Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5160/2023 27.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı kirayə haqqının ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı kirayə haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Grand Plaza MTK-dan 5000 (beş min) manat kirayə haqqının və ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, izahatında göstərmişdir ki, İddiaçı Grand Plaza MTK ilə 25 iyul 2018-ci il tarixdə müqavilə bağlamışdır. Müqaviləyə əsasən İddiaçı 1125 nömrəli reyestr kitabının 101922 nömrəli vərəqində xx.xx.2010-cu il tarixdə **********74-05101-093020 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış, ARƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş MA seriyalı ******* nömrəli Çıxarış ilə öz mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 64, 4 kv.m olan (faktiki sahəsi 77 kv.m) ibarət olan yaşayış sahəsini sökülməsi üçün Grand Plaza MMC-yə təhvil verməyi, bu Müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada tikinti şirkəti tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli, hündürmərtəbəli yaşayış evində onun üçün nəzərdə tutulmuş mənzili qəbul etməyi üzərinə götürmüşdür. Müqavilənin 1.2-ci bəndinə əsasən tikintini icra edən şirkət tərəfindən ona kirayə haqqı olaraq 500 (beş yüz) manat ödəniş edilməsi öhdəliyi vardır. Qeyd edir ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər olan müddət ərzində ödənilməli olan kirayə haqqı ödənilməmişdir. Cavabdeh Grand Plaza MTK-ya yuxarıda qeyd edilən kirayə haqqının ödənilməsi ilə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borcun ödənilməsindən imtina etmişdir. Belə olan təqdirdə iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilin izahatını dinləyib, iddia ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan "xxxx" Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış 25 iyul 2018-cı il tarixli müqavilənin 1.1.2-ci bəndinə əsasən ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinin söküntüsü və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, bu binada ümumi sahəsi 92,4 kv,m olan, təmirli mənzili "Əmlak mülkiyyətçisi"-nin mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən "Əmlak mülkiyyətçisi"-nin müvəqqəti yaşayışını təmin etmək məqsədi ilə kompensasiya şəklində aylıq 500 (beş yüz) manat kirayə haqqını ödəməlidir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2021-xx.xx.2023-cü il tarixlərə dair hesabdan çıxarışından görünür ki, 25 iyul 2018-ci il tarixli müqavilə üzrə 10 ay üzrə (2022-ci ilin dekabr, 2023-cü ilin yanvar-sentyabr ayları üzrə) kirayə haqqları ödənilməmişdir. İş materiallarında olan İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 26 sentyabr 2023-cü il tarixli pretenziya məktubundan görünür ki, 25 iyul 2018-cı il tarixli müqavilə üzrə kirayə haqqlarının 3 gün ərzində ödənilməsi xahiş edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh 25 iyul 2018-ci il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini icra etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, müqavilə üzrə öhdəliklər icra edilməli, müqavilənin 1.2-ci bəndinə uyğun olaraq aylıq 500 manat ödəniş haqqı 10 ay ərzində (2022-ci ilin dekabr, 2023-cü ilin yanvar-sentyabr aylar üzrə) ödənilmədiyindən, həmin aylar üzrə cəmi (10ay x 500manat) 5000 manat məbləğində kirayə haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə qeyd edir ki, iddia ərizəsində qeyd olunan xüsusatları təkzib edən sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Mülki iş üzrə ətraflı araşdırma aparılmasının təmin edilməsi, sübutların tam tədqiq edilməsi məqsədilə 2 (iki) məhkəmə hazırlıq iclası və 1 (bir) məhkəmə baxış iclasının keçirilməsinə baxmayaraq, Cavabdeh MTK məhkəmə iclaslarının heç birində iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Cavabdeh tərəfindən iddianın əsassız olmasını və ya müvafiq ödənişlərin həyata keçirilməsini təsdiq edən sübut, sənəd və ya materiallar məhkəməyə təqdim edilməmiş, bu barədə şifahi formada da olsa hər hansı mülahizə bildirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -427.3-cü maddəsinin tələblərinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; -442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -445.2. və 445.2.1-ci maddələrinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; -448.4-ci maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır; -700.1-ci madəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı oluğundan təmin edilməli, cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativindən ödənilməmiş (2022-ci ilin dekabr, 2023-cü ilin yanvar-sentyabr aylar üzrə) kirayə haqqına görə 5000 (beş min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 70 (yetmiş) manat olmaqla, cəmi 5070 (beş min yetmiş) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativindən ödənilməmiş (2022-ci ilin dekabr, 2023-cü ilin yanvar-sentyabr aylar üzrə) kirayə haqqına görə 5000 (beş min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 70 (yetmiş) manat olmaqla, cəmi 5070 (beş min yetmiş) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-5160/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5160/2023
27.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver