Məhkəmə qərarları › İş №e-2(004)-5181/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5181/2025

16.12.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5181/2025 16.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMMC-nin qanuni nümayəndəsi Qanuni nümayəndə və nümayəndəsi və vəkili Nümayəndə1, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İlkin iddia üzrə iddiaçı "xxxx" MMMC-nin ilkin iddia üzrə Cavabdeh qarşı "kommunal xidmətlərə görə yaranmış borcun ödənilməsi" tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMMC-yə qarşı “tarif artımının nəticələrinin və ümumi yığıncağın qərarının etibarsız hesab edilməsi, ona hesablanmış borcun silinməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMMC Cavabdeh qarşı "kommunal xidmətlərə görə yaranmış borcun ödənilməsi" tələbinə dair kiçik iddia ərizəsilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə kimi göstərilmiş 720 (yeddi yüz iyirmi) manat kommunal xidmət haqqının, dövlət rüsumu kimi ödənilmiş 32,20 (otuz iki manat iyirmi qəpik) manatın və hüquqi yardıma görə vəkilə ödənilmiş 500 (beş yüz) manatın, cəmisi isə 1252,20 (min iki yüz əlli iki manat 20 qəpik) manat borcun alınıb İddiaçı MMMC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Mənzil Tikinti Kooperativinin Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 73 ünvanda inşa etdiyi, bir girişli, 16 mərtəbəli, çoxmənziili (81 mənzil, 3 qeyri-yaşayış sahəsi) yaşayış binasının tikintisi başa çardırıldıqdan və bina müvafiq qurumlar tərəfindən istismara qəbul edildikdən sonra, bina Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən, idarə edilməsi üçün binanın mülkiyyətçilərinin “Ümumi Yığıncağı”nın Qərarı ilə təsis edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Notariat, Qeydiyyat və Reyestr Baş İdarəsi”ndə xx.xx.2019-cu il tarixli; qeydiyyatı 1110-MM-6-0133 nömrə, VÖEN №********** ilə qeydə alınmış İddiaçınə (bundan sonra “MMMC” adlanacaq) verilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 122.1.3-ci maddəsinə əsasən İddiaçı MMMC-nin binanın əmlakının saxlanması üçün ödəniş haqları müəyyən etmək hüququ vardır (122.1.3.cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək;). İddiaçı MMMC-nin “Ümumi Yığıncağı”nın xx.xx.2025-ci il tarixli Qərarı ilə binaların saxlanması ilə bağlı çəkilən xərclərin (6 nəfər işçi-3 mühafizəçi, 1-i həm də çoxsahəli çilingər, 1 nəfər xidmətçi, 1 nəfər komendant, 1 nəfər İH-nin sədri) əmək haqqı – 2460 manat, DSMF-na köçürmələr- 880 manat, su nasoslarının servis xidməti-80 manat; zibilin həyətdən daşınması-300 manat, binada təmizlik işləri üçün alınan təmizləyici vasitələr-30-40 manat; liftlərin, su nasoslarının detallarının alınması-50 manat; liftlərin, su nasoslarının işləməsi, mərtəbələrin, həyətin, zirzəminin, ofisin işıqlandırılmasına sərf edilən elektrik enerjisinin dəyəri, su anbarının ildə ən azı 1 dəfə yuyulması -700 manat; elektrik lampalarının dəyişdirilməsi (həyət, mərtəbələr, zirzəmi, ofis) 40-50 manat, yarımstansiyadakı transformatora aylıq xidmət-80 manat; ehtiyat generatorun servisi -50 manat, liftlərin servis xidməti haqqı-236 manat, telefon və ASAN imzanın saxlanması xərci- 30-40 manat, torpaq vergisi -130 manat; bank xərcləri 20 manat, təsərrüfat ləvazimatı (süpürgə, təmizlik bezləri, dəftərxana ləvazimatı və s.) 50 manat, su pulu-50-60 manat, vergi və sair hesabatların verilməsi -100 manat, sair gözlənilməz xərclər (zirzəmiyə dolan suların çəkilməsi, liftlərin xarab olmuş hissələrinin yenisi ilə əvəzlənməsi və s. 150 manat), yanğından mühafizə balonlarının doldurulması -10 manat, ASAN imza, telefon və internet- 30 manat, cəmi 5480-5500 (beş min dörd yüz səksən-beş min beş yüz) manat olduğundan binadakı (yaşayış və qeyri-yaşayış sahələri üzrə cəmisi 82 mülkiyyətçi vardır) mülkiyyətçilərdən (iki) otaqlı mənzilə görə 50 (əlli) manat, 3 (üç-174 kv.m sahəli) otaqlı mənzilə görə 80 (səksən) manat, 3 (üç-182 kv.m sahəli) otaqlı mənzil görə 85 (səksən beş) manat, 4 (dörd) otaqlı mənzilə görə 90 (doxsan) manat, binanın zirzəmisindən qaraj kimi istifadə edən mülkiyyətçilərin hər bir avtomobil yeri üçün aylıq 10 (on) manat, qeyriyaşayış sahəsinin 1 kv.m üçün isə 1,00 (bir) manat kommunal xərci pul ödəməsi müəyyən edilmişdir. Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 73 nömrəli çoxmərtəbəli binadakı 4 (dörd) otaqlı, 46 saylı mənzil Cavabdeh mülkiyyətindədir. İddiaçı MMMC-nin “Ümumi Yığıncağı”nın xx.xx.2025-ci il tarixli Qərarı ilə binaların saxlanması üçün müəyyən edilmiş xərclər barədə 2025-ci iin yanvar ayında Cavabdeh xəbərdar edilmiş, ona hər ay 90 (doxsan) manat kommunal xidmət pulu ödəməsi bildirilmiş, lakin o, hər ay 60 (altmış) manatdan artıq pul ödəməyəcəyini deyib kommunal xidmətlərin, aylıq minimum əmək haqqının artması ilə əlaqədar kommunal xərclərin də artması ilə razılaşmayaraq, 2025-ci ilin yanvar ayından başlayaraq kommunal xərclərini ödəməkdən boyun qaçırır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsində göstərilir ki, “Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış (qeyri-yaşayış) sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar”. Göstərilən xidmətlərlə bağlı İddiaçı MMMC-nin “İdarəedici Təşkilat”ı olan İdarə Heyəti cavabdehə 10 yanvar 2025-ci ildə cavabdehə "xxxx" bağlamaq və aylıq ödəniş etmək üçün 5 iş günü ərzində MMMC-nin həyətdə yerləşən ofisinə gəlməsi təklif edilmiş, "xxxx"ni ona göndərmişdir. Cavabdeh "xxxx"ni alsa da, ofisə gəlməkdən boyun qaçırmışdır. Cavabdeh 2025-ci ilin yanvar ayından etibarən 4 otaqlı mənzil üçün hər ay 90 (doxsan) manat olmaqla 2025-ci ilin avqust ayı da daxil olmaqla 8 (səkkiz) ay ərzində 720 (yeddi yüz iyirmi) manat kommunal xərci də ödəməmişdir. Belə ki, Cavabdeh 90 (doxsan) manat kommunal xərc ödəməli olması barədə xx.xx.2025-ci il tarixli, 17 nömrəli Bildiriş göndərilmişdir (Bildiriş cavabdehin mənzilinin qapısı yapışdırılmışdır). Cavabdehə fevral ayı üçün 90 manat və 2025-ci ilin yanvar ayından da qalmış 90 manatla birlikdə 180 manatın ödəməsi üçün xx.xx.2025-ci il tarixli, 20 saylı; 2025-ci ilin mart ayı üçün nəzərdə tutulan 90 manat və əvvəlki aylardan qalmış 180 manat borcla birlikdə 270 manatun ödənilməsi üçün xx.xx.2025-ci il tarixli, 27 saylı; 2025-ci ilin aprel ayı üçün nəzərdə tutulan 90 manat xərcin və əvvəlki aylardan qalmış 270 manat borcla birlikdə 360 manatın ödənilməsi üçün xx.xx.2025-ci il tarixli, 33 saylı; 2025-ci ilin may ayı üçün nəzərdə tutulan 90 manat xərcin və əvvəlki aylardan qalmış 360 manat borcla birlikdə 450 manatın ödənilməsi üçün xx.xx.2025-ci il tarixli, 37 saylı, 2025-ci ilin iyun ayı üçün nəzərdə tutulan 90 manat xərcin və əvvəlki aylardan qalmış 450 manat borcla birlikdə 540 manatın ödənilməsi üçün xx.xx.2025-ci il tarixli, 41 saylı, 2025-ci ilin iyul ayı üçün nəzərdə tutulan 90 manat xərcin və əvvəlki aylardan qalmış 540 manat borcla birlikdə 630 manatın ödənilməsi üçün xx.xx.2025-ci il tarixli, 45 saylı, 2025-ci ilin avqust ayı üçün nəzərdə tutulan 90 manat xərcin və əvvəlki aylardan qalmış 630 manat borcla birlikdə 720 manatın ödənilməsi üçün xx.xx.2025-ci il tarixli, 33 saylı bildirişlər onun mənzilinin qapısından asılmaqla (bildirişlərin surətləri və onun qapısına yapışdırılmış şəkillləri əlavə edilir) çatdırılsa da, o, cəmisi 720 (yeddi yüz iyirmi) manat kommunal xidmət haqqını ödəməkdən qəsdən boyun qaçırır (bildirişlərin onun qapısına yapışdırılmış şəkillləri əlavə edilir). Cavabdehə xx.xx.2025-ci il tarixdə, 48 saylı “Xəbərdarlıq” məktubu göndərilsə də o, borcu ödəməkdən qəsdən yayınır. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, dəfələrlə onlardan faktiki gəlir və xərclərin hesabatını tanış olmaq üçün istəmişdir, lakin təqdim etməyiblər. Əvvəlki tariflə kommunal pulunu ödəmək istəmişdir, qəbul etməmişlər. Yaşadıqları binanın girişində və liftin divarında yapışdırdıqları planlaşdırılmış yığılan vəsaitlə göstərdikləri əsassız xərcləri hesabladıqda yığılan vəsaitin xərclərdən 30-35 faiz artıq olduğu müəyyən olunur. Qanunsuz müəyyən olunmuş kommunal xidmətlərinə görə onun iddiaçıya heç bir borcu yoxdur. Yasamal Rayon Məhkəməsində ona qarşı qaldırdığı tələbini əsassız hesab edərək, rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin e-2(004)-5181/2025 nömrəli, xx.xx.2025ci il tarixli qərardadı ilə "xxxx" MMMC-nin Cavabdeh qarşı "kommunal xidmətlərə görə yaranmış borcun ödənilməsi" tələbinə dair kiçik iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2025-ci ildən tətbiq edilən tarif artımının nəticələri etibarsız sayılması, ona qarşı irəli sürülmüş borc tələbi 1252,20 (bir min iki yüz əlli iki manat iyirmi qəpik) manatın silinməsi, cavabdeh kimi Yasamal-37 MMMC tərəfindən tarif qiymətlərinin artırılması haqqında ümumi yığıncağın qərarının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Yasamal-37 MMMC tərəfindən ona qarşı 2025-ci ildən etibarən artırılmış 90 (doxsan) manat məbləğində aylıq kommunal ödəniş üzrə borc tələbi irəli sürülmüşdür. Halbuki, o, 2024-cü ilin dekabr ayına qədər bütün ödənişləri tam şəkildə yerinə yetirmişdir. 2025-ci ildən sonra tətbiq edilən tarif artımı barədə o, ümumi yığıncaqda iştirak etməmiş, bu məsələ ilə bağlı qəbul edilmiş qərar və protokol ona təqdim olunmamışdır. "xxxx" Qanuna və MMMC-nin əsasnaməsinə əsasən, tariflərin dəyişdirilməsi yalnız ümumi yığıncaqda mülkiyyətçilərin səs çoxluğu ilə qəbul edildikdə hüquqi qüvvəyə minə bilər. Həmçinin, qəbul edilmiş qərar və protokol mülkiyyətçilərə tanış olmaq üçün təqdim edilməlidir. Yuxarıda göstərilən tələblərə əməl olunmadığından tarif artımı qanunsuz və etibarsız hesab edilməlidir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin e-2(004)-5181/2025 nömrəli, xx.xx.2025ci il tarixli qərardadı ilə İlkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı "xxxx" MMMC-yə qarşı “tarif artımının nəticələri etibarsız sayılması, ümumi yığıncağın qərarının etibarsız hesab edilməsi və ona hesablanmış borcun silinməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmişdir. Məhkəmə prosesinin gedişində ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMMC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə kimi göstərilmiş və göstəriləcək 1080 (bir min səksən) manat məbləğində kommunal xərclərin, dövlət rüsumu kimi ödənilmiş 32,20 (otuz iki manat iyirmi qəpik) manatın və hüquqi yardıma görə vəkilə ödənilmiş 500 (beş yüz) manatın, cəmisi isə 1612,20 (bir min altı yüz əlli iki manat 20 qəpik) manat borcun alınıb İddiaçı MMMC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMMC-nin qanuni nümayəndəsi Qanuni nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini, qarşılıqlı iddianı isə qəbul etməyərək, onun rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini, qarşılıqlı iddianı isə qəbul etməyərək, onun rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdeh 2025-ci il ərzində ödəniş etməmişdir. Sudan, liftlərdən, koridorun təmizlənməsi kimi xidmətlərdən istifadə edib. Xərcləri Cəmiyyət özü çəkməli olur. Ödənilən vəsaitlər kommunal xidmət haqqını təşkil edir. Ödənişlərlə bağlı çeklər var və ödəniş etdikdən sonra xərclərlə tanış ola bilərlər. Lift, işıq və su üçün ödənişlər edilir. Həmçinin, 10-15 avtomobilin saxlanılması üçün yer var. Sosial ödənişlər də artıb. Bəzi vətəndaşlar ödənişləri vaxtında etmirlər və ya az məbləğdə ödəyirlər. Buna görə də məbləğ tam şəkildə yığılmır. Yığılan pullar xərclərə sərf olunur. Həmçinin, kanalizasiya və liftlər ilə bağlı yaranan xərcləri də ödəyirlər. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə2 ilkin iddianı qəbul etməmiş, qarşılıqlı iddianı isə müdafiə edərək, onun məzmununa uyğun izahat vermiş və qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, mənzilləri 4 otaqdan ibarətdir və 1738 manat artıq pul yığılıb. Həmçinin, avtomobillərin saxlanması ilə bağlı problem də var. 2025-ci ilin yanvar ayınadək ödəniş etmişdir. O, əvvəlki tarixlə 60 manat məbləğində pulu ödəməyi, qalan ödənişləri isə sonra etməyi bildirmişdir. Bundan başqa o, yığıncaq keçirilməsini də təklif etmişdir. O, həmişə ödəniş etmək istəmişdir. O, liftdən istifadə edə bilmir. Çünki onun kartını bloklayıblar. 1 liftdən istifadə edə bilmir. Digər liftdən istidafə edə bilməsi üçün isə kimsə aşağı düşməlidir. Həmçinin, onlar ödənişi planlanmış xərclər üçün ödəyirlər. Onlar 12-ci mərtəbədə yaşayırlar. Bundan başqa qeyd edir ki, əmək haqqı və məhsulların qiyməti qalxıb. Xərclərdə təkrarçılığa yol verilib və aiddiyyəti olmayan xərclər yazılıb. 4 otaqlı mənzil üçün 90 manat kommunal xərc hesablanması düzgün deyil, həmin məbləğlə razılaşmırlar. Ümumi xərclərdə əsassız məbləğlər var. Qarşı tərəfin təqdim etdiyi hesabata görə 83 ödəyicidən 50-i ödəniş edib. Planlı yığımla xərclər arasında fərq vardır. Tarifin ləğv olunmağını istəyirlər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunan: Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli, 284 saylı sərəncamı ilə təsdiq edilmiş Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının xx.xx.2010-cu il tarixli aktından görünür ki, ünvan 2 ünvanda 18 mərtəbəli (+texmərtəbə) 1 girişli yaşayış binası (1 və 2-ci mərtəbələri qeyri-yaşayış sahəsi) istismara qəbul edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 186,6 kv.m olan 46 nömrəli mənzil xüsusi mülkiyyət hüququ ilə **********39-05301-096056 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə Cavabdeh adına xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeyri-Kommersiya Hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında şəhadətnamədən görünür ki, "xxxx" MMMC xx.xx.2019-cu il tarixində 1119-MM6-0133 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X1 Reyestrindən çıxarışa əsasən "xxxx" MMMC-nin ümumi yığıncağın xx.xx.2024-cü il tarixli protokolu, İdarə Heyətinin xx.xx.2024cü il tarixli qərarı və digər sənədlər əsasında edilmiş dəyişiklər xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. Əvvəlki qanuni təmsilçisi X5, hazırki qanuni təmsilçisi isə Qanuni nümayəndədır. İddiaçı MMMC-nin ümumi yığıncağının xx.xx.2025-ci il tarixli qərarına əsasən, 2025-ci il üzrə minimum əmək haqqı 400 (dörd yüz) manat müəyyən edildiyindən xidmət personallarına ödənilən əmək haqqının və sosial ödəmələrin məbləği artmış, elektrik enerjisinin, sair xidmətlərin (zibildaşıma, binanın su anbarına nəzarət xidməti, liftlərə göstərilən xidmət) qiyməti də artdığından yaşayış salsələrinin mülkiyyətçiləri üçün hər bir kv m sahəyə görə (1 kv m -45-47 qəpik, qeyri yaşayış sahələri üçün isə 1,00 manat hesabı ilə) ödəməli olduqları vəsaitin məbləği aşağıdakı həddə müəyyən edilmişdir: -2 (iki) otaqlı mənzillərin mülkiyyətçilərinin 50 (əlli) manat, -3 (üç-174 kv.m sahəti) otaqlı mənzillərin mülkiyyətçilərinin 80 (səksən) manat; -3 (üç-182 kv.m sahəli) otaqlı mənzillərin mülkiyyətçilərinin 85 (səksən beş) manat; -4 (dörd) otaqlı mənzillərin mülkiyyətçilərinin 90 (doxsan) manat, -binanın zirzəmisindən qaraj kimi istifadə edən mülkiyyətçilər hər bir avtomobil yeri üçün 10 (on) manat, binadakı qeyri-yaşayış sahəsinin 1 kv m üçün isə 1,00 (bir) manat. İddiaçı MMMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli 17 nömrəli, xx.xx.2025-ci il tarixli 20 nömrəli, xx.xx.2025-ci il tarixli 27 nömrəli, xx.xx.2025-ci il tarixli 33 nömrəli, xx.xx.2025-ci il tarixli 37 nömrəli, xx.xx.2025-ci il tarixli 41 nömrəli, xx.xx.2025-ci il tarixli 45 nömrəli, xx.xx.2025-ci il tarixli 51 nömrəli bildirişlərdən görünür ki, Cavabdeh xidmət göstərilən, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 73, manzil 46-nın (4 otaqlı mənzil) mülkiyyətçisi olduğuna görə yaşayış sahəsinə və kommunal xidmətlərə (elektrik enerjisi, su, lift, təmizlik, mühafizə, zibil daşıma və sair) görə "xxxx" MMMC-nin Ümumi Yığıncağının 07 yanvar 2025-ci il tarixli Qərarına əsasən 4 otaqlı mənzillər üçün hər ay üçün 90 (doxsan) manat xidmət haqqı müəyyən edildiyindən, ona hər ay 90 manat xidmət haqqı ödənilməsi, əks halda həmin borcun və sair xərclərin (dövlət rüsumu, vəkil xidməti, əldən çıxmış sair gəlirlər) ondan tutulması üçün bərəsində məhkəmədə iddia qaldırılacağı bildirilmişdir. "Yasamal-37” MMMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, hazırda, 2025-ci ilin 8 (səkkiz) ayı ərzində onun "xxxx" MMMC-yə 720 (yeddi yüz iyirmi) manat borcu vardır və onunla dəfələrlə aparılan danışıqlara baxmayaraq, həmin pulu ödəməkdən boyun qaçırmışdır. Ona həmin borcun 5 (beş) iş günü ərzində ödənilməsi, əks halda həmin borcun və sair xərclərin (dövlət rüsumu, vəkil xidməti, əldən çıxmış sair gəlirlər) ondan tutulması üçün bərəsində məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq edilmişdir. Qanuni nümayəndə (müraciət edən şəxs) ilə fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə1 arasında bağlanmış xx.xx.2025-ci il tarixli, EM-910VK-43633/25 nömrəli hüquqi yardım göstərilməsi haqqında müqavilədən görünür ki, bu müqaviləyə görə vəkil Nümayəndə1 ona həvalə edilən tapşırıq əsasında İddiaçınə hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə 500 (beş yüz) manat haqq ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli 51 nömrəli məktubdan görünür ki, Cavabdeh müraciətində bir neçə dəfə şifahi qaydada "xxxx" MMMC-nin gəlir və xərci haqqında hesabatın verilməsini istəsə də ona "bu hesabat”ın verilmədiyi, kommunal xərclərin artımı barədə məlumat verilməsi ilə bağlı MMMC-nin üzvləri narazılıq etmələrinə baxmayaraq, kommunal xərclərin yığıldığı, İdarə Heyətinin vəzifəsinin 2025-ci ilin birinci yarımilliyinin hesabatının verilməsi olmasına baxmayaraq, belə hesabatı vermədiyi, kommunal xərcləri ödəməyənlərin binanın kartla işləyən liftindən istifadəsinin kimin qərarı ilə məhdudlaşdırılmasını da bilmədiyi, İdarə Heyətindən binanın həyətində "xxxx"xxxx"Ümumi Yığıncağını çağırmasını və MMMC-nin üzvlərinin böyük əksəriyyətinin bu yığıncaqda iştirakının təmin edilməsini xahiş edir. Onun nəzərinə çatdırılmışdır ki, "xxxx" Mənzil Tikinti Kooperativinin Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 73 ünvanda inşa etdiyi, bir girişli, 18 mərtəbəli, çoxmənzilli (80 mənzil, 2 qeyri-yaşayış sahəsi) yaşayış binasının tikintisi başa çardırıldıqdan və bina müvafiq qurumlar tərəfindən istismara qəbul edildikdən sonra, Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən, bina idarə edilməsi üçün binada yaşayan mülkiyyətçilərin "Ümumi Yığıncağı"nın Qərarı ilə təsis edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "Notariat, Qeydiyyat və Reyestr Baş İdarəsi"ndə xx.xx.2019-cu il tarixli; qeydiyyatı 1110-MM-6-0133 nömrə, VÖEN №********** ilə qeydə alınmış "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Camiyyətinə (bundan sonra "MMMC" adlanacaq) verilmişdir. 2025-ci ildə binanın kommunal xərclərinin artması (əmək haqqının minimum həddinin artması, bununla bağlı sosial ödəmələrin də artması, liftlərə, binanın girişlərinin,pilləkən qəfəslərinin, həyətin, zirzəminin, ofisin işıqlandırılmasında istifadə edilən elektrik enerjisinin, suyun, zibil daşıma, liftlərin istismarı, binanın generatoruna, binanın elektrik təminatını həyata keçirilən yarımstansiyanın, liftin, lampaların saradan çıxması, topaq vergisi,zirzəmiyə su dolması, su hovuzunun ildə ən azı bir dəfə yuyulması və sair) ilə bağlı cəmisi 82 ödəyicisi olan binada kommunal xərclərin də artırılması qaçılmaz olmuşdur. Bu səbəbdən də, "xxxx" MMMC-nin “Ümumi Yığıncağı"nın xx.xx.2025-ci il tarixli Qərarı ilə binaların saxlanması ilə bağlı çəkilən xərclərin (6 nəfər işçi-3 mühafizəçi, 1 nəfər xidmətçi, 1 nəfər komendant, 1 nəfər İH-nin sədri) əmək haqqı-2460 manat, DSMF-na köçürmələr- 870 manat, su nasoslarının servis xidməti-80 manat, zibilin həyətdən daşınması-300 manat, binada təmizlik işləri üçün alınan təmizləyici vasitələr-30-40 manat; liftlərin, su nasoslarının detallarının alınması-50 manat; liftlərin, su nasoslarının işləməsi, mərtəbələrin, həyətin, zirzəminin, ofisin işıqlandırılmasına sərf edilən elektrik enerjisinin dəyəri, su anbarının ildə ən azı 1 dəfə yuyulması -700 manat; elektrik lampalarının dıyişdirilməsi (həyət, mərtəbələr, zirzəmi, ofis) 40-50 manat, yarımstansiyadakı transformatora aylıq xidmət-80 manat; ehtiyat generatorun servisi -50 manat, liftlərin servis xidməti haqqı-236 manat, telefon və ASAN İmzanın saxlanması xərci- 30 manat, torpaq vergisi-130 manat; bank xərcləri 20 manat, təsərrüfat ləvazimatı (süpürgə, dəftərxana ləvazimatı və s.) 20 manat, su pulu-50-60 manat, vergi və sair hesabatların verilməsi -100 manat, sair gözlənilməz xərclər (zirzəmiyə dolan suların çəkilməsi, liftlərin xarab olmuş hissələrinin yenisi ilə əvəzlənməsi və s) -150 manat, yanğından mühafizə balonlarının doldurulması -10 manat, cəmi 5310-5330 (beş min üç yüz on beş min üç yüz otuz) manat olduğundan binanın (yaşayış və qeyri-yaşayış sahələri üzrə cəmisi-82 mülkiyyətçi vardır) mülkiyyətçilərin bu xərcləri qarşılamaq üçün (iki) otaqlı mənzilə görə 50 (əlli) manat, 3 (üç- 174 kv.m sahəli) otaqlı mənzilə görə 80 (səksən) manat, 3 (üç-182 kv.m sahəli) otaqlı mənzil görə 85 (səksən beş) manat, 4 (dörd) otaqlı mənzilə görə 90 (doxsan) manat, binanın zirzəmisındən qaraj kimi istifadə edən mülkiyyətçilərin hər bir avtomobil yeri üçün aylıq 10 (on) manat, qeyri-yaşayış sahəsinin 1 kv m üçün isə 1,00 (bir) manat kommunal xərci- pul ödəməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 122.1.3-ci maddəsinə əsasən "xxxx" MMMC-nin binanın əmlakının saxlanması üçün ödəniş haqları müəyyən etmək hüququ vardır. Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 73 nömrəli çoxmərtəbəli binadakı 4 otaqlı 46 saylı mənzil Cavabdeh, 2 otaqlı 49 saylı mənzil isə X3 mülkiyyətindədir. Hər iki şəxs binanın saxlanması xərclərinin artmasına baxmayaraq 2025-ci ilin yanvar ayından hazıra kimi mənzillərinin payına düşən yeni payına düşən xərcləri ödəməkdən yayınırlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsində göstərilir ki, "Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış (qeyriyaşayış) sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar". Nəzərinə çatdırılmışdır ki, müəyyən edilmiş kirayə haqqını borcları ilə bigə ödədikdən sonra, binanın ofisinə yaxınlaşıb orada istədiyi müddət üçün çəkilmiş xərclərlə bağlı hesabatlarla tanış ola bilər. Cavabdeh tərəfindən İddiaçı MMMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Cavabdeh, ünvan 6 ünvanında yerləşən mənzilin sahibi olaraq MMMC tərəfindən göstərilən xidmətlər üzrə ödənişləri davamlı şəkildə etmişdir. xx.xx.2025 tarixindən etibarən ödənişlərin 50% artırılması ilə bağlı qərar qəbul edilmiş, lakin bu qərarın iqtisadi əsaslandırılması barədə şəffaf hesabat təqdim edilməmişdir. O, əvvəlki illərdə ödənilən məbləği ödəmək istəmiş, lakin MMMC bu ödənişi qəbul etməmişdir. Bu, Mülki Məcəllənin 329-cu maddəsinə ziddir, çünki borclunun qismən icrasını rədd etmək əsassızdır. Hazırda MMMC-nin hesablamalarına əsasən yığılan vəsait planlaşdırılmış xərcləri təqribən 30% üstələyir. Bu da ödənişlərin əsassız artırıldığını göstərir. Yuxarıdakıları nəzərə alaraq, MMMC tərəfindən xx.xx.2025-dən sonra müəyyən olunmuş ödənişlərin hüquqi əsası və iqtisadi hesablamalarının təqdim edilməsi, onun qismən ödənişinin qəbul edilməməsinin hüquqi əsaslarının izah edilməsi, gəlir və xərclər üzrə aylıq və illik hesabatın mənzil sahiblərinə təqdim olunması, borclu olduğuna görə liftdən istifadə etməkdən məhrum etmənin hüquqi əsaslarının izah edilməsini tələb etmiş, əks halda qanunla nəzərdə tutulmuş qaydada öz hüquqlarını məhkəmə vasitəsilə müdafiə edəcəyini bildirmişdir. İddiaçı MMMC tərəfindən təqdim edilmiş 2025-ci ilin yanvar ayının gəlir və xərclər hesabatından görünür ki, yanvar ayı üçün toplanmalı olan ümumi məbləğ 6800 manat olsa da, faktiki olaraq 36 mənzildən 4780 manat toplanıb. Ay sonuna 2020 manat kəsir yaranıb. Müqavilə üzrə ödənişlər, əmək haqqı, nəğd ödəmələr, gözətçi otağının təmiri və yeni mebel, torpaq icarə haqqı, su kartı, Sakinlərə bildirişlə göndərilmiş məktub, ümumi sahədəki razetkaların, lampaların dəyişdirilməsi, Asan imza, qarajın pultu, kanalizasiyanın açılması, Ariston, təmizlik vasitələri, ödəniş qəbzləri, ciddi hesabat blankları, qarajın yuyulması və zibillərin daşınması, xadiməyə əlavə, liftin knopkaları, içəridəki işıqlar, kiçik pəncərəsi kimi xidmət və xərclərə görə ay ərzində ümumilikdə 5418,08 manat xərc çəkilib, xərcləri qarşılamaq üçün 2000 manat borc götürülüb. Hesabatın sonunda qeyd olunmuşdur ki, bir sıra mülkiyyətçilər ay üzrə kommunal xərcləri vaxtında ödəmədiyindən və bu hal hər ay davam etdiyindən Yanvar ayında xərclənən vəsaitlərin bir hissəsi fevral ayında toplanmış vəsaitlərin hesabına aparılmışdır. İdarə Heyəti sakinlərdən xahiş etmişdir ki, hər ayın kommunal xərcini məhz həmin ay daxilində ödəsinlər. İddiaçı MMMC tərəfindən təqdim edilmiş 2025-ci ilin fevral ayının gəlir və xərclər hesabatından görünür ki, fevral ayı üçün toplanmalı olan ümumi məbləğ 6800 manat olsa da, faktiki olaraq 39 mənzildən 5352 manat toplanıb. Ay sonuna 1448 manat kəsir yaranıb. Müqavilə üzrə ödəmələr, əmək haqqı, nəğd ödəmələr, icarə torpaq, su kartı, elanlar, qaraj pəncərələri (setka, mismar), mərtəbə lampa, ofis pəncərələri, kanalizasiyanın açılması, lift təmiri (böyük) rastvor, material, usta, taksi çatdırılma, linoleumun gətirilməsi, linoleum, gözətçi otağının təmiri – borc qaytarma, su dispenseri, xadimə forması, kontur, duz-qara görə, lift aparatlarının quraşdırılması, xadiməyə əlavə və borc ödənişi kimi xidmət və xərclərə görə ay ərzində ümumilikdə 6226,50 manat vəsait xərclənib. Hesabatın sonunda qeyd olunmuşdur ki, bir sıra mülkiyyətçilər ay üzrə kommunal xərcləri vaxtında ödəmədiyindən və bu hal hər ay davam etdiyindən fevral ayında xərclənən vəsaitlərin bir hissəsi mart ayında toplanmış vəsaitlərin hesabına aparılmışdır. İdarə Heyəti sakinlərdən xahiş etmişdir ki, hər ayın kommunal xərcini məhz həmin ay daxilində ödəsinlər. İddiaçı MMMC tərəfindən təqdim edilmiş 2025-ci ilin mart ayının gəlir və xərclər hesabatından görünür ki, mart ayı üçün toplanmalı olan ümumi məbləğ 6800 manat olsa da, faktiki olaraq 50 mənzildən 5755 manat toplanıb. Ay sonuna 1045 manat kəsir yaranıb. Müqavilə üzrə ödəmələr, əmək haqqı, nəğd ödəmələr, icarə torpaq, yoldakı kanalizasiya, kamera, təmizlik vasitələri, vergi cəriməsi, Krant Lyuk yoldan, Ar.su vintil - Azər Su, lampa (çeklə), projektor, ar.su, krant zadvijka, xadiməyə əlavə, kseroks, kanalzasiya açılması, poçt, məktub, su dispensoru, müqavilənin kseroks edilməsi, su kartı və borc ödənişi kimi xidmət və xərclərə görə ay ərzində ümumilikdə 5856,37 manat vəsait xərclənib. Hesabatın sonunda qeyd olunmuşdur ki, bir sıra mülkiyyətçilər ay üzrə kommunal xərcləri vaxtında ödəmədiyindən və bu hal hər ay davam etdiyindən mart ayında xərclənən vəsaitlərin bir hissəsi aprel ayında toplanmış vəsaitlərin hesabına aparılmışdır. İdarə Heyəti sakinlərdən xahiş etmişdir ki, hər ayın kommunal xərcini məhz həmin ay daxilində ödəsinlər. İddiaçı MMMC tərəfindən təqdim edilmiş 2025-ci ilin aprel ayının gəlir və xərclər hesabatından görünür ki, aprel ayı üçün toplanmalı olan ümumi məbləğ 6800 manat olsa da, faktiki olaraq 64 mənzildən 5460 manat toplanıb. Ay sonuna 1340 manat kəsir yaranıb. Müqavilə üzrə ödəmələr, əmək haqqı, nəğd ödəmələr, icarə torpaq, Kaspi Yıldız balonu, su dispensoru, məktub, hovuzun yuyulub dərmanlanması, kanalizasiyanın açılması, hovuzun qıfılı, liftin təmizlənməsi, qarajdan liftin alt hissəsinin təmizlənməsi, qaz tənzimləyici, asfalt (zibil qabları), asan imza, su kartı, xadiməyə əlavə və borc ödənişi kimi xidmət və xərclərə görə ay ərzində ümumilikdə 6094,50 manat vəsait xərclənib. Hesabatın sonunda qeyd olunmuşdur ki, bir sıra mülkiyyətçilər ay üzrə kommunal xərcləri vaxtında ödəmədiyindən və bu hal hər ay davam etdiyindən aprel ayında xərclənən vəsaitlərin bir hissəsi may ayında toplanmış vəsaitlərin hesabına aparılmışdır. İdarə Heyəti sakinlərdən xahiş etmişdir ki, hər ayın kommunal xərcini məhz həmin ay daxilində ödəsinlər. İddiaçı MMMC tərəfindən təqdim edilmiş 2025-ci ilin may ayının gəlir və xərclər hesabatından görünür ki, may ayı üçün toplanmalı olan ümumi məbləğ 6800 manat olsa da, faktiki olaraq 53 mənzildən 5545 manat toplanıb. Ay sonuna 1255 manat kəsir yaranıb. Müqavilə üzrə ödəmələr, əmək haqqı, nəğd ödəmələr, icarə torpaq, paplavok, hovuz üçün material, usta pulu, su kartı, kanalizasiyanın təmizlənməsi, lift palatası, məhkəmə, məhkəməyə fleşka təqdim edilməsi, məhkəmə rüsumu, vəkil xərci, Asan imza, təmizlik vasitələri və xadiməyə əlavə kimi xidmət və xərclərə görə ay ərzində ümumilikdə 5374,75 manat vəsait xərclənib. Hesabatın sonunda qeyd olunmuşdur ki, bir sıra mülkiyyətçilər ay üzrə kommunal xərcləri vaxtında ödəmədiyindən və bu hal hər ay davam etdiyindən may ayında xərclənən vəsaitlərin bir hissəsi iyun ayında toplanmış vəsaitlərin hesabına aparılmışdır. İdarə Heyəti sakinlərdən xahiş etmişdir ki, hər ayın kommunal xərcini məhz həmin ay daxilində ödəsinlər. İddiaçı MMMC tərəfindən təqdim edilmiş 2025-ci ilin iyun ayının gəlir və xərclər hesabatından görünür ki, iyun ayı üçün toplanmalı olan ümumi məbləğ 6800 manat olsa da, faktiki olaraq 54 mənzildən 6145 manat toplanıb. Ay sonuna 655 manat kəsir yaranıb. Müqavilə üzrə ödəmələr, əmək haqqı, nəğd ödəmələr, icarə torpaq, təmizlik vasitələri, məhkəmə, məktub, peçat, Asan imza, su kartı, vəkil xərci, son haqq-hesab, kseroks və xadiməyə əlavə kimi xidmət və xərclərə görə ay ərzində ümumilikdə 5829,41 manat vəsait xərclənib. Hesabatın sonunda qeyd olunmuşdur ki, bir sıra mülkiyyətçilər ay üzrə kommunal xərcləri vaxtında ödəmədiyindən və bu hal hər ay davam etdiyindən iyun ayında xərclənən vəsaitlərin bir hissəsi iyul ayında toplanmış vəsaitlərin hesabına aparılmışdır. İdarə Heyəti sakinlərdən xahiş etmişdir ki, hər ayın kommunal xərcini məhz həmin ay daxilində ödəsinlər. İddiaçı MMMC tərəfindən təqdim edilmiş 2025-ci ilin iyul ayının gəlir və xərclər hesabatından görünür ki, iyul ayı üçün toplanmalı olan ümumi məbləğ 6800 manat olsa da, faktiki olaraq 63 mənzildən 7410 manat toplanıb. Ay sonuna 610 manat əlavə gəlir əldə olunub. Müqavilə üzrə ödəmələr, əmək haqqı, nəğd ödəmələr, icarə torpaq, su kartı, təmizlik vasitələri, su dispenseri, çiçəklər, məktub, mühafizə otağına setka, Asan imza, mükafat, lift təmiri, kamera, məzuniyyət və xadiməyə əlavə kimi xidmət və xərclərə görə ay ərzində ümumilikdə 4659 manat vəsait xərclənib. İddiaçı MMMC tərəfindən təqdim edilmiş 2025-ci ilin avqust ayının gəlir və xərclər hesabatından görünür ki, avqust ayı üçün toplanmalı olan ümumi məbləğ 6800 manat olsa da, faktiki olaraq 41 mənzildən 5105 manat toplanıb. Ay sonuna 1695 manat kəsir yaranıb. Müqavilə üzrə ödəmələr, əmək haqqı, nəğd ödəmələr, icarə torpaq, təmizlik vasitələri, skameyka, damın təmizlənməsi, su jolobu, vəkil xərci, böyük liftin ayaqlarının dəyişdirilməsi, məktub, xadiməyə əlavə, kanalizasiya (həyətdə), kompüter üçün maus, qrajın qapısı, motor təmiri, mərtəbələrin aşağıdakı zirzəmidən elektoşitin təmiri kimi xidmət və xərclərə görə ay ərzində ümumilikdə 5611,41 manat vəsait xərclənib. Hesabatın sonunda qeyd olunmuşdur ki, bir sıra mülkiyyətçilər ay üzrə kommunal xərcləri vaxtında ödəmədiyindən və bu hal hər ay davam etdiyindən avqust ayında xərclənən vəsaitlərin bir hissəsi sentyabr ayında toplanmış vəsaitlərin hesabına aparılmışdır. İdarə Heyəti sakinlərdən xahiş etmişdir ki, hər ayın kommunal xərcini məhz həmin ay daxilində ödəsinlər. İddiaçı MMMC tərəfindən təqdim edilmiş 2025-ci ilin sentyabr ayının gəlir və xərclər hesabatından görünür ki, sentyabr ayı üçün toplanmalı olan ümumi məbləğ 6800 manat olsa da, faktiki olaraq 50 mənzildən 6445 manat toplanıb. Ay sonuna 355 manat kəsir yaranıb. Müqavilə üzrə ödəmələr, əmək haqqı, nəğd ödəmələr, icarə torpaq, vəkil xərci, təmizlik vasitələri, kseroks, Asan imza, məktub, mərtəbə pəncələri, ofisə su dispensoru, generator təmiri, məzuniyyət haqqı, Azərişıq – generator üçün işıq söndüyü halda dərhal qoşulma avtomatı, su kartı, katric kimi xidmət və xərclərə görə ay ərzində ümumilikdə 6293,03 manat vəsait xərclənib. Hesabatın sonunda qeyd olunmuşdur ki, bir sıra mülkiyyətçilər ay üzrə kommunal xərcləri vaxtında ödəmədiyindən və bu hal hər ay davam etdiyindən sentyabr ayında xərclənən vəsaitlərin bir hissəsi oktyabr ayında toplanmış vəsaitlərin hesabına aparılmışdır. İdarə Heyəti sakinlərdən xahiş etmişdir ki, hər ayın kommunal xərcini məhz həmin ay daxilində ödəsinlər. İddiaçı MMMC tərəfindən təqdim edilmiş 2025-ci ilin oktyabr ayının gəlir və xərclər hesabatından görünür ki, oktyabr ayı üçün toplanmalı olan ümumi məbləğ 6800 manat olsa da, faktiki olaraq 24 mənzildən 1870 manat toplanıb. Müqavilə üzrə ödəmələr, əmək haqqı, nəğd ödəmələr, icarə torpaq, vəkil xərci, su kartı, təmizlik vasitələri, sığorta, Asan imza, motorun puskateli, elektrik lampaları, kanalizasiyanın təmizlənməsi, giriş qapısının üstünə kozerok, fəhləyə ödəniş kimi xidmət və xərclərə görə ay ərzində ümumilikdə 5565,05 manat vəsait xərclənib. Hesabatın sonunda qeyd olunmuşdur ki, bir sıra mülkiyyətçilər ay üzrə kommunal xərcləri vaxtında ödəmədiyindən və bu hal hər ay davam etdiyindən oktyabr ayının xərclərinin böyük hissəsi noyabr ayında oktyabr ayının hesabına (34 mənzil-2630 manat) toplanmış vəsaitlərin hesabına aparılmışdır. Oktyabr ayı üçün 25 ödəyici kommunal xərcləri hələ də ödəməmişdir. İdarə Heyəti sakinlərdən xahiş etmişdir ki, hər ayın kommunal xərcini məhz həmin ay daxilində ödəsinlər. İddiaçı MMMC tərəfindən təqdim edilmiş 2025-ci ilin yanvar-oktyabr ayının xərcləri barədə hesabatlardan görünür ki, DSMF MDSS, DSMF işsizlik, tibbi sığorta, vergi, Express Lift MMC, Expo Lift MMC, Kommunal Xidmətlər Müəssisəsi MMC, Azərişıq ASC, əmək haqqı, bank xərci yanvar ayında cəmi 1848,08 manat, fevral ayında cəmi 1697,50 manat, mart ayında cəmi 1808,37 manat, aprel ayında 1702,50 manat, may ayında 1669,75 manat, iyun ayında 1852,41 manat, iyul ayında 1373 manat, avqust ayında 1653 manat, sentyabr ayında 1677,03 manat, oktyabr ayında 1815,05 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 29.3-cü maddəsinə əsasən, Qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır. 35.1-ci maddəsinə əsasən, Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. 38.1-ci maddəsinə əsasən, Çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. 119.1-ci maddəsinə əsasən, Çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. 119.2-ci maddəsinə əsasən, Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti qeyrikommersiya təşkilatı olan hüquqi şəxsdir və onun əsas məqsədi mənfəət götürmək və əldə olunan mənfəəti iştirakçıları arasında bölüşdürmək deyil. 122.1-ci maddəsinə əsasən, Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin aşağıdakı hüquqları vardır: 122.1.1. qanunvericiliyə müvafiq qaydada çoxmənzilli binanın idarə edilməsi haqqında müqavilə, habelə çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr bağlamaq; 122.1.2. illik gəlir və xərclər smetasını, o cümlədən çoxmənzilli binanın ümumi əmlakının saxlanılması və təmiri xərclərini, çoxmənzilli binanın əsaslı təmirinə və ya yenidən qurulmasına çəkilən xərclərin smetasını, ehtiyat fonduna xüsusi haqqı və ayırmaları, habelə bu fəsildə və cəmiyyətin nizamnaməsində müəyyən edilmiş məqsədlər üçün digər xərcləri müəyyən etmək; 122.1.3. cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək; 122.1.4. çoxmənzilli binanın sahə mülkiyyətçiləri üçün işlər görmək və xidmətlər göstərmək; 122.1.5. qanunvericiliklə nəzərdə tutulmuş qayda və şərtlərlə bank kreditlərindən istifadə etmək; 122.1.6. cəmiyyətə xidmət göstərən və cəmiyyət üçün işləri yerinə yetirən şəxslərə müqavilə üzrə maddi və pul vəsaitlərini vermək; 122.1.7. cəmiyyətə məxsus olan əmlakı satmaq, dəyişdirmək və müvəqqəti istifadəyə vermək. 125.1-ci maddəsinə əsasən, Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır və bu Məcəllə, həmçinin nizamnamə ilə müəyyən edilmiş qaydada çağırılır. 125.4-cü maddəsinə əsasən, Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağının cəmiyyətin idarə heyətinin səlahiyyətlərinə aid olan məsələləri həll etmək hüququ vardır. 126.4-cü maddəsinə əsasən, Bu Məcəllənin 125.2.2-ci, 125.2.6-cı, 125.2.7-ci və 125.2.12-ci maddələri ilə mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə ümumi yığıncağın qərarları cəmiyyətin iştirakçılarının ümumi sayının üçdəiki səs çoxluğu ilə qəbul edilir. Digər məsələlər üzrə qərarlar ümumi yığıncaqda iştirak edən cəmiyyətin iştirakçılarının və ya onların nümayəndələrinin ümumi sayının səs çoxluğu ilə qəbul edilir. 135.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 135.2.3-cü maddəsinə əsasən Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan yaranmış hesab edilir. 136.2-ci maddəsinə əsasən Çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: 136.2.1. çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; 136.2.2. kommunal xidmətlərə görə haqq. 136.4-cü maddəsinə əsasən, kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. 137.4-cü maddəsinə əsasən Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. 137.5-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər. 137.9-cu maddəsinə əsasən Çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. 137.10-cu maddəsinə əsasən Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. 138.5-ci maddəsinə əsasən Çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına və təmirinə görə çəkilən xərclərlə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvlərinin (iştirakçılarının) mütləq (məcburi) ödənişləri və (və ya) haqlarının miqdarı bu Məcəlləyə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsinə və ya mənzil-tikinti kooperativinin nizamnaməsinə və ya digər ixtisaslaşmış istehlak kooperativinin nizamnaməsinə müvafiq olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanları və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanları tərəfindən müəyyənləşdirilir. 141.1-141.6-ci maddələrə əsasən Çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın aşağıdakı idarə edilməsi üsullarından birini seçməyə borcludur: 141.2.1. binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə; 141.2.2. mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə; 141.2.3. idarəedici təşkilat tərəfindən idarə edilmə. Çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. İdarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir. Çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən altı ay ərzində həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırmalıdır. Belə yığıncaqda bu Məcəllənin 141.5-ci maddəsinin müddəaları bələdiyyə tərəfindən sahə mülkiyyətçilərinin nəzərinə çatdırılmalıdır. Bir il ərzində çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqə keçirməlidir, bu şərtlə ki, bu Məcəllənin 141.4-cü maddəsinin tələbləri yerinə yetirilmiş olsun. Belə açıq müsabiqə açıq müsabiqənin nəticələri əsasında bağlanmış çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin qüvvədə olma müddəti başa çatanadək, həmin binanın idarə edilməsi üsulu seçilmədiyi halda da keçirilir. Çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi bu Məcəllənin 141.5-ci maddəsində nəzərdə tutulmuş açıq müsabiqənin keçirildiyi gündən on gün müddətində çoxmənzilli binanın bütün sahə mülkiyyətçilərini açıq müsabiqənin nəticələri və həmin binanın idarə edilməsi müqaviləsinin şərtləri barədə məlumatlandırır. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri bu Məcəllənin 141.5-ci maddəsində nəzərdə tutulmuş açıq müsabiqənin nəticələri əsasında seçilmiş idarəedici təşkilatla bu Məcəllənin 141-1.2-ci maddəsi və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada həmin binanın idarə edilməsi barədə müqavilə bağlamağa borcludur. 141-1.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 141.2-ci maddəsində nəzərdə tutulmuş idarəetmə üsulundan asılı olmayaraq çoxmənzilli binanın idarə edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaya uyğun olaraq həyata keçirilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMMC xx.xx.2019-cu il tarixində 1119-MM6-0133 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X1 Reyestrindən çıxarışa əsasən "xxxx" MMMC-nin ümumi yığıncağın xx.xx.2024-cü il tarixli protokolu, İdarə Heyətinin xx.xx.2024-cü il tarixli qərarı və digər sənədlər əsasında edilmiş dəyişiklər xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. İddiaçı MMMC-nin ümumi yığıncağının xx.xx.2025-ci il tarixli qərarına əsasən, 2025-ci il üzrə minimum əmək haqqı 400 (dörd yüz) manat müəyyən edildiyindən xidmət personallarına ödənilən əmək haqqının və sosial ödəmələrin məbləği artmış, elektrik enerjisinin, sair xidmətlərin (zibildaşıma, binanın su anbarına nəzarət xidməti, liftlərə göstərilən xidmət) qiyməti də artdığından yaşayış salsələrinin mülkiyyətçiləri üçün hər bir kv m sahəyə görə (1 kv m -45-47 qəpik, qeyri yaşayış sahələri üçün isə 1,00 manat hesabı ilə) ödəməli olduqları vəsaitin məbləği aşağıdakı həddə müəyyən edilmişdir: -2 (iki) otaqlı mənzillərin mülkiyyətçilərinin 50 (əlli) manat, -3 (üç-174 kv.m sahəti) otaqlı mənzillərin mülkiyyətçilərinin 80 (səksən) manat; -3 (üç-182 kv.m sahəli) otaqlı mənzillərin mülkiyyətçilərinin 85 (səksən beş) manat; -4 (dörd) otaqlı mənzillərin mülkiyyətçilərinin 90 (doxsan) manat, -binanın zirzəmisindən qaraj kimi istifadə edən mülkiyyətçilər hər bir avtomobil yeri üçün 10 (on) manat, binadakı qeyri-yaşayış sahəsinin 1 kv m üçün isə 1,00 (bir) manat. MMMC tərəfindən bina sakinlərinə kommunal xidmətlərinin göstərilməsinə baxmayaraq, bəzi sakinlər tərəfindən ödənişlə bağlı gecikdirmələr yaranmışdır. Mənzil qanunvericiliyinə görə çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. Çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir. (38.1 və 38.2) AR X4 93-1.4-cü maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisi, o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) satmaq öhdəliyi ilə kirayəyə verdiyi yaşayış sahəsinin kirayəçisi tərəfindən ona məxsus olan sahənin saxlanması xərclərini, habelə mənzil qanunvericiliyinə uyğun olaraq çoxmənzilli binanın ümumi əmlakının saxlanması xərclərini vaxtında və tam məbləğdə çəkməkdən boyun qaçırılmasına görə ödənilməli olan ödənişlərin məbləğinin yüz faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Hazırki iş üzrə ilkin iddia üzrə cavabdehin-çoxmənzilli binanın sahə mülkiyyətçisinin əməlləri məhkəmə tərəfindən mənzil qanunverciliyinin pozulması kimi qimətləndirilir. İşin hallarından görünür ki, ilkin iddia üzrə cavabdeh 2024-cü ilin dekabr ayına qədər, yəni tarif artımına qədər müəyyən edilmiş kommunal xidmət haqqını ödəmişdir, lakin 2025-ci ilin yanvar ayından etibarən yeni tarif artımı ilə razılaşmadığından həmin məbləği ödəməkdən imtina etmişdir. Məhkəmə qeyd edir ki, Mənzil Məcəlləsinin 122.1.2-ci maddəsinə əsasən, illik gəlir və xərclər smetasını, o cümlədən çoxmənzilli binanın ümumi əmlakının saxlanılması və təmiri xərclərini, çoxmənzilli binanın əsaslı təmirinə və ya yenidən qurulmasına çəkilən xərclərin smetasını, ehtiyat fonduna xüsusi haqqı və ayırmaları, habelə bu fəsildə və cəmiyyətin nizamnaməsində müəyyən edilmiş məqsədlər üçün digər xərcləri müəyyən etmək Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin hüquqlarından biridir. İddiaçı MMMC-nin xx.xx.2025-ci il tarixli Ümumi Yığıncağın qərarı hüquqi qüvvədədir və ləğv edilməyənə qədər bütün mülkiyyətçilər üçün icrası məcburidir. İlkin iddia üzrə iddiaçı tərəfindən təqdim edilən hesabatlar (minimum əmək haqqının 400 manata qalxması, DSMF ödənişləri, elektrik və servis xidmətləri) tarif artımının iqtisadi zərurətdən doğduğunu sübut edir. Belə olan halda məhkəmə hesab edir ki, ilkin iddia üzrə xx.xx.2025-ci il tarixdə verilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınaraq, ilkin iddia üzrə cavabdehin mənzili üçün ödənilməmiş əsas borcun məbləğinin 1080 manat (90 manat x 12 ay) olması müəyyən edilir. Ona görə də məhkəmə hesab edir ki, ilkin iddia üzrə cavabdehdən kommunal xərclərə görə 1080 manat (bir min səksən) manat məbləğində pul tutularaq ilkin iddia üzrə iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hüquqi yardımın göstərilməsi üçün ödənilmiş pulun tutulması hissəsinə münasibətdə qeyd edir ki, hüquqi yardımdan istifadə hər bir şəxsin suveren hüququdur, lakin bu hüququn reallaşdırılması ilə bağlı yaranan xərclərin birbaşa qarşı tərəfin üzərinə qoyulması qanunvericiliklə məcburi bir öhdəlik kimi deyil, məhkəmənin ağlabatan mülahizəsinə əsaslanan bir məsələ kimi tənzimlənir. Məhkəmə hesab edir ki, işin xüsusatları (borcun mahiyyəti, tərəflərin subyektiv vəziyyəti) nəzərə alınaraq, vəkil xərclərinin tutulması barədə tələb təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinin “tarif artımının nəticələrinin və ümumi yığıncağın qərarının etibarsız hesab edilməsi” tələbinə dair hissəsinə münasibətdə qeyd edir ki, MMMC-nin Ümumi Yığıncağının qərarı müvafiq prosedurla qəbul edilmişdir. İlkin iddia üzrə cavabdehin həmin yığıncaqda şəxsən iştirak etməməsi qərarın hüquqi qüvvəsini itirməsinə səbəb olmur. Qanunvericiliyə görə, mülkiyyətçi idarəetmə xərcləri ilə razılaşmadıqda belə, xidmətdən istifadə etdiyi müddətcə ödənişi dayandıra bilməz. Onun mənzil mülkiyyətçisi olması və xidmətlərdən (lift, təmizlik, mühafizə və s.) faktiki istifadə etməsi təkzibedilməzdir. İlkin iddia üzrə cavabdehin xərclərin şəffaf olmaması barədə iddiası da təkzib olunur, çünki iddiaçı tərəfindən cavabdehə rəsmi qaydada borcları ödədikdən sonra bütün maliyyə sənədləri ilə tanış olmaq imkanı yaradıldığı bildirilmişdir. Bundan başqa ilkin iddia üzrə iddiaçı tərəfindən məhkəməyə aylıq hesabatlar təqdim edilmişdir. Həmin hesabatlar göstərir ki, MMMC əksər aylarda kəsirlə işləmiş, hətta bəzi hallarda xərcləri qarşılamaq üçün əlavə borc götürməyə məcbur qalmışdır. Bu da tarif artımının "əsassız mənfəət" üçün deyil, binanın saxlanılması üçün olduğunu göstərir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, tarif artımının nəticələrinin və ümumi yığıncağın qərarının etibarsız hesab edilməsi üçün əsaslar mövcud olmadığından, həmçinin qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən göstərilən hallar onların etibarsız hesab olunmasına səbəb olmadığından qarşılıqlı iddia tələbi bu hissədə təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinin “hesablanmış borcun silinməsi” tələbinə dair hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə də iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, ilkin iddia üzrə cavabdeh borcun əsassız olduğunu iddia etsə də, xidmətlərdən (lift, təmizlik, mühafizə) istifadə etdiyini inkar etmir. Xidmət faktiki göstərildiyi halda, onun dəyərinin tamamilə silinməsi mülki dövriyyənin ədalətlilik və ekvivalentlik prinsiplərinə ziddir. Binanın saxlanılması üçün çəkilən xərclər kollektiv xarakter daşıyır. Bir mülkiyyətçinin borcunun "silinməsi" faktiki olaraq həmin xərclərin digər mülkiyyətçilərin üzərinə yüklənməsi deməkdir. Bu isə binanın idarə edilməsində digər sakinlərin hüquqlarının pozulmasına gətirib çıxara bilər. Məhkəmə qeyd edir ki, ilkin iddia üzrə cavabdeh tərəfindən tarifin miqdarı mübahisələndirilsə belə, bu, mülkiyyətçini xidmət haqqından tamamilə azad etmir. İlkin iddia üzrə cavabdeh 90 manat tarif haqqı ilə razılaşmadığını bildirsə də, öz izahatında əvvəlki tariflə, yəni 60 manatla ödəniş etməyə hazır olduğunu qeyd etmişdir. Bu, ilkin iddia üzrə cavabdehin ən azı köhnə tariflə borcun mövcudluğunu etiraf etməsi deməkdir. Belə olan halda, borcun tam silinməsi tələbi onun öz izahatı ilə ziddiyyət təşkil edir. Borcun silinməsi xidmətin heç vaxt göstərilmədiyi hallarda mümkün ola bilərdi. Lakin binada kommunal xidmətlər göstərilməyə davam etdiyindən mülkiyyətçi çəkilən zəruri xərclərdə öz payına düşən hissəni ödəməkdən azad edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ilkin iddia tələbi qismən təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun 30,80 (otuz manat səksən qəpik) manat hissəsi ilkin iddia üzrə cavabdehdən tutularaq ilkin iddia üzrə iddiaçıya ödənilməli, ilkin iddia üzrə ödənilmiş dövlət rüsumunun qalan hissəsi ilkin iddia üzrə iddiaçının özünə, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, ilkin iddia üzrə Cavabdeh kommunal xərclərə görə 1080 manat (bir min səksən) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 30,80 (otuz manat səksən qəpik) manat hissəsi tutularaq ilkin iddia üzrə iddiaçı "xxxx" MMMC-yə ödənilməli, ilkin iddia tələbi qalan hissədə təmin olunmamalı, qarşılıqlı iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən, Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 216-14.2, 77.1, 88, 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi qismən təmin edilsin. İlkin iddia üzrə Cavabdeh kommunal xərclərə görə 1080 manat (bir min səksən) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 30,80 (otuz manat səksən qəpik) manat hissəsi tutularaq ilkin iddia üzrə iddiaçı "xxxx" MMMC-yə ödənilsin. İlkin iddia tələbi qalan hissədə təmin olunmasın. Qarşılıqlı iddia tələbi təmin olunmasın. İlkin iddia üzrə ödənilmiş dövlət rüsumunun qalan hissəsi ilkin iddia üzrə iddiaçının özünə, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar