Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-512/2025 24.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Qurbanova İlahə Nazim qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "sığorta müqaviləsi üzrə pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı "sığorta müqaviləsi üzrə pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 1100,00 (bir min bir yüz) manat pul vəsaitinin və 31,00 (otuz bir) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər xx.xx.2024-cü il tarixdə “Ödənilmiş sığorta ödənişinin borclu tərəfindən hissəvi ödənişlə qaytarılmasına dair” 04 dekabr 2024-cü il tarixli,44/24 saylı Razılaşma ilə məhkəməyə müraciət edərək iş üzrə tərəflərin razılaşmasını nəzərə alaraq borcun hissəvi ödənilməsi və öhdəliyin vaxtında yerinə yetirilmədiyi halda isə iddiaçının müraciəti ilə işin birbaşa icraya yönəldilməsi ilə bağlı qərardad qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmiş,lakin tərəflər məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə barışıq sazişini nəzərdən keçirib hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş iddiaçı "xxxx" ASC-nin nümayəndəsi və Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin məzmunu aşağıdakı kimi müəyyənləşdirilmişdir: Hadisə ilə bağlı Yasamal rayon DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilmiş TP ******* №-li İnzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1 və 327.1 -ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmişdir. "xxxx" ASC tərəfindən zərərçəkənə dəymiş zərərə görə 1.100,00 (bir min bir yüz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh məhkəməyə iddia ərizəsi ilə müraciət etdikdən sonra "xxxx" ASCyə müraciət edərək tələb olunan sığorta ödənişinin hissə-hissə ödənilməsini xahiş etmişdir. Tərəfimizdən borcun hissə-hissə ödənilməsi ilə bağlı cavabdehlə razılıq əldə olunmuşdur. Belə ki Cavabdeh xx.xx.2024- cü il tarixində "xxxx" ASC-nin bank hesabına 300,00 (üç yüz) manat ödəmiş 1131,00 (bir min yüz otuz bir) manat hissəsindən qalıq 831,00 (səkkiz yüz otuz bir) manat hissəni isə hər ayın 1-i olmaqla 6 (altı) ay müddətində aşağıda qeyd olunan qrafikə uyğun ödəməyi öhdəsinə götürmüşdür. Qrafıkdə qeyd olunan vaxt müddətində ödənilmədiyi halda məhkəmə tərəfindən çıxarılmış qərardad mübahisələndirilmədən icraya yönəldiləcəkdir. Ödəniş qrafikinə əsasən xx.xx.2025-ci il tarixində 160.00 manat,xx.xx.2025-ci il tarixində 160.00 manat,xx.xx.2025-ci il tarixində 160.00 manat,xx.xx.2025-ci il tarixində 151.00 manat,xx.xx.2025-ci il tarixində 150.00 manat və xx.xx.2025-ci il tarixində 150.00 manat ödənilməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası MPM-in 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "sığorta müqaviləsi üzrə pul" tələbinə dair iddia ərizəsi üzrə mülki iş üzrə tərəflərin bağladığı xx.xx.2024-cü il tarixli barışıq sazişləri qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilməli və mülki işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 262-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "sığorta müqaviləsi üzrə pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına tərəflər arasında barışıq sazişinin bağlanması ilə əlaqədar iş üzrə icraata xitam verilsin. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı "sığorta müqaviləsi üzrə pul" tələbinə dair iddia ərizəsi üzrə tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin. "xxxx" ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin şərtləri aşağıdakı kimi müəyyən edilsin:
1. Hadisə ilə bağlı Yasamal rayon DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilmiş TP ******* №-li İnzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1 və 327.1 -ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmişdir. "xxxx" ASC tərəfindən zərərçəkənə dəymiş zərərə görə 1.100,00 (bir min bir yüz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh məhkəməyə iddia ərizəsi ilə müraciət etdikdən sonra "xxxx" ASC-yə müraciət edərək tələb olunan sığorta ödənişinin hissə-hissə ödənilməsini xahiş etmişdir. Tərəfimizdən borcun hissə-hissə ödənilməsi ilə bağlı cavabdehlə razılıq əldə olunmuşdur. Belə ki Cavabdeh xx.xx.2024- cü il tarixində "xxxx" ASC-nin bank hesabına 300,00 (üç yüz) manat ödəmiş 1131,00 (bir min yüz otuz bir) manat hissəsindən qalıq 831,00 (səkkiz yüz otuz bir) manat hissəni isə hər ayın 1-i olmaqla 6 (altı) ay müddətində aşağıda qeyd olunan qrafikə uyğun ödəməyi öhdəsinə götürmüşdür. Qrafıkdə qeyd olunan vaxt müddətində ödənilmədiyi halda məhkəmə tərəfindən çıxarılmış qərardad mübahisələndirilmədən icraya yönəldiləcəkdir.
2. Ödəniş qrafikinə əsasən xx.xx.2025-ci il tarixində 160.00 manat,xx.xx.2025-ci il tarixində 160.00 manat,xx.xx.2025-ci il tarixində 160.00 manat,xx.xx.2025-ci il tarixində 151.00 manat,xx.xx.2025-ci il tarixində 150.00 manat və xx.xx.2025ci il tarixində 150.00 manat müəyyən olunmuşdur. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan tərəfə rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Ülkər Xəlil