Məhkəmə qərarları › İş №e-2(004)-511/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-511/2025

07.01.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-511/2025 07.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "əmlakın əvvəlki vəziyyətinə qaytarılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "əmlakın əvvəlki vəziyyətinə qaytarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən mərhum anası X4 miras qalmış Neftçala şəhəri, M.Ə.Sabir küçəsi ev 328 yeni qaydalarla AZ4704, Neftçala şəhəri, X29 küçəsi, 106 ünvanındakı fərdi yaşayış evi və həyətyanı torpaq sahəsində olan su çəninin 500 (Beş yüz) manat dəyərində və kalonkanın 300 (üç yüz) manat dəyərində əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X5 xx.xx.2000-ci il tarixində, anası X10 xx.xx.2007-ci il tarixində vəfat etmişdir. Onların nikahı xx.xx.1952-ci ildə rəsmiləşdirilmişdir. X5 və anası X6 övladları aşağıdakılardır: X2 (xx.xx.1954 anadan olmuş xx.xx.2003-cü ildə vəfat etmişdir), İddiaçı, xx.xx.1958, Cavabdeh, xx.xx.1960, X1 xx.xx.1964, X8 qızı – xx.xx.1966, Muradova - X13 xx.xx.1969. O, bacısı X12 və X17 mirası qəbul etmiş qanun üzrə vərəsəlik Neftçala şəhəri, M.Ə.Sabir küçəsiev 328, yeni qaydalarla AZ4704 , Neftçala şəhəri, X29 küçəsi 106 reyestr nömrəsi **********97 olan torpaq sahəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ½ hissədə torpaq bacısı X9 və ½ hissədə torpaq və fərdi yaşayış evi anası X6 xüsusi mülkiyyətidir. ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Neftçala şəhəri, M.Ə.Sabir küçəsində ata yurdlarında yerləşən iki mərtəbəli fərdi yaşayış evi Cavabdehla və digər vərəsələrlə aralarında pay bölgüsü kimi Neftçala rayon Məhkəməsində bölünmüşdür. Lakin qətnamə qanuni qüvvəyə minməmişdir. Həmin miras qalan həyətyani sahədə uzun illərdir ki, 1 ədəd təxminən 4 tonluq metal su çəni vəevdə hamamda isə 1 ədəd 300 litr su tutumu olan su qızdırıcısı olmuşdur. Özü hər ay boş vaxtlarında Neftçala rayonuna miras qalan yurda gələrək 1- 2 gün qalıb sonra Bakı şəhərinə ailəmin yanına qayıdır. xx.xx.2024-cü il tarixdə Neftçala rayonuna yurda baş çəkmək üçün gəldikdə qeyd olunan su çəni və hamam kalonkasının yerində olmadığını,c avabdeh Cavabdeh tərəfindən ondan icazəsiz qara metal kimi satıldığınıaşkar etdi. Çünki Etibar həmin miras yurdda özünə aid olan hissədə tək yaşayır və su çəni və su kalonkasını qara metal kimi satması nəticəsində qeyd olunan su çəninin dəyəri 500 (Beş yüz) manat, kalonkanın dəyəri isə 300 (üç yüz ) manat olmaqla, ümumilikdə ona 800 (səkkiz yüz ) manat məbləğində maddi ziyan vurmuşdur. Onun üçündə bu barədə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidməti-zəng sistemləri mərkəzinə müraciət etmişdi. Hazırda cavabdehdən həmin miras əmlakda yerləşmiş götürülmüş əmlakın bərpa olunmasını tələb edir. Həmin vaxt qeyd olunan əşyaları qiymətini dəyərləndirə bilmədiyi üçün ərizəsində təxmini qiymətini bildirmişdir. Sonradan isə həmin əşyaların dəyərinin 250 (iki yüzəlli) manat deyil, 800 (səkkiz yüz) manat məbləğində olduğunu müəyyən etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edək İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırıımış iddiaçı məhkəmə iclasında iştirak etmir. Nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə elektron kabinet vasitəsilə ərizə ünvanlayarak, məhkəmə iclasının növbəti tarixə keçirilməsini xahiş etmişdir. Məhkəmə gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, onun rədd olunmasını məhkəmədən xahiş etmişdir. Belə ki, iddia ərizəsində qeyd edilən qızdırıcı həyətyanı sahədə yerləşir. O, iddia ərizəsində qeyd edilən çəni və qızdırıcını istifadəyə yararsız olduğu üçün vermişdir. Hesab edir ki, iş üzrə ekpertiza keçirilməlidir. Əmlakların istifadə dəyəri və məbləği ekspert rəyi əsasında müəyyən edilməlidir. Onu da bildirdi ki, iddiaçının əmlaka qarşı rəsmi olaraq heç bir hüququ yoxdur. Keçən il “Azərqaz”İB tərəfindən baxış keçirildi və onlar tərəfindən akt verildi. Akta əsasən qızdırıcı çıxardılmalı idi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki iş materiallarında olan: Neftçala rayon VVAQ şöbəsi tərəfindən verilmiş AZ seriyalı, 041639 saylı Ölüm haqqında Şəhadətnamədən görünür ki, X14 11 may 2000-ci il tarixdə vəfat etmişdir. Neftçala Rayon Məhkəməsinin 2(053)-8/2024 saylı, 07 may 2024-cü il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilərək, İddiaçı mərhum anası X4 miras qalmış, Neftçala şəhəri, M.Ə.Sabir küçəsi, ev 328 (yeni qaydalarla : AZ4704, Neftçala rayonu, Neftçala şəhəri, X29 küçəsi, 106) ünvanında yerləşən fərdi yaşayış evinə, habelə ölçüsü 0,1202 ha təşkil edən torpaq sahəsinin 1/2 (ikidə bir) hissəsinə 1/5 (beşdə bir) hissədə qanun üzrə vərəsəlik qaydasında miras payın müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, “...X6 qanun üzrə vərəsələri sayılan İddiaçı, Cavabdeh, İsayeva (Əzizova) Səliməxanım Feyzulla qızı, Bayrışova (Əzizova) İradə Feyzulla qızı və Muradova (Əzizova) Sədaqət Feyzulla qızı qanunla müəyyənləşdirilmiş müddətdə və qaydada mirasdan imtina etməyiblər...İddiaçı, Cavabdeh, İsayeva (Əzizova) Səliməxanım Feyzulla qızı, Bayrışova (Əzizova) İradə Feyzulla qızı və Muradova (Əzizova) Sədaqət Feyzulla qızı anaları X4 miras qalmış əmlakı qəbul etmiş sayılmalıdırlar...Beləliklə, İddiaçı, Cavabdeh, İsayeva (Əzizova) Səliməxanım Feyzulla qızı, Bayrışova (Əzizova) İradə Feyzulla qızı və Muradova (Əzizova) Sədaqət Feyzulla qızı hər biri 1/5 hissədə olmaqla, miras əmlakda pay hüququna malikdirlər.” Neftçala RPŞ-nin 04 aprel 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərardan görünür ki, İddiaçı 25 mart2024-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidməti-zəng sistemləri mərkəzinə verdiyi məlumata və eləcədə həmin tarixdə Neftçala RPŞ-yə ərizə ilə müraciəti əsasında toplanmış HK-1/273 nömrəli material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən Cavabdeh haqqında cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Həmin qərarda qeyd edilmişdir ki, “Toplanmış təhqiqat materialından görünür ki, ünvan 4 ünvanında qeydiyyatda olan, hazırda Neftçala şəhəri, X30 küçəsi, 106 ünvanında ata yurdunda yaşayan, Cavabdeh, ata yurdunda həyətyani sahədə olan istifadəyə yararsız 1 ədəd 4 tonluq metal su çənini və 1 ədəd isə 300 litr olan hamam su kalonkasmı xx.xx.2024-cü il tarixdə qara metal kimi sataraq 232 (iki yüz otuz iki) manat pul əldə eldiyi üçün, Bakı şəhəri, Yasamal rayonu, Şəhriyar küçəsində yaşayan qardaşı İddiaçı ilə aralarında mülki mübahisə yaranmışdır.” Neftçala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən Cavabdeh verilmiş 1540 saylı, 23 iyul 2024-cü il tarixli Vərəsəlik arayışından görünür ki, “Həqiqətən onun anası X3 xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. Onun sonuncu daimi yaşayış yeri ünvan 6 ünvanı olmuşdur. Atası mərhum X14 xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. X3 vəfat edəndən sonra aşağıdakı vərəsələri qalmışdır :

1. İddiaçı, xx.xx.1958 - oğlu

2. Cavabdeh, xx.xx.1960 - oğlu

3. İsayeva (Əzizova) Səliməxanım Feyzulla qızı, xx.xx.1964 - qızı

4. Bayrışova (Əzizova) İradə Feyzulla qızı, xx.xx.1966 - qızı

5. Muradova (Əzizova) Sədaqət Feyzulla qızı, xx.xx.1969- qızı

6. X11 - xx.xx.2003-cü ildə vəfat edib. Yuxarıda qeyd olunanlardan başqa digər vərəsələri yoxdur. X3 vəfat edəndən sonra ondan miras qalmış əmlakı faktiki olaraq, oğlu Cavabdeh qəbul edib, kommunal xərcləri də ödəməklə təsərrüfatı da o idarə edir. Dəfn xərcini də o çəkmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər qardaşdırlar. Mərhum anaları X4 miras qalmış, Neftçala şəhəri, M.Ə.Sabir küçəsi, ev 328 (yeni qaydalarla: AZ4704, Neftçala rayonu, Neftçala şəhəri, X29 küçəsi, 106) ünvanında yerləşən fərdi yaşayış evinə və ölçüsü 0,1202 ha təşkil edən torpaq sahəsinin ½ hissəsinin (digər vərəsələrlə birlikdə) qanuni vərəsələridirlər. Hazırki mübahisənin mahiyyətini miras qalmış həyətyanı sahədə olan 1 ədəd su çəni ilə 1 ədəd su qızdırıcısının cavabdeh tərəfindən qara metal kimi satılmasıdır. İddiaçı hazırda satılmış əşyaların əvvəlki vəziyyətə qaytarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddianı qəbul etməyib satılmış çənlə qızdırıcının mərhum atasına məxsus olduğunu, yararsız vəziyyətdə olmasını, satışdan əldə edilən pulun (232 manat məbləğində) həyətyani sahənin abadlaşdırılması üçün istifadə etdiyini bildirmişdir. İddiaçı satılmış əmlakın özünə məxsusluğunu iddia etsə də, bunu təsdiq edə biləcək hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəf cavabdeh tərəfindən ona maddi zərər vurulduğunu təsdiq edə bilməmişdir. Halbuki, mülki prosessual qanunvericiliyə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, məhkəmə hesab edir ki, hazırki iddia tələbi əsassız olub, İddiaçı Cavabdeh qarşı "əmlakın əvvəlki vəziyyətinə qaytarılması" tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi rədd edildiyindən 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı "əmlakın əvvəlki vəziyyətinə qaytarılması" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar