və hüquqlarını) və səlahiyyətlərini əvəzsiz olaraq "İdarə edən"ə güzəşt edir, "İdarə edən" isə güzəşti qəbul etməsinə razılığını bildirir. "İdarə edən" edən öz növbəsində "xxxx" Mənzil Tikinti Kooperativi ilə, ünvan 4 ünvanında qeydiyyatda olan X7 arasında bağlanmış "çox mənzilli binanın idarə edilməsi haqqında müqavilədən irəli gələn və "xxxx" Mənzil Tikinti Kooperativinin inşa etdiyi Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr., 92A və 204A ünvanında yerləşən çoxmənzilli binadakı "Əmlak"- ın idarə edilməsi ilə bağlı tələblərə və hüquqlara aid bütün sənədləri və həmin tələblərdən və hüquqlardan istifadə üçün zəruri olan bütün məlumatları ondan qəbul edib hazırkı müqavilə ilə razılaşdırılmış şərtlər əsasında idarə edilməsini həyata keçirməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən, "İdarə edən” idarəçiliyə qəbul etdiyi əmlak və onu idarə etmək üçün zəruri olan bütün sənədlər və məlumatları "mülkiyyətçi" dən tələb etmək, idarəçiliyə qəbul etdiyi əmlak üzrə mülkiyyətində və ya istifadəsində mənzil və ya qeyri-yaşayış sahəsi olan şəxslərdən kommunal xidmətlərə görə yaranmış borcların tam həcmdə ödənilməsini tələb etmək, idarəçiliyə qəbul etdiyi əmlak üzrə kommunal xidmətlərə görə borcu olan şəxslərin siyahısını tələb etmək, hazırkı müqavilə ilə müəyyən edilmiş məsələlərin həlli ilə bağlı qanunvericiliklə müəyyən edilmiş digər hüquqlara malikdir. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən, "İdarə edən" idarəçiliyə verilən əmlakı üzrə əldə etdiyi tələblər və hüquqlar çərçivəsində zəruri olan bütün sənədlər və məlumatları "Mülkiyyətçi"dən təhvil almaq, idarə etdiyi əmlakda mülkiyyətində və ya istifadəsində mənzil və ya qeyri-yaşayış sahəsi il olan şəxslərdən kommunal xidmətlərə görə 2024-cü ilin 01 yanvar tarixinədək yaranmış borcun tam həcmdə ödənilməsini təmin etmək, hazırkı müqavilə ilə müəyyən edilmiş məsələlərin həlli ilə müəyyən edilmiş digər hüquqlara malikdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş X2 X4 görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsi tərəfindən ********** VÖEN nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçı təsis yığıncağının xx.xx.2025-ci il tarixli qərarına əsasən, gündəlikdə duran məsələlər müzakirə edilərək, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr., 92A və 204A ünvanında yerləşən çoxmənzilli binada yerləşən mənzillərin və qeyri-yaşayış sahələrinin (bundan sonra Yaşayış binası) idarə edilməsi ilə bağlı çoxmənzilli binanın ümumi əmlakının saxlanması, təmiri və kommunal xidmətlərin göstərilməsi üzrə mənzillərin hər kvadrat metri üçün müəyyən edilmiş 0,30 (otuz qəpik) AZN məbləğindəki qiymət dəyişdirilməməsi və bu xidmətlərin göstərilməsi üzrə, mənzillərin hər kvadrat metri üçün 0,30 (otuz qəpik) AZN məbləğində müəyyən edilməsi, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr., 92A və 204A ünvanında yerləşən çoxmənzilli binada yerləşən mənzillərin və qeyri-yaşayış sahələrinin (bundan sonra Yaşayış binası) idarə edilməsi ilə bağlı çoxmənzilli binanın ümumi əmlakının saxlanması, təmiri və kommunal xidmətlərin göstərilməsi üzrə sahə mülkiyyətçilərini çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqları və bu xidmətlərin göstərilməsi üzrə sakinlərlə müqavilə bağlanılması qərara alınmışdır. "xxxx" MMMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi, 3166-cı məhəllə, ev 92 A, 865 saylı mənzil Cavabdeh məxsusdur və cəmiyyətin nizamnaməsinin tələblərinə uyğun olaraq həmin mənzilin yerləşdiyi çoxmənzilli binanın ümumi əmlakının saxlanılması, təmiri, kommunal xidmətlərin göstərilməsi ilə bağlı mütləq ödənişlərin yığılması, çoxmənzilli binanın ümumi əmlakının lazımi sanitariya, texniki vəziyyətinin təmin edilməsi və cəmiyyətin nizamnaməsində qeyd edilən digər xidmətlərin göstərilməsi İddiaçı tərəfindən həyata keçirilir. Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi, 3166-cı məhəllə, ev 92 A, 865 saylı mənzilin mülkiyyətçisi kimi İddiaçınə 01 sentyabr 2025-ci il tarixinə kimi ümumilikdə 3951 (üç min doqquz yüz əlli bir) manat məbləğində borcu vardır. Borcun yaranması əsası kimi qeyd olunmuşdur ki, sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq hər kvadrat metr üçün ödəniş və haqların miqdarı: 0.30 (otuz qəpik) manat, aylıq ödəniş 103.51 X 0.30-31.05 manat, mənzilin sahəsi: 103.51 kvadrat metr, 3327,9 manat-X10 Müqaviləyə 1 saylı əlavə, 111-ci sıra, İddiaçı fəaliyyəti dövrü 01 yanvar 2024-cü il tarixdən 01 sentyabr 2025-ci il tarixədək- 623,1 manat, ümumi borcun məbləği isə 3327,9+623,1=3951 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 135.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 135.2.3-cü maddəsinə əsasən Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan yaranmış hesab edilir. 136.2-ci maddəsinə əsasən Çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: 136.2.1. çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; 136.2.2. kommunal xidmətlərə görə haqq. 137.4-cü maddəsinə əsasən Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. 137.5-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənziltikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər. 138.5-ci maddəsinə əsasən Çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına və təmirinə görə çəkilən xərclərlə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvlərinin (iştirakçılarının) mütləq (məcburi) ödənişləri və (və ya) haqlarının miqdarı bu Məcəlləyə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsinə və ya mənzil-tikinti kooperativinin nizamnaməsinə və ya digər ixtisaslaşmış istehlak kooperativinin nizamnaməsinə müvafiq olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanları və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanları tərəfindən müəyyənləşdirilir. 137.9-cu maddəsinə əsasən Çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. 137.10-cu maddəsinə əsasən Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. 141.1-141.6-ci maddələrə əsasən Çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın aşağıdakı idarə edilməsi üsullarından birini seçməyə borcludur: 141.2.1. binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə; 141.2.2. mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə; 141.2.3. idarəedici təşkilat tərəfindən idarə edilmə. Çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. İdarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir. Çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən altı ay ərzində həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırmalıdır. Belə yığıncaqda bu Məcəllənin 141.5-ci maddəsinin müddəaları bələdiyyə tərəfindən sahə mülkiyyətçilərinin nəzərinə çatdırılmalıdır. Bir il ərzində çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqə keçirməlidir, bu şərtlə ki, bu Məcəllənin 141.4-cü maddəsinin tələbləri yerinə yetirilmiş olsun. Belə açıq müsabiqə açıq müsabiqənin nəticələri əsasında bağlanmış çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin qüvvədə olma müddəti başa çatanadək, həmin binanın idarə edilməsi üsulu seçilmədiyi halda da keçirilir. Çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi bu Məcəllənin 141.5-ci maddəsində nəzərdə tutulmuş açıq müsabiqənin keçirildiyi gündən on gün müddətində çoxmənzilli binanın bütün sahə mülkiyyətçilərini açıq müsabiqənin nəticələri və həmin binanın idarə edilməsi müqaviləsinin şərtləri barədə məlumatlandırır. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri bu Məcəllənin 141.5-ci maddəsində nəzərdə tutulmuş açıq müsabiqənin nəticələri əsasında seçilmiş idarəedici təşkilatla bu Məcəllənin 141-1.2-ci maddəsi və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada həmin binanın idarə edilməsi barədə müqavilə bağlamağa borcludur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" Mənzil Tikinti Kooperativi (“Mülkiyyətçi”) ilə X7 (“İdarə edən”) arasında bağlanmış xx.xx.2016-cı il tarixli Çoxmənzilli evin idarə edilməsi haqqında müqaviləyə əsasən, "Mülkiyyətçi" inşa etdiyi Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr., 92a ünvanında yerləşən çoxmənzilli evlərin (bundan sonra Əmlak) idarə edilməsi ilə bağlı bütün səlahiyyətləri əvəzsiz olaraq "İdarə edən"ə verməyi, "İdarə edən" edən isə öz növbəsində "Mülkiyyətçi"nin inşa etdiyi çoxmənzilli evi ondan qəbul edib hazırkı müqavilə ilə razılaşdırılmış şərtlər əsasında idarə edilməsini həyata keçirməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X1 Reyestrindən çıxarışa əsasən "xxxx" MMMC sahə mülkiyyətçilərinin təsis yığıncağının xx.xx.2023-cü il və ümumi yığıncağın xx.xx.2023-cü il tarixli qərarları və digər sənədlər əsasında xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Daha sonra X7 ("Mülkiyyətçi") ilə İddiaçı ("İdarə edən") arasında bağlanmış Y-71-003/2024 nömrəli, xx.xx.2024-cü il tarixli X10 müqaviləyə əsasən, "Mülkiyyətçi" müqavilə əsasında idarə etdiyi Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr. 92A və 204A ünvanında yerləşən çoxmənzilli binada yerləşən mənzillərin və qeyri-yaşayış sahələrinin (bundan sonra Əmlak) idarə edilməsi ilə bağlı 01 yanvar 2024-cü il tarixədək yaranmış bütün tələb və hüquqlarını (o cümlədən gələcəkdə yarana biləcək tələb və hüquqlarını) və səlahiyyətlərini əvəzsiz olaraq "İdarə edən"ə güzəşt etmişdir. İddiaçı təsis yığıncağının xx.xx.2025-ci il tarixli qərarına əsasən, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr., 92A və 204A ünvanında yerləşən çoxmənzilli binada yerləşən mənzillərin və qeyri-yaşayış sahələrinin (bundan sonra Yaşayış binası) idarə edilməsi ilə bağlı çoxmənzilli binanın ümumi əmlakının saxlanması, təmiri və kommunal xidmətlərin göstərilməsi üzrə mənzillərin hər kvadrat metri üçün kommunal xərci 0,30 (otuz qəpik) AZN məbləğində müəyyən edilmiş, bina sakinləri öz imzaları ilə bunu təsdiq etmişdirlər. MTK tərəfindən bina sakinlərinə kommunal xidmətlərinin göstərilməsinə baxmayaraq, bəzi sakinlər tərəfindən ödənişlə bağlı gecikdirmələr yaranmışdır. Mənzil qanunvericiliyinə görə çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. Çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir. (38.1 və 38.2) AR X6 93-1.4-cü maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisi, o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) satmaq öhdəliyi ilə kirayəyə verdiyi yaşayış sahəsinin kirayəçisi tərəfindən ona məxsus olan sahənin saxlanması xərclərini, habelə mənzil qanunvericiliyinə uyğun olaraq çoxmənzilli binanın ümumi əmlakının saxlanması xərclərini vaxtında və tam məbləğdə çəkməkdən boyun qaçırılmasına görə ödənilməli olan ödənişlərin məbləğinin yüz faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Hazırki iş üzrə cavabdehin-çoxmənzilli binanın sahə mülkiyyətçisinin əməlləri məhkəmə tərəfindən mənzil qanunverciliyinin pozulması kimi qimətləndirilir. İddiaçının təqdim etdiyi maliyyə arayışına əsasən Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi, 3166-cı məhəllə, ev 92 A, 865 saylı mənzilin mülkiyyətçisi kimi İddiaçınə 01 sentyabr 2025-ci il tarixinə kimi ümumilikdə 3951 (üç min doqquz yüz əlli bir) manat məbləğində borcu yaranmışdır. Məhkəmə iclasında cavabdeh məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə ilə müraciət edərək, hesablanmış borca iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İşin hallarından görünür ki, iddiaçı Y-71-003/2024 nömrəli, xx.xx.2024-cü il tarixli X10 müqaviləyə əsasən, 01 yanvar 2024-cü il tarixədək yaranmış olan borcların və 01 yanvar 2024-cü il tarixdən 01 sentyabr 2025-ci il tarixədək yaranmış borcun tutulmasını tələb edir. Məhkəmə cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixədək müddətə hesablanmış borclar üzrə iddia müddəti ötürüldüyündən, borcun hesablanması xx.xx.2022-ci il tarixdən başlamaqla xx.xx.2025-ci il tarixədək aparılmalıdır. Belə olan olan halda məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixdən başlamaqla xx.xx.2025-ci il tarixədək cavabdeh tərəfindən ödənilməmiş 1117,80 manat (36 ay x 31,05 = 1117,80 manat) məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 31,18 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 216-14.2, 77.1, 88, 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1117,80 (bir min yüz on yeddi manat səksən qəpik) məbləğində kommunal xidmətə görə yaranmış borc və ödənilmiş dövlət rüsumunun 31,18 (otuz bir manat on səkkiz qəpik) manat hissəsi tutularaq iddiaçı "xxxx" MMMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar